Category: Kriminal

  • Gizlicə evə girdi, soyun dedi və kəndin içində… – İmişlidə 45 yaşlı kişidən 2 uşaq anasına qarşı biabırçı əməl

    İmişli rayonunda iki uşaq anasına təcavüz etməkdə təqsirli bilinən 1973-cü il təvəllüdlü Cavid İmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Cavid İmanov yaşadığı İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindəki evindən 1500 metr aralıda yerləşən evdə ərindən ayrılmaqla iki azyaşlı uşaqları ilə yaşayan Aydan Babayeva (ad və soyad şərti verilib – red.) ilə cinsi əlaqədə olmaq qərarına gəlib.

    İşığı kəsdi

    Bu məqsədlə Cavid İmanov 19 aprel 2017-ci il tarixdə, saat 22.30-da sərxoş vəziyyətdə olan zaman Aydan Babayeva ilə cinsi əlaqəyə girmək niyyətini həyata keçirmək istəyib.

    O, ilk öncə, hər hansı bir şəxs tərəfindən müşahidə olunmamasından ötrü Aydan Babayevanın evinə gedən elektrik enerjisi xəttini sayğacdan ayırıb.

    Hədə-qorxu

    Daha sonra Cavid İmanov evin açıq pəncərəsindən mənzilə daxil olmaqla yataq otağına keçib. Orada yatmağa hazırlaşan Aydan Babayevaya cinsi əlaqədə olmağı təklif edib, səsini çıxaracağı təqdirdə ona və uşaqlarına zor tətbiq edəcəyini deyib. Cavid İmanov qadını hədələyərək səsini çıxarmamağı tapşırandan sonra soyunmağa başlayıb.

    Təcavüzə uğrayan qadın

    Cavid İmanov şalvarını soyunan zaman Aydan Babayeva otağın pəncərəsindən özünü həyətə atıb. O, Aydan Babayevanı saxlamaq üçün sonuncunun əynindəki xalatdan tutub. Lakin Aydanın xalatının cırılması ilə əlaqədar o, buna nail ola bilməyib.

    Səs-küy və şikayət

    Daha sonra Cavid İmanov da özünü qadının arxasınca pəncərədən həyətə ataraq, onu təxminən 70 metr təqib edib. Bu zaman Aydan Babayevanın səs-küyünə gələn qəsəbə sakinlərinin onu görüb ifşa edəcəklərindən çəkinərək təqibi dayandırıb, oradan qaçaraq gizlənib.
     
    Aydan Babayeva baş verən hadisə ilə bağlı rayon hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında Cavid İmanov həbs edilib.

    İki maddəli cinayət işi

    İstintaq orqanı tərəfindən Cavid İmanovun barəsində Cinayət Məcəlləsinin 29,149.1-ci (zorlamaya cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

    Cəza: 4 il 2 ay

    Cavid İmanovun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Nizami Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Cavid İmanov 4 il 2 ay müddətinə azadlıqdan məhrum olunub. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi hökm edilib.

    Hökmdən narazı qalan Cavid İmanov apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəzanın təyin edilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

    Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan prosesdə ifadə verən Cavid İmanov özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O bildirib ki, tutduğu əməldən peşmandır.

    Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb./Publika.az

  • Antalyada azərbaycanlı fahişələr yaxalandı

    Türkiyədə azərbaycanlı fahişələr saxlanılıb.

    Oxu.az CNN-ə istinadən xəbər verir ki, Antalyada fahişəliklə məşğul olan şəxslərə qarşı hotellərdə və fərdi evlərdə reydlər keçirilib.
    Ümumilikdə 200 polis əməkdaşının iştirak etdiyi əməliyyatlarda fahişəliklə məşğul olan 21 əcnəbi qadın və onları fahişəliyə cəlb edən, aralarında dövlət məmurları da olmaqla 35 şübhəli saxlanılıb. Saxlanılar qadınlar Özbəkistan, Qazaxıstan, Azərbaycan və Rusiya vətəndaşları olublar. 

    Məlumatda qeyd olunur ki, qadınları telefon və eskort saytları vasitəsilə VİP maşınlarla müştərilərə çatdırılıb.


  • Bakıya gələn turistin oteldə pulu oğurlandı

    Hadisə Nərimanov rayonunda yerləşən “Divan” oteldə qeydə alınıb.

    “Ölkə.Az”-a verilən məlumata görə, Türkiyə Respublikasının vətəndaşı, 1992-ci il təvəllüdlü Oruc Ümid Ömər Nərimanov RPİ-nin 18-ci polis bölməsinə rəsmi ərizə ilə müraciət edərək dincəldiyi oteldə masanın üzərindən ona məxsus 1000 dollar pulun oğurlandığını bildirib.

    Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Hazırda polis əməkdaşları oğurluğu törədən şəxsin axtarışlarına başlayıb.

  • Bakıda avtoxuliqanın saxlanma əməliyyatı – VİDEO

    Bakıda avtoxuliqanlıq edən “NAZ Lifan” markalı avtomobilin saxlanma əməliyyatının görüntüləri yayılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, saxlanma əməliyyatında 23 yol polisi avtomobili yox, üç patrul avtomobili iştirak edib.

    “NAZ Lifan” markalı, “90 UR 366” dövlət nömrə nişanlı avtomobil 09.12.1985-ci il təvəllüdlü, Suraxanı qəsəbəsində qeydiyyatda olan Ağasıyev Ramin Niyazi oğlu tərəfindən sürücülük vəsiqəsi olmadan, üç dostu ilə birgə Bakı şəhər ərazisində dövlət nömrə nişanı olmadan idarə edildiyi üçün Neftçilər prospektində saxlama işarəsi verilib. Lakin avtomobilin sürücüsü “Saxla” əmrinə tabe olmayıb. Sürücü avtomobili olduqca təhlükəli və sürətlə idarə etdiyini üçün yol polisi avtomobili onu yaxından təqib etməyib. 

    “Təhlükəli və sürətlə avtomobil idarə etdiyini, hərəkət iştirakçılarına real təhlükə yaratdığını görüb həmin avtomobil şəhərin mərkəzi küçəsindən kənar istiqamətə, yəni Nobel prospektinə məqsədli olaraq yönəldilib, bu prospektdə süni sıxlıq yaradaraq sürücü və sərnişinlərlə birgə saxlanılıb. Sürücü qaçmağa cəhd göstərib, lakin yol polisinin sayıqlığı nəticəsində saxlanılıb”.

    V.Əsədov bildirib ki, peşəsi rəngsaz olan sürücü barəsində məhkəmənin qərarı ilə 30 sutka həbs verilib: 
    “Araşdırma zamanı məlum olub ki, “NAZ Lifan” markalı, “90 UR 366” dövlət nömrə nişanlı avtomobil dövlət tərəfində əlilə verilib. Avtomobil sahibi də maşını idarə etmək üçün sürücülük vəsiqəsi olmayan şəxsə verib. Nəticədə belə mənzərə yaranıb”.
    Hadisə ilə əlaqədar görüntüləri təqdim edirik:

  • DİQQƏT! Bakıda özünü məmur kimi təqdim edib pul yığan fırıldaqçını tanıyın (VİDEO)

    Bakının Xətai metrosu yaxınlığında mağazada dələduzluq hadisəsi baş verib. 

    Baku.ws-ə müraciə edən “KidSmart “ uşaq mağazasının sahibi Gündüz Nəcəfquliyev bildirir ki, ötən gün saat 12:51-də mağazasına daxil olan şəxs kassada əyləşən işçini aldadıb.

    Mağaza sahibinin sözlərinə görə, özünü məmur kimi təqdim edən şəxs kassa üçün lisenziya ödənişi tələb olunduğunu bildirib. Kassada əyləşən xanım bu barədə məlumatı olmadığını bildirib. Həmin şəxs isə guya mağaza sahibinə zəng edib və başqa biri ilə danışaraq ödənişlə bağlı razılıq alıb.

    Kassiri inandıran şəxs 92 AZN pulu aldıqdan sonra mağazadan çıxıb və ərazidən uzaqlaşıb. Mağaza sahibi Gündüz Nəcəfquliyev məsələni araşdırdığını və bu cür hadisələrin başqa mağazalarda da bir neçə dəfə təkrarlandığını bildirib.

    “Bu şəxs və bununla əlbir olanlar yeni mağazaları hədəf seçir. Çünki mən dövlət kassasını 19.01.2018 tarixində quraşdırmışam. 2 gündən sonra isə bu şəxs peyda olub. Mən yeganə zərərçəkmiş deyiləm. Belə hadisələr tez tez olur. Kassa aparatını quraşdırandan sonra dələduzlar mağazaya gəlib pul tələb edir. 
    Hadisənin görüntülərini təqdim edirik:  

  • В Баку задержан карманник-рецидивист

    Задержан человек, совершивший кражи на станциях Бакинского метрополитена.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, жительница Баку Ф.Бабаева обратилась в отдел полиции на метрополитене Главного управления полиции города Баку и сообщила, что 17 января на станции «Гянджлик» у нее вытащили из кармана мобильный телефон.

    В результате оперативно-розыскных мероприятий сотрудников полиции был задержан совершивший преступление житель столицы, ранее судимый Эмиль Кудайбирганов.

    В результате проведенных мероприятий выяснилось, что он 19 января украл мобильный телефон на станции метро «28 Мая».
    По факту возбуждено уголовное дело.

  • Klinikada həkimin maaşı: 180 manat yazılıb, 8 min alıb… SƏS-KÜYLÜ MƏHKƏMƏ

    Xalq artisti, balerina və s. titulların sahibi  Leyla Şıxlinskayanın rəhbərlik etdiyi, onun adını daşıyan klinikanın göz həkimi Namiq Mustafayev rəsmi sənədlərə görə, klinikadan 180 manat, faktiki isə7-8 min manat maaş alırmış.

    Median.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu N.Mustafayev özü ötən həftənin cümə günü məhkəmədə təsdiqləyib.

    Həkim, Leyla Şıxlinskaya klinikasının 7 nəfər keçmiş işçisinin məhkəməsində ifadə verib. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Müttəhimlər kürsüsündə klinikanın keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev (baş mühasibin müavini), Səkinə Qasımova (mühasib), Aytən Hüseynova (kassir), Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva və Yelena Abdullayeva oturublar. Onlar  CM-nin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə təqsirləndirilir.

    “Əməliyyata görə pulu klinikanın kassasından alırdım…”

    Onların barəsində Leyla Şıxlinskayanın şikayəti əsasında cinayət işi qaldırılıb. Şıxlinskaya baş mühasibi və digərlərini klinikanın “qara kassası”ından 800 min manata yaxın vəsaiti mənimsəməkdə ittiham edir. Keçmiş işçilərini klinikaya daxil olan vəsaitləri mənimsəməkdə ittiham edən Şıxlinskaya onların cinayət məsuliyyətinə cəlb olunması ilə kifayətlənmir, 804 min 343 manat da pul tələb edir. Xalq artistinin nümayəndəsi məhkəmədə bu məbləğdə mülki iddia qaldırıb.

    Lakin bu cinayət işinin istintaqı zamanı klinikada milyonlarla manat vergidən yayınma da aşkarlanıb və fakt üzrə ayrıca cinayət işi qaldırılıb.

    Məhkəmədə şahid kimi ifadə verən Namiq Mustafayev Mərkəzi Neftçilər Xəstəxanasında da işləyir. Həkim deyib ki, əsas iş yeri də elə oradır, “Leyla Şıxlinskaya klinikası” ilə əməkdaşlıq edib. N.Mustafayev ifadəsində deyib ki,  özəl klinikada göz əməliyyatları edib. Hər əməliyyata görə pulu bir həftə sonra klinikanın kassasından alıb.

    “Hər əməliyyatın öz qiyməti var. Yəni qiymətlər standart deyildi. Məndə əməkhaqqı kartı olmayıb. Amma ayda 7-8 min manat pul almışam”, – göz həkimi ifadəsində belə deyib.

    “Əməkhaqqı kartlarında maaş az göstərilirdi”

    Təqsirləndirilən şəxslərdən keçmiş baş mühasib Şəhla Abbasovabu şahidlə bağlı məsələyə aydınlıq gətirib. Bildirib ki, həqiqətən ona dediyi məbləğdə əməkhaqqı verilirdi. Amma rəsmi sənədlərdə həkimin maaşı 180 manat göstərilmişdi. Çünki klinikanın rəhbərinin göstərişi belə olub: “Bizdən kart sisteminə keçməyi tələb etmişdilər. Biz də bütün işçilərin adına əməkhaqqıkartı açmışdıq. Amma orada maaş az göstərilirdi”.

    Uşaq cərrahı Pərviz Səmədov, ginekoloq Nuriyyə Qədirova da buna bənzər ifadələr veriblər. Bildiriblər ki, hər əməliyyatın qiyməti, aylar üzrə aldıqları əməkhaqqılar fərqli olub. Onlar aldıqları əməkhaqqının məbləği haqda konkret rəqəm söyləməyiblər. Amma deyiblər ki, onlara vəd edilən məbləği vaxtında alıblar.

    O da məlum olub ki, adları çəkilən həkimlərin adına əməkhaqqı kartları çıxarılıb. Amma həmin kartlar həkimlərin özlərinə verilməyib. Onların da rəsmi maaşı 180-200 manat həddində olub.

    “Şıxlinskaya açarı verib dedi ki, o otağa daxil olum…”

    Məhkəmə prosində klinikanın mühafizə xidmətinin rəhbəri olmuş İlqar Həsənov, IT mütəxəssisi Nuru Nuriyev L.Şıxlinskayanın göstərişi ilə baş mühasibin otağına gizli daxil olmadan, onun kompüterinə müdaxilədən danışıblar.

    İ.Həsənov deyib ki, klinikada kompüter sistemilə bağlı işlərə baxan N.Nuriyev günlərin birində işdən sonra gəlib və mühasibin otağına gedib. Onlar da bundan xəbər tutan kimi məsələdən hazırda məhkəmə qarşısında olan mühasibi xəbərdar ediblər. Elə bu xəbərdarlıqdan da iki gün sonra klinika rəhbərliyi İ.Həsənovu mühafizə xidmətinin rəisi vəzifəsindən çıxarıb: “Məni adi mühafizəçi təyin etmək istədilər, razılaşmadım, ərizəmi yazıb işdən çıxdım”.

    N.Nuriyev də ifadəsində mühasibin otağına getdiyini təsdiqləyib: “Məndən Leyla xanım xahiş etmişdi ki, sənədləri “kopyalayım”. Həmin vaxt audit yoxlama gəlmişdi. Mən də onun dediyini eləmişəm. Otağın açarını da mənə Leyla xanım vermişdi. Mən məlumatları aparıb ona verdim və bu haqda heç kimə heç nə demədim”. (“Azadlıq” radiosunun materialları əsasında)

  • Azərbaycanda polisi bıçaqlayan şəxs saxlanıldı

    Saatlı rayonunda polis əməkdaşını bıçaqlayan şəxs saxlanılıb.

    Median.Az-in məlumatına görə, bu barədə Trend-ə Saatlı rayon Prokurorluğundan məlumat verilib.

    Məlumatda bildirilir ki, polis əməkdaşını bıçaqlayan şəxs rayon sakini – 1969-cu il təvəllüdlü Əliyev Şöhrət Ağazadə oğlu şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

    Prokurorluqdan bildiriblər ki, hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilsə də, hələlik konkret səbəb məlum deyil. Bıçaqlanan şəxs – polis çavuşu, 1983-cü il təvəllüdlü Eynullayev Əvəz Ağamirzə oğlu isə əməliyyat olunub, hazırda vəziyyəti ağır-sabitdir.

    Saatlı rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bakıda arvadını yastıqla boğan şəxs saxlanılıb

    Bakıda arvadını boğaraq öldürən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, yanvarın 20-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı yaşadığı evdə münaqişə zəminində arvadı Güneli yastıqla boğaraq qətlə yetirib.

    Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qəhrəmanlı saxlanılaraq istintaqa təhvil verilib.
    Araşdırmalar davam etdirilir.

  • Gəncədə gecə klubunda dava düşdü: Yaralılar var

    Gəncə şəhərində yerləşən gecə klubunda kütləvi dava düşüb.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. 

    “X-Club” adlanan məkanda baş verən kütləvi davada üç nəfər – Şəmkir rayon sakinləri, 1996-cı il təvəllüdlü Rzazadə Orxan Vahid oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Orxan Namiq oğlu və 1994-cu il təvəllüdlü Məmmmədov Orxan Elman oğlu bıçaqlanıblar. 
    Onlardan O.Məmmədovun vəziyyəti kafi, digərlərinin isə ağırdır. Məlumata görə, əlbəyaxa dava zamanı daha bir neçə nəfər xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.