Category: Maraqlı

  • Valideynlərin bu hərəkətləri uşaqları dəhşətə SÜRÜKLƏYİR – Alimlərdən XƏBƏRDARLIQ

    Aparılan psixoloji tədqiqatlar nəticəsində müəyyən olub ki, insan həyatında ən ağır travma valideynlərinin onu başqalarının yanında aşağılamasıdır.

    Median.az xəbər verir ki, alimlərin qənaətinə əsasən, beyin hər ağrı-acını sağalda və həzm edə bilər, yaşadığı hər bir hadisə ona təcrübə qazandırır. Amma həqarəti unuda və bağışlaya bilməz. Bu barədə tanınmış psixoloq Anna Kiryanova məlumat verib.

    “Həqarət onunla fərqlənir ki, bu, cavabsız reaksiyadır. Cəmiyyət adətən cavab qaytara bilməyən gücsüz, dözmək və susmaq məcburiyyətində qalan insanları alçaldır. Sonra isə o insanlar ağlamağa və ya əksinə, axmaqcasına gülümsəməyə, öz-özünə danışmağa başlayır və günlərlə sinəsində ağrı hissi ilə gəzib dolaşır.

    “Həyatda hər şey baş verir, oldu keçdi də… Hər kəsin gözü qarşısında alçaltdılar, döymədilər ki… Bir-birimizi alçaltdıq, qorxulu heç nə yoxdur” kimi sözlərlə özünüzə təsəlli verə bilərsiniz.

    Dəhşətlisi odur ki, aşağılanan insanda daha sonra intihara meyillik və ya zehni pozğunluq meydana gələ bilər. Əgər o insanın psixikası möhkəmdirsə, onda bu qorxu ömür boyu onu tərk etməyəcək. Və şəxs aşağılandığını unutmaq üçün hər şeyi etməyə hazırdır, amma o anlar unudulmur. Çünki həqarət ən güclü və ağrılı psixotravmadır”, – deyə psixoloq əlavə edib.

    Mütəxəssis hesab edir ki, həqarətlə mübarizə aparmaq üçün yeganə yol isə cavab verməkdir:

    “Rəhbər, tanışlar, tanımadığınız insanlar sizi aşağılaya və ya iş görüşməsində alçaldıcı suallar verə bilər. Xəstəxanda, mağazada və ya hər hansı qurumda aşağılana və buna dözmək məcburiyyətində qala bilərsiniz.

    Həqarətlə mübarizə aparmaq üçün yeganə yol isə cavab verməkdir. Bu insanlardan asılı olsanız da, sakit və adekvat cavab verin. Çünki heç bir pul və münasibət həqarət travmasını kompensasiya etmir, o əbədi olaraq qalır. Ümumiyyətlə, insanlar adətən qarşısındakının ondan yüksəkdə dayandığını bildiyi üçün onu alçaltmaqla özünə olan güvəni və hörməti yüksəltməyə çalışır. Bu, yelləncəyə bənzəyir, biri qalxır, digəri isə aşağı düşür. Bir ayaqla itələmək və mövqeyini dəyişdirmək lazımdır, hər halda başqa yol yoxdur. Aşağılayıcı məktublar almaq iyrəncdir. Təhqirlərə qulaq asmaq qəbuledilməzdir.

    Cavab verdiyiniz zaman qarşı tərəf sizinlə daha ehtiyatlı davranmağa başlayır, belə olan halda, heç bir təhqir yoxdur, bu hiylədir. Odur ki, uşaqları döymək və təhqir etmək lazım deyil”.

  • “iPhone”dakı şəkilləri inadkar qohumlardan necə gizlətmək olar?

    “ZDNet” ekspertləri dostların və ya qohumların istifadəçinin smartfonundakı şəxsi məlumatları oxumaması və ya şəxsi şəkillərə baxmaması üçün “iPhone”a “ağıllı” şifrə qoymağı tövsiyə edir.

    Median.Az xəbər verir ki, bu barədə Life.ru məlumat yayıb.

    Bu, başlıca olaraq yaxınların və qohumların smartfona baxmaqda inad göstərdiyi vaxt istifadəçinin buna etiraz edə bilmədiyi hallara aiddir.

    Dostların və qohumların sizin fotolara baxmaması, sosial şəbəkə hesablarına daxil olmaması və ya brauzerin tarixçəsini (daxil olunan saytların arxivi) araşdırmaması üçün ekran vaxtının hesablanması funksiyasından (ScreenTime) istifadəni tövsiyə edib. Bu funksiyanın ayarlarında müəyyən müddətə istənilən tətbiqə, məsələn, Qalereyaya şifrə qoymaq olur.

    Apple Screen Time-da məqsəd istifadəçiləri rəqəmsal asılılıqdan müdafiə etməkdir. Lakin “ZDNet” ekspertlərinin hesablamalarına görə, ondan şəxsi məlumatların qorunması məqsədilə də yararlanmaq olar. Bu funksiyanın köklənməsindən sonra onu aktivləşdirib, smartfonu inadkar qohuma vermək olar.

    Qeyd edək ki, Screen Time funksiyası ötən ilin payızında çıxan iOs 12 əməliyat sisteminin yeni versiyasında peyda olub. Yeni tətbiq istifadəçilərin qadjetin ekranı arxasında az vaxt keçirməsinə kömək olacaq.

  • Ayda yetişdirilən bitkilər məhv oldu

    Bəşər tarixində ilk dəfə olaraq Ayda, süni ekosistemdə yetişdirilmiş toxumlar tələf olub.

    Median.Az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

    Bir neçə gün əvvəl Çinin Ayın əks tərəfinə enən “Çanye-4” zondunda kartof, pambıq və digər bitkilərə aid toxumların yetişdirilməsi ilə bağlı eksperiment aparılırdı.

    İlk mərhələdə təcrübə kifayət qədər uğurlu olmuşdu, hətta pambıq toxumlarının cücərdiyi xəbəri yayılmışdı.

    Çinli alimlər bitkilərin tələf olmasını “Ay gecəsi” hadisəsi ilə izah edib. Belə ki, bu hadisə baş verən zaman temperatur kəskin şəkildə – mənfi 170 dərəcəyə qədər düşə bilir.

  • Təyyarəyə gizli girən qarğa Sinqapurdan Londonda uçdu – VİDEO

    Sinqapur hava yollarında maraqlı hadisə baş verib.

    “SQ322” reysi ilə Londona uçan təyyarəyə qarğa girib. Təyyarəyə gizli girən qarğa 12 saat biznes sinifdə Londona uçub.

    Hadisənin video görüntüləri sosial şəbəkədə böyük maraqla qarşılanıb.

    Sonra qarğa sərnişinlərin köməyi ilə tutulub və Londona endikdən sonra heyvanları qoruma dərnəyinə təslim edilib.

  • Alimlərdən SOS: Bu dövlətlər sular altında qalacaq

    Antarktidada buzlaqların əriməsi prosesi təəccüb doğuracaq miqyasda artır.

    Median.az xəbər verir ki, bu barədə Kaliforniya və Utrext universitetləri və NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının alimlərinin tədqiqatında bildirilib.

    Araşdırmalara görə, 1990-cı ilə qədər Antarktida illik 40 giqaton su itirib. Lakin artıq 2009-cu ildən etibarən bu rəqəm 6 dəfə artaraq 252 giqatona çatıb. Antarktidanın şimalı bu baxımdan ən çox su itirən bölgə kimi yadda qalıb. Belə ki, alimlər bu ərazinin iqlim dəyişikliklərindən ən çox əziyyət çəkən hissə olduğunu qeyd ediblər.

    Tədqiqat qrupunun rəhbəri Erik Rinqonun fikrincə, yaxın 100 il ərzində dünya okeanının səviyyəsi bir neçə metr yüksələcək və bu da öz növbəsində okeanda yerləşən kiçik ada dövlətlərinin tamamilə sular altında qalmasına səbəb olacaq.

  • Dünyanın marağına səbəb olan video — Qütb ayısı itin başını sığalladı

    Kanadanın Hudson körfəzində maraqlı hadisə qeydə alınıb.

    Median.az xəbər verir ki, körfəzdə bir qütb ayısı itin başını sığallayıb. Video çarx sosial şəbəkələrdə böyük marağa səbəb olub.

    Məlum olub ki, bu iki növ heyvan tez-tez qarşılaşırlar və bir çox hallarda bir-birlərinə hücum etmirlər.

  • Erkən ölümün qarşısını almağın yolu tapıldı

    ABŞ-ın Kolumbiya Universitetinin alimləri passiv və ya aşağı aktivli həyat tərzinə malik insanlarda erkən ölüm riskini azaltmağın yolunu tapıb. Məlum olub ki, 30 dəqiqə divan və ya stol arxasında əyləşməyi əvəz edən istənilən intensivlikdə fiziki aktivlik səhhətə öz müsbət təsirini göstərir.

    Elmi araşdırma haqqında “MedicalXpress” nəşrində press-reliz dərc olunub.

    Alimlər 2009-2013-cü illər ərzində ölkədə keçirilmiş “İrqi və milli müxtəlifliklər üzrə tədqiqatda” iştirak etmiş orta yaşlı və yaşlı səkkiz min insanın tibbi göstəricilərini təfsilatlı şəkildə təhlil edib.

    Könüllülərin üzərində olan cihaz dörd gün ərzində onların fiziki aktivliyinin davamlılığı və intensivliyini qeyd edib. Alimlər həm də 2017-ci ilə qədər olan ölüm hallarını nəzərə alıb.

    Nəticələr göstərib ki, 30 dəqiqəlik aşağı intensivlikdə fiziki aktivlik erkən ölüm riskini 17 faiz azaldır. Daha intensiv fiziki yüklənmələr isə riski 35 faiz aşağı salır. Mütəxəssislər əmin edir ki, hətta 1-2 dəqiqəlik aktiv istirahət belə səhhəti yaxşılaşdırmağa qadirdir. Alimlərin fikrincə, uzun müddət masa arxasında oturaq vəziyyətdə olmağın fəsadlarını hər yarım saatdan bir yüngül fiziki tapşırıqlar yerinə yetirməklə kompensasiya etmək olar.

  • İnsan üçün ən dözülməz ağrılar hansılardır?

    ABŞ-ın Stenford Universitetinin alimlər ağrıların gücü ilə bağlı araşdırma aparıb.

    Median.az xəbər verir ki, mütəxəssislər ağrını 0-dan 10-a qədər olan ballarla qiymətləndirib.

    Belə ki, araşdırma nəticəsində ən güclü ağrının üçlü sinirin nevralgiyası zamanı yaranan ağrı olduğu məlum olub.

    Üçlü sinirin nevralgiyası zamanı ağrıları xüsusi dərmanlar vasitəsilə azaltmaq mümkündür, lakin əksər hallarda tibb işçilərinin müdaxiləsi tələb olunur.

    Qeyd edək ki, üçlü sinirin nevralgiyası zamanı yaranan ağrını hiss edən qadınlar doğuş zamanı olan ağrılardan qat-qat dözülməz olduğunu bildirib.

  • Zəncəfil əsl dərman vasitəsi hesab edilib

    Tədqiqatçılar zəncəfilin kökünə hipertoniklərə və diabet xəstələrinə tövsiyə edilə biləcək potensial vasitə kimi baxırlar.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, eksperiment zəncəfil kökünün ikinci tip diabet xəstələrinin qanında şəkərin miqdarına uzunmüddətli nəzarəti yaxşılaşdırdığını göstərib.

    Məlum olub ki, zəncəfil ekstraktı serotonin reseptorları ilə qarşılıqlı fəaliyyət göstərərək, onların insulin sekresiyasına təsirini gücləndirir. Bütövlükdə, zəncəfil sayəsində qanda qlükozanın səviyyəsi 35 faiz azala, insulinin səviyyəsi isə 10 faiz arta bilər.

    Bununla yanaşı, zəncəfil kökü qanı durulaşdıraraq qatılığını aşağı salır. Beləliklə, damarlarda qanın axması yaxşılaşır, onların xolesterin yığınlarını öz-özünə təmizləməsi prosesi tənzimlənir. Nəticədə tromboz riski azalır. Həmçinin qanın yaxşı axması və yığınlardan təmizlənmiş damarların elastikliyi hesabına arterial təzyiq aşağı düşür.

  • İnsan üçün ən dözülməz ağrılar hansılardır?

    ABŞ-ın Stenford Universitetinin alimləri insan üçün hansı ağrıların ən güclü və əzabverici olduğunu təyin ediblər.

    Median.Az xəbər verir, bu barədə REN TV məlumat yayıb.

    Mütəxəssislər ağrıların gücünü 0-dan 10-a qədər olan ballarla qiymətləndiriblər. Nəticədə, müəyyən olunub ki, üçlü sinirin nevralgiyası zamanı yaranan ağrı ən güclü ağrıdır. Baş və üzdəki bütün ağrılar haqqında informasiya bu sinirdən keçir.

    Bu ağrını hiss etmiş qadınlar əmin edirlər ki, bu, doğuş zamanı olan ağrılardan qat-qat dözülməzdir.

    Üçlü sinirin nevralgiyası zamanı ağrıları xüsusi dərmanlar vasitəsilə azaltmaq mümkündür, lakin əksər hallarda tibb işçilərinin müdaxiləsi tələb olunur.