Category: Kriminal

  • Sevgilisi ilə birlikdə ərini öldürdü – Prokuror ağır cəza istədi (FOTO)

    Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasova və Zahir Soltanov cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

    Dövlət ittihamçısı İsmayıl Cavadlı ittiham nitqi ilə çıxış edərək məhkəməyə Leyla Abbasovanın 17 il, Zahir Soltanov isə 19 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

    Məhkəmənin növbəti iclası aprelin 16-na təyin edilib.

    Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

    Belə ki, 2025-ci il avqustun 9-da DİN 29 yaşlı İkram Piriyevin Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

    Zahir Soltanov və Leyla Abbasova 15-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübəhli şəxs qismində saxlanılıblar.

    Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.
    //unikal.az


  • Bakıda ər və arvad bıçaqlandılar – OĞULLARI SAXLANILDI (Yenilənib)

    Bakı şəhəri, Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanan şəxslərin vəziyyətləri açıqlanıb.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Kliniki Tibbi Mərkəzin birgə məlumatında qeyd edilib.

    Bildirilib ki, bu gün saat 06:30-da Bakı şəhəri, Binəqədi rayonu, 10 May küçəsindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub:

    “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 1971-ci il təvəllüdlü kişi və 1978-ci il təvəllüdlü qadın Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunublar.

    Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hər iki pasiyentin üzərində cərrahi əməliyyat icra olunub.

    Hazırda onların müalicələri tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir”.

    * * * * *

    Paytaxtın Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

    Oxu.az-ın məlumatına görə, hadisə aprelin 2-də səhər saatlarında Biləcəri qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.

    Belə ki, 1971-ci il təvəllüdlü kişiyə və 1978-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla xəsarət yetirilib.

    Hadisəni törətməkdə şübhəli bilinən, xəsarət alan şəxslərin 2008-ci il təvəllüdlü oğulları polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Arvadına işgəncə verən şəxslə bağlı YENİ QƏRAR

    Həyat yoldaşına işgəncə verməkdə təqsirləndirilən Əkrəm Yaqublunun (ad-soyad şərtidir – red.) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Müttəhimə “Konstitusiya və Suverenlik İli” münasibətilə elan olunmuş amnistiyanın müvafiq bəndi tətbiq edilməklə 1 il 2 ay 10 gün cəza müəyyən olunub.

    İttihama görə, Əkrəm Yaqublu 2007-ci il tarixdən birgə nikahda olduğu zərərçəkmiş Mətanət Yaqublunu (ad-soyadı şərtidir – red.) 2017-ci ilin əvvəllərindən etibarən aralarında şəxsi münasibətlərin pozulması zəminində əsassız qısqanclıq bəhanələri ilə yaşadıqları mənzildə mütəmadi olaraq onu qapalı saxlayıb, ona psixi və fiziki işgəncələr verib.

    Belə ki, təqsirləndirilən şəxs arvadını mütəmadi olaraq döyüb, söyüb, şəxsiyyətini alçaldıb. O, həmin hərəkətlərin davamı olaraq 18 iyun 2024-cü il tarixdə saat 12 radələrində Suraxanı rayonu ərazisində yerləşən evlərində kiçik ölçülü qayçı ilə qəsdən Mətanətin boğaz nahiyəsindən vurub. Qadın canını qurtarmaq üçün balkona çıxmaq istəyib. Bu zaman Əkrəm arvadını tutub yerə yıxaraq balışı üzünə dirəyib, qəsdən nəfəs almasını çətinləşdirib.

    Əkrəm Yaqublunun barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Suraxanı Rayon Məhkəməsinin hökmü o, 2 il 8 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, ona təyin edilmiş cəza yüngülləşdirilərək 2 ilə endirilib.

    Qeyd edək ki, onların birgə nikahdan 2 övladı var.

  • Bakıda kürəkənini öldürmək istəyən ata ilə oğlunun cəzası azaldıldı

    Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Yusif Mahmudov və oğlu Allahverdi Mahmudovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib, onların əməli Cinayət Məcəlləsinin 29,120.2.1 və 29,120.2.4-cü maddələrindən həmin Məcəllənin 126.2.1-ci maddəsinə tövsif olunub və ata-oğulun hər birinə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

    İttihama görə, 2023-cü ilin iyununda paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

    Belə ki, 1993-cü il təvəllüdlü Yusif Mahmudov və oğlu Allahverdi Mahmudov yaşadığı evin həyətində 1994-cü il təvəllüdlü Ağasəlim Məmmədovu bıçaqla vuraraq ona daxilə nüfuz edən 2 ədəd xəsarət yetiriblər. Ağasəlimi bıçaqlayan Allahverdi Mahmudov və atası Yusif Mahmudov şübhəli şəxs qismində tutulublar.

    Qeyd edək ki, Ağasəlim Yusifin qızı ilə nikahda olub.

    Onlara qarşı Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) və 29, 120.2.4-cü (Ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər 11 il 3 ay müddətində azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməmişdi.

  • Dövlətə xəyanətdə təqsirləndirilən Zahirəddin İbrahimovun məhkəməsi başlayıb

    Üçüncü ölkənin ərazisində məskunlaşıb digər ölkənin xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan Respublikası ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilən Zahirəddin İbrahimovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ona hüquq və vəzifələri izah edilib.

    Məhkəmə tərkibi işin baxışa verilməsi barədə qərar qəbul edib.

    Məhkəmənin baxış iclası 16 aprelə təyin edilib.

    Qeyd edək ki, Zahirəddin İbrahimov DTX-də başlanılmış cinayət işi üzrə ötən ilin mart ayında həbs edilib.

    Müəyyən edilib ki, Zahirəddin İbrahimov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi tapşırıqları yerinə yetirmiş, genişmiqyaslı destruktiv separatçı təşkilatlanma işi aparıb.

    Ona Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281-1.2 (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və simvolları qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə nümayiş etdirmə və yayma), 281-1.3 (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və simvolları xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə nümayiş etdirmə və yayma), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.

  • Baba nəvəsini yumruqladı: “Əsəblərimə hakim ola bilmədim”

    Quba rayonunda 63 yaşlı kişi nəvəsinə xəsarət yetirib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə bu ilin yanvarın 2-də Quba şəhərində baş verib.

    1963-cü il təvəllüdlü Kərəm həmin gün saat 11 radələrində yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı nəvəsi Oğuzu (adlar şərtidir – red.) vuraraq ona xəsarət yetirib.

    Kərəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    İş üzrə ifadə verən Kərəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Məlahət onun gəlini olub: “Məlahət oğlumla evli olub, hazırda isə ayrılıblar. Zərərçəkmiş Oğuz isə nəvəmdir. Yanvarın 2-də, saat 11 radələrində evdə olduğumuz zaman nəvəm məni əsəbiləşdirdiyi üçün onun sol əlinin üst nahiyəsindən bir dəfə yumruq zərbəsi ilə vurdum. Həmin vaxt barmağımda üzük olduğu üçün nəvəmin əli yaralandı. Bundan bir neçə gün sonra gəlinim məndən şikayət etdi”.

    Zərərçəkmiş Oğuz ifadəsində bildirib ki, valideynləri boşanıblar: “Anamın işləməsi səbəbindən ata babam Kərəmin yanında yaşayıram. Babamla münasibətlərimiz hər zaman yaxşı olub. Babam hər gün məni məktəbə aparıb, sonra da məktəbdən götürərək evə gətirib”.

    Zərərçəkmiş qeyd edib ki, yanvarın 2-də, saat 11 radələrində evdə olduqları zaman dəcəllik etdiyi üçün babası əsəbiləşib və onun sol əlinin üst nahiyəsindən yumruqla vurub: “Əlimin üstündə yara əmələ gəldiyi üçün bir neçə gün əlimi anamdan gizlətdim. Hadisədən 2-3 gün sonra anam əlimi gördü və nə olduğunu soruşdu. Bildirdim ki, bir neçə gün əvvəl babam yumruqla vuraraq xəsarət yetirib”.

    Quba Rayon Məhkəməsinin hökmü ilə Kərəm aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

    Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcının qazancından dövlət nəfinə ilkin tutulmaların aparıldığı vaxtdan hesablanması qərara alınıb.

  • Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı – Video

    Bakının Xətai rayonunda 12000 manatlıq mobil telefon oğurlayan şəxs saxlanılıb.

    Martın 29-da paytaxtın Xətai rayonunda yerləşən telefon mağazalarının birində oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.

    Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Ərrəhman Nadirov müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla məlum olub ki, o mağazanın şüşəsini sındıraraq içəri daxil olub və oradan ümumi dəyəri 12000 manat olan mobil telefonları talayaraq hadisə yerindən uzaqlaşıb.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

  • Bakıda qardaşı oğlunu öldürməkdə təqsirləndirilənin məhkəmə istintaqı yekunlaşdı

    Bakıda qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqdirləndirilənin vəkili müvəkkili barədə psixiatrik ekspertizanın təyin edilməsi barədə vəsatət verib.

    Vəsatətin təmin edilməyib.

    Vəkilin növbəti vəsatəti isə qətldə istifadə olunan bıçağın soyuq silah olub-olmaması ilə bağlı məhkəmə kriminalistik ekspertizanın təyini ilə bağlı olub. Vəkilin bu vəsatəti də təmin edilməyib.

    Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

    Növbəti proses aprelin 13-nə təyin edilib.

    Xatırladaq ki, hadisə 2025-ci il noyabrın 6-da Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

    20 yaşlı Yasin İbadov bıçaqlanaraq öldürülüb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi, 38 yaşlı Babək İbadov tutulub.

    B.İbadova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.5-ci (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • Bakıda 12000 manatlıq mobil telefon oğurlanıb

    Bakıda 12000 manatlıq mobil telefon oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, martın 29-da paytaxtın Xətai rayonunda yerləşən telefon mağazalarının birində oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.

    Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Ərrəhman Nadirov müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla məlum olub ki, o mağazanın şüşəsini sındıraraq içəri daxil olub və oradan ümumi dəyəri 12000 manat olan mobil telefonları talayaraq hadisə yerindən uzaqlaşıb.

    Faktla bağlı Xətai RPİ-də araşdırmalar davam etdirilir.

  • Bakıda 12 min manatlıq telefon oğurladı – Video

    Martın 29-da paytaxtın Xətai rayonunda yerləşən telefon mağazalarının birində oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.

    Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Ərrəhman Nadirov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o mağazanın şüşəsini sındıraraq içəri daxil olub və oradan ümumi dəyəri 12000 manat olan mobil telefonları talayaraq hadisə yerindən uzaqlaşıb.

    Faktla bağlı Xətai RPİ-də araşdırmalar davam etdirilir.