Category: Kriminal

  • Bakıda “DTX-nın idarə rəisi” saxlanıldı – FOTO

    Bakıda özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin paytaxt rayonlarından biri üzrə idarəsinin rəisi kimi təqdim edərək vətəndaşlardan müxtəlif adlar altında dələduzluq yolu ilə pul alan şəxs tutulub.

    Bu barədə oxu.az-a Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilir ki, Azərbaycan Respublikası vətəndaşı Alıyev Eldəniz Kamil oğlu Dövlət Təhlükəsizliyi Xidmətin tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.

    Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Eldəniz Alıyev cinayət məsuliyyətinə cəlb edilib.

  • Bakıda qadın qadını balta ilə doğrayıb zibilliyə atdı – TƏFƏRRÜAT

    Fevralın 16-da saat 9:00 radələrində Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş qadın meyiti tapılıb.

    DİN-in mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması müəyyən edilib.

    Qadın fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılıb.

    Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilib.

    Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Bakıda qadınlar arasında dava: Xəstəxanalıq olan var

    Sabunçu rayonunda qonşu qadınlar arasında dava olub.

    “Report”un xəbərinə görə, hadisə Ramana qəsəbəsi, Südçülük Sovxozu kimi tanınan ərazidə baş verib.

    1988-ci il təvəllüdlü Ramazanova Mehriban Tofiq qızı qonşusu ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı qonşusu M. Ramazanovanın saçından tutaraq onun başını yerə vurub. Nəticədə M.Ramazanova kəllə-beyin travması alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib, araşdırma aparılır.

  • Polis tərəfindən saxlanılan şəxs intihar etdi

    Astara rayonunda polis tərəfindən tutulan şəxs intihar edib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Astara rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb.

    Orada saxlanılan, 1988-ci il təvəllüdlü Bəhram İmamverdiyev kamerada özünü asıb.

    Faktla bağlı Astara rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

    Qeyd edək ki, B. İmamverdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulubmuş.

  • Arvadının başqa kişi ilə münasibətini öyrəndi, xəncərlə doğradı – İsmayıllıda dəhşət

    İsmayıllı rayonunda arvadını xəncərlə doğrayaraq qətlə yetirməkdə ittiham olunan rayon sakini, 1968-ci il təvəllüdlü Şamil Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az ölkə.az-a istinadən bildirir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

    İttihama görə, cinayət hadisəsi 2016-cı ilin sentyabrın 25-də İsmayıllı rayonun Sulud kəndi ərazisində qeydə alınıb. Kənd sakini Şamil Hacıyev aralarında baş verən ailə münaqişəsi zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü Humay Hacıyevaya boğaz, ağız, qarın və sinə nahiyəsindən xəncərlə 12 dəfə xəsarət yetirib.

    İki övladı olan Humay Hacıyeva ağır vəziyyətdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

    Məlum olub ki, hadisədən əvvəl qadın və həyat yoldaşı Bakıda işləyib. Onların arasında qısqanclıq zəminində dava düşüb. Kişi həyat yoldaşını İsmayıllıdakı evinə gətirib və işgəncə ilə onu öldürmək istəyib. Sonda o, istəyinə nail ola bilib. Hadisəni törədən Şamil Hacıyev tutularaq istintaqa təhvil verilib.
    İstintaq orqanı tərəfindən Şamil Hacıyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

    Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Şamil Hacıyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, arvadı ilə birlikdə bir neçə il əvvəl Bakıya köçüb. Paytaxtda kirayədə yaşayan kişi qeyd edib ki, fərdi əməklə məşğul olub. Onun sözlərinə görə,arvadı da şirniyyat sexlərindən birində işləyib.

    Şamil Hacıyevin sözlərinə görə, arvadının başqa kişi ilə münasibət qurmasından şübhələnib. O, şübhələrini izləməklə öyrənə bilib: “Arvadımı öldürmək niyyətim olmayıb. Ona işgəncə vermək, dərsini almağı düşünməsini istəmişəm. Bu məqsədlə hadisədən bir gün əvvəl İsmayıllıya qayıtdıq. Evdə olan zaman onunla mübahisə etdim”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, arvadını öldürmək niyyəti olmayıb: “Məqsədim ona işgəncə vermək idi. Bu səbəbdən evdə saxladığım xəncərlə onun bədənini müxtəlif nahiyələrinə xəsarət yetirdim”. İsmayıllı rayonunda arvadını xəncərlə doğrayaraq qətlə yetirməkdə ittiham olunan rayon sakini, 1968-ci il təvəllüdlü Şamil Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
    “Ölkə.Az”ın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

    İttihama görə, cinayət hadisəsi 2016-cı ilin sentyabrın 25-də İsmayıllı rayonun Sulud kəndi ərazisində qeydə alınıb. Kənd sakini Şamil Hacıyev aralarında baş verən ailə münaqişəsi zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü Humay Hacıyevaya boğaz, ağız, qarın və sinə nahiyəsindən xəncərlə 12 dəfə xəsarət yetirib.

    İki övladı olan Humay Hacıyeva ağır vəziyyətdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

    Məlum olub ki, hadisədən əvvəl qadın və həyat yoldaşı Bakıda işləyib. Onların arasında qısqanclıq zəminində dava düşüb. Kişi həyat yoldaşını İsmayıllıdakı evinə gətirib və işgəncə ilə onu öldürmək istəyib. Sonda o, istəyinə nail ola bilib. Hadisəni törədən Şamil Hacıyev tutularaq istintaqa təhvil verilib.
    İstintaq orqanı tərəfindən Şamil Hacıyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

    Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Şamil Hacıyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, arvadı ilə birlikdə bir neçə il əvvəl Bakıya köçüb. Paytaxtda kirayədə yaşayan kişi qeyd edib ki, fərdi əməklə məşğul olub. Onun sözlərinə görə,arvadı da şirniyyat sexlərindən birində işləyib.

    Şamil Hacıyevin sözlərinə görə, arvadının başqa kişi ilə münasibət qurmasından şübhələnib. O, şübhələrini izləməklə öyrənə bilib: “Arvadımı öldürmək niyyətim olmayıb. Ona işgəncə vermək, dərsini almağı düşünməsini istəmişəm. Bu məqsədlə hadisədən bir gün əvvəl İsmayıllıya qayıtdıq. Evdə olan zaman onunla mübahisə etdim”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, arvadını öldürmək niyyəti olmayıb: “Məqsədim ona işgəncə vermək idi. Bu səbəbdən evdə saxladığım xəncərlə onun bədənini müxtəlif nahiyələrinə xəsarət yetirdim”.

  • Bakıda qumarxana aşkarlanıb – FOTO

    Onlayn şəkildə təşkil olunan qumarxana, kazino, totalizator və bu kimi oyunların keçirildiyi obyektlərin və əyləncə yerlərinin qanunsuz fəaliyyətinin qarşının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən oxu.az-a bildirilib ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxtın Xətai rayonu ərazisində yerləşən çay evlərindən birində onlayn yolla kazino oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

    Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qeyd edilən obyekt nəzarətə götürülüb və toplanan materiallar əsasında həmin obyektdə kazino oyunlarının həyata keçirildiyi sübuta yetirilib.

    Əməliyyat-axtarış tədbiri nəticəsində həmin obyektdə onlayn kazino təşkil etməkdə şübhəli bilinən Şəki şəhər sakini Midhəd Əhmədov, Lənkəran şəhər sakini Tehran Seyfullayev və Yevlax şəhər sakini Rövşən Səlimov polis əməkdaşları tərəfindən saxlanılıblar.

    Həmin obyektdə qumar oynayan şəxslər də müəyyən edilərək barələrində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

    Çay evinə baxış keçirilən zaman onlayn kazino proqramlarında qeydiyyatdan keçmək üçün nəzərdə tutulan elektron avadanlıqlar, noutbuklar, kompüterlər, müştərilər tərəfindən oynanılan kuponlar, pul vəsaitləri, eləcə də iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

    Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.





  • Moskvada Lotu Qulinin adamları saxlanıldı

    Çərşənbə günü gecə saatlarında Moskvada FTX ilə cinayət axtarış əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində Nadir Səlifovun (Lotu Quli) “qanuni oğru” klanının üzvləri saxlanılıb. Lotu Qulinun adamları başda Afo ləqəbli Fuad Rzayev olmaqla, azərbaycanlı biznesmenlərə üzərinə “haqq” qoyub. Onlar ödəniş etməkdən imtina edəcəkləri təqdirdə iş adamlarının ailələrinə divan tutmaqla hədələyib.

    Oxu.Az xəbər verir ki, bu barədə Moskva şəhər hüquq mühafizə orqanlarından məlumat daxil olub.

    Quldurlar bu yollar hər ay sahibkarlardan iki milyon rubla yaxın pul yığıb. Bütün bunlara Lotu Qulinin tez-tez Türkiyədə Rusiyaya gələn qardaşı Namiq Səlifov başçılıq edir.

    Xəbərə görə, Rzayevin evinə edilən reyd zamanı, sonuncu öz mobil telefonlarını məhv etməyə çalışıb və öz qarın nahiyəsinə bıçaq zərbələri endirib. Bıçaq xəsarətlərinin ciddi olmadığı bildirilir.

    Paralel olaraq Dolqoprudnıda aparılan əməliyyatda, Rzayevin yaxın çevrəsindən olan 10 a yaxın şəxs saxlanılıb. Onların cinayətlərdə iştirak edib-etmədikləri araşdırılır. Məlum olduğu kimi, Rusiyada yaşayan azərbaycanlı biznesmenlər bir müddət əvvəl Lotu Quludan polisə şikayət edib. Şikayət əsasında hədə qorxu yolu ilə pul tələb etmə maddəsi ilə cinayət işi açılıb.

    Quli özü hazırda İstanbulda yaşayır, qanunla bağlı problemləri olduğu üçün Rusiyaya səfər edə bilmir. Rusiya hüquq mühafizə orqanları Səlifovun yaxalanması üçün ciddi şəkildə məşğul olur.

  • BAKIDA DƏHŞƏT: Pornoqrafiya həvəskarı olan ata qızını zorladı

    Bakıda əvvəllər məhkum olunmuş şəxs öz qızlığını zorlamaqda günahlandırılır.

    Median.Az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Belə ki, Binəqədi prokurorluğu növbəti zorlama faktını araşdırır. Rayon Polis İdarəsinin 6-cı bölməsinə Biləcəri qəsəbə sakini, 1998-ci il təvəllüdlü V.F. müraciət edib. Qız bildirib ki, 8 fevral saat 20:00 radələrində 1978-ci il təvəllüdlü atalığı S.R. tərəfindən birlikdə yaşadıqları evdə zorlanıb. İşin materialları rayon prokurorluğuna göndərilib. Faktla bağlı hələlik heç kim saxlanılmayıb.

    Qeyd edək ki, kişi əvvəllər AR Cinayət Məcəlləsinin 242-ci maddəsi (pornoqrafik materialların qanunsuz yayımı) ilə həbs olunub və 2 il bundan əvvəl həbsdən çıxıb.

    2018-ci ilin başlanmasından bu yana daxili işlər orqanları Bakıda 7 zorlama faktını qeydə alıb. Onlardan 6-sının üstü açılıb.

  • Bütün ailə üzvləri həbsdə olan məhkumun nakam taleyi – VİDEO

    ARB TV-nin “Rezonans” verilişində bu dəfə məhbus Xalidə Bəkirovanın həbsxana hekayələrindən bəhs olunub. 

    Xalidə Bəkirova (cəzası 8 il 6 ay): “Atam həbsxanada rəhmətə getdi. Anam da ondan 1 il sonra vəfat etdi. Bizi bacım böyütdü. Bacımın özü də burada həbsdədir. Yetim olmuşuq. Övladımla birlikdə cəza çəkirik. Mən bu oğurluğa gedəndə yoldaşım həbsdə idi və xəbəri yox idi. Maddi durumumuz yox idi. Qızım xəstə idi. Qohumumla bir evə girdik. Qızılları götürüb qaçdıq. Oğru yoldaşım tutulmuşdu və 8 ay sonra da məni tutdular. 17 minlik deyildi, sadəcə ev sahibi özü elə yazmışdı. Qızılları aparıb satdıq. Uşağımı müalicə etdirdim. Qardaşımın özü həbsdədir. Oğurluq üçün girdiyimiz evdə kameralar var idi. Uşaqla birlikdə cəza çəkmək çox çətindir. O, ağlayanda ürəyim ağrıyır. Çox peşmanam. Uşaq idim, qanmırdım. Bacım da pis oldu bura düşməyimə. Allaha yalvarır ki, birinci mən çıxım. Orada olmağımı istəmir”.

  • Biləsuvarda çobanlar arasında bıçaqlanmanın təfərrüatı bilindi

    Biləsuvar rayonunda çobanın bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

    “Report”un Aran bürosu xəbər verir ki, 30 yaşlı Davud Bayramovu onun həmkəndlisi, 17 yaşlı Yardımlı rayon Alar kənd sakini Murad Şahverənov bıçaqlayıb.

    Məlumata görə, M.Şahverənovun mal-qarası D.Bayramova məxsus fermanın ərazisinə girib. Buna görə də D.Bayramov M.Şahverənovu döyüb. Nəticədə də M.Şahverənov D.Bayramovu kürək nahiyəsindən bıçaqlayıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

    Yardımlı rayonunun Alar kəndindən olan hər iki çoban Biləsuvarın Səmədabad kəndində yerləşən fermada çobanlıq edirlər.

    Faktla bağlı araşdırma aparılır.