Category: Kriminal

  • Bakıda evdən oğurluq edən qadın tutuldu – FOTO

    Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyri-aşkar şəraitdə və zərərçəkənə maddi ziyan vurmaqla törədilən oğurluq hadisəsinin üstü açılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhər sakini Əliağa Kərimov yanvarın 27-də Polis Bölməsinə şikayət edərək bildirib ki, yaşadığı evdə içərisində 1600 ABŞ dolları və 300 manat olan pul kisəsi naməlum şəraitdə oğurlanıb.

    Bölmə əməkdaşlarının “isti izlərlə” həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Nərimanov rayon sakini, əvvəllər məhkum olunmuş Fəridə Miriyeva saxlanılıb. Saxlanılan şəxsin üzərindən oğurladığı pulun bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. F.Miriyeva bildirib ki, oğurluğa daxil olduğu evin qonşuluğunda qohumu yaşayır. O, qohumunun evinə gəlib-gedən zaman oğurluq məqsədilə həmin mənzilə daxil olduğunu etiraf edib.

    Faktla bağlı 39-cu Polis Bölməsində toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.

  • Adı “Qırmızı kitab”a düşən quşları ovlayan üç nəfər saxlanılıb – FOTO

    Ağsu rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz ov edənlərə qarşı keçirdiyi reyd zamanı adı “Qırmızı kitab”a düşən quşları qanunsuz ovlayan şəxsləri saxlanılıb. 

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, rayonun Cəfərli kəndi yaxınlığında mühafizə olunan qoruq ərazisində üç nəfər tutulub. Onlar Ağsunun Kəndoba kənd sakinləri – 1989-cu il təvəllüdlü İbadov Zaur Cəfərxan oğlu, 1988-ci il təvəllüdlü İbadov Qahir Asət oğlu və 1983-cü il təvəllüdlü Məhəmmədli Ramazan Fəxrəddin oğludur.

    Həmin şəxslərdən üç ədəd qoşalüləli ov tüfəngi və 18 ədəd güllə, ovladıqları adı “Qırmızı kitab”a düşmüş dörd Bəzgək quşu götürülüb.

    Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən  araşdırma aparılır.

    Qeyd edək ki, Bəzgək quşlarının sayı azaldığı üçün 1989-cu ildə adı “Qırmızı kitab”a daxil edilib. Həmin quşların qanunsuz ovlanan hər birinə görə 330 manat cərimə nəzərdə tutulub.






  • Sələmçi qadınların tələsi, yoxsa dələduzluq işi?- “Aylıq 10 faizə 17800 manat

    Bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Nəzakət Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası davam edir. Təqsirləndirilən qadın sələmə pul verən şəxslər tərəfindən şərləndiyini deyir. Zərərçəkmiş tərəflərin isə şikayətçi olduğu şəxs yalnız Nəzakət Hüseynova deyil.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq; xeyli miqdarda törədildikdə) və 178.2.4-cü (dələduzuq; təkararən törədildikdə) maddələri ilə ittiham edilən Hüseynova Nəzakət İmran qızının cinayət işi üzrə məhkəmə iclası Yasamal Rayon Məhkəməsində davam etdirilir.
    İttihamda yazılır ki, Nəzakət Hüseynova tanışı Elza Qəhrəmanovdan ərinə maşın almaq, oğlunun və qızının təhsili üçün ödəniş etmək adı ilə cəmi 11100 manat pul alıb. Zərərçəkmiş kimi tanınmış Atlas Mirzəyevadan oğlunu işə düzəltmək adı ilə 4400 manat, Dostxanım Cabbarovadan isə 6 min manat borc alaraq geri qaytarmamaqda ittiham edilir. İş üzrə digər zərərçəkmiş kimi tanınanlardan biri isə Sara Rüstəmovadır. İttihama görə, Nəzakət Hüseynova ondan 6 min manat alaraq qaçqınlar üçün tikilən bindan ev almasına kömək edəcəyini deyib. Rəsmi ittihamda yazılır ki, Aynur Yusifova da eyni məqsədlə Nəzakət Hüseynovaya 6 min manat pul verib.

    Nəzakət Süleymanova ittihama münasibət bildirərkən özünü təqsirli hesab etməyib.

    Bildirib ki, Dostxanım Cabbarovanı qardaşının qonşusu kimi tanıyıb və sonradan aralarında münasibət yaranıb. D.Cabbarova qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğu üçün ondan qızıl alaraq satıb və qazanc əldə edib.

    N.Süleymanova bildirib ki, daha sonra qonşuları üçün sələmə pul lazım olduğu üçün Dostxanım Cabbarovaya müraciət edib. Aylıq 10 faiz sələm vermək şərti ilə 17800 manat pul alıb və qonşularına verib. Sonradan öyrənib ki, Dostxanım həmin pulu Aynur adlı tanışından alıb.

    “Mən pulu Dostxanımdan alıb, faizi də ona ödəmişəm. 25 min manata qədər pul qaytarmışam. Elza Qəhərəmanovadan isə 1000 manat sələmə pul götürmüşəm. Yoldaşım Gürcüstan maşın gətirəndə 1000 manat lazım oldu. 10 faizlə Elza xanımdan götürdük. Sonra da qaytardıq. Onun sələmə pul verdiyini bilirdim. Tanışım Turan mənə müraciət edərək şəxsi məsələsinin həlli üçün sələmə pul lazım olduğunu dedi. Mən onu Elza ilə əlaqələndirdim, görüşdürdüm. Turan Elzadan 5500 manat pul götürmüşdü. Turan sonra yenə zəng edərək pul lazım olduğunu dedi. Mən isə bu işi öz aralarında həll etməli olduqlarını söylədim. Sonradan öyrəndim ki, Turan Elzadan yenə də pul götürüb. Aylıq olaraq 1000 manat faiz verirdi. Sonra pulu ödəyə bilmədi. Elza da mənə zəng edərək Turanın pulu vermədiyini dedi. Öz aralarında həll etmələrini desəm də Elza bildirdi ki, Turan mənim tanışım olduğu üçün pulu məndən tələb edir. Turan 2 min manat Elzaya verdi və əsas borcdan çıxmasını istədi. Elza isə həmin pulu faizə hesabladığı üçün Turan daha pul ödəmədi. Elza məni hədələyərək pulu qaytarmayacağım halda oğlumu və ərimi həbs etdirəcəyini, maşınımı əlimizdən alacağını və bizi rüsvay edəcəyini dedi. Mən ona pulun 8 min manatını qaytarmağa məcbur oldum. Hissə-hissə olmaqla isə, əlavə 6 min manat da verdim. Borcum olmadığı halda Elzaya 14 min pul ödədim. Ailəmə nəsə edəcəyindən ehtiyat edirdim”.

    Təqsirləndirilən N.Süleymanova əlavə edib ki, tanışları üçün Dostxanımdan sələmə pul alsa da, ondan şikayətçi olan digər qadınları tanımır və əlaqələri olmayıb.

    “Dostxanım iki qadınla evimə gəldi. Dedi ki, həmin qadınlar onun şahidləridir və mən sələmə aldığım pulları qaytarmalıyam. Mən 102-yə zəng edərək məlumat verdim. Polis əməkdaşları gəlib həmin qadınları evimdən çxıardı”- deyən N.Hüseynova adı çəkilən şəxslərdən heç birinə pul borclu olmadığını deyir.

    Nəzakət Hüseynovanın oğlu Vüsal Hüseynli musavat.com-a bildirib ki, 4 nəfər sələmçi və onların qohumları onun nanasına böhtan atır:

    “Onlar özbaşınalıqla məşğuldur və heç biri qanunla hesablaşmaq istəmir. Baş prokurorluq, Yasamal Rayon Prokurorluğu və şikayət etdiyimiz heç bir instansiya məsələyə adekvat reaksiya vermək istəmir və hər vəchlə bu sələmçilərin maraqlarına uyğun hərəkət edirlər. Aynur Yusifova, Dostxanım Cabbarova, Sara Rüstəmova, Atlas Mirzəyeva anamdan şikayətçi olublar.

    Onu bildirim ki, tərəflər arasında heç bir borc müqaviləsi bağlanmayıb və bu borc münasibətləri mülki xarakter daşıyır. Kimisə bu işdə cinayət məsuliyyətinə cəlb etmək tamamilə qanunsuzdur, çünki mülki işlərdə cinayət tərkibi olmur. Bunu bilən sələmçilər başqa yol seçir- borclu hesab etdiyi insanlara şər-böhtan atır. Məsələn, iddia edirlər ki, mən sənə 10 min manat pul vermişəm və sən də mənə əvəzində maşın, torpaq sahəsi və s. söz vermisən. Yəni 4-5 nəfər eyni yalan ifadəni verir, şahidlik edir və belə olan təqdirdə sələmə pul alan insanları cinayət məsuliyyətinə cəlb etmək mümkün olur. Buna hüquq dilində “süni ittiham sübutu”, məişət dilində isə “üzəduranlıq” deyilir. Üstəlik, bu sadəcə borc pul deyil, bu qanunsuz sələmçilik fəaliyyətdir. Dediyim kimi, süni ittiham sübutu yaradılandan sonra cinayət işi açmaq və təqsirləndirilən şəxsi müvafiq maddə ilə dələduzluqda ittiham eləmək mümkün olur”.

    Vüsal Hüseynli bildirib ki, zərərçəkmiş kimi tanınan şəxslər yalnız anasından yox, başqa şəxslərdən də şikayətçidir: “Siz fikirləşə bilərsiniz ki, yalançı onlar deyil, mənəm və bu insanlar həqiqətən bizə pul verib, əvəzində maşın almaq istəyiblər, yəni dələduzluq həqiqətən də olub. Amma bu 4 nəfər və onların qohumları eyni üsulla daha üç insanı şərləyib. Bu işlərin ikisi Səbayıl Rayon Polis İdarəsində, biri isə Yasamal Rayon Polis İdarəsindədir və bu işlərə dair sənədlərin surətləri də bizdə var. Dediyim kimi, oxşar məzmunlu, eyni motivli şikayət, daha doğrusu, şər-böhtanla dolu şahid ifadələri: “mən sənə pul vermişəm, maşın, ev, qızıl, torpaq sahəsi almaq üçün, sən isə pulu götürüb qaçmısan”. Necə oldu ki, bu 4 qadını bir nəfər pulunu alıb aldadır, onlar yenə gedib başqa adamla eyni iş görürlər, pul verib torpaq sahəsi almaq istəyir? Həmin adam da yenə bunları aldadır və yenə eyni şey davam edir? Bu qədər yalan olmaz. Bu cinayətləri görməmək mümkün deyil. Ortada bu qədər sübut ola-ola ədalətsiz qərar çıxarıla bilməz”.

    Qeyd edək ki, Nəzakət Hüseynova barəsində həbsqətimkan tədbiri seçilməyib. O, ev dustaqlığındadır. Hazırda əməliyyat olunub və xəstəxanada müalicə alır.

  • Cəlilabad sakinindən “Zastava-M70” avtomatı götürülüb

    Cəlilabad sakinindən avtomat götürülüb.

    Daxili İşlər Nazirliyindən oxu.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mikayıllı kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov saxlanılıb.
    Baxış zamanı onun üzərindən narkotik vasitə olan heroin, həmçinin “Zastava-M70” markalı avtomat, 1 patron darağı və 25 ədəd patron aşkar edilib.

    Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • İnternetdə tanış olduğu qadın Bakı sakininin başına oyun açdı

    Yanvarın 25-də, axşam saatlarında DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birinin eyvanında bir nəfərin qışqıraraq kömək istəməsi barədə məlumat daxil olub.

    DİN-dən Oxu.Az-a verilən məlumata görə, Hadisə yerinə dərhal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməkdaşları cəlb olunub, müvafiq tədbirlər həyata keçirilib, mənzilin qapısı açılıb.

    Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini M.Məmmədov olması, internet vasitəsilə tanış olduğu Maya adlı qadınla saat 21:00 radələrində birlikdə həmin evə gəldikləri, bundan təxminən 30 dəqiqə sonra mənzilə daxil olan üç maskalı şəxsin onun əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döydüyü, cibindəki 150 manatı və mobil telefonunu da götürərək, Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayaraq getdikləri məlum olub.

    Bundan sonra M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb və ətrafdakıları köməyə çağırıb.

    Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən dörd nəfərin şəxsiyyəti qısa zamanda müəyyən edilib.

    Görülmüş tədbirlərlə onlardan biri – paytaxt sakini Orxan Hüseynov “isti izlər”lə saxlanılıb.
    Faktla bağlı cinayət işi başlanılıb.

    Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Bakıda sensasion əməliyyat: XİN və Sərhəd Xidmətinin əməkdaşları tutuldu – VİDEO

    Dövlət Təhlükəsizliyi Xidməti əməliyyat keçirib.

    Azərbaycan Respublikasına gələn əcnəbilərdən dövlət sərhədində viza rəsmiləşdirilməsi və sərhəd nəzarəti zamanı rüşvət alınması, qərəzli şəkildə qanuni ödənişlərdən artıq məbləğlərin tutulması barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən birgə kompleks əməliyyat-texniki tədbirlər həyata keçirilib və çoxsaylı cinayət faktları qeydə alınıb.

    2018-ci il yanvarın 26-da keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Bakı şəhəri Beynəlxalq Hava Limanında ölkəyə gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almış Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Xəlilli Elton Zakir oğlunun qanunsuz əməlləri ifşa edilərək saxlanılıb.

    Həmçinin, dövlət sərhəd nəzarəti prosedurlarında heç bir rüsum ödənilmədiyi halda, ölkəyə daxil olan xarici ölkə vətəndaşlarından əsassız olaraq müxtəlif məbləğlərdə pul almış Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında zabit nəzarətçisi, baş leytenant Zeynalov Lətif Fərhad oğlu və nəzarətçi gizir Qasımlı Zaur Taleh oğlunun qanunsuz əməlləri ifşa edilərək cinayət başında saxlanılıblar.

    Adları çəkilən şəxslərdən ayrı-ayrı ölkələrə məxsus müxtəlif məbləğlərdə xarici valyuta əskinasları aşkar edilərək götürülüb, xarici vətəndaşlar həmin şəxslərin qanunsuz əməlləri barədə ətraflı məlumatlar veriblər.

    Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində araşdırmalar davam edir.

    Azərbaycan Respublikasının beynəlxalq aləmdəki müsbət imicinə, ölkədə turizmin inkişafına zərər vurulması hallarının qarşısının alınması üçün bundan sonra da qətiyyətli tədbirlər görüləcək.

  • DİN narkotik alverçilərinə qarşı əməliyyat keçirib

    Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də ümumi çəkisi 12 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb.

    Belə ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində   Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağakərim Axundovdan 1 kiloqram 671 qram heroin götürülüb.

    Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Nurid Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış keçirilib. Oradan sürücü və sərnişini, həmyerlisi, əvvəllər məhkum olunmuş Zaur Məmmədova məxsus 8 kiloqram 520 qram tiryək aşkar edilib. 

    Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Zərdabi kənd sakini Yadigar Əlizadədən 321 qram heroin, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vurğun Abdulovdan 453 qram, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Əliabad qəsəbə sakini Elgüc Ağaməmmədovdan 21,9 qram, yaşadığı evə baxış zamanı isə əlavə 435 qram marixuana aşkar edilərək götürülüb. 

    Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. 

    Faktlarla bağlı cinayət işləri başlanılıb. 

  • Bakıda polisə cinayətkarı güllələdi

    Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində yanvarın 15-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş, 26 yaşlı Osman Abdullayevi odlu silahla qətlə yetirdiyinə görə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 24 yaşlı Həsən Məşədiyevin Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində gizləndiyi yer müəyyən edilib.

    Onun tutulması məqsədilə əməliyyat tədbiri keçirilərkən H.Məşədiyev polis əməkdaşlarına silahlı müqavimət göstərdiyinə görə öldürülüb. 

    Faktla bağlı istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Azərbaycanda ŞOK OLAY: İnsanların gözü önündə arvadının başını kəsirdi

    Göyçay rayonunda baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı yeni məqamlar üzə çıxıb. 

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, rayonun Kürdəmiş kənd sakini olan 42 yaşlı Rəşad Həşimov həyat yoldaşı, 31 yaşlı Vüsalə Kərimovanı Göyçay şəhərinin mərkəzindəki parkda bıçaqlayandan sonra onun başını kəsməyə çalışıb.

    İlkin araşdırma zamanı məlum olub ki, o, boşanmaq ərəfəsində olduğu xanımına 8 bıçaq xəsarəti yetirib. Daha sonra bıçağı qadının boğazına dirəyərək, onun başını kəsməyə çalışan R.Həşimova ətrafdakı insanlar mane olub. Onlar müdaxilə edərək qadını 42 yaşlı kişinin əlindən alıblar. Vüsalə Kərimova Göyçay şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hadisədən sonra bıçaqla özünə ağır xəsarət yetirən R.Həşimov da həmin xəstəxanaya aparılıb.

  • Bakıda tapança satmaq istəyən şəxs saxlanılıb

    Daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

    Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə Masallı rayonunda qeydiyyatda olan Ələddin Abdullayevin üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

    Bölmə əməkdaşlarınnın həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “TT” markalı tapança, 3 ədəd patron, 1 ədəd həmin silaha məxsus sandıqça və narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ilkin ifadəsində odlu silah-sursatı satmaq niyyəti ilə üzərində gəzdirdiyini bildirib.

    Faktla bağlı 39-cu Polis Bölməsində toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı isə araşdırmalardan sonra məlum olacaq.