Category: Kriminal

  • Ölkədən milyonlarla pul çıxaran dəstə ələ keçdi – FOTO

    Azərbaycan ərazisində valyuta dövriyyəsində manipulyasiya və valyuta qaçaqmalçılığı faktları ilə bağlı davam edən cinayət işi üzrə 15-18 yanvar 2018-ci il tarixlərində həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində “qara bazar” adlandırılan alternativ valyuta dövriyyəsi iştirakçılarından ibarət cinayətkar şəbəkə ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

    Dövlət Təhlükəsizliyi Xidməti İctimaiyyətlə əlaqələr şöbəsindən oxu.az-a verilən məlumata görə, müəyyən edilib ki, qeyd olunan şəxslər tərəfindən 2017-ci il ərzində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan edilmədən hissə-hissə ümumilikdə 80 milyon 731.282,0 ABŞ dolları, 5 milyard 270.227.972,0 Rusiya rublu, 248 min 915 Avro məbləğində xarici valyuta nağd formada qaçaq yolla ölkədən çıxarılıb.

    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 192.2 və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları Məmmədov Aqil Kamandar oğlu, Mustafayev Mustafa Abuzər oğlu və Babayev Vüqar Ədalət oğu, habelə Gürcüstan vətəndaşı İzmailov Mamed Həşim oğlu və qeyd olunan silsilə cinayət əməllərinin digər iştirakçıları saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

    Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Bakıda azyaşlı qızı zorlayan qohum tutuldu – RƏSMİ

    Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı qohumu, 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanılıb. 

    Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidməti birgə məlumat yayıb. 

    İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. 

    Binəqədi rayon polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R.Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, barəsində rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. 

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Ukraynada əcnəbilər üçün seks-turlar təşkil edən azərbaycanlı saxlanılıb

    Ukraynada Türkiyədən Xarkov şəhərinə turist axınları təşkil edən 24 yaşlı azərbaycanlı həbs ediləcək.

    Median.Az-ın Ukrayna KİV-ə istinadən xəbərinə görə, gənc “işbaz” internetdə türklər üçün tanışlıq saytı yaradaraq, orada həftə sonuna nəzərdə tutulmuş seks-turların təşkili üzrə elanlar yerləşdirirmiş.

    Məlumata görə, tam bir il biznes saat kimi işləyib – gənc oğlan kafe və gecə klublarında ehtiyacı olan qızları axtarır və onlara asan qazanc yolu təklif edirmiş. Türk dilini bilən azərbaycanlı öz müştəriləri ilə müstəqil şəkildə yazışırmış. Qonaqları hava limanında qarşılayan “işbaz” onları Xarkov hotellərində yerləşdirir, sonra isə yerli qadınların iştirakı ilə əyləncə proqramı təşkil edirmiş. Sonra qonaqlara seksual xidmətlərə görə qiymət cədvəlini təqdim edən işbaz pulunu alaraq, qızlarla da hesablaşırmış.

    Hazırda 24 yaşlı “işbazı” 4 ildən 7 ilədək həbs cəzası gözləyir. Araşdırma getdiyi dövrdə istintaq təcridxanasına yerləşdirilən gənc oğlan 225 000 qriven (7800 manat – red.) qarşılığında zaminə buraxıla bilər.

  • Три человека ранены ножом в в одном из столичных клубов

    Как сообщает Median.Az, накануне в Клинический Медецинский центр с колото-резанными ранами были доставлены Орхан Рустамов (1993-), Орхан Мамедова (1994-) и Орхан Рзазаде (1996-го года рождения). Они были прооперированы, состояние двух из них оценивается тяжелым. 

    Происшествие случилось в одном из клубов во время массовой драки между клиентами данного заведения.  

    Возбуждено уголовное дело, ведется оперативно-следственная работа. 

  • Azərbaycanda adam öldürən manyakı kənd sakinləri belə tutdular – VİDEOya çəkdilər

    Xəbər verdiyimiz kimi, Lənkəran rayonunun Liman şəhəri ərazisində evlərə girərək sakinləri döyməkdə şübhəli bilinən şəxs tutulub.
    Tutulan şəxs Liman şəhəri M.Ə. Rəsulzadə küçəsində qeydiyyatda olan 1991-ci il təvəllüdlü Fərrux Sabir oğlu Zeynalovdur.

    Median.az Unikal.org-a istinadən xəbər verir ki, Lənkəran rayon sakinlərini təşvişə salan manyak rayonun  Şağlaser kəndində saxlanılıb. Onu tutan şəxslər isə kənd sakinləri olub. Bildirlib ki, Fərrux Zeynalov Xərxatan kəndindəki bir neçə evə daxil olaraq sakinlərə hücum edərək, evə zərər verib. Tutulan manyak Şağlaser kəndində saxlanılsa da özü bu rayona qonaq gəldiyini deyir. 

    Qeyd edək ki, Liman şəhər sakini olan iki nəfər yanvarın 13-də, daha iki nəfər isə yanvar 14-də evlərində döyülüb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Döyülənlərdən 1972-ci il təvəllüdlü Samirə Miriyeva xəstəxanada dünyasını dəyişib.

    Həmin görüntüləri təqdim edirik:

  • Bakıda 4 qadın həmcinsini məhkəməyə verib – DƏLƏDUZLUQ

    Bakı sakini Nəzakət Hüseynova sələmçilər tərəfindən tora salındığını iddia edir.

    Median.Az xəbər verir ki, Lent.az-a müraciət edən şikayətçinin oğlu Vüsal Hüseynli bildirib ki, 4 nəfər sələmçi və onların qohumları tərəfindən qanunsuzluqlara məruz qalıblar: “Anama tələ quranlar Aynur Yusifova, Dostxanım Cabbarova, Sara Rüstəmova , Atlas Mirzəyeva adlı qadınlardır. Onlar iddia edirlər ki, anama pul veriblər və ala bilmirlər. Əvvəlcə qeyd edim ki, onlarla aramızda heç bir borc müqaviləsi bağlanmayıb. Borc münasibətləri mülki xarakter daşıyır. Bunu işə görə anamı cinayət məsuliyyətinə cəlb etmək istəyirlər. Bu, tamamilə qanunsuzdur, çünki mülki işlərdə cinayət tərkibi olmur. Bunu bilən sələmçi qadınlar – borclu hesab etdiyi insanlara şər-böhtan atır. Məsələn, iddia edirlər ki, “mən sənə 10 min manat pul vermişəm və sən də mənə əvəzində maşın, torpaq sahəsi və s. söz vermisən”. Yəni 4-5 nəfər eyni yalançı ifadə verir, şahidlik edir. Belə olan təqdirdə sələmə pul alan insanları cinayət məsuliyyətinə cəlb etmək mümkün olur. Buna hüquq dilində “süni ittiham sübutu”, məişət dilində isə “üzəduranlıq” deyilir. Üstəlik, bu, sadəcə borc pul deyil, bu, qanunsuz sələmçilik fəaliyyətidir, çünki bu iş üçün müvafiq lisenziyaya sahib olmaq lazımdır”.

    Vüsal Hüseynli qeyd edib ki, süni ittiham sübutu yaradılandan sonra cinayət işi açmaq və təqsirləndirilən şəxsi müvafiq maddə ilə dələduzluqda ittiham eləmək mümkün olur: “Siz fikirləşə bilərsiniz ki, yalançı onlar deyil, mənim anamdır, bu insanlar həqiqətən bizə pul verib, əvəzində maşın almaq istəyiblər, yəni dələduzluq həqiqətən də olub. Amma bu 4 nəfər və onların qohumları eyni üsulla daha üç insanı şərləyib. Bu işlərin ikisi Səbail Rayon Polis İdarəsində, biri isə Yasamal Rayon Polis İdarəsindədir və bu işlərə dair sənədlərin surətləri də bizdə var. Dediyim kimi, oxşar məzmunlu, eyni motivli şikayətlərdir. Bizim şikayət etmədiyimiz qurum qalmayıb, amma görünən odur ki, məsələyə cavabdeh şəxslər də qanunla hesablaşmaq istəmir. Ortada olan bütün yazışmalar, sələmçilərin üst-üstə düşməyən yalan ifadələri, eyni məzmunlu digər şikayətləri açıq-aşkar sübut edir ki, sələmçilər şər-böhtanla, özbaşınalıqla və qanunsuz fəaliyyətlə məşğuldur”.

    Məsələ ilə bağlı yazıda adı çəkilən şəxslər öz ərizələrində bildiriblər ki, Nəzakət Hüseynovaya borc pul veriblər.

    Cinayət işi üzrə Dostxanım Cabbarova bildirib ki, əvvəllər Nəzakət Hüseynova ilə qızıl alveri ediblər: “Nəzakətə birinci 6 min manat borc pul vermişəm. Bu pulu məndən qızıllarını girovluqdan götürmək üçün alıb. Daha sonra müxtəlif tanışlarımdan Nəzakətə görə pullar götürüb vermişəm. Onun bizə ümumilikdə 20400 manat borcu yaranıb. Nəzakət Hüseynova müxtəlif bəhanələr gətirərək həmin pulları bizə qaytarmayıb”.

    Sara Rüstəmova isə ərizəsində qeyd edib ki, Nəzakət Hüseynovaya 6 min manat pul verib: “2015-ci ilin mart ayında əvvəldən də tanıdığım Nəzakət adlı qadına borc pul verdim. Daha sonra Nəzakət həmin pulu qaytarmadı. Gah mənə ev verəcəyini, gah da işə düzəldəcəyi vədi verərək bu günə qədər pulumu qaytarmayıb”.

    Atlas Mirzəyeva isə deyib ki, tanışı Dostxanımın qonşuluğunda yaşayan Nəzakətə borc pul verib: “Nəzakət Hüseynova tez-tez Dostxanımgilə gəlib-gedirdi. Daha sora Nəzakətə 4400 manat pul vermişəm. İlk əvvəl qaytaracağını desə də, bu günə qədər pulumu verməyib”.

    Aynur Yusifova da Nəzakət Hüseynovaya 5000 min manat pul verdiyini deyib: “2015-ci mart ayında tanışım Dostxanımın qonşuluğunda yaşayan Nəzakətə 5000 min manat pul vermişəm. Daha sonra Nəzakət müxtəlif bəhanələr gətirərək bu günə qədər pulumu qaytarmayıb”.

    Hazırda iki tərəf arasında çəkişmə Yasamal rayon Məhkəməsində araşdırılır. Məhkəmə istintaqı başa çatıb. Prokuror Nəzakət Hüseynovanın 3 il 9 ay azadlıqdan məhrum edilməsini tələb edib.

    Nəzakət Hüseynova isə özünü bu işlə əlaqədar özünü günahkar bilmədiyini və sələmçi qadınların onu həbs etdirmək istədiyini iddia edir. Onun barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib.

  • İş adamları arasında atəş açıldı, bir nəfər həbsə, digəri məzara – Bina sahibsiz qaldı

    MTK sahiblərinin davası sakinləri çıxılmaz hala salıb. 6 ildir tikintisi başa çatmış binada heç bir kommunal xidmət işləmir. Onlarla ailə problemlər içində qalıb.

    Minval.İnfo xəbər verir ki, söhbət Yeni Günəşli V massivi “Badü-Küba” MTK-dan gedir. Bina sakinləri saytımıza şikayət məktubu ünvanlayaraq, başlarına gələnləri yazıblar.

    Şikayət məktubunda qeyd edilib ki, onların şikayətləri nə ilkdir, nə də son… 2006-cı ildə bünövrəsi qoyulan “Badü-Küba” MTK-dan mənzil alan sakinlər, həmin gündən bəri problem yaşayırlar.

    “Hamı kimi biz də ağ günə çıxıb, yeni tiklidə yaşayacaq və bu süründürməçilikdən qurtulacaqdıq. Lakin, hadisələr biz gözlədiyimiz kimi cərəyan etmədi. 2006-cı ildə bünövrəsi qoyulan bu bina, 2012-ci ildə yarımçıq da olsa tikintisini başa vurdular.

    Bu dövrdə şərik adlandırılan iki bina sədri Qəmbərov Ədalət və Asif adlı şəxs arasında ədavət yarandı. Güllələdilər, güllələndilər….100 oyundan çıxdılar və bütün bunlarda dövlətin gözü qabağında oldu. Əziyyət çəkən də biz sakinlər idik. Bu mübarizədə kimin qalib gələcəyini gözləyirdik. Kim hansı sədrdən ev alıbsa, həmin sədr məğlub olsa evi batacaqdı” deyən sakinlər, iki sahibkarın davasına görə, əziyyət çəkdiklərini bildiriblər.

    “2012-ci ildən yavaş-yavaş sakinlər heç biri şəraiti olan evlərinə köçməyə başladılar ki, evləri əllərindən alınmasın və ya başqasına satılmasın…”
    Sakinlər deyirlər ki, bu məsələ nağıla bənzəsə də, tamamı ilə həqiqətdir: “Bəli, bu bir nağıla, ya da kinoya bənzəyir, amma həqiqətdir. Uzun-uzadı davadan sonra bina bölündü və hər sədrə müəyyən qədər hissə düşdü. Kimlərinsə evi əlindən alındı, kimlərinsə evi bu biri sədr tərəfindən başqasına satıldı. Əziyyət çəkəndə biz qadınlar olduq. Körpə uşaqlarla küçələrdə, kirayələrdə… 2012-ci ildən yavaş-yavaş sakinlər heç biri şəraiti olan evlərinə köçməyə başladılar ki, evləri əllərindən alınmasın və ya başqasına satılmasın…

    Həmən ildə binanın işığı, suyu, qazı, nə lifti, nə də qapısı varı idi. Sakinlər binanın təmiri üçün nəzərdə tutulmuş, nazik naqillə çəkilmiş, közərmiş işıqdan istifadə edirdilər ki, o da gah yüklənib alışıb yanırdı, gah da binanın uzun illər təmir dövründə yığılıb qalmış borcuna görə sönürdü. Kimisi körpə uşaq qucağında qohum evinə qaçırdı, kimisi isə uşağını bağrına basıb qızdırırdı”.

    Asif Əsədullazadə

    “Qəmbərov Ədalətlə mübarizədə olan şəxslər polis tərəfindən tutuldu və cərimələndi”
    Binadan ev alıb dərdə düşənlərin problemi bununla da bitmir. Onlar müasir binada yaşaya-yaşaya suyu maşınla alırlar: “Evdə su istifadə etmək üçün binanın qarajına iri (2-3 tonluq) çənlər qoyub su maşını ilə doldurur və nasos vasitəsi ilə yuxarı mərtəbəyə vurub istifadə edirdik. İşıq kabusumuz 3 il davam etdi. Bu 3 il ərzində MTK sakinləri dəfələrlə yerli kanallara, icra hakimiyyətinə, polisə müraciət eləsə də heç bir şikayətə baxılmadı. Əvəzində Qəmbərov Ədalətlə mübarizədə olan şəxslər polis tərəfindən tutuldu və cərimələndi”.


    Hər şeydən bezən mənzil sahibləri özləri binaya işıq, su çəkdiriblər: “Əziyyət çəkən sakinlər bu işin düzəlməyəcəyini gördük və belə qərara gəldik ki, pul yığıb özümüz işıq çəkdirək. Elə də oldu. 50 sakin 330 (üç yüz otuz) manatdan yığaraq Suraxanı rayon işıq idarəsində işləyən Ruslan adlı şəxsə verdik. Min bir əziyyətlə, binanın kişiləri də fəhləlik edərək yol qazdılar və işığı binaya çəkdilər. 2015-ci il dekabr ayının 30-u hamının evində işıq yandı, amma rəsmi deyildi.
    Rəsmi olmamasının səbəbi binanın texniki şərtinin olmamasına görədir. Bu səbəbdən 50 nəfərə 1 işıq sayğacı qoyuldu. Sonra hərə özünə bazardan bir sayğac aldı və eləcə kim nə qədər işlətdiyinə baxıb, o qədər məbləği ödəməyə başladı. Yenə hər dəfəsində müəyyən itkilər, borclar yarandı və bu üzdən işıqlar sönməyə başladı.

    Amma ən azından artıq evimizdə 110-120 volt deyil, 190-200 volt işıq olurdu. Sonradan güc birlikdədir deyib su çəkmək üçün pul yığdıq və çəkdik. Bunu da qeyri-rəsmi etdik. Yəni 1 kubu adi vətəndaşlar üçün 0.50 AZN olan suya 2 AZN, 1 kvt 0.07 AZN olan işığa isə biz 0.10 AZN ödəyirik. Sədr Ədalət Qəmbərovdan səbəbini soruşanda isə “itki var” deyir. Suyumuz isə 2018-ci ilin yanvar ayında düzəldi. Yəni 6 ildən sonra qeyri-qanuni olsa da suyumuz oldu. Biz hələ binanın şəraiti haqqında danışmırıq.

    Qaz isə…onun adını çəkmirik. Çünki nə olduğunu bilmirik. Açığı qiymətini də unutmuşuq. Biz qadınlar dəfələrlə yığılıb bu barədə dövlət orqanlarına müraciət etmişik. Lakin hər dəfəsində məktubumuz yarı yolda qalıb, ya da cırılıb atılıb. Açığı biz də bilmirik bu Ədalət və Asif kimin adamlarıdır. Niyə dövlətin bunlara gücü çatmır?”

    “Binanın vergi borcu kifayət qədərdir və hər dəfəsində rüşvət verərək bu borcdan yayınır”

    MTK sədri özünü keçmiş MTN-in general-mayoru Akif Çovdarovun adamı kimi təqdim edirmiş:“Özünü elə təqdim edirdi. Amma nazirlik ləğv ediləndən sonra da bir şey dəyişmdəi. Sanki öz yalanı ilə bütün məmurları ələ alıb. Hər dəfə də sakinlər yığışıb etiraz bildirəndə isə “mən dövlətin öhdəliyin yerinə yetirirəm” deyir. Hər dəfə MTK-nı bir başqasının adına keçirir və məhkəmələrdən cinayətdən yayınır. İndi də heç bilmirik yaşadığımız bina kimin adınadır. Binanın vergi borcu kifayət qədərdir və hər dəfəsində rüşvət verərək bu borcdan yayınır.

    Artıq bu müharibədən yorulmuşuq. Bakının mərkəzində nə normal işığımız, nə normal suyumuz, nə də qazımız var.. Bu süründürməçilikdir. Bu binada Azərbaycanın gələcəyində önəmli rol oynayan gənclər doğulur, böyüyür”.

    Minval.İnfo-nun əldə etdiyi məlumata görə, iki sahibkar arasında dava uzun illərdir davam edir. Belə ki, torpaq və tikinti üstündə başlayan bu qalmaqalın tarixi 2005-ci ildən başlayır. “Arko” MMC-nin sahibi Asif Əsədullazadə bina tikintisi üçün qanuni icazə alsa da, bir müddət sonra tək bu işi başa vura bilməyəcəyini görüb “Badu Kubə” MTK ilə müqavilə bağlayır. Müqaviləyə görə, “Badu Kubə” MTK evi tikməli, bunun qarşılığında Asif Əsədullazadəyə həm 8.000 kvadrat metr mənzil, həm də qeyri-yaşayış yeri verməli imiş.

    2007-2008-ci ilə qədər işlər yolunda gedərkən, Ədalət Qəmbərov adlı bir adam “Badu Kubə” MTK-ya sədr keçir və anlaşılmazlıq da buradan başlayır. O zamandan davam edən narazılıq əvvəlcə xırda mübahisələrə, zamanla isə düşmənçiliyə çevrilir. Dünya malı münasibətləri o həddə gətirib ki, iş adamı Asif Əsədullazadənin oğlu Türkel Əsədullazadə “Badi-Kubə” Mənzil-Tikinti Kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəş açaraq MTK-nın işçisi Samid Məmmədovu öldürüb.

    Sonuncunun xalası oğlu, həmçinin MTK-nın təsisçisi və sədri Ədalət Qəmbərovu isə ağır yaralayıb. Kooperativ rəhbəri vaxtında xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub. Hazırda T.Əsədullazadə həbsdədir. Əldə etdiyimiz məlumata görə, Ədalət Qəmbərov da həbs edilib.
    İnşa olunan binada 322 mənzili 500 yaxın vətəndaşa satan Ədalət Qəmbərov, Yasamal məhkəməsinin 25 yanvar 2017-ci il tarixli həbs qətimkan qərarı ilə Kürdəxanı həbsxanasında öz əməllərinin cəzasını çəkir. Onun Akif Çovdarovla iş birliyi qurması faktları barədə də araşdırılma aparılır.

  • Ucarda ailə faciəsi: Atanı öldürüb, oğlunu yaralayıblar

    Ucarda ata və oğul bıçaqlanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə 23:30 radələrində, rayon ərazisində baş verib.

    Şəhərin Heydər Əliyev prospekti, ev 92 ünvanında yaşayan 1959-cı il təvəllüdlü Tehran Salman oğlu Zahidov və oğlu 1982-ci il təvəllüdlü Samir Tehran oğlu Zahidov bıçaq xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
    T. Zahidovun ürək nahiyəsindən aldığı xəsarət ağır olduğundan o, xəstəxanada ölüb. Oğlu S. Zahidov isə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. 

    Cinayətin törədilməsində şübhəli bilinən İsayev Nurlan Sahib oğlu saxlanılıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

  • Salyan sakinindən 3 kiloqramdan çox narkotik vasitə götürülüb – FOTO

    Salyan polisi şəhər sakinindən külli miqdarda narkotik vasitə aşkarlayaraq götürüb.

    “Report”un Aran bürosu xəbər verir ki, Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Salyan şəhər sakini, Şahbazov Rövşən Nurəddin oğlu şübhəli şəxs qismində saxlanılıb.

    Onun yaşadığı ünvana baxış keçirilən zaman 3 kiloqram 175 qram çəkidə narkotik maddə olan qurudulmuş marixuana, 41,478 qram tiryək aşkar olunaraq götürülüb.

    Faktla bağlı Salyan rayon Polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

    Salyan rayon məhkəməsinin qərarı ilə Rövşən Şahbazov barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

  • Bakıda gənc oğlan bıçaqlanıb

    Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

    “Report” xəbər verir ki, 1991-ci il təvəllüdlü Əkbərov Nicat Adıgözəl oğlu Cavanşir körpüsünün altında naməlum maşında bıçaqlanaraq yerə itələnib.

    Yaralı “təcili yardım” vasitəsilə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.