Category: Maraqlı

  • Makedoniyalı İsgəndərin ölüm səbəbi başqa imiş

    Yeni Zelandiyadakı Otaqo universitetinin professoru Ketrin Holl məşhur yunan sərkərdəsi Makedoniyalı İsgəndərin ölüm səbəbiylə bağlı yeni versiya irəli sürüb.

    Median.az Bizimyol.info-ya istinadən xəbər verir ki, o, tarixi şəxsiyyətin Giyena-Barre sindromundan – polineyropatiyadan öldüyünü düşünür.

    Polineyropatiya mədə-bağırsaq traktına və nəfəs yollarına infeksiya düşməsindən yaranır. Tarixdən bilinir ki, İsgəndərin meyiti uzun müddət çürümürmüş. Ölümündən sonra altı gün onun nəşində heç bir dəyişiklik olmayıb. Yenizelandiyalı professor bunu məhz polineyropatiya ilə bağlayır. Xəstəliyin sindromlarından biri gec çürümədir. Meyitdən ənənəvi kəskin pis qoxu da gəlmir.

    İndiyə qədər Makedoniyalı İsgəndərin malyariyadan öldüyü güman olunurdu. Bundan başqa, Qərbi Nil qızdırması və zəhərlənmə versiyaları da səslənirdi. İsgəndər təxminən 10 gün qızdırma içində qovrulandan sonra eramızdan əvvəl 323-cü ilin iyununda vəfat edib.

  • Ay naməlum obyektlə toqquşdu

    Ay tutulması zamanı maraqlı hadisə baş verib.

    Median.az National Geographic nəşrinə istinadən xəbər verir ki, həvəskar astronomlar və alimlər səmavi cismin Aya düşməsi nəticəsində alışmanı müşahidə ediblər.

    Bildirilir ki, hadisə 2019-cu ilin 21 yanvar tarixində Ay tutulması zamanı baş verib.

    Mütəxəssislər bildiriblər ki, bu mənzərəni nadir şəraitə görə müşahidə etmək mümkün olub. Adətən belə hadisələri qeydə almaq çox çətindir.

  • Valideynlərin DİQQƏTİNƏ! Ölüm saçan uşaq oyuncaqları – VİDEO – FOTO

    Median.az ARB TV-yə istinadən xəbər verir ki, mağazalarda müxtəlif ölkələrdə istehsal olunan oyuncaqlar satılır. Amma çox hallarda bu məhsulların üzərində onların tərkibi haqqında məlumata rast gəlinmir. Uşaq oyuncaqlarının qiyməti aşağı düşdükcə keyfiyyət məsləsi də azalır.

    Nuranə Məmmədova – valideyn: “Qızıma oyuncaq alarkən ən çox onun zövqünə oxşamağını istəyirəm. Məsələn, o, gəlinciklərlə oynamağı xoşlayır, nisbətən bahalı oyuncaqlara üstünlük verirəm. 1 dənə alıram, amma keyfiyyətli alıram”.

    Teyyubə Nadirova – satıcı: “Qızlar üçün daha çox “Barbie” gəlincikləri, oğlanlar üçün maşınlar alınır. Keyfiyyətə də önəm verənlər olur, qiymətə də”.

    Xüsusilə plastikdən hazırlanan oyuncaqlar azyaşlıların sağlamlığı üçün təhlükəlidir. Keyfiyyətsiz oyuncaqlar uşaqlarda zəhərlənmə, mədə-bağırsaq, dəri-zöhrəvi və yuxarı tənəffüs yollarının müxtəlif xəstəliklərinə səbəb ola bilər.

    Şəlalə Həmidova – pediatr: “Oyuncaq və ya əmziklərin keyfiyyətsiz olması səbəb ilə zəhərlənmə halları ilə müraciət edənlər olub. Məsləhətimiz keyfiyyətli oyuncaq alsınlar. Kiçik uşaqlar üçün alınan tibbi ləvazimatları apteklərdən alsınlar. Əgər keyfiyyətli oyuncaq ala bilmirlərsə o zaman heç almasınlar”.

    Azyaşlılar üçün oyuncaqlar onların yaş dövrünə uyğun seçilməlidir. 1 yaşınadək uşaqlarçün rəngli və cəlbedici, sonrakı dövrlərdə isə zəkasını inkişaf etdirəcək oyuncaqlara üstünlük verilməlidir.

    Psixoloq: “Təkcə görüntü olaraq deyil, yaradıcılığını da inkişaf etdirəcək oyuncaqlar olmalıdır. Buna görə də oyuncaqları sadədən mürəkkəbə doğru seçmək lazımdır. Oyuncaq seçərkən cinsiyyət fərqi qoyulmamalıdır”.

    Oyuncaqlar təkcə uşaqların əylənməsi və vaxt keçirməsi üçün vasitə sayılmır. Oynanan oyunlar və oyuncaqlar azyaşlıların gələcək inkişafına təsir edir, onları fərd kimi formalaşdırır.

  • Şəkər bombası olduğunu — BİLMƏDİYİMİZ 7 QİDA

    Bir çox hallarda marketlərdən etiketlərini oxumadığımız qidalar alyırıq.

    Median.az xəbər verir ki, bu tip qidaların bəzilərinin tərkibində əlavə edilmiş şəkər miqdarı çox olur.

    Pəhriz saxlayanda isə paketlənmiş qidalardan uzaq durmaq lazımdır. Çünki bu qidaların tərkibində əlavə maddələr və yüksək miqdarda şəkər var. Şəkərli qidaları qəbul edəndə isə orqanizmdəki dopamin hormonu artır və beyindəki xoşbəxtlik mərkəzləri xəbərdar edilir. Bu da özümüzü yaxşı hiss etməyimizə yardım edir. İşin pis tərəfi isə şəkərli qidalar beyinin zövq mərkəzlərinə bu formada təsir etdiyi üçün orqanizmin şəkərə olan tələbatı artır.

    Aşağıdakı siyahıda tərkibində şəkər olan qidaların siyahısı var


    Konservləşdirilmiş tərəvəzlər

    Lobya, pomidor kimi konservləşdirilmiş tərəvəzlərin tərkibində şəkər miqdarı çoxdur. Şəkər əlavə etməyin səbəbi isə ləzzətini artırmaqdır.


    Pəhriz yeməyi

    Bazarda pəhriz məhsulu kimi satılan və sağlam qidalanmaya diqqət edən alıcıya təklif edilən saysız-hesabsız qida məhsulu var. Amma yağsız və pəhriz dostu olaraq satılan bu qidaların bir qisminin tərkibində də şəkərin miqdarı çoxdur.


    Qarğıdalı yarması

    Bir çox dənli bitki məhsulunun da tərkibində şəkər var. Əgər aldığınız qarğıdalı yarması şirindirsə və görüntüsü parlaqdırsa, etiketinə baxın, tərkibindəki şəkər göstərilib. Bu səbəbdən etiketini oxumadan aldığınız qarğıdalı yarması qanda şəkərin miqdarını sürətlə artırır.


    Çörək məhsulları

    Ağ və qara çörəyə də bir çox hallarda şəkər əlavə edilir. Paketlənmiş çörəklərin bəzilərinin tərkibində şəkər miqdarı çox olur. Bu səbəbdən paketlənmiş çörəyi almadan əvvəl üzərindəki etiketi oxuyun.

    Kokteyl

    Son illər kokteyl içkiləri dəb halına çevrilib. Evdə hazırlanan kokteylin tərkibində nə olduğunu bilirik. Amma restoran, bar və kafedə sifariş verdiklərimizin tərkibini isə bilmirik. Çünki daha ləzzətli olmaları üçün bir çoxuna şəkər əlavə edilir.


    Meyvəli yoqurtlar

    Ləzzətini artırmaq üçün demək olar ki, hazır meyvəli yoqurtların tərkibinə şəkər əlavə edilir. Bu səbəbdən hazır yoqurt almaq əvəzinə, evdə özünüz hazırlaya bilərsiniz. Darçın və ya meyvə ilə əlavə dad qata bilərsiniz.



    Souslar

    Yemək, salat və suplara dad verən sousların da bir çoxunun tərkibində yüksək miqdarda şəkər olur. Əgər bundan uzaq durmaq istəyirsinizsə, sousu ev şəraitində hazırlayın.

  • Dəfninə heç kimin qatılmadığı anasını velosipedlə 5 kilometr daşıyıb dəfn etdi

    Hindistanda 17 yaşlı gənc aşağı təbəqədən olması səbəbindən qonşularının dəfninə qatılmadığı anasını velosipediylə 5 kilometr daşıyaraq meşəliyə götürüb dəfn etdi.

    Median.az tgrthaber.com.tr-yə istinadən məlumat verir ki, Hindistanda 7 yaşı olarkən atası ölən 17 yaşlı Saroj adlı gəncin ailəsi bulaq başına su almaq üçün getdiyi zaman anidən yerə yıxılaraq dünyasını dəyişib.

    Bundan sonra Sarok qonşulardan anasının cəsədini dəfn etmək üçün yardım istəyib. Qonşular isə Sarojun ailəsinin aşağı təbəqədən gəldiyi və kasıb olduğu üçün yardım etməyi qəbul etməyiblər.

    Məcburiyyət qarşısında qalan Saroj, anasının cəsədini təkbaşına velosipedə bağlayaraq 5 kilometr uzaqlıqdakı meşədə qazdığı bir çuxurda basdırıb. Anasının meyitini daşıyan Sarojun ayaqqabılarının da olmadığı nəzərə çarpıb.

    Sarojun anasını daşıyarkən ondan nə daşıdığını soruşan adama “Anamı daşıyıram” deməsi qəlbləri kövrəldib.

  • Keyfiyyətli qidalar seçmək üçün VACİB TÖVSİYƏ

    Keyfiyyətsiz qidalar sadəcə ləzzətsiz olmur, sağlamlığımız üçün də probelemlər yaradır. Buna görə qidalarımızın təzə və keyfiyyətli olması mütləqdir. Qidaların təzəliyini anlaya bilərik, bəs keyfiyyətsiz olduğunu necə bilək?

    Median,az bəzi qidaların keyfiyyətli olmasını anlamağımız üçün üsulları təqdim edir.

    Yumurtalar


    Yumurtanın təzə olub-olmadığını sadə testlə müəyyən edə bilərsiniz. Bir stəkan suya bir yumurta qoyun. O, suyun dibinə batıb yan yatırsa, təzədir. Ancaq yumurta müəyyən məsafədə durursa, demək 1.2 həftəlikdir, suyun üstünə qalxırsa, demək yemək üçün çox köhnədir. Yumurta köhnəldikcə qabığından daha çox hava içəri daxil olar.

    Şokalad


    Bəzi istehlaçılar şokaladdakı kakaonun tərkibi barədə yalan deyə bilər. Ancaq bu yalanı üzə çıxartmaq üçün şokaladı əlinizə götürüb qırın. Bu zaman çıxan səsə diqqət edin. Şokaladı qıranda yüksək “tık” səsi çıxarsa, demək tərkibində yüksək kakao yağı var. Kakao yağı az olan şokalad qırılanda mat səs çıxar və daha yumşaq qırılar.

    Banan


    Bananın təbii yoxsa, süni yolla yetişdirilmiş olması çox vacibdir. Təbii meyvə təbii gübrələrlə böyüyür. Bəzi insanlar təbii yetişən bananın daha tez çürüdüyünə diqqət edir. Bananı seçərkən boz rəngli olanlardan uzaq durum. Bu bananlar ləzzətsizdir və uzun müddət uyğun olmayan şəraitdə saxlanılıb. Üzərində xalları olan bananı rahatlıqla ala bilərsiniz. Bu meyvə tam yetişib, dadı və qoxusu yaxşıdır.

    Quru meyvə


    Bəzi istehsalçılar meyvələri qurudarkən rənginin itməməsi və daha gözəl görünməsi üçün qoruyucu maddələr vurur. Bu meyvələrə səhhətimiz üçün zərərli ola biləcək maddələr vurula bilər. Bu təhlükənin qarşısını almaq üçün parlaq rəngliləri deyil, qəhvə rənginə yaxın, boz rənglərdə quru meyvələr alın.

  • Övladlarınıza mağazadan yoqurt almayın – TƏHLÜKƏ

    Xüsusi istifadə müddəti olan, mağazalarda satılan yoqurtlar uşaqlar üçün təhlükəlidir.

    Median.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, türkiyəli həkimlər bu haqda valideynlərə xəbərarlıq edib. Onlar bildiriblər ki, bu cür qablaşıdırlmış yoqurtların tərkibi şəkərlə zəngin olduğundan, həmçinin bir neçə ay və il saxlanma müddəti olduğundan uşaqlar üçün ziyanlı hesab edilir. Bunun əvəzinə həkimlər ev şəraitində yoqurt hazırlanmasını tövsiyə edirlər:

    “Südə meyvə dilimi, şirəsi əlavə etməklə uşaq üçün daha faydalı ola biləcək yoqurt hazırlamaq mümkündür. Evdə hazırlanan bu yoqurt mağazalarda satılanlardan daha faydalıdır”.

  • İlin ilk Ay tutulması baş verəcək

    Bu ilin ilk tam Ay tutulması hadisəsi yanvarın 21-də baş verəcək.

    Ay tutulması Bakı vaxtı ilə saat 07:34-də başlanacaq və saat 10:51-də başa çatacaq:

    “Tam tutulma hadisəsi bir saat iki dəqiqə davam edərək 08:41-də başlayıb, 09:43-ə qədər davam edəcək. Bu halda Ayın işığı təqribən 10 min dəfə azalacaq. Tam tutulmanın maksimumu 09:12-yə təsadüf edəcək.

    Tam Ay tutulması hadisəsini Mərkəzi sakit okean, Şimali və Cənubi Amerika, Afrika və Avropanın əksər hissəsinin sakinləri müşahidə edə biləcəklər.

    Ay tutulması hadisəsi demək olar ki, Azərbaycan ərazisində müşahidə olunmayacaq. Hadisə baş verən zaman Azərbaycan ərazisində Ay batmağa doğru getdiyindən, qərb istiqamətdə üfüq açıq olarsa, təxminən 15-20 dəqiqə tutulmanın başlanmasını müşahidə etmək olar.

    Tutulma zamanı Ay, Yer və Günəş bir düz xətt üzərində olur və Yer Ayla Günəş arasında olanda Ay tutulması hadisəsi baş verir. Əgər onların mərkəzləri bir düz xətt üzrədirsə, ən uzun tutulma hadisəsi baş verir. 2018-ci il iyul ayının 27-də son 100 ilin ən uzun Ay tutulması hadisəsi baş verib və bir saat 43 dəqiqə davam etmişdir.

    Tutulma hadisəsi baş verən anda Ay yerə 357344 km məsafədə olacaq və bu məsafə “Super Ay” məsafəsinə çox yaxındır. Ayla Yer arasında minimal məsafə isə 356400 km-ə qədər ola bilir.
    2019-cu ilin Ayın Yerə ən çox yaxınlaşması hadisəsi 19 fevralda saat 13:07-də baş verəcək. Bu zaman məsafə 356761 km olacaq.//oxu.az

  • Alimlər: “Apofis” asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər

    “Apofis” asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər.

    Median.az report-a istinadən bildirir ki, bu xəbərdarlıqla Peterburq Dövlət Universitetinin alimləri çıxış ediblər.

    Universitetin mütəxəssisləri bildiriblər ki, asteroidi Yer kürəsi ilə toqquşa bilər. Alimlərin sözlərinə görə, asteroid artıq 2029-cu ildə planetimizin təbii peyki olan Ayla məsafədən 10 dəfə yaxın olacaq.

    Asteroidin Yer kürəsi ilə dəqiq təyin edilmiş ən sıx yaxınlaşması 13 aprel 2029-cu ildə baş tutacaq. Məlumata görə, həmin vaxt planetimizlə səma cismi arasında məsafə cəmi 38 min kilometr olacaq.

    Qeyd edək ki, bu asteroidə qədim Misirin şər və dağıtma “Allahı”nın şərəfinə “Apofis” adı verilib.

    Daha əvvəl NASA başqa bir asteroidin ətrafına tədqiqat peyki çıxarıb.

  • Xərçəngin və digər bütün xəstəliklərin səbəbi TURŞUDUR – Dünya şöhrətli alim AÇIQLADI

    Dünya şöhrətli alman alimi, biokimyaçı, Nobel mükafatçısı Otto Varburq hesab edir ki, qələvi mühitində heç bir xəstəlik, hətta xərçəng də yarana bilməz.

    Varburq canlı hüceyrədə redoks proseslərini öyrənən alimdir. O, kimya və fiziologiyada geniş istifadə edilən bioloji obyektlərin öyrənilməsi üçün bir çox alət və cihazları inkişaf etdirib. Alim şiş hüceyrələrinin metabolizmasını, fotosintez və fermantasiya kimya məsələlərini dərindən araşdırıb. 1931-ci ildə Varburq təbiətin və “tənəffüs fermentlərinin” funksiyalarının aşkar edilməsi üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülüb.

    “Xərçəng digər xəstəliklərdən fərqli olaraq, çoxsaylı ikinci dərəcəli səbəblərə sahibdir. Ancaq xərçəngin belə əsaslı bir səbəbi var. Kobud dildə desək, xərçəngin kök səbəbi – normal bir hüceyrənin oksigen istifadə edərək tənəffüsün digər növ enerji – qlükoza fermantasiyası ilə dəyişdirilməsidir” , – deyə o, mühazirəsində qeyd edib.

    O, hesab edirdi ki, qənd halına salınmış şəkər yalnız insulinin səviyyəsini yüksəltmir, həm də xərçəng qəfəsləri üçün qidalandırıcıdır. Bu fakt elmə çoxdan məlumdur. Hələ 1931-ci ildə tibb üzrə Nobel mükafatı laureatı Otto Varburq müəyyən etdi ki, şişlər şəkərlə qidalanır.

    Median.az xarici mətbuata istinadən xəbər verir ki, bir çox insanda turşu (Turşu – metal atomu və ya mürəkkəb ion molekulu ilə əvəz oluna bilən hidrogen atomlarından və turşu qalığından ibarət olan mürəkkəb maddədir) səviyyəsi artıb. Bu, hazır məhsulların, rafinə edilmiş və genetikası modifikasiya edilmiş məhsulların hesabına baş verir. Lakin çoxu fərqində deyil ki, onlar bununla birlikdə xərçəng, artıq çəki və bir çox ağır xəstəliyin inkişafı üçün münbit şərait yaradırlar. Xoşbəxtlikdən orqanizmdə qələvi mühit yaratmaq çox sadədir.

    Oxucuları orqanizmdə qələvi balansını təmin edən üsullarla tanış edirik:

    1. Ən faydalı üsul günə içinə limon şirəsi sıxılmış bir stəkan su içərək başlamaqdır. Limon turş olsa da, bədən üzərində əks təsiri vardır. Mədəni təmizləmək üçün acqarına limonlu su için.

    Yaxud da hər gün acqarına bir stəkan alma sirkəsi əlavə edilmiş su içə bilərsiniz. Bir stəkan suya 1-2 xörək qaşığı sirkə kifayətdir.

    2. Limon suyu sıxılmış və zeytun yağı əlavə edilmiş salat və göy-göyərti çox yeyin. Meyvə və tərəvəzlər ən yaxşı qələvi mikroelementlər mənbələrindən biridir. Bədəndə pH balansını saxlamaq üçün gün ərzində onları yeyin.

    3. Acmısınız? Duzsuz çiy badam yeyin. Bu, qanda şəkərin miqdarını normallaşdırmaqla yanaşı, turşu balansını da nizama salır. Çünki tərkibinə maqnezium ve kalsium gibi bir çox qələvi mikroelementlər daxildir.

    4. Badam südü için və yaşıl tərəvəzlərdən smuzi hazırlayın.

    5. Gəzintiyə çıxın, idmanla məşğul olun. Aktiv hərəkət hər zaman faydalıdır. Məşqlər orqanizmdən turş məhsulları və maddələri atmağa kömək edir.

    6. Oksigenlə zəngin olan yerdə dayanıb dərindən nəfəs alın. Mümkün qədər havası təmiz olan yerləri tez-tez ziyarət edin. Orqanizmdən şlakları xaric etmək üçün tez-tez su için.

    7. Hər gün ət yeməyin. Çünki gündəlik ət yemək turşu balansını artırır.

    8. Yüksək şəkərli desertlərdən və qazlı içkilərdən imtina edin. Şəkər ən turş məhsullardan biridir. Bir şüşə qazlı içkinin turşuluğunu neytrallaşdırmaq üçün 30 stəkandan çox su tələb olunur.

    9. Menyunuza daha çox tərəvəz daxil edin. Qeyd: kartof sayılmır! Bibər, qulançar, badımcan və “kabaçki” çox faydalı olacaq.

    10. Və nəhayət, bol Brüssel kələmi yeyin. Onun tərkibində orqanizm üçün faydalı olan çox faydalı fermentlər var.