Category: Kriminal

  • Bakıda narkobaron tutulub – FOTO

    Bakı şəhərində narkobaron tutulub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

    Əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən, Hövsan Südçülük Sovxozunda yaşayan Novruz Salayev polislər tərəfindən saxlanılıb.

    Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman ümumilikdə 4 kiloqram 626 qram qurudulmuş marixuana, 2,725 qram heroin və 198,542 qram narkotik tərkibli bitkilərin kultivasiya üçün nəzərdə tutulan çətənə toxumu aşkar olunaraq götürülüb.

    Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı evdən əlavə olaraq “BLOW Maqnum Voltran” markalı tapança aşkar olunub.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

    Bölmədə toplanan material araşdırılması üçün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq hərəkətlər və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



  • Bakıda saxta pul hazırlayanlar tutulub – FOTO

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

    Bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Məmmədovun tanışı Nicat Orucovla birlikdə saxta pul əskinaslarının hazırlanması və satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.

    Keçirilən xüsusi təxirəsalınmaz əməliyyat nəticəsində dəstə üzvləri 11 700 saxta manatı 2 900 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.

    Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin qaldıqları mənzilə də baxış keçirilib. Oradan əlavə olaraq 4900 manatlıq saxta əskinas, saxta pul hazırlamaq üçün istifadə olunan avadanlıqlar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

    İlkin ifadələrində həmin şəxslər saxta əskinasları satmaq, paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırladıqlarını etiraf ediblər.

    Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.







  • Transseksual “Səbiş” həbs olundu

    Bakının Nəsimi rayonunda yerləşən yaşayış binasının komendant köşkünə hücum edən cinsi azlığın nümayəndəsi, “Səbinə” adı ilə tanınan Qismət Sultanov həbs edilib.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisədən bir müddət sonra saxlanılan Q.Sultanov barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə) maddəsi ilə cinayət işi başlanılıb.

    Nəsimi Rayon Məhhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Daha sonra Q.Sultanov Bakı İstintaq Təcridxanasına köçürülüb. Onun barəsində istintaq tədbirləri aparılır.

    Qeyd edək ki, Nəsimi rayonunda binaların birində elektrik enerjisinin kəsilməsinə görə sakin, Q.Sultanov komendantın köşkünə bıçaqla hücum çəkib. Hadisənin videosu binada yaşayan sakinlərdən biri tərəfindən çəkilib, sosial şəbəkədə paylaşılıb.

    Daha sonra mətbuata açıqlama verən Q.Sultanov bildirib ki, komendanta hücum etməsinin səbəbi sadəcə elektrik enerjisinin dayandırılması olmayıb. Onun sözlərinə görə, komendant onun həmin binada yaşamağını istəməyib.

    Hadisədən sonra Q.Sultanov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən bölməyə aparılmış, onun izahatı alınmış, zərərçəkmişlə barışıq əldə ediləndən sonra isə sərbəst buraxılmışdı.

  • Şəhid qızınının ölümü- işdən qovulan müstəntiq məhkəmədə dindirildi (YENİLƏNİB)

    Şəhid qızını maşınla vurub öldürən, hadisə yerindən qaçan, 20 gün sonra isə polisə təslim olan gənc hakim qarşısına çıxarılıb. O, iş adamının oğludur.

    Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən 17 yaşlı Rəhimov Rəhim Akif oğlunun cinayət işi üzrə məhkəmə iclası davam edib. İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılıb.

    Məhkəmədə şahid qismində Vüqar Abbasov şahid dindirilib. Vüqar Abbasov bildirib ki, bir müddət əvvəl işlədiyi vəzifədən sərəncama götürülüb.

    “Rəhimi cinayət işinin istintaqı zamanı tanımışam. Hadisə olan vaxtı Səbail rayon Polis İdarəsində müstəntiq vəzifəsində çalışırdım. Hadisə noybarın 8-də baş verib. Məlumat daxil oldu. Dərhal hadisə yerinə getdim. Ora çatanda hadisə yerini mühafizə elədim. Maşının üstündə nömrə yox idi. Axtarış elədim. Nömrə baqajdan çıxdı. Polislərdən soruşdum, dedilər, sürücü yoxdur. Daha sonra Əmrulla adlı bir şəxs çıxdı. Dedi ki, hadisəni törətmişəm. Birinci meyiti morqa apardıq. Sonra idarəyə getdim. Əmrullanı dindirdim. Onun yalan danışdığımı bildim. Dərhal sonra cinayət işi açdım”- deyə şahid bildirib.

    Müstəntiqin işdən çıxarılmasına səbəb vəzifə borcunu yerinə yetirərkən ciddi nöqsanlara yol verməsidir. Belə ki, Vüqar Abbasovun rəhbərliyi ilə aparılan istintaq zamanı qəzanı törədən şəxsin Rəhim Rəhimov yox, onların ailə sürücüləri olan Əmrulla Şahbazov olduğu göstərilib.

    Əmrulla Şahbazovdan qəzanı törətdiyini etiraf edən ifadə də alınıb. Lakin qəza ilə bağlı xəbər ictimailəşəndən, mərhumun ailə üzvlərinin şikayətindən sonra iş yenidən araşdırılıb. Hadisə şahidləri qəzanı törədən şəxsin gənc oğlan olduğunu görməsi istintaqın axarını dəyişib. Qəza ilə bağlı açılan cinayət işi Vüqar Abbasovdan alınıb. Yeni istintaqla müəyyən edilib ki, qəzanı məhz Rəhim Rəhimov törədib.

    Məhkəmənin davamında Vüqar Abbasov bildirib ki, işlə bağlı araşdıran zaman Rəhim Rəhimov əməlini etiraf edib.

    Suallara cavab verən keçmiş müstəntiq qeyd edib ki, hadisədən xeyli sonra qəza barədə idarəyə məlumat verilib.

    “Hadisədən bir saat sonra bizə deyilib. Mən hadisə yerinə gedəndə artıq çox sayda polis əməkdaşları var idi. 4 YPX maşını hadisə yerində idi. Təcili yardım da gəlib-getmişdi. Lakin meyiti aparmamışdılar. Meyiti mən aparmışam”- deyə şahid söyləyib.

    V.Abbasov bildirib ki, hadisə şahidləri qəzanı cavan uşaq törətdiyini deyiblər: “Mən soruşsam da, həmin cavan oğlanı tapa bilmədik. Polis nəfəri də mənə yaxınlaşıb qəzanı törədən şəxsin burda olduğunu dedi. Maşınlara, ətrafa baxdıq, amma Rəhim ortalıqda yox idi”.

    Suallara cavab verən müstəntiq qeyd edib ki, Rəhim Rəhimov hadisənin 20 gün sonra könüllü şəkildə təslim olib.

    V.Abbasov söyləyib ki, Rəhim Rəhimov ilkin dindirilmə zamanı əməlini etiraf etmirmiş: “Sadəcə istintaqa cəlb olundu. İlkin ifadəsini aldıq. Sonda hadisəni törətdiyini etiraf etdi. O vaxta qədər Rəhim Rəhimov axtarışa verilmişdi. Çünki rəhbərliyə məruzə edilmişdi. Atası ilə bir neçə dəfə danışıq. Bildirdik ki, Rəhimi gətirsin. Bu birinci gündən belə olub”.

    Keçmiş müstəntiq bildirib ki, sonra Rəhim Rəhimovun atası könüllü şəkildə idarəyə gəlib və qəzanı oğlunun törətdiyini etiraf edib: “Atasına bildirdik ki, oğlunu gətirsin. Noyabrın 14-də axtarışa verdik, 20-də gəldi”.

    Müstəntiqin sonradan dedikləri isə daha maraqlı olub. O, iş adamı Arif Rəhimovla görüşdüyünü deyib.

    “Rəhim istintaqa gələnə qədər onun atası Arif ilə 2-dəfə iş yerində görüşdük. İkinci dəfə görüşümüz zamanı oğluna kömək etməyimi istədi. Lakin biz istintaqın maraqları ilə hərəkət etdik. Axtarışa veriləndən sonra evlərinə və universitetə əməliyyatçılar getdi. Lakin həmin yerlərdə tapılmadı”.

    Rəhim Rəhimov isə bildirib ki, hadisəni törədəndən sonra hər gün univeristeyə gedib.

    O, əməliyyatçıların universitetə gəldiklərini də təsdiqləyib. Amma əməliyyatçılar onu yox, dostlarını aparıblar: “Mənim davamiyyətimə baxa bilərsiz. Bir dəfə əməliyyatçılar gəldi. İki dostumu yanımdan apardılar ifadə almağa. Lakin mənə heç kim heç nə demədi”.

    İttihama görə, R.Rəhimov ölümlə nəticələnən qəza törətmə və hadisə yerindən qaçmaqda təqsirləndirilir.

    R.Rəhimov Bakı Dövlət Universitetinin tələbəsi olub. Hadisə ötən il noyabrın 8-də Səbail rayonu ərazisində, “Bayraq meydanı”nın yanında baş verib.

    R.Rəhimov “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.

    Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilən R.Rəhimov 21 gün sonra, noyabrı 29-da şübhəli şəxs qismində tutulub. Onun könüllü olaraq polisə təslim olduğu da deyilir.

    3 uşaq anası olan mərhum Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Həbs edilən R.Rəhumov iş adamı Akif Rəhimovun oğludur. Akif Rəhimov “Xırdalan Xəz” ATSC-nin rəhbəri, qardaşı Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidir.//musavat.com

  • Dostunun sevgilisi ilə yeyib-içdi, 9 yaşlı övladını yatağına salıb zorladı, sonra… – Lənkəranda BİABIRÇILIQ

    Azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü Ramil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Ramil Məmmədov 2015-ci ilin aprel ayının əvvəllərində yeznəsi Arzuman Məmmədovla sonuncunun sevgilisi İlahənin kirayədə yaşadığı Lənkəran şəhəri, Vaqif küçəsində yerləşən evə gəlib.

    İçki məclisi

    Onlar həmin evdə yemək yeyib, spirtli içki qəbul ediblər. Sonra Ramil Məmmədov İlahanin azyaşlı oğlu, 2006-cı il təvəllüdlü Eldar Babayev (ad və soyad şərti verilib – red.) ilə cinsi əlaqədə olmaq istəyib.

    Bu niyyətlə Ramil Məmmədov Eldar Babayevin qolundan tutub və həmin evin ikinci mərtəbəsində yerləşən yataq otağına gətirib. Yataq otağında Eldar Babayevə onunla bir yerdə yatmağı təklif edib.

    Bundan sonra Eldar Babayev onunla birlikdə çarpayıda uzanıb. Həmin vaxt Ramil Məmmədov Eldar Babayevə “yatanda şalvarı çıxardarlar”, – deyə bildirib.

    Eldar Babayev onun dediklərinin mahiyyətini dərk etmədiyindən şalvarı soyunmağa etiraz etməyib. O, şalvarını soyunaraq yatağa girib.

    Azyaşlıya təcavüz

    Ramil Məmmədovun özü də soyunub və daha sonra otağın işğını söndərərək yatağa girib. O, yataqda Eldar Babayevi arxadan qucağına alıb və bədənini öpməklə üzü üstə çarpayıya uzadıb. Sonra o, azyaşlıya zor tətbiq edərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

    İstintaq orqanı tərəfindən Ramil Məmmədova Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.

    “Birlikdə yeyib-içdik”

    Təqsirləndirilən şəxs qismində ifadə verən Ramil Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2015-ci ilin aprel ayında Arzuman və Mübariz adlı şəxslə birlikdə tarixini xatırlamadığı gün İlahənin kirayədə yaşadığı evə gəlib: “İlahə bizim üçün xörək hazırladı. Arzuman və Mübarizlə evin birinci mərtəbəsində oturaraq yeyib-içdik. Həmin vaxt üç nəfərə 1 litr spirtli içki qəbul etdik”.

    “Mənimlə çarpayıya uzandı”

    Ramil Məmmədovun sözlərinə görə, saat 22 radələrində yatmaq məqsədilə evin ikinci mərtəbəsində onun üçün ayrılmış yataq otağına gedib: “Yatmaq məqsədilə çarpayıya uzanarkən İlahənin oğlu Eldar otağa girdi. O, yanıma gələrək, mənimlə çarpayıya uzandı. Razılığı ilə onun şalvarını və alt tumanını çıxardım. Həmin vaxt içkili olduğumdan nə etdiyimi fikirləşmdim. Cinsi ehtirasımı söndürmək üçün Eldarı qucağıma aldım. Onunla qeyri-təbii yolla cinsi əlaqədə oldum”.

    “Etdiyim hərəkəti boynuma almadım”

    Ramin Məmmədovun sözlərinə görə, həmin vaxt İlahənin qızı otağa daxil olub və ona “siz burada nə işlə məşğul olursunuz”, -deyə söyləyib: “Bu vaxtı Eldar çarpayıdan yerə düşdü, şalvarını və alt tumanını götürərək bacısı ilə birlikdə otaqdan çıxdı. Az sonra İlahənin məni çağırdığını eşidərək həyətə düşdüm. İlahə üstünmə qışqıraraq “sən nə üçün Eldara qarşı bu cür nalayiq hərəkətlər etmisən” deyə bildirdi. Etdiyim hərəkəti boynuma almadım. İlahəyə “mən Eldara heç nə eləməmişəm, Eldar sidiyi ilə özünü batırıb”, – deyə bildirdim. Sonra maşınıma əyləşərək yaşadığım Göytəpə şəhərinə getdim”.

    “Törətdiyim əməli etiraf etdim”

    Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gecəni yaşadığı evdə yatıb və səhərisi günü yuxudan ayılanda Eldara qarşı etdiyi nalayiq hərəkətlərə görə peşman olub, polis işçilərinin onu axtaracağını başa düşüb və bu səbəbdən gizlənib.

    O qeyd edib ki, 30 avqust 2016-cı ildə saat 03 radələrində polis işçiləri onu yaşadığı Göytəpə şəhəri, İ.Dadaşov küçəsində evlərində saxlayaraq Lənkəran şəhər polis şöbəsinə gətiriblər: “Polis şöbəsində izahat və ifadə verərkən törətdiyim cinayəti səmimi etiraf etdim”.

    “Birlikdə yatağa girdik”

    Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində İfadə verən Eldar Babayev bildirib ki, 2015-ci ilin aprel ayının əvvəllərində Arzuman Cəlilabad rayonundan olan dostu Ramillə onlara gəlib, Ramil həmişə onlara gələndə evin ikinci mərtəbəsində yatıb: “Həmin günü axşam vaxtlarında Ramil məni yataq otağına apardı. Məni çarpayıya uzandırdı. Sonra mənə “gəl bir yerdə yataq”, – deyə bildirdi. Mən də Ramilin yanında uzandım. Ramil mənə “yatanda şalvarı çıxardarlar” söylədi. Sonra Ramil şalvarımı və alt paltarımı əynimdən çıxardı. Ramil öz də şalvarını əynindən çıxardı və otağın işığını keçirərək yatağa girdi”.

    “Yataqda üstümə uzandı”

    Eldar Babayev qeyd edib ki, yataqda olan zaman Ramil arxadan onu qucağına alıb və bədənini öpüb, sonra onu üzü üstə çarpayıya uzadaraq üstünə uzanıb (zərərçəkmiş ifadəsinin bu hissəsində Ramil Məmmədovun ona qarşı etdiyi hərəkətləri çılpaqlığı ilə danışıb. Bu səbəbdən zərərçəkmişin ifadəsinin həmin hissəsini dərc etmirik – red.).

    “Dedi ki, çölə çıxma, yanıma gəl”

    Seksual xarakterli həırəkətlərlə üzləşən azyaşlı yerindən qalxıb və otaqdan çıxmaq istəyib: “Bu zaman Ramil mənə dedi ki, çölə çıxma, yanıma gəl. Mən isə qapını açaraq çölə qaçdım. Çölə çıxarkən bacım məni gördü. Məndən nə üçün paltarın əynimdə olmamasını soruşdu. Bacıma Ramilin mənə qarşı elədiyi hərəkəti dedim. Sonra bacım məni evin birinci mərtəbəsinə düşürdü, anamın yanına apardı. Arzuman da həmin vaxt anamın yanında idi. Ramilin mənə qarşı elədiyi hərəkəti onlara danışdım”.

    “Anam Ramili vurmaq istədi”

    Eldar Babayev qeyd edib ki, anası Ramili çağırıb və Ramildən “sən nə üçün başına belə oyun açmısan?”, – deyə soruşub: “Ramil də yalandan başqa şey danışdı. Anam Ramilə “sən niyə yalan danışırsan”, – deyə söylədi. Sonra anam Ramili vurmaq istədi. Amma Arzuman onu qoymadı. Sonra Ramil küçəyə çıxaraq maşını ilə harasa getdi. Həmin gündən sonra Ramili görməmişəm”.

    “Dostunun cəzasını verəcəyini bildirdi”

    Zərərçəkmişin anası İlahə ifadəsində deyib ki, 2015-ci ilin aprel ayının əvvəllərində Ramil və Mübariz Arzumanla birlikdə yaşadıqları evə gəlib: “Onlara yemək hazırladım, yeyib içdikdən sonra saat 22 radələrində Ramil və Mübariz yatmaq üçün evin ikinci mərtəbəsinə qalxdılar. Ramil oğlum Eldarı da yatdığı otağa apardı. Bir neçə dəqiqədən sonra qızım oğlumu yanımıza gətirdi. Eldarın paltarlarının əynində olmadığını gördüm, ondan nə baş verdiyini soruşdum. Eldar Ramilin ona qarşı elədiklərini danışdı. Bu zaman Eldarın bədəninə əlimlə toxundum. Onun arxasında və qılçalarının arasında sperma olduğunu gördüm. Arzumandan nə üçün Ramili yaşadığımız evə gətirdiyini soruşdum. Arzuman dostunun cəzasını verəcəyini bildirdi”.

    “Ramili vurmağıma imkan vermədilər”

    Zərərçəkmişin anası qeyd edib ki, Arzuman Ramili həyətə çağırıb, həmin vaxt səsə evində kirayədə yaşadığı Sevil adlı qadın da bayıra çıxıb: “Sevilin yanında Ramildən nə üçün oğlumun başına oyun açdığını soruşdum. Ramil də dedi ki, Eldara heç nə eləməyib, Eldar işəyərək özünü batırıb. Oğlumun ayaqlarına baxaraq tökülən sperma olduğunu bildirdim. Sonra Ramilin üstünə qışqıraraq onu vurmaq istədim. Arzumanla Mübariz Ramili vurmağıma imkan vermədilər”.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Məmmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsinin istəyib.

    Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməyib. Təqsirləndirilən şəxs bundan sonra Ali Məhkəməyə kasasiya şikayəti verib. O, şikayətində işinə yenidən baxılmasını, günahsız olduğunu qeyd edib.

    Ramil Məmmədovun şikayəti Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyilə baş tutan prosesdə qərar açıqlanıb. Qərara görə, Ramil Məmmədovun şikayəti təmin olunmayıb.

    Mənbə: publika.az

  • Bakıda civə alverçisi tutuldu

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və polis Bakıda birgə əməliyyat keçirib.

    Paytaxtın Nizami rayonunda həyata keçirilən əməliyyat nəticəsində Ağcabədi rayon sakinləri – Tuqay İmanov, Adəm İsmayılov və Ordubad sakini Hacı Qurbanov 400 qram civəni satarkən tutulublar.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda naməlum şəxslər kişini bıçaqlayıb

    Fevralın 11-də, gecə saatlarında Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisinə qanlı cinayət hadisəsi törədilib.

    Binəqədi rayon Polis İdarəsindən oxu.az-a verilən məlumata görə, Bakı sakini, 1983-cü il təvəllüdlü Həsənov Emin Tofiq oğlu döş nahiyəsinin deşici bıçaq yaraları ilə Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb.

    Cinayətin təfərrüatı hələlik məlum deyil, belə ki, zərərçəkən ağır vəziyyətdə olduğundan faktla bağlı polisə ifadə verə bilməyib. Heç kimin saxlanılmadığı bildirilir.

  • Azərbaycanda şok hadisə: Bacısının hamamda çimən rəfiqəsini zorlamaq istədi

    Xaçmazın Xudat şəhərində cavan qıza qarşı biabırçı hərəkət etmək istəyən Xudat şəhər sakini saxlanılıb.

    Median.Az xəbər verir ki, İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə bu il fevral ayının 6-da gecə saat 23 radələrində Xudat şəhərində həyət evlərinin birində baş verib. Şərti adı Vüsalə Zeynalova olan 25 yaşlı gənc qız hamamda çimərkən hamama soxulmuş bir nəfərin zorakılığına məruz qalıb. Hamamda lüt vəziyyətdə çimən qızı içəri qəfil daxil olan bir nəfər süpürləyərək zorlamaq istəyib.

    Amma qızın çətinliklə də olsa haray-həşir salması, çığırıb evdəkiləri köməyə çağırması içəri vəhşicəsinə soxulan şəxsin öz çirkin əməlini həyata keçirməyə imkan verməyib. Dərhal çılpaq qızın köməyinə gələn ailə üzvləri və qız hamamdan çıxıb qaçan adamı tanıyıblar. Dərhal DİN-nin “102 “xidməti məlumatlandırılıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları biabırçı olayın araşdırılmasına başlayıb. Cavan, subay qızı öz iradəsinin əksinə zidd olaraq köməksiz halda zorlamaq istəyən Xudat şəhər sakini, 27 yaşlı Tural Vaqif oğlu Şükürov fevralın 8-də tutularaq istintaqa təhvil verilib.

    Elə həmin gün Xaçmaz rayon prokurorluğunda respublika CM-nin 29,149.1 (zorlamaya cəhd) maddəsilə açılmış cinayət işinin istintaqı zamanı Tural Şükürov törətmək istədiyi biabırçı olayı etiraf edib. O namusunu ləkələmək istədiyi qızın bacısının rəfiqəsi olduğunu, ondan xoşu gəldiyini, bu məqsədlə onu zorlamaq istədiyini söyləyib. O da məlum olub ki,Tural Şükürov cavan qızı zorlamaq istəyərkən sərxoş olub, hətta Xudat şəhər sakinləri onun narkotik vasitə qəbul edicisi olmağını da bildiriblər.

    Artıq təqsirləndirilən şəxs qismində barəsində həbs qəti imkan tədbiri seçilən Tural Şükürovun hərəkəti başqasının namusuna sataşmaq istəyən hər kəsə bir ibrət dərsi olmalıdır. Təzyiqə məruz qalmış qızın cəld tərpənib haray-həşir olması onun zorlanmasının qarşısı alıb.

    Xaçmaz rayon prokurorluğundan fakt təsdiqlənib və başlanılan cinayət işinin istintaqının davam etdirildiyi bildirilib. Qurumdan o da buldirilib ki, cavan qızı köməksiz vəziyyətdə zorlamaq istəyən Tural Şükürov qanun çərçivəsində öz tutarlı cəzasını alacaq.

  • İnterpol Rəşad Sadiqovu axtarır

    İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.

    Median.Az-ın Trend-ə istinadən məlumatına görə, 1972-ci ildə Naxçıvanda anadan olan Rəşad Sadiqov dələduzluqda təqsirləndirilir.

    Məlumata görə, R.Sadiqov barəsində Azərbaycan hüquq-mühafizə orqanları cinayət işi başladıb. Axtarışda olan R.Sadiqov isə istintaqdan yayınıb.

    Məhkəmə onun həbs olunması və tutularaq istintaqa təhvil verilməsi barədə qərar çıxarıb.

    Bildirək ki, İnterpol həmin qərar əsasında R.Sadiqov barəsində beynəlxalq axtarış elan edib.

  • Son iki gündə 200 cinayət hadisəsi…

    Son iki gündə respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 200 cinayət faktı qeydə alınıb. Onların 27-si “isti izlər”lə açılıb.

    DİN-dən verilən məlumata görə, axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.