Category: Kriminal

  • Bakı aeroportunda türkiyəli seks-manyak saxlanıldı

    Türkiyə dövlətinin axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılıb.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, Türkiyə ərazisində zorlama və seksual zorakılıq hərəkətləri etdiyinə görə həmin dövlətin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə axtarışda olan 1959-cu il təvəllüdlü Türkiyə vətəndaşı Ertekin İsmayıl Sönmez Heydər Əliyev adına Hava Limanında, Bakı-Tbilisi reysi ilə Gürcüstana qaçmaq istəyən zaman tutulub.

    Saxlanılan şəxsin Türkiyəyə ekstradisiya ediləcəyi gözlənilir.

  • Məktəbliyə qarşı zorakılıq edən 11-ci sinif şagirdindən xəbər var

    Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən həmin məktəbin 11-ci sinif şagirdi R.C. Bakı İstintaq Təcridxanasına köçürülüb.

    Median.Az-ın Report-a istinadən xəbərinə görə, fevralın 11-də Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilmiş şəxs istintaq təcridxanasına etap edilib.

    İstintaq dövründə R.C. Bakı İstintaq Təcridxanasında saxlanılacaq.

    Qeyd edək ki, R.C. 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilir. Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

  • Bakıda məktəbli yoldaşı ilə cinsi əlaqədə olan 11-ci sinif şagirdi həbs edildi — TƏFƏRRÜAT

    Bakı şəhəri, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində zorlama faktı qeydə alınıb.

    Median.Az xəbər verir ki, “Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, Təhsil Kompleksinin 11-ci sinfində oxuyan Rzayev Cavidan Siyavuş oğlu 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olmuş və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. Baş vermis hadisə ilə bağlı aidiyyatlı orqanlara şikayət daxil olmuş və Bakı şəhər prokurorluğunda cinayət məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, dünəndən sosial şəbəkələrdə müzakirə edilən məsələ cəmiyyətin qəzəbinə səbəb olub. Etika xatirinə video çarxı yayımlamırıq.

  • Bakıda iş adamlarının pullarını mənimsəyən şəxslər axtarılır

    Paytaxtın Xətai rayonunda özlərini Vergilər nazirliyinin işçisi və jurnalist kimi təqdim edərək iş adamlarından pul alan şəxslər peyda olub.

    Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə gün ərzində pul mənimsənilməsi faktlı ilə bağlı iki ərizə daxil olub.

    Məlumdur ki, cinayətlərdən birinin qurbanı Nəbi küçəsində yerləşən meyvə-tərəvəz mağazasının sahibi 1964-cü il təvəllüdlü Niyaz Orucovdur.

    O bildirib ki, 1956-cı il təvəllüdlü Nazim Əliyev fevralın 6-da saat 10:00 radələrində mağazaya gələrək özünü Vergilər Nazirliyinin işçisi kimi təqdim edərək pul istəyib.

    Əliyev Orucovdan 40 manat alıb.

    Elə həmin gün daha bir pul mənimsəmə faktı Telnov küçəsində yerləşən ət mağazasında qeydə alınıb.

    Saat 14:00 radələrində özünü jurnalist kimi təqdim edən 1981-ci il təvəllüdlü Susan Salahova mağaza sahibi 1986-cı il təvəllüdlü Anar Həsənovu işdə problem yaratmaqla hədələyərək 30 manat alıb.

    Hər iki fakt üzrə araşdırma aparılır. Polisdən bildiriblər ki, hələlik iş üzrə heç kim saxlanılmayıb, lakin hər iki cinayətin bir qruplaşmanın üzvləri tərəfindən həyata keçirilməsi ehtimal olunur.//oxu.az

  • Bakıda kişi evə gec gələn arvadının qarnını yardı

    Paytaxtda qısqanclıq zəminində növbəti məişət zorakılığı qeydə alınıb

    Paytaxtın Nərimanov rayonunda növbəti məişət zorakılığı qeydə alınıb, onun qurbanı isə yenə qadın olub. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib.

    Ötən gün saat 19:30-da İsmayıllı rayon sakini, 1989-cu il təvəllüdlü Piriyev Səxavət Sədaqət oğlu Bakıda kirayə qaldığı mənzildə həyat yoldaşına — Hacıqabul rayon sakini, 1995-ci il təvəllüdlü Səfərova Səbinə Valeh qızına qısqanclıq zəminində bıçaq zərbəsi endirib.

    Kişi bıçaqla qadının qarnını deşib. Nəticədə Səfərova ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilb. Piriyev isə Nərimanov PRİ-nin 17-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin sorğulama zamanı kişi bildirib ki, arvadının evə gec gəlməsi onu özündən çıxarıb. Bədənə ağır xəsarət yetirmə ilə bağlı cinayət işi açılıb.

    Polisdən bildiriblər ki, son zamanlar paytaxtda məişət zorakılığı hallarının sayı artıb. Hüquq-mühafizə orqanları bunun səbəbini ailə dəyərlərinin mənəvi cəhətdən aşınması ilə izah edir.

  • Bakıda müdhiş cinayət: “Ayıq sürücü” müştərinin 10 min manatını oğurladı

    Xətai rayonunda “Ayıq sürücü” xidmətinin sürücüsü oğurluq edib.
     
    Median.Az xəbər verir ki,  “Ölkə.Az”-ın məlumatına  görə, Abdıyev Ramin Məcid oğlu Xətai RPİ-nin 35-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, “Ayıq sürücü” xidmətinin Mayıl adlı sürücüsü onu “Lexus” marakalı avtomobilindən 10 min manat pulunu aparıb. Belə ki, onu evinə gətirib düşürdən sürücü R.Abdıyevin sərxoş olmağından istifadə edərək pul kisəsini götürərək ərazidən uzaqlaşıb. 

    Faktla bağlı polis bölməsində araşdırmalara başlanılıb. Hazırda həmin sürücünün müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

  • Bardan çıxan varlı balaları ilə polis arasında dava düşdü

    Ucar rayonunda bardan çıxan sərxoş gənclər polis əməkdaşlarını döyüb. Criminal.az saytına daxil olan məlumatda iddia olunur ki, iki gənc Əhməd Vahid oğlu Xancanov, Laçın Əliisa oğlu Əhmədov rayon ərazisində yerləşən ”Citiclub” barından sərxoş vəziyətdə çıxaraq səs-küy salıblar.

    Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları Əli izzətəli oğlu Əlizadə və Mürvət Rəhiməli oğlu Əliyev onlara yaxınlaşaraq sakitləşmələrini tələb ediblər. Sərxoş gənclərə polisin göstərişi xoş gəlməyib və onlar polisləri vurublar.

    İşi araşdıran Ucar rayon Polis Şöbəsinin müstəntiqi Nadir Qədirov Criminal.az saytına açıqlama vermədi. Bildirdi ki, bütün sualları Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə ünvanlayın.

    Onu da əlavə edək ki, polislərələ dava edən şəxslər rayonda zəngin ailənin uşaqları kimi tanınır.

  • Ata oğlu və iki qohumu ilə əlbir olub 18 yaşlı şəxsi tövləyə saldı, zorladı və… – Yardımlıda dəhşət

    Yardımlı rayonunda seksual xarakterli zorlakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1976-cı il təvəllüdlü İqbal Rəhimov, onun oğlu Qorxmaz Rəhimli, qardaşı oğlu, Nail Rəhimli və bacısı oğlu Təbib Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
     
    İqbal Rəhimov 19 fevral 2016-cı il tarixdə, saat 21 radələrində qohumu və həmkəndlisi, 1998-ci il təvəllüdlü Sahib Məmmədovun (ad və soyad şərti verilib – red.) oğlu ilə zorla cinsi əlaqədə olmasını eşidib.

    Qisas

    O, Sahib Məmmədovdan qisas almaq və onu cəzalandırmaq məqsədilə oğlu Qorxmaz Rəhimli, qardaşı oğlu Nail Rəhimli və bacısı oğlu Təbib Əliyevlə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib.

    İqbal Rəhimov oğlu və yaxın qohumları ilə birlikdə həmkəndliləri Sahib Məmmədovu zorlamaqla qisas almaq barədə plan qurublar. Onlar Sahib Məmmədovla qeyri-təbii yolla cinsi əlaqədə olmaq barədə razılığa gəliblər.

    “Evimizin yanına gəl, cinsi əlaqədə olaq”

    İqbal Rəhimov Sahib Məmmədovu oğlu Qorxmaz Rəhimlinin vasitəsi ilə yaşadığı evin yaxınlığına çağırtdırıb. Qorxmaz ona deyib ki, evimizin yanına gəl, səninlə cinsi əlaqədə olacam.

    Sahib Məmmədov da Qorxmazla cinsi əlaqədə olmaq üçün gecə yarısı onun yaşadığı evin qarşısına gəlib. Bu zaman onu Qorxmaz yox, atası İqbal qarşılayıb.

    Tövlədə dava

    İqbal Rəhimov Sahib Məmmədovu bir nəfər şəxslə üzləşdirmək bəhanəsi ilə onu yaşadığı evin həyətyanı sahəsində yerləşən tövləyə aparıb. O, tövlədə qardaşı oğlu Nail Rəhimli və bacısı oğlu Təbib Əliyevlə birlikdə Sahib Məmmədovu yumruq və təpiklə vurub. Onlar əvvəlcə Sahib Məmmədovu döyərək, ona müxtəlif dərəcəli bədən xəsarəti yetiriblər.

    Zorlama

    Daha sonra İqbal Rəhimov Sahib Məmmədovla qeyri-təbii yolla cinsi əlaqədə olub. Həmçinin onunla İqbal Rəhimovun qardaşı oğlu və bacısı oğlu da qeyri-təbii yolla cinsi əlaqədə olub. Sonra Qorxmaz Rəhimli Sahib Məmmədova qarşı seksual xarakterli hərəkətlər edib.

    Sahib Məmmədov bir qrup şəxs tərəfindən döyülməsi və daha sonra təcavüzə məruz qalması barədə Yardımlı rayon polis şöbəsinə şikayət edib. Onun şikayəti əsasında İqbal Rəhimov, onun oğlu Qorxmaz, qardaşı və bacısı oğlanları həbs edilib.

    İki maddəli cinayət işi və cəza

    İstintaq orqanı tərəfindən onların barəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorlakılıq hərəkətləri etmək) və 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddələri ilə ittiham elan edilib.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İqbal Rəhimov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Onlar şərti cəza alaraq azadlığa buraxılıblar.

    Hökmdən narazılıq

    Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror İqbal Rəhimovun cəzasının ağırlaşdırılmasını, digər təqsirləndirilən şəxslərin də həbs olunmasını və ən ağır cəza verilməsini istəyib. Eyni tələblə zərərçəkmişdə şikayət edib.

    Təqsirləndirilən şəxslər də apelyasiya şikayəti verib. İqbal Rəhimov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini istəyib. Digərləri günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

    Tərəflərin şikayətlərinə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Amil Dosiyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

    Manyak kişi həbsdən il yarım xilas oldu

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü İqbal Rəhimova aid hissədə dəyişdirilib. Məhkəmə onun cəzasını 5 ilə endirilməsi barədə qərar qəbul edib. Prokuror tərəfindən verilən apelyasiya protesti təmin olunmayıb.

    Bu qərardan sonra İqbal Rəhimovun vəkilləri Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesin gedişi zamanı şikayətin geri götürülməsi barədə məhkəməyə ərizə təqdim edilib.

    Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan məhkum İqbal Rəhimov məhkəməyə göndərdiyi ərizəsində kasasiya şikayətindən imtina etdiyini bildirib.

    Hakim kollegiyası İqbal Rəhimovun ərizəsini qəbul edərək, cinayət işinə əlavə edib. Onun ərizəsi əsasında kasasiya şikayətinə baxılmamış saxlanıması barədə qərar verilib.
     
    ///Publika.az

  • Bakıda oğurluq edən dəstə tutuldu – aralarında qız da var (FOTO)

    Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində silsilə oğurluq cinayətləri törədən şəxslər saxlanılıb

    Daxili İşlər Nazirliyindən baku.ws-ə verilən məlumata görə, Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, o cümlədən oğurluq cinayətlərinin qarşının vaxtında alınması işi uğurla davam etdirilir.

    Belə ki, fevralın 7-də gecə saatlarında Bakıxanov qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

    Dərhal idarənin xidmətdə olan əməkdaşları 1 dəqiqə ərzində hadisə yerinə çatıblar. Obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən, aralarında qız da olan 4 nəfərdən ibarət dəstə hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisi əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil veriliblər.

    Bölmədə şəxsiyyətləri dəqiqləşdirilən zaman onların heç birinin yetkinlik yaşına çatmadığı müəyyən edilib. Araşdırma zamanı bu şəxslərin Sabunçu, eləcə də paytaxtın digər rayonlarında silsilə oğurluq cinayətləri törətdikləri məlum olub. Belə ki, saxlanılan şəxslərlə aparılan söhbətlər zamanı onların qrup halında 14 yanvar tarixində Sabunçu rayonunda yerləşən bir aptekdən 499 manat, eləcə də yanvarın 25-də Bakıxanov qəsəbəsində yerləşən marketdən pul və tütün məmulatları oğurladıqları məlum olub. Həmçinin bu şəxslər Yasamal, Nərimanov və Binəqədi rayonlarında yerləşən bir neçə market və aptekdən oğurluq etdiklərini etiraf ediblər.

    Qeyd edək ki, saxlanılan şəxslərin Sabunçu rayonda etdikləri oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.
    Saxlanılan şəxslər barəsində toplanan materiallar prosessual qərar qəbul edilməsi və araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.








  • “BakuBus”da hər kəsi təəccübləndirən oğurluq – VİDEO

    Bakıda “BakuBus”da oğurluq kameraya düşüb.

    Bu barədə “Bakubus MMC” xəbər yayıb:

    “Təqdim olunan videogörüntüdə bir qurup şəxsin əlbir olaraq əvvəlcədən planlaşdırılmış şəkildə “BakuBus” avtobusuna daxil olaraq, qəza çıxışı üçün nəzərdə tutulmuş şüşələrin xüsusi formada sındırılmasında istifadə olunan qəza çəkicinin oğurlanması hadisəsi əks olunur.

    Hadisə 06.02.2018-ci il tarixində saat 20:08 radələrində 8 saylı marşrut xətti üzrə 28 May m/s-dan Azadlıq m/s istiqamətinə hərəkət edən “BakuBus”a məxsus 99JX-116 dövlət qeydiyyat nişanlı avtobusun Bakı Dövlət Sirki dayanacağına yaxınlaşarkən baş verib.

    Videogörüntüdən aydın olur ki, üzlərinin kameraya düşməməsi üçün gedişhaqı digər yoldaşları tərəfindən ödənilən və xüsusi geyimdə olan iki şəxs sürətli şəkildə digər sərnişinlərin arxasından keçərək avtobusa daxil olur. Şəxslərdən biri dərhal qəza çəkicinə yönələrək əvvəlcə yoxlayır, daha sonra isə onu qoparmaq üçün yaxın oturacaqda əyləşir. Qəza çəkicinin xüsusi simlə bağlandığını əvvəlcədən bildikləri üçün yanlarında götürdükləri kəsici alətlə simi kəsməyə başlayırlar. Öz istəklərinə nail olduqdan sonra oğrular qapılar açılan kimi dərhal avtobusdan enərək sürətlə ərazidən uzaqlaşırlar.

    Həmin şəxslərin yaxalanması və qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması üçün tərəfimizdən bütün hüquqi prasedurlar həyata keçirilməkdədir.

    Videogörüntüdən göründüyü kimi sərnişinlərin təhlükəzisliyi və baş verə biləcək hər hansı fövqəladə hadisələr zamanı onların təxliyyə edilməsi üçün nəzərdə tutulmuş qəza çəkicinin oğurlanması zamanı içəridə olan və hadisəni müşahidə edən heç bir sərnişin müdaxilə etmir, hətta bunnunla bağlı sürücüyə məlumat belə vermirlər. Yalnız hadisə baş verdikdən, oğrular ərazini tərk edtdikdən sonra bir xanım sərnişin sürücünü məlumatlandırır. Avtobusda olan bütün sərnişinlərin təhlükəsizliyi üçün nəzərdə tutulan qəza çəkicinin elə onların gözü önündə açıq aşkar şəkildə oğurlanmasına heç bir sərnişinin müdaxilə etməməsi çox acınacaqlı və təəssüf doğuran haldır.

    Onu da qeyd edək ki, digər sərnişinlərin gözü önündə avtobuslara maddi ziyan vuran, oturacaqları yazan, qəza çəkiclərini qoparmağa çalışan “ziyanverici” sərnişinlərə əvvəllər də rast gəlinmiş və digər sərnişinlər tərəfindən vaxtında müdaxilənin nə dərəcədə həlledici olduğu müşahidə olunmuşdur.

    “BakuBus” olaraq bildiririk ki, ictimai nəqliyyatdan istifadə edən hər bir şəxs ən azı özünün və yaxınlarının təhlükəsizliyi üçün nəqliyyat vasitəsində baş verən qanunsuz hallara biganə qalmamalı, öz vətəndaş mövqeyini nümayiş etdirməlidir. İstənilən sərnişin avtobusda sürücü və ya sərnişinin qanunvericilikdən kənar, ictimai mənafeyə zidd və ya asaişi pozan hərəkətlərə yol verdiyini müşahidə edərsə dərhal hüquq mühafizə orqanlarına məlumat verməlidir. Təcrübə göstərir ki, bir və ya bir neçə sərnişinin vaxtında müdaxilə etməsi, vətəndaş mövqeyini ortaya qoyması baş verəcək xoşagəlməz hadisələrin əvvəlcədən qarşısını alır. Ancaq təəssüf ki, bu videoda sərnişinlər başdan sona qədər oğruları müşahidə etməklə kifayətlənir.

    Bir daha sərnişinləri ictimai maraqlara qarşı yönəlmiş bu kimi qanunsuz hərəkətlərə qarşı həssas yanaşmağa və bu cür vəziyyətlərdə vətəndaş mövqeyi ortaya qoymağa çağırırıq. Unutmaq olmaz ki, salonunda onlarla sərnişinin olduğu ictimai nəqliyyat vasitəsinin içərisində bir ictimai mühit var. Burada baş verən hadisə hər bir sərnişini maraqlandırmalı və ən azı öz təhlükəsizliyi üçün lazımi tədbirlər görməlidir.
    Əgər sərnişindaşıma xidmətinin ən yüksək səviyyədə inkişafını arzulayır və tələb ediriksə, bir sərnişin kimi üzərimizə düşən vətəndaş məsuliyyətini dərk etməli, vəsifəmizi layiqincə yerinə yetirməliyik.//baku.ws