Category: Maraqlı

  • Süni intellektdən inqilabi kəşf: Yeni bir insan növü…

    “Nature Communications” adlı elmi dərgidə tam fərqli bir araşdırma yer alıb.

    Median.az Publika-ya istinadən xəbər verir ki, süni intellekt alqoritmi sayəsində yeni bir insan növü kəşf edilib.

    Sözügedən insan növünün DNT-si bugünkü Afrikadan Asiya qitəsinə köç edən insanlara bənzərliyi ilə seçilir. Bu növ neandertal və denisovan növlərinin hibridləşmiş formasıdır.

    Araşdırmaçılar bu kəşfi hazırda Asiya qitəsində məskunlaşan insanların DNT hüceyrələrindən istifadə edərək yaradılan alqoritmi sayəsində əldə edib. Sözügedən yenilik insanlığın təkamülünün daha yaxşı öyrənilməsini təmin edəcək. Lakin eyni zamanda, arxeoloq peşəsinin “gələcəyi olmayan peşələr” siyahısına düşməsinə də səbəb olacaq.

    Neandertal növünün kökü Avropaya, denisovan növünün kökü Sibirə, Cənubi Asiya və Okeaniyaya dayanır. Bu sirli insan növünün on minlərlə il öncə Afrikadan köçən müasir Asiya irqi ilə qarşılaşması və irqlərin qarışması nəticəsində yaranması ehtimal olunur.

    Qeyd edək ki, süni intellektin inqilabi alqoritmi fərqli məməli növlərinin sinir sistemlərinə dair modelləri təyin edə bilir. Həmçinin, insanların əcdadlarının tarixi inkişafı prosesini təsvir edə bilir.

  • Orqanizmi xərçəngdən qorumağın yolu tapıldı

    Beynəlxalq alimlər qrupu xərçəng şişlərinə qarşı mübarizə zamanı “taqətdən düşən” T-hüceyrələrin təkrar aktivləşdirilməsi yolunu tapıb.

    Median.Az xəbər verir ki, bu barədə “MedicalXpress” nəşrində məlumat dərc olunub.

    Məlum olduğu kimi, immun sisteminin xərçənglə mübarizənin öhdəsindən gələ bilməməsinin əsas səbəblərindən biri limfositlərin bədxassəli şişlərə hücumu zamanı enerjisini itirməsidir.

    Bu ona görə baş verir ki, törəmələr qlükozanı daha effektiv şəkildə canına çəkir və beləcə, T-hüceyrələri qida mənbəyindən məhrum edir. İmmunitet bir müddət şişlə mübarizə aparsa da, sonradan onun inkişafına əngəl yarada bilmir.

    Tədqiqatçılar müəyyən edib ki, limfositlərin taqətdən düşməsinə təsir göstərən əsas səbəb onda “enolaza 1” fermentinin miqdarının (həmin ferment qlükozanın oksidləşməsində mühüm rol oynayıb) aşağı düşməsidir.

    Nəticədə, oksidləşdirici fosforlama templəri azalır. Qeyd olunan proses enerjinin ATF molekulu şəklində saxlanılmasına yol açır.

    Bundan qaçmaq üçün alimlər hüceyrələri qlükozanın son məhsulu sayılan piruvatları boğmağa vadar edib. Bu, limfositlərin enerji qəbulunun çoxalmasına və beləcə, immun sisteminin xərçənglə mübarizədə aktivləşməsinə səbəb olub.

    Əldə olunmuş nəticənin əsasında tədqiqatçılar nəzarət nöqtələrinin inhibitorlarından (immunitetin mübarizədə blokanmasının qarşısını alan maddələr) ibarət pereparat hazırlayıb.

    Sınaq heyvanları üzərində aparılan təcrübədə şişli ocaqların inkişafının ləngiməsi və limfositlərin aktivləşməsi müşahidə olunub. Gələcəkdə insanlar üzərində klinik sınaqların aparılacağı istisna edilmir.

  • Smartfon istehsalı kimyəvi elementlərin tükənməsinə səbəb olur

    Müasir smartfonlar çoxlu sayda komponentlərdən ibarətdir və onların istehsalı üçün ən müxtəlif kimyəvi elementlər istifadə olunur. Alimlərin sözlərinə görə, həmin kimyəvi elementlərin bəziləri məhdud saydadır, hətta bəziləri tükənmək üzrədir.

    Median.az AZƏRTAC-a istinadən bildirir ki, smartfon istehsalında təxminən 30 kimyəvi elementdən istifadə olunur. Bu kimyəvi elementlərin bəziləri təbiətdə olduqca məhdud saydadır.

    “Dünyada mövcud olan kimyəvi elementlərin hər biri məhdud saydadır və biz bu ehtiyatı çox sürətlə istifadə edirik, buna görə 100 ildən də az bir müddətdə hansısa kimyəvi element tükənəcək” – Şotlandiyanın “Sent-Endryus” universitetinin alimi Devid Koul-Hamilton deyib.

    Alimlər təbiətdə müxtəlif kimyəvi elementlərin tükənməsinin qarşısını almaq üçün insanları köhnə telefonları vaxtında utilizasiya etməyə səsləyiblər. Məlumata görə, Avropa Birliyi ölkələrində hər ay təxminən 10 milyon smartfon tullanılır və ya əvəz olunur.

  • 2 sualla 17 min cütlüyü ayırdı

    Şotlandiyalı komediya aktyoru Daniel Sloss iki sualla 17 min cütlüyün ayrılmağına səbəb olub.

    Median.az axşam.az-a istinadən xəbər verir ki, Daniel sevgi münasibətlərindən danışıb. O, bir çox insanın düzgün seçim etmədiyini bildirib:

    “Bəzən tək qalmaqdansa, kiminləsə olaq” deyirik və həyatımıza məcburi kimisə salırıq. Amma 5, 10 il sonra “Sənin burada nə işin var?” deyə fikirləşirik. Ona görə ailə qurmazdan öncə özünüzə iki sual verin. Həyatımın 5, 10 ilini hədər yerə sərf etmişəm?, Həyatımın geri qalan hissəsini hədər etmək istəyirəm?”.

    Danielin fikrincə bu gün boşanmaların sayının çox olmasına səbəb 30 yaşadək düşünülmədən qurulan ailələrdir. Daha sonra bir çox cütlük Slossa sosial mediada mesaj yazaraq sevgilisi ilə münasibətlərə son qoyduğunu qeyd edib. Bəlli olub ki, mesaj yazanların sayı 17 mindən çox olub.

  • 15 yaşında biznes qurdu: 19 yaşında milyonçudur – FOTO

    Benyamin Kikz adlı bir uşaq şəxsi ayaqqabılarını satmaqla 1 milyon dollardan çox pul qazanıb.

    Median.az xəbər verir ki, 15 yaşında anasının ona aldığı toplu ayaqqabı hədiyyələrdən ruhlanan Benyamin, hazırda bəzi ayaqqbı markalarını dövriyydən çıxarıb daha sonra onları özü satmaqla buna nail olub.

    Belə ki, o, bu ayaqqabları özü üçün istifadə adıyla alıb. Bu atası tərəfindən xoş qarşılanmayıb və uşağın psixoloji problemlərinin olduğu qənaətinə gəlib. Lakin sonradan, Benyminin həmin ayaqqabıları dəyərindən daha baha qiymətə satdığını görən ata na dəstək olmağa başlayıb.

    Qısa müddət sonra isə, uşağın bu məqsədi dünya şöhrətli müğənni DJ Xalid tərəfindən kəşf edilib və geniş izləyici kütləsi qazanıb.

    Benyamin ilə ortaq işlməyə başlayan Xalid, onu Dreyk və Travis Skot kimi məhşurlarla tanış edib.
    Qeyd edək ki, Benyamin az sayda istehsal olunan sport ayaqqab markalarını bazardan çıxararaq sünii qiymət artımı yaradır. Bundan sonra isə, hər kəs bu məhsulları ondan almaq məcburiyyətində qalır.

    Benyamin artıq özünün internet saytını da qurub. O, bu günə qədər 1 milyon dollardan çox pul qazanıb.
    Hazırda Benyaminin 780 mindən çox izləyicisi var.

  • DİQQƏT! Qrip olmaq istəmirsinizsə…

    Qış mövsümündə qrip və digər soyuqdəymə xəstəliklərinin sayı artır.

    Median.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bəzi qidaları mütəmadi olaraq qəbul edərək, qrip olmağın qarşısını ala bilərsiniz.

    Balıq qrip olmağın qarşısını alan önəmli qidalardandır. Balığın tərkibində Omega 3 yağ turşuları nəfəs yolları iltihablanmasının qarşısını alır. Beləliklə tıxanma və ağrı problemi aradan qalxır.

    Qripin qarşısını ala bilmək üçün somonş ton balığı, ringa və digər balıq növlərindən istifadə edə bilərsiniz. Balıq immun sistemi gücləndirir və digər xəstəliklərər qarşı da müqavimət yaradır.

    Qrip olmağın qarşısını alan qidalardan biri də qoxusunu çox adamın sevmədiyi sarımsaq bitkisidir.

    Sarımsaq təbii antibiotik hesab edilir. Sarımsaq həzm sistemini rahatlaşdırlr, burun tıxanması və digər müxtəlif infeksion xəstəliklərin yaranmasının qarşısını alır.

    İspanaq da qripin qarşını ala biləcək qidalardandır. Tərkibində bol miqdrada dəmir və vitamin C olduğu üçün qripin qarşını alır. Kalorisi az olduğu üçün isə rahat həzm edilir.

    Qripin yaranmasının qarşısını alan qidalar arasında mandarin və portağal da var. Tərkibində C vitmaini olduğu üçün mütəmadi olaraq mandarin və portağal yemək hüceyrələri yeniləyir və qripin qarşısını alır.

    Nar da qripin yaranmasının qarşısnı alan qidalardandır.Qrip olmamaq üçün narı qatıqla və tək yeyə bilərsiniz.

  • Çox yeyib kökəlməyənlərin SİRRİ AÇILDI

    Kembric universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.

    Median.az xəbər verir ki, “Science Daily”dəki məqaləyə əsasən, alimlər bəzi insanların istədikləri qədər yemək yeyib kökəlmədiklərinin səbəbini tapıblar. Məlum olub ki, bu insanlar genetik mutasiya sayəsində kökəlmirlər.

    Alimlər 2 mindən çox insan üzərində təcrübə aparıblar. Onlar bu məlumatları müxtəlif çəkisi olan 14 min insanın DNA məlumatları ilə müqayisə ediblər. Məlum olub ki, arıqlıq və köklük əvvəllər heç vaxt tədqiq edilməmiş genetik mutasiya ilə bağlı ola bilər.
    Tədqiqatın müəllifləri qeyd edirlər ki, bəzi genlər artıq çəkinin yaranma riskini artırır. Amma hələ də məlum deyil ki, kəşf edilən genlər iştahın artması və ya yeyərək kökəlməməyə nə dərəcədə təsir edir.

  • Gündəlik aspirin qəbulunun faydası açıqlandı

    Gündəlik olaraq aspirin qəbulu xərçəngdən əziyyət çəkən insanlarda sağ qalma ehtimalını 78 faiz artırır.

    Kaliforniya Universitetindən olan tədqiqat qrupu belə bir qənaətə gəlib.

    Elmi işin nəticələri “Journal of Experimental Medicine” nəşrində dərc olunub.

    Alimlər iltihab əleyhinə qeyri-steroid praparatların qəbulu ilə PIK3CF mutasiyalı geni olan xərçəng xəstələrinin yüksək sağ qalma ehtimalı arasında qanunauyğunluğu ortaya çıxarmağa çalışıb.

    Tədqiqat üçün mütəxəssislər baş və boyun nayihələrində olan xərçənglə beş ilə sağ qalmış 266 pasiyentin tibbi məlumatlarını təhlil edib. Belə xəstələrdə bədxassəli şişlər boyun-baş nayihəsinin 30-dan çox sahəsində, o cümlədən, ağız və boğazda müşahidə olunub. Xəstələrdən 75-də PIK3CA mutasiyalı geni aşkarlanıb.

    Alimlər müəyyən edib ki, qeyd olunan mutasiyalı geni olan pasiyentlərdən altı ay ərzində mütəmadi olaraq aspirin qəbul edənlərində beş il ərzində sağ qalma ehtimalı 25 faizdən 78 faizə qədər yüksəlib.

    Tədqiqat qrupu gələcəkdə aspirin qəbulu ilə bədənin digər sahələrində meydana gələn bədxassəli şişlərin müalicəsini araşdırmaq niyyətindədir.

  • Xəzər ölü dənizə çevrilə bilər

    Ölkə tədqiqatçılarının fikrincə, son illərdə Xəzər dənizində suyun səviyyəsi azalıb, hövzəyə müxtəlif növ çirkab və tullantı suları axıdılıb. Dəniz yatağının üzvi maddələrlə yüklənməsi və bu sahələrdə oksigenin azlığı Xəzəri tədricən ölü dənizə çevirir.

    Okeanoqrafiya və Atmosfer Tədqiqatları Mərkəzinin elmi əməkdaşı Həmid Əlizadə Xəzər dənizini ən böyük su hövzəsi kimi səciyyələndirir: “Genişliyinə görə dəniz adlandırılan Xəzər, əslində, qapalı göldür. Əlbəttə, bu göl keçmişdə coğrafi cəhətdən Qara dəniz vasitəsilə açıq dənizlərlə birləşirdi”.

    Əlizadə bildirib ki, Xəzər dənizi hazırda iki kanalla, Volqa-Don vasitəsilə Azov və Baltik dənizinə birləşir: “Xəzər dənizi təxminən 1200 kilometr uzunluğundadır, orta dərinliyi təxminən 208 metrdir, İran, Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan daxil olmaqla, sahilyanı zolağı var”.

    Həmid Əlizadənin sözlərinə görə, Xəzər dənizinə təxminən 130 çay axır (Volqa, Ural, Terek, Kür və Səfidrud və s.), lakin çay sularının 80 faizi Volqaya aiddir.

    Okeanoqrafiya və Atmosfer Tədqiqatları Mərkəzinin əməkdaşı bildirib ki, bölgədəki iqlimə Atlantik okean və şərq dənizləri, Şimal Buzlu okean və Sibirin buzlaq sahələrində meydana gələn atmosfer cərəyanları təsir göstərir: “Xəzər dənizi qərbdə Qafqaz dağları ilə əhatə olunub və bu da öz növbəsində, regional iqlim dəyişikliyinə səbəb olur”.

    Tədqiqatçının sözlərinə görə, Xəzər dənizinin sahilboyunda orta yağıntı səviyyəsi təxminən 300 mm-dir. Yalnız İran sahillərində və Azərbaycanın cənub hissələrində 700-1700 mm arasında dəyişən rütubətlilik mövcuddur: “Xəzər dənizinin yatağı qeyri-bərabər paylanıb. Buna görə də, şimal hissələri 25 metrədək dərinliyə malikdir. Orta hissədə 788 m dərinlik var, ən dərin hissəsi cənub hissəsidir – 1025 metr”.

    Xəzər dənizinin bənzərsiz bioloji və okeanoloji xüsusiyyətlərini vurğulayan Əlizadə bioçeşidlərin tədricən azalmasına və dənizə axan çaylarda sulfat, karbonat və xlor kimi kimyəvi maddələrin artmasına diqqə çəkib: “Xəzər dənizinin şoranlığı açıq dənizlərin şoranlığının təxminən üçdə biri qədərdir (şimalda 1 litrdə – təxminən 12 qr, cənubda – 14 qr)”.

    Okeanoqrafiya və Atmosfer Tədqiqatları Mərkəzinin əməkdaşı deyib: “Xəzər dənizində səviyyə dəyişikliklərin əsas səbəbi iqlimdir. Dənizə yeraltı və yerüstü suların daxil olması, dəniz çöküntüləri, buxarlanma ən mühüm iqlim nəzarətçilərdir”.

    Əlizadənin sözlərinə görə, Volqa çayının axını və buxarlanma dərəcəsi də dəniz səviyyəsindəki dəyişikliyi izah edir. Xəzər dənizinə daxil olan böyük çaylarda bir neçə bəndin tikintisi kənd təsərrüfatında suyun istifadəsinin artmasına gətirib çıxarıb.

    Tədqiqatçının fikrincə, təkcə Volqa üzərində inşa edilən anbarların əhəmiyyəti Xəzər dənizinə daxil olan çaylarda tikilən digər bəndlərlə müqayisədə daha çoxdur.

    Əlizadə bildirib ki, hövzədə suyun istehlakı Xəzər dənizində suyun səviyyəsini bir metr yarım azaldır. XX əsrin 30-cu və 70-ci illərində də bu vəziyyət müşahidə olunub: “Son 20 ildə də Xəzər dənizində havanın temperaturu və yerüstü sularda buxarlanma nisbətində bir qədər artım görünür”.

    Tədqiqatçı deyib ki, insan faktorları son bir neçə il ərzində Xəzər dənizinə təsir göstərib. Sənaye və kənd təsərrüfatında istifadə və buxarlanma təsirsiz ötüşməyib. O vurğulayıb ki, atmosferdəki istixana qazlarının artması, temperaturun çoxalması və yağıntı rejiminin dəyişməsi, insan faktoru Xəzərdə su səviyyəsinə birbaşa təsir göstərən amillərdir. Yaxın 10 ildə dənizdə suyun səviyyəsi 1,5 met azalacaq.

  • Lazer epilyasiyasının təhlükələri – Risklər və vacib prosedurlar

    Son zamanlar arzuolunmaz tükləri aradan qaldırmaq üçün lazer epilyasiyasından çox istifadə edilir. Əlbəttə ki, bu üsul ülgücdən dəfələrlə effektlidir və tüklərin get-gedə seyrələrək azalmasına səbəb olur.

    Lazer istifadəsi zamanı tükün folikulları yanır ki, bu də bədənin bəzi hissələrdə tüklərin tamamilə yoxa çıxmasına səbəb olur.

    Amma bu üsulun bəzi çatışmayan cəhətləri və riskləri də var.

    Median.az Medicina.az-a istinadən lazer epilyasıyasının mənfi tərəflərini təqdim edir:

    İlk əvvəl onu söyləmək lazımdır ki, bu işi kvalifikasiyalı mütəxəssislərə etibar etmək lazımdır. Əgər proseduru ilk dəfə etdirirsinizsə, o zaman kosmetoloqdan lazerin dəriyə təsirini test etməsini xahiş edin. Onu da nəzərə alın ki, epilyasiyadan 1-2 gün sonra yüngül yanıqlar almaq mümkündür.

    Əks təsirlərin bir çoxu nəzərə çarpılmayan və müvəqqəti xarakter daşıyır.

    Qızartı və qıcıqlanma

    Lazer epilyasıyası tük folikullarını zədələyir, bu zaman dəri qızarır, qıcıqlanır və şişir. Bəzi dermatoloqlar bu zaman yerli ağrıkəsicidən istifadə edirlər. Amma hər bir halda prosedurdan bir neçə saat sonra ağrı və qıcıqlanma hissi azalmalıdır.

    Qabıqlanma

    Bəzi şəxslərdə lazer edilmiş sahələrdə qabıqlanma müşahidə edilir. Bu kifayət qədər ciddi problemdir və nəzərə alınmalıdır. Əgər üstünə düşülməzsə o zaman çapıq toxumasının yaranmasına səbəb ola bilər. Buna görə də, prosedurdan sonra bir neçə gün müddətində nəmləndirici kremdən istifadə edilməlidir.

    Dərinin rənginin dəyişməsi

    Bəzən müştəri lazer edilmiş sahədə dərinin rənginin dəyişdiyini fərq edir. Aşıq rəngli dərisi olan insanlar qara dərili insanlara nisbətən daha çox bu problemlə üzləşirlər. Bu zaman dərini günəş şüalarından və istidən qorumaq lazımdır.

    Yanıq və suluqlar

    Lazer epilyasiyası zamanı yanıq və suluq yaranması riski böyükdür. Bu rposedurun düzgün edilmədiyindən xəbər verir. Yaxşı mütəxəssis bilir ki, prosedur zamanı soyuqlatma tədbirlərindən istifadə edilməlidir.

    Çapıqlar

    Çapıqlar lazer epilyası zamanı meydana gələn problemlərdən biridir. Bu hal lazer edən ustanın səhvi ucbatından yaranır. Həminin də pasiyent əgər öz dərsinə kifayət qədər yaxşı qulluq etmədikdə həmin nahiyədə çapıq meydana gələ bilər.

    İnfeksiya yaranma riski

    Prosedur zamanı dəriyə infeksiya düşməsi riski mövcuddur. Buna görə də işlənmiş nahiyə sağalana qədər ciddi şəkildə qulluq edilməlidir. Əgər nə isə problem meydana çıxarsa o zaman dermatoloqa müraciət etmək lazımdır.