Category: Kriminal

  • Əfqan Muxtarlı yaxınlarının yasına buraxılıb

    Həbsdə olan jurnalist Əfqan Muxtarlı yaxınlarının yas mərasimində iştirak etməsi üçün evə buraxılıb.

    Jurnalist üç gün müddətinə evə buraxılıb.

    Qeyd edək ki, məhkəmənin hökmü ilə Əfqan Muxtarlı altı il müddətinə azadlıqdan məhrum edilib. Ə.Muxtarlı həbsdə olarkən, onun yaxın qohumlarının evində faciə baş verib.

    Belə ki, Zaqatalanın Aşağı Tala kəndində Əfqan Muxtarlının bacısı, bacısının və qardaşının uşaqları zəhərlənmədən dünyasını dəyişiblər.

    Xatırladaq ki, Ə. Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.

    Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.//oxu.az

  • Bakıda tailandlı qadın tutuldu – Külli miqdarda pulu…

    Bakıda axtarışda olan tailandlı qadın tutulub.

    Lent.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və yerli polis idarəsinin əməkdaşlarını həyata keçirdiyi əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə axtarışda olan Tailan Krallığında anadan olmuş 37 yaşlı Ammata Sınavonqsa tutulub.

    Tailandlı qadının müxtəlif şəxslərdən külli miqdarda pul alaraq qaytarmadığı bildirilir.

  • Azərbaycanlı gənc 74 yaşlı qadına təcavüz etdi- Sonra isə… – VİDEO + FOTO

    İğdırda 74 yaşlı Şəfiqə.S.-ya öncə təcavüz edib, sonra 17 yerindən bıçaqlayaraq öldürməkdə təqsirləndirilən naxçıvanlı 23 yaşlı Teymur Ramizov saxlanılıb.

    10 uşaq anası 74 yaşlı qadının baxıcısı fevral ayının 1-də axşam saatlarında öz evinə gedib. Ertəsi gün, səhər saatlarında geri dönən baxıcı yaşlı qadının evin çöl qapısının açıq olduğunu görüb. İçəri girən baxıcı yaşlı qadını yerdə qanlar içində görüb, həmin an polis və təcili yardıma məlumat verib.

    Hadisə yerinə gələn səhiyyə işçiləri Şəfiqə.S-in 17 bıçaq zərbəsi aldığını və dünyasını dəyişdiyini deyib. Həmçinin ekspertiza zamanı 74 yaşlı qadının təcavüzə uğradığı məlum olub. Morqa aparılan qadın daha sonra dəfn edilməsi üçün ailəsinə təhvil verilib. 1995-ci il təvvəllüdlü Teymur Ramizov məhkəmədən sonra həbs edilib.



  • “Uşağımın boynuna siqaret basdı” – Əri baltalayan qadın danışdı (VİDEO)

    Hacıqabulda kişi arvadını baltalayıb.

    Median.Az-in APA TV-nin Mil-Muğan bürosuna istinadən verdiyi məlumata görə, hadisə rayonun Koroğlu küçəsi 14 ünvanında baş verib.

    Həmin ünvanda yaşayan 1985-ci il təvəllüdlü Adəm Hüseynqulu oğlu Qəmbərov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Xalidə Nurəddin qızı Qəmbərovaya balta ilə baş nahiyəsindən 2 zərbə vuraraq xəsarət yetirib.

    X.Qəmbərova kəllə-beyin travması ilə huşsuz vəziyyətdə Hacıqabul Rayon Xəstəxanasına yerləşdirilib: “Uşağımın boyun nahiyəsinə siqaret basdı, mən də dedim niyə belə edirsən? Gözləmirdim məni arxadan balta ilə vura. Onda gördüm ki, arxadan balta ilə vurdu. Birini başımdan, birini də boynumdan vurdu. Huşumu itirdim. İçkili vəziyyətdə idi. Həmişə məni təhqir edirdi, amma döymürdü. Hər gün içkili olur, bəlkə narkotik də qəbul edirdi. Məni öldürmək istəyirdi. Dedi öldürəcəm səni, dedim niyə, dedi öldürəcəm. Vuranda da elə bildi ki, ölmüşəm. 3 azyaşlı uşağım var”.

    Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

  • Qaxda oğurluq edən iki qardaş ələ keçdi

    Qaxda mağazalara qənim kəsilərək vətəndaşlara maddi ziyan vuran iki qardaş – Zaqatala rayon sakinləri saxlanılıb.

    Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, onların ətrafında keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində üç ay öncə baş verən oğurluq hadisəsinin üstü açılıb.

    Əməliyyat-axtarış tədbirləri ilə üç ay öncə Qax şəhəri ərazisində fəaliyyət göstərən mağazadan oğurluğu törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri olan iki qardaş müəyyən edilərək saxlanılıblar.

    Hər ikisi əvvəllər məhkum olunmuş – 33 yaşlı Elsevər və 42 yaşlı Eldəniz Muradovların ətrafında aparılan tədbirlərlə onların yanvar ayında kənd ərazilərində olan mağazalardan pul və tütün məmulatı oğurlamaları müəyyən edilib.

    Araşdırmalarla məlum olub ki,qardaşlar Qax şəhəri ərazisindəki marketin arxa tərəfindəki dəmir qapının aşağı hissəsini əyməklə obyektə qeyri-qanuni yolla daxil olublar və oradan 10 470 manat oğurlayıblar.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Bakıda gizli şəkildə psixatrop maddələr satan aptek müdiri saxlanılıb

    Bakının Nəsimi rayonu ərazisində gizli şəkildə psixatrop maddələrin satıldığı aptekin müdiri saxlanılıb.

    “Report” xəbər verir ki, əməliyyat Bakı şəhər sakininin faktla bağlı Bakı Şəhər Prokurorluğu və Səhiyyə Nazirliyinə müraciəti əsasında aparılıb.

    Paytaxt sakini müraciətində bildirib ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11 ünvanında yerləşən “Çinar farm” adı altında fəaliyyət göstərən aptekdə güclü təsirə malik psixatrop maddələr satılır.

    Səhiyyə Nazirliyi və Bakı Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı sözügedən ünvandakı “Çinar farm” aptekinin sahibi Qasımov Natiq İdris oğlu güclü təsirə malik psixatrop maddələrin satışında şübhəli bilinərək saxlanılıb.

    Faktla əlaqədar Cinayət Məcəlləsənin 308.2 və 240.3.2 ci maddələri üzrə cinayət işi başlanılıb.

    Bir müddət əvvəl həmin aptekdə güclü təsir edən maddələrin satılmasına dair KİV-də məlumat yayılıb.

  • Şəhid qızını öldürən biznesmen oğlunun sürücüsü yalan ifadə verib

    Bakıda şəhid qızını avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlu Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə davam edib.

    Median.Az Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Səbail Rayon Yol Polis İdarəsinin əməkdaşı Yasin Abbaslı ifadə verib.

    O bildirib ki, hadisə zamanı Bayraq Meydanı istiqamətində xidmətdə olub. Hadisə baş verən zaman oraya yollanıb və yol hərəkətinin tənzimləməyə başlayıb: “Hadisə yerində bir nəfərin yol kənarında dayandığını və ağladığını gördüm. Bir neçə nəfər də mülki geyimli şəxs var idi. Mən hadisəni törədən şəxsi orada gördüm. Ona bildirdim ki, kənarda dayansın. Çünki ola bilərdi ki, zərərçəkmişin yaxınları gələrdi və mübahisə yaranardı. Onların təhlükəsizliyi baxımından belə bir addım atdım və yol kənarında dayanan 254 nömrəli yol polisi maşınının yanına göndərdim”.

    Sualları cavablandıran polis əməkdaşı söyləyib ki, qəzanı törədən şəxsin üzərində sürücülük vəsiqəsi və maşının sənədləri olmayıb.

    Şahid Yasin Abbaslı onu da deyib ki, hadisəni törədən şəxsin naməlum şəraitdə oradan uzaqlaşması ilə bağlı xidməti yoxlama da aparılıb. O və digər polis əməkdaşlarına töhmət verilib.

    Məhkəmədə şahid qismində Rəhimovlar ailəsinin sürücüsü olan Əmrulla Şahbazov da dindirilib.

    Bildirilir ki, hadisə baş verən zaman qəzanı törətdiyini Əmrulla Şahbazov öz üzərinə götürmək istəyib və istintaqa belə ifadə verib.

    Əmrulla Şahbazov məhkəmədə deyib ki, Rəhim maşını ondan istəyib: “Mənə dedi ki, ad gününə gedəcək. Atasına demədiyim üçün vermək istəmədim. Amma sonra verdim. Axşam zəng elədi ki, qəza törədib. Mən gedib müstəntiqə dedim ki, qəzanı özüm törətmişəm. Qorxumdan belə etdim. Çünki maşını atasından icazəsiz Rəhimə mən vermişdim. Amma müstəntiq dedi ki, maşını Rəhim sürüb”.

    Əmrulla Şahbazov bildirib ki, hadisə yerinə gələn zaman Rəhimi görməyib. Amma məhkəmədə məlum olub ki, o, istintaqda Rəhimi hadisə yerində gördüyünü deyib: “Mənə ağ vərəq verdilər. Ona imza çəkdim. Mən oxuya bilmirəm”.

    Məhkəmə qərar verib ki, işi araşdıran müstəntiq də dindiriləcək.

    Qeyd edək ki, ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə cinayət işi başlanıb.

    R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutulub.

    Xatırladaq ki, qəzanı törədən 17 yaşlı R.Rəhimov iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

    Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.

  • DTX-nın həbs etdiyi gömrük əməkdaşı və digərlərinə hökm oxundu

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycandan Türkiyəyə 130 min manat dəyərində qızıl-zinət əşyaları və 190 min dollar pulu qaçaqmalçılıq yolu ilə aparmaqda təqsirləndirilən dəstə üzvləri – İlqar Əbilov, Elvin Yusubov, Rəşad Nəsibov və Kamran Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü Kamran Əhmədov 5 il 6 ay, Rəşad Nəsirov, İlqar Əbilov və Elvin Yusubovun isə hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, prokuror çıxışında İlqar Əbilov, Elvin Yusubov, Rəşad Nəsibovun hər birini 6 il 6 ay və Kamran Əhmədovun isə 7 il müddətinə azadlıqdan məhrum edlməsini istəmişdi.

    Qeyd edək ki, Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətlərinin yaydığı məlumata əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2017-ci il martın 8-də həyata keçirilmiş birgə tədbirlər nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda, yəni 190 min ABŞ dolları məbləğində xarici valyuta və 132.207,52 manat dəyərində ümumi çəkisi 2 kq 279,44 qram təşkil edən 5 ədəd qızıl külçələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirərək Heydər Əliyev Beynəlxalq Hava Limanından təyyarə ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən Azərbaycan vətəndaşları Elvin Yusubov, Rəşad Nəsibov, İlqar Əbilov və onlarla əlbir olan gömrük əməkdaşı Kamran Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

    Daha sonra onların barələrində həbs qətimkan tədbiri seçilib.

  • Bakıda 44 yaşlı kişini ölənədək döydülər

    Bakının Binəqədi rayonunda bir nəfər müəmmalı şəkildə dünyasını dəyişib.

    Median.Az-in “Report”a istinadən verdiyi məlumata görə, Beynəlxalq Avtovağzal yaxınlığında, Rəşid İsmayılov küçəsində naməlum şəraitdə baş, boyun və bədən nahiyələrindən ağır xəsarətlər alan 1974-cü il təvəllüdlü Əhmədov Mübariz Şamil oğlu tapılıb.

    O, ərazidə xidmət aparan polislərin köməkliyi ilə xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, M. Əhmədov dünyasını dəyişib.

    Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsi əməkdaşlarının ilkin məlumatına görə, o, döyülüb. Bununla belə, hadisənin dəqiq səbəbləri araşdırılır.

    M.Əhmədov Qarabağ müharibəsi əlili olub.

  • Azərbaycanda müəllim 14 yaşlı qızla cinsi əlaqədə oldu

    Goranboyda yanvarın 2-də müəlliminin qaçırdığı 15 yaşlı Humayla bağlı “Səni axtarıram”da tükürpədici məlumat verilib.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, Humayı qaçırdan 36 yaşlı rəqs müəllimi Orucun onunla cinsi əlaqədə olduğu və bu müddəa ilə təqsirləndirilən şəxsə cinayət açılacağı deyilib. Bu barədə Xoşqədəm və verilişdə ekspert qismində iştirak edən vəkil Şəfiqə Nağıyeva danışarkən bildiriblər.

    Qeyd edək ki, 20 gün sonra tapılan Humay hal-hazırda ailəsinin yanındadır. Lakin aparıcı və ekspertlər Humayın ailəsindən alınaraq reablitasiya mərkəzinə yerləşdirilməsinin vacibliyini sözlərinə əlavə ediblər.

    Oruc hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

    Humay açıqlamasında Orucun onu rəqs dərsləri keçdiyi məkanın zirzəmisində saxladığını qeyd edib.