Category: Kriminal

  • Quldurluq törədən Xırdalan sakini tutulub

    Median.Az xəbər verir ki, Abşeron rayon polis idarəsinin (RPİ) əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Əlvan Kərimovun 80 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən Xırdalan şəhər sakini Ceyhun Muradovu saxlayıblar.

    C.Muradov əvvəllər məhkum olunub.

    RPİ İstintaq şöbəsində CM-nin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

  • Türkiyədə azərbaycanlı transseksual öldürüldü – FOTO + VİDEO

    İstanbulda hoteldə meyiti tapılan Azərbaycan əsilli, Roman adlı transseksualın qatili yaxalanıb.

    Median.Az Milliyet-ə xəbər verir ki, onun qatilinin İran əsilli Aşkan Kazemi olduğu bəlli olub.

    Aşkan Kazemi Romanı öldürdükdən sonra mindiyi taksinin şoferini yaralayıb. Daha sonra onu soyaraq Bursaya gedib, orada bir qadın şoferə qarşı eyni əməli təkrarlamaq istəyərkən ələ keçib.

    Qatilin kimliyi hotel kameraları vasitəsi ilə müəyyənləşdirilib.

    O, polis idarəsinə “əvvəlcə qadın zənn etdim, transseksual olduğunu gördüm, dalaşdıq və öldürdüm” deyib.

    Hadisənin təfərrüatını araşdıran polis onun 8 Martda Tarlabaşı Altın Bakkal küçəsində, üçmərtəbəli hotelin otağında Romanı öldürdüyünü müəyyən edib.

    Romanın boğaz nahiyəsində kəsiklər olduğu, bıçaqlandığı, daha sonra boğulduğu bəlli olub.

    “İstiqlal küçəsində gəzərkən rastlaşdım, 200 lirəyə razılaşdıq. Hotelə gəldik. Qadın zənn etmişdim, kişi olduğunu görəndə getməsini istədim. Ancaq o pul istədi, dalaşdıq, öldürdüm”, – İran əsilli qatil bildirib.

    Faktla bağlı cinayət işi açılıb.



  • Bakıda ana qızları ilə oğurluq etdi – Mağaza görüntüləri yaydı (VİDEO)

    Paytaxtda fəaliyyət göstərən “Nə alsan 1 manat” mağazalar şəbəkəsində oğurluq hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə bu gün mağazanın Nərimanov filialında yaşanıb.

    Belə ki, alış-veriş edən ana və qızları xeyli sayda məhsulu çantalarına yığaraq götürmək istəyiblər. Ancaq onlar mağazanın təhlükəsizlik kameralarına tuş gələrək elə qapıdaca saxlanılıb.

    Oğurluq edən şəxslər polis bölməsinə aparılıb.

    Sözügedən hadisəni əks etdirən görüntülər mağazanın instaqram hesabında yerləşdirilib. İzləyicilər 1 manata görə belə addım atan ana və qızlarını sərt tənqid edib.

  • Fədayə Laçının həbs müddəti uzadıldı

    Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçın və digərlərinin həbs müddəti uzadılıb.

    APA-nın xəbərinə görə, həbs qətimkan tədbirinin müddəti Nəsimi rayon Məhkəməsinin qərarı ilə mayın 29-dək artırılıb.

    Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı- Astara – Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

    Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə bir neçə gün sonra keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

    Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçın və Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub.

  • Dəniz sərhədini pozan iranlılara xəbərdarlıq atəşi açılıb – FOTO

    Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

    DSX-nın Mətbuat Mərkəzindən oxu.az-a verilən məlumata görə, 2018-ci ilin mart ayının 8-də gecə saat 01:25 radələrində Astara rayonu ərazisində DSX Sahil Mühafizəsi tərəfindən naməlum üzmə vasitəsinin dövlət sərhədini pozaraq sərhəd sularımıza daxil olması haqqında məlumat daxil olub.

    Üzmə vasitələrinin hərəkətləri nəzarətdə saxlanılmaqla həmin istiqamətdə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisinə müvafiq tapşırıqlar verilib, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöqtələrdə xidmət təşkil olunub.

    Açıq dənizə doğru 25 düyün sürətlə hərəkət edən üzmə vasitəsi sərhəd gözətçi gəmiləri və iti sürətli katerlər vasitəsilə təqib edilmiş, səs və sayrışan işıqlarla “Dayan” siqnalları verilib, hədəfə 250 metr məsafədə havaya xəbərdarlıq atəşi açılıb, gəmilərin manevrlərilə üzmə vasitəsinin sürətinin azaldılmasına nail olunub.

    2 saat 5 dəqiqə müddətində təqibdən sonra üzmə vasitəsi saxlanılıb və baxış keçirilib.

    Baxış zamanı dövlət sərhədini pozmuş “Yamaha 150” mühərrikli layner tipli üzmə vasitəsindəki şəxslərin İran İslam Respubikasının vətəndaşları – 1985-ci il təvəllüdlü Mehran Yusif Nicat Tağı oğlu və 1984-cü il təvəllüdlü Camzəmi İsmayıl Şahvildi oğlu olmaları müəyyən edilib, üzmə vasitəsində və sərhəd pozucularının üzərində 2 ədəd smartfon tipli telefon, 1 ədəd “GARMİN” tipli GPS qurğusu, 1 ədəd fənər, 1 ədəd bıçaq və 9 həb “Tramadol” dərman preparatı aşkar olunub.

    Dövlət sərhədini pozmuş üzmə vasitələrinin saxlanılması üzrə keçirilmiş əməliyyat çərçivəsində sahilboyu ərazilərdəki qapadılma tədbirləri nəticəsində “Vel” sahil nəzarəti məntəqəsinin xidməti sahəsində 7-ci yanalma körpüsünün yaxınlığında 3 bağlamada 74 ədəd 1 litrlik “Qubernator” arağı aşkar olunub.

    İlkin araşdırma zamanı 2018-ci ilin 15 fevral tarixində Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində sərhəd naryadları tərəfindən saxlanılmış 39 ədəd bağlamada 450 ədəd 1 litrlik şüşə qablarda arağın və 20 şüşə “Baltika-9” pivəsinin də məhz bu cinayətkar qrup tərəfindən qeyri-qanuni olaraq dəniz yolu ilə ölkə ərazisindən çıxarılmasına cəhd edilməsi müəyyən olunub.

    Cinayətkar qrupun digər üzvlərinin tutulması istiqamətində əməliyyat və istintaq tədbirləri davam etdirilir.





  • Gecə klubunda qız üstündə dava – 9 il həbs tələbi

    Prolkuror “Polojeniya Anar”a cəza istədi

    Qanunsuz narkotik dövriyyəsi və dələduzluqda təqsirləndirilən Anar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək onun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Proses martın 16-nda davam edəcək.

    Cinayət aləmində “Polojeniya Anar” kimi tanınan Anar Məhərrəmova irəli sürülən ittihama görə, o, bir qrup şəxslə Səbail rayonu ərazisində yerləşən “Night Office” gecə klubunda dava edib. O, Kamran Hüseynov adlı şəxsin onunla birlikdə olan qıza sataşdığını əsas gətirərək döyüb. Yumruq və təpik zərbələri nəticəsində K.Hüseynov müxtəlif dərəcəli bədən xəsarəti alıb. A.Məhərrəmovun üzrərinə baxış zamanı narkotik vasitə də aşkar edilərək, götürülüb.

  • Arvadını döyüb, qabırğalarını sındırdı – 8 martda

    8 mart günü ər arvadını döyərək qabırğalarını sındırıb.

    Yenicag.az xəbər verir ki, hadisə Bakının Sabunçu rayonu ərazisində baş verib. Bayram günü ərlə arvad arasında mübahisə düşüb. Mübahisə zamanıda əri 43 yaşlı Əvəzova Şəfiqə Yaqub qızını döyərək qabırğalarını sındırıb.

    Faktla əlaqədar araşdırmalar aparılır.

  • Aktyorun maşınından “8 Mart” hədiyyələri oğurlandı – VIDEO

    Aktyor Elşən Hacıbabayevin avtomobilindən oğurluq edilib.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

    Oğrular onun avtomobilinin şüşəsini sındırıblar və maşındakı hədiyyələri aparıblar. E.Hacıbabayev hədiyyələri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ailə üzvlərinə alıbmış.

    Hadisə ilə əlaqədar polisə müraciət edilib. Araşdırma aparılır.

  • Bakıda gizli qumarxana aşkarlanıb – FOTO

    Qeyri-qanuni təşkil olunan qumarxana, kazino, totalizator və bu kimi oyunların keçirildiyi obyektlərin fəaliyyətinin qarşının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çay evlərindən birində pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

    Keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən obyekt nəzarətə götürülüb və həmin çay evində qumar oyunlarının keçirildiyi sübuta yetirilib.

    Əməliyyat-axtarış tədbiri nəticəsində həmin obyektdə pul uduşlu qumar oyunları təşkil etməkdə şübhəli bilinən, Bakı şəhər sakini Mübariz Quliyev və orada qumar oynayan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

    Çay evinə baxış keçirilən zaman qumar oyunlarında istifadə olunan əşyalar, pul vəsaitləri və iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

    Qeyd edilən faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.




  • Maşını polis əməkdaşlarının üzərinə sürən narkotacir tutuldu – VİDEO

    Masallı rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakinini saxlayıb.

    Median.Az-in xezerxeber.az-a istinadən verdiyi məlumata görə, fevralin 27-də narkotik satan Masallı şəhər sakini Seyfəddin Hüseynov avtomobillə Mollaoba kəndində olarkən, polis tərəfindən saxlanılan zaman o, məhəl qoymayaraq avtomobilini hərəkətə gətirib və polis əməkdaşlarının üzərinə sürüb. Polis şöbəsinin balansında olan avtomobili əzərək ətrafdakı insanların, polis əməkdaşlarının həyat və sağlamlıqları üçün təhlükə yaradıb. Daha sonra 2 vətəndaşın avtomobilinə də ziyan vuraraq oradan uzaqlaşıb.

    Seyfəddin Hüseynovun idarə etdiyi içində narkotik olan avtomobil 2 kilometr aralıda bağlı vəziyyətdə aşkar olunub. Hazirda o, əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq rayon prokurorluğuna təqdim edilib.