Category: Maraqlı

  • Bu qidaları gecə yeyib kökəlməmək olar

    Gecə vaxtı yemək yeyən insanlar üçün zərərsiz qida rasionu açıqlanıb.

    Median.Az Ren.TV-yə istinadən xəbər verir ki, mütəxəssislər ilk növbədə toyuq döşünə diqqət yetirməyi məsləhət görürlər.

    Toyuq döşündə triptofan (yaxşı əhval amin turşusu) var. Triptofan çatışmazlığı yuxu, damar və ürək problemlərinə səbəb olar.

    Siyahıda həmçinin qatıq, balqabaq, balıq, toyuq yumurtası və banan yer alıb.

  • 2018-ci ilin ən pis şifrələri – FOTO

    Hər il informasiya axını səbəbindən milyonlarla istifadəçi şifrəsi internetə düşür.

    SplashData şirkəti bu şifrələri diqqətlə araşdırır və ən pis şifrələrin – ən çox istifadə olunan və ya həddindən artıq sadə şifrələrin siyahısını hazırlayır.

    Adətən onların hesabatında 123456 kimi şifrələr yer alır, lakin hər il bu siyahıda yeni parollar da meydana çıxır. Məsələn, 2018-ci ildə “donald” şifrəsi bu siyahıya düşüb.

  • Alimlər qadjetlərin uşaqlara təsiri barədə

    Alimlər qadjetlərdən istifadənin uşaqların zehni inkişaf prosesinə mənfi təsir göstərdiyini müəyyən edib. Eksperimentdə 9-10 yaşlarında məktəblilər iştirak edib.

    Median.Az “Moyka78” portalına istinadən xəbər verir ki, alimlər xüsusilə kompüter oyunları və internetin uşaqlarda beyinin inkişafını ləngitdiyini ortaya çıxarıb.

    Eksperiment aparan ABŞ Milli Səhiyyə İnstitutunun mütəxəssisləri bunun üçün 4 min 400-ə yaxın uşağı müayinədən keçirib.

    Maqnit-rezonans tomoqrafiya müayinəsinin nəticələri kəllə-beyin qabığının (daxil olan siqnallara reaksiya verən və intellektual inkişafa cavab verən ən həssas beyin hissəsi) nazikləşdiyini təsdiqləyib.

    Uşaq kompüter oyunları oynadıqda, onda izafi dərəcədə “dofamin” – həzz hormonu ifraz olunur. Qanda dofamin miqdarının artması psixi və fiziki pozuntulara yol aça bilər.

    Yeni tədqiqat göstərir ki, mühazirə otağında telefonların olması qiymətləndirməni aşağı sala bilər. Alimlər müəyyən edib ki, dərslərdə telefon və noutbuklardan istifadəyə icazə verildikdə, yekun imtahanlarda tələbələr beş faiz daha aşağı nəticə göstərir.

  • Prezidentlər və krallar arasında telefon danışıqları necə baş tutur? – FOTO

    Yüksək səviyyəli şəxslər arasında telefon danışıqları bəzi zəruri prosedurlarla baş tutur və bu cür danışıqlar üzbəüz görüşlər kimi diqqətlə hazırlanır. 

    “Telefon vasitəsilə danışıq istəyi diplomatik kanallar – XİN və ya səfirliklər vasitəsilə təklif edilir”, – keçmiş SSRİ prezidenti Mixail Qorbaçov və Rusiya prezidenti Boris Yeltsinin dövründə 10 il müddətinə Kremlin protokol xidmətinə rəhbərlik edən Vladimir Şevçenko bildirib.  

    Bu təklif səslənərkən, danışıqların vaxtı və mövzusu da göstərilir. Sualların nümunə forması da göstərilə bilər, ancaq diplomatik etika bunu tələb etmir. 

    Onun sözlərinə görə, son illər diplomatik etika ilə bağlı bir sıra dəyişikliklər olub. 

    “Abonentə zəng çatmır”

    Danışıqların təkcə mövzusu deyil, vaxtı da razılaşdırılır. Əgər göstərilən vaxt digər tərəfi qane etmirsə, öz variantını səsləndirir və bunun səbəbini göstərir. Ancaq bu, çox vaxt zəngin vaxtını dəyişmək və ya ümumiyyətlə, danışıqdan imtina etmək məqsədi daşıyır. 

    Qısası, bunun üçün səbəb də göstərilməyə, sadəcə, danışıqların baş tuta bilməyəcəyi deyilə bilər. Şevçenko bildirib ki, danışıqda heç bir mənanın olmadığı və ya zərərli olması səbəbindən telefon danışığından imtina edilə bilər. Vladimir Putin Pyotr Poroşenko ilə danışıqdan imtinanı onun seçki kampaniyasına qatılmaq istəməməsi ilə əsaslandırıb. 



    Xətdəki insanlar

    Dövlət başçıları telefon danışığında tək iştirak etmirlər. Hətta liderlər bir-birinin dillərini asanlıqla başa düşsələr də, hər iki tərəfdən tərcüməçilər iştirak edir.

    “Bu gün Angela Merkel rus dilini mükəmməl bilir və danışır. Vladimir Putin də ingilis və alman dillərində sərbəst danışa bilir. Ancaq danışıqlar zamanı bəzi ikimənalı sözlərin, uğursuz ifadələrin xoşagəlməz nəticələrə səbəb olmaması üçün tərcüməçilərin iştirakı vacibdir”, – Şevçenko əlavə edib. 



    Buna görə də tərcüməçilərin telefon danışığındakı rolunu qiymətləndirmək çox çətindir. 

    Misal üçün, Brejnev o zaman telefon danışığından öncə hazırlanmış mətni oxuyurdu, bu mətnin surəti tərcüməçidə də olurdu. Bu da Brejnevlə işləməyi asanlaşdırırdı. 

    Əgər Rusiya prezidenti Kreml və ya iqamətgahından danışığı aparırsa, tərcüməçi XİN-də ona verilmiş iş otağında əyləşə bilər. Telefon danışığında texniki mütəxəssis, təhlükəsizlik xidmətinin əməkdaşı iştirak edə bilər. 

    Xüsusi müdafiə ilə təchiz edilmiş telefon əlaqələri

    Dövlət və hökumət başçılarının istifadə etdiyi müasir telefon əlaqələri xüsusi müdafiə ilə təchiz edilib, onları nə dinləmək, nə də müdaxilə etmək mümkündür. Bu telefonlardan çıxan siqnallar şifrələnir və yalnız qarşı tərəfin telefon xəttində şifrlər açılır. Əgər xəttə müdaxilə cəhdi olsa, telefon danışığı yarımçıq dayandırılır. 



    Buna görə də telefonun digər başında kimin olduğunu dəqiqləşdirmək vacib deyil. Ancaq abonentin səsi vasitəsilə tanınma sistemi mövcuddur və bundan istifadə edilir. 

    Telefon xuliqanları

    Xüsusi mühafizə sisteminə və səstanıma funksiyasına baxmayaraq, bu sahədə də xuliqanlıq edənlər tapılıb. 

    2005-ci ildə İspaniyanın radiostansiyalarından birindən Boliviyada keçirilən seçkilərdə qalib gəlmiş Evo Moralesə zəng edilib. Pranker özünü İspaniya baş naziri Xose Luis Rodriqes kimi təqdim edib və ona təbriklərini çatdırıb. 

    2008-ci ildə kanadalı şoumen ABŞ-da Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Sara Peylinə zəng edib və özünü Fransa prezidenti Nikola Sarkozi kimi təqdim edib. Onlar Respublikaçıların seçkiqabağı proqramını və Sarkozinin arvadı Karla Brunini müzakirə ediblər. 

    Rusiyalı prankerlər Vovan (Vladimir Kuznetsov) və Leksus (Aleksey Stolyarov) Putinin adından Elton ConRəcəb Tayyib ƏrdoğanPyotr PoroşenkoAleksandr Lukaşenko ilə telefon əlaqəsi saxlayıb. 



    Ən maraqlı hadisə isə 2008-ci ildə Britaniya kraliçası II Yelizavetanın başına gəlib. Kraliçanın nəvələri Uilyam və Harri nənələrinin avtocavablayıcısına səs yazısı yerləşdiriblər:

    “Salam, bu, Lizdir, mən indi evdə deyiləm. Filipp (kraliçanın həyat yoldaşı) ilə əlaqə yaratmaq üçün “bir”, Çarlz (kraliçanın böyük oğlu) ilə əlaqə üçün “iki”, Korqi (kraliçanın sevimli iti) ilə əlaqə saxlamaq üçün “üç” düyməsini basın”. 


    Mənbə: “RİA Novosti”
    Tərcümə: Samir İsayev

  • “Instagram”a yeni funksiya əlavə olundu

    “Instagram” sosial şəbəkəsinə səsli ismarıclar göndərməyə imkan verən yeni funksiya əlavə olunub.

    Bu haqda məlumat servisin rəsmi “Twitter” hesabında paylaşılıb.

    “Bu gündən başlayaraq siz “Direct”də (“Instagram” istifadəçiləri arasında ani məlumat mübadiləsi üçün istifadə olan daxili servis) səsli ismarıclar göndərə biləcəksiniz”, – deyə məlumatda qeyd olunur.

    Səsli ismarıcı göndərmək üçün “Direct”də mikrofon şəkli olan düyməni sıxıb saxlamaq və ismarıcı səsləndirmək lazımdır. Audiomesajın icazə verilən maksimal uzunluğu bir dəqiqə təşkil edir.

  • Sovet Bakısının “Mirvari”si: Hər şey necə başladı? – FOTO

    1962-ci ildə Bakının dənizkənarı bulvarında ecazkar gözəlliyi ilə fərqlənən və 1960-cı illərdə bulvara yaraşıq verən “Mirvari” kafesi inşa olunub.

    Median.Az-ın Azerhistory-yə istinadən verdiyi xəbərə görə, kafe Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilib, memarı isə Vadim Şulgin olub.

    O, ispan memar Feliks Kandelanın “Manantiales Meksika” restoranından ilham alıb.

    V.Şulgin qarşısına qoyulmuş məsələyə yaradıcı yanaşıb. O, ideyanı, sadəcə olaraq, yenidən işləməyib, o, ona zəriflik və üslub əlavə edib. Və “Mirvari”, həqiqətən də, öz üslubunun mirvarisi və Dənizkənarı bulvarın rəmzinə çevrilib.


































  • Bürclər dekabr ayında nə vəd verir? – PROQNOZ

    Bürclər 2018-ci il dekabr ayı üçün nə deyir?

    Median.Az Qadınlar.Co saytına istinadən aylıq bürc şərhlərini təqdim edir:

    Qoç bürcü

    Yupiter Qoç bürcünün ehtiras evində olacaq, sizə həvəs və ümid vəd edəcək. 2018-ci ilin ilk on günlüyü Venera (Qoç bürcünün evlilik evinin idarəçisi) uzaq məsafəli romantik səyahət etmə şansı, qürurlu romantik düşüncələr, mədəni və dini yönlərin inkişafının mümkünlüyünü vəd edir.

    2018-ci ilin qalan 20 günlüyündə Qoç bürcünün evlilik həyatı karyera və ictimai həyatı ilə birləşəcək və xüsusi hünəri olan və ya əhəmiyyətli mövqeyi olan birinin diqqətinizi çəkməsi mümkündür. Duyğular güclü və iztirablı, vəziyyət gərgin olacaq.

    2018-ci ilin dekabr ayının 15-dən sonra sizin əhəmiyyətli bir qərar almanız və ya vəziyyətə hakim olmanız mümkündür, idarəniz xarici qaçılmaz bir şeylər inkişaf edə bilər. Sürətli planetlər Qoç bürcünün günəş bürcündəki ən yüksək mövqeyə çatmağa çalışaraq müvəffəqiyyət və inkişaf vəd edirlər.

    2018-ci ilin dekabr ayının ilk dövrü Qoç bürcləri üçün xüsusilə işlər, uzaq tanışlar ilə mədəni maraq sahəsi ilə bağlı səyahət etmə və əməkdaşlıq uyğundur. Təcrübənizi artırma və üfüqlərinizi genişlətməniz lazım olduğunu hiss edəcəksiniz. 2018-ci ilin 10 dekabrında Venera planeti Qoç bürcünün karier evinə girəcək. İndi başlasanız, müvəffəqiyyət əməkdaşlıqdan və ictimai və ya romantik əlaqələrdən gələ bilər.

    Sizin müdirləriniz köməksevər olacaq və şans sizdən yana olacaq. Sonra Merkuri və Günəş də Qoç bürcünün karier evində olacaq və bu uyğun meyli tətikləyəcək. Gözəl xəbər budur ki, Qoç bürcünün karyera evinin idarəçisi olan Saturn 2014-cü ildən bəri olduğu qarışıq yeri tərk edəcək və Oxatan bürcünə girəcək və Qoç bürclərinə genişləmə və inkişaf dövrü vəd edəcək.

    Eyni zamanda, maliyyə vəziyyətləri də rahatlayacaq. 2018-ci ilin Dekabr ayı boyunca Qoç bürclərinin fiziki görünüşü mükəmməl olacaq. Bir neçə həftə bundan əvvəlki gərgin vəziyyətlər yox olub gedəcək, optimist meyl böyüyəcək və güclü olacaq.

    Gücünüzün çoxaldığını hiss edəcəksiniz, hər şeyin parlaq tərəfini görəcəksiniz. 2018-ci ilin Dekabr ayının son on günlüyü Qoç bürcü insanları üçün çox stressli ola bilər və bəzi sağlamlıq problemlərinə gətirib çıxara bilər. Risk və ifratdan uzaq olun, xüsusilə bayram boyunca!

    Buğa bürcü

    Yaxşı bir xəbərlə başlayaq: 2018-ci ilin 23 dekabrında Saturn Buğa bürcünün evlilik evini tərk edəcək, iki ildən çoxdur ki, bu planet Buğa bürcündədir və bu bürcə məmnuniyyət gətirməməkdədir. Əgər sizin evlilik həyatınız çətin anlarla, əhəmiyyətli hadisələrlə xatırlanırsa, indi tarazlığa nəzarət etmə zamanıdır, nəticəyə fikir verin və almanız lazım olan dərsi alın.

    Saturn planetinin Buğa bürcünün evlilik evindən ayrılışı sizə isti və daha rahatlaşdırıcı bir iqlim gətirəcək. Dekabr ayının 23 ünə qədər siz bir azca daha səbirli olmalısınız. Eşq planeti olan Venera planetinin düzülüşü 2018-ci ilin dekabr ayının ilk on günlüyünə qədər hər şeydən narahat olacağınızı göstərir və Buğa bürcünün evlilik evinin idarəçisi olan Mars ayın ilk dövrü vəziyyəti idarə altına almaqda xeyli sərt olacaq.

    2018-ci ilin Dekabr ayı pul baxımından Buğa bürcləri üçün maraqlı olacaq: comərd bir hədiyyə alacaq və ya əlavə qazanc təmin edəcəksiniz və ya sərmayə qoyacaq və başqa gəlirli işlərdən faydalanacaqsınız. Uzaqdan bəziləri ilə komanda işi və ya proyektləri üzərində çalışmaq fürsəti tapacaqsınız.

    Ayın ikinci dövrü böyük arzular və yeni işlərə başlamaq istəyi artacaq. Ayın hadisəsi (hətta ilin hadisəsi): 2018-ci ilin 23 dekabrında Saturn (Buğa bürcünün karier evinin idarəçisi) Oxatan bürcünə girəcək. Bu dövr təxminən üç il davam edəcək və Buğa bürcünün karier vəzifələri ilə başlayacaq, maddiyyətlə bağlı olacaq və maliyyə və ya iş mühitini əhatə edən kontraktlar əhəmiyyət daşıyacaq.

    Buğa bürcünün peşəkar həyatının gizli və psixoloji tərəfinə sərmayə qoyulması mümkündür. Bu dövr Buğa bürcünün sağlamlığı üçün uyğun olmayacaq. 2018-ci ilin Dekabr ayı siz fiziki zəiflik hiss edəcəksiniz, daha çox istirahət etməyə ehtiyac duyacaqsınız, işlərlə maraqlana bilməyəcək, hər zamanki həvəs və zarafatcıllığı yaşaya bilməyəcəksiniz, narahat və gərgin anlar yaşayacaqsınız. İstirahət etməniz lazımdır. Buğa bürcləri üçün ən yaxşı istirahət vasitələri evlə, ailə ilə, təbiətlə və Yer kürəsi ilə bağlı olacaq.

    Əkizlər bürcü

    2018-ci ilin dekabr ayı ulduzlar Əkizlər bürcünün xoşbəxt olmasını istəyir. 2018-ci ilin dekabr ayının ilk on günlüyü Əkizlər bürcünün evlik evindən eşq planeti olan Venera planeti keçəcək, bu planet həm də Əkizlər bürcünün ehtiras evinin idarəçisidir.

    Əkizlər bürcünün evlilik evində 17 dekabra qədər həm də Merkuri planeti olacaq (Əkizlər bürcünün idarəçisi) və həyat və inkişaf təqdim edən Günəş də 22 Dekabra qədər bu bürcdə olacaq. Yaxşı xəbərlər gəlməkdə davam edir: Venera, Merkuri və Günəş Yupiter (evlilik evinin idarəçisi!) planeti ilə və Uran -yenilik gətirən planet ilə uyğunlaşma içində olacaq. Bu fövqəladə düzülüş Əkizlər bürcünə eşq və müvəffəqiyyət üçün şans vəd edir, köhnə əlaqələrinizdə müsbət inkişaf və ya yeni eşqin yaranmasına işarə edən hadisələr yaşayacaqsınız.

    2018-ci ilin dekabr ayının 23 ü sizin romantik həyatınızı üç illik bir müddətlə test edəcək olan Saturn Əkizlər bürcünün evlilik həyatına girəcək. 2018-ci ilin dekabr ayı Əkizlər bürcü üçün əməkdaşlıq və iş yoldaşlığı ilə dolu bir ay olacaq. Komanda proyektləri və yeni işlərə başlamaq üçün iş yoldaşlarınızla və ya danışıqlar üçün və gələcək planlarınız haqqında, fikirlərinizi, strategiyalarınızı partnyorunuzla paylaşmaq və fikir alış-verişi üçün ən uyğun dövrdür.

    Gələcəkdə xüsusi şeylərinizi paylaşacağınız, məqsədlərinizə çatmaq üçün sizə köməkçi olacaq və sizi dəstəkləyəcək insanlarla tanış olma fürsətiniz olacaq. Əlaqə yaratmaq, qrup fəaliyyətlərinə qatılmaq sizin üçün asan olacaq və başqaları sizin tərəfinizdə olub sizi dəstəkləyəcək.

    2018-ci ilin Dekabr ayı Əkizlər bürcünün müvəffəqiyyəti dərnəklərə qatılmaq, əlaqə yaratmaq və hərəkətliliyə bağlı olacaq. Maliyyə sahəniz də aktiv, lakin xeyli gərgin olacaq. Əkizlər bürcü insanlarına tövsiyəmiz gözüaçıq olmaları, riskdən uzaq olmaları və həll edilə bilməmiş məsələ buraxmamalarıdır.

    Bu ay o qədər aktiv olacaq ki, Əkizlər bürcü insanları xəstəliklə boğuşmağa vaxt tapa bilməyəcəklər. Əslində, həvəs bünyəmizi tətikləyir və gücləndirir. Bəlkə də, ayın sonuna qədər siz bir azca yorğun olacaqsınız.

    Bu zaman təqdirə layiq bir hadisə reallaşacaq: 2018-ci ilin 23 dekabrında Saturn planeti 2014-cü ildən bəri olduğu Əkizlər bürcünün xəstəliklər evini tərk edəcək və sizin ümumi görünüşünüz və əhvalınız düzələcək.

    Xərçəng bürcü

    Yengəc bürcləri üçün əlaqələr 2018-ci ilin dekabr ayında da ön planda olacaq. İlk on günlük eşq hekayəsi kimi sakit keçəcək. 10 dekabrda Xərçəng bürcünün evlilik evinə eşq planeti olan Venera planeti girəcək və bu planeti Merkuri və Günəş izləyəcək. Beləcə, yeni romantik həvəs yaranacaq, partnyorunuzun planetin mərkəzində olacaq və siz də buna görə planetlərin əhəmiyyətli mərkəz nöqtəsində olacaqsınız.

    Venera planetinin Yengəc bürcünün evlilik evindən keçməsi Xərçəng bürclərinə harmoniya və razılaşma gətirəcək. 2018-ci ilin dekabr ayı Venera planeti Pluton ilə birləşəcək və ovsunlama, ehtiras və təəccüblü hadisələr gətirəcək. Beləcə, 2018-ci ilin dekabr ayının son 20 günlüyü Xərçəng bürclərinin evlilik həyatlarında hər şey gözəl olmayacaq, lakin güclü duyğular olacaq və bu da vəziyyətə bağlı olaraq özündən keçmə və ya ovsunlanma ilə özünü göstərə bilər.

    Xərçəng bürclərinin karierləri üçün mükəmməl bir ay olacaq. Bütün çalışan və məsuliyyətləri olan insanlar kimi siz də həmişə hərəkət halında olacaqsınız. Faydalı olacaqsınız əlinizi atdığınız hər iş asanlıqla, sürətli və problemsiz bir şəkildə həllə çatacaq. 2018-ci ilin dekabr ayı Yengəc bürcləri zəka və qabiliyyətləri ilə xüsusilə yaradıcılıqları, əlaqədə olmaları və öhdəsindən gələ bilmə bacarıqları sayəsində aya qüstə dayanmağı bacaracaqlar.

    Yeniliklər və fürsətlər də olacaq. Bəlkə də, uzun zamandır gözlədiyiniz dəyişikliklər reallaşacaq və ya bəlkə də, şans sizə güləcək və bu da sürprizə səbəb olacaq. Hər halda hər şey Xərçəng bürcləri üçün yaxşı olacaq.

    Üstəlik, pul böyük məbləğlər halında gələcəkdir. Hətta 2018-ci ilin dekabr ayı sizə hədiyyələr veriləcək və sizi comərdcə mükafatlandıracaqlar. Bayram olduğu üçün çox pul xərcləməyə meyilli olacaqsınız, əsla çox pul xərcləməyin! 2018-ci ilin dekabr ayı Xərçəng bürcünün xəstəliklər evində bir neçə sürətli planet keçib gedəcək, bu planetlər sizin xəstəliklər evinizi təhdid etməyəcək, lakin tibbi müayinə, fiziki görünüş, həyat gigiyenası və s. haqqında siqnallar verəcəklər. 2018-ci ilin astroloji meyli ən çox Xərçəng bürcləri üçün uyğun olacaq: yeni həllər ortaya çıxacaq və yeni perspektivlər açılacaq.

    Şir bürcü

    Qışın ortasında 2018-ci ilin dekabr ayı Aslan bürcləri üçün çox isti olacaq! Əvvəlcə Aslan bürcünün eşq və cinsilik evinin idarəçisi olan Yupiter keçən Yaydan etibarən Aslan bürcündədir və sizə ehtiras verməkdədir. İkinci olaraq 2018-ci ilin 22 dekabrında Aslan bürcünün eşq və cinsilik evindən sıra ilə eşq planeti Venera, eşqbazlıq və məşğuliyyət planeti Merkuri və güclü enerji, işıq və istilik qaynağı olan Günəş keçəcək.

    Üçüncü 2018-ci ilin 5 dekabrında arzu və fəth planeti olan Mars Aslan bürcünün əlaqə evinə girəcək. Bu böyük ölçüdə güc nümayişi olacaq və əhəmiyyətli hadisələrə səbəb olacaq. Duyğular çox dərin olacaq və onların dərinliyi harmoniya və sakinlikdən daha çox eşq hekayəsinə, dəlicə jestlərə və təəccüblü hərəkətlərə səbəb olacaq.

    2018-ci ilin dekabr ayı Aslan bürclərini müvəffəqiyyətə dəvət edəcək. Aslan bürcündə yerləşən Yupiter (2018-ci ilin Avqust ayı ilə 2019-cu ilin Avqust aralığında) güvən, dinamizm və şans yaradacaq. Qoç bürcündə yerləşən Yupiter planetinin Uran planeti ilə yaratdığı düzülüş Aslan bürclərinə əlavə enerji və cəsarət verəcək və onlara müvəffəqiyyət, böyümə və yeni təcrübə verəcək.

    2018-ci ilin dekabr ayı Günəşin (Aslan bürcünün idarəçisi) Oxatan bürcündən keçməsi Alov üçbucağına (Atəş bürclərinin meydana gətirdiyi üçbucaq) yaxınlaşacaq: möcüzə yaradan hadisələrin inkişaf zamanı, uyğun fürsətlərin və yaxşı şansın ortaya çıxma zamanıdır bu. 2018-ci ilin dekabr ayı planetlərin düzülüşü Aslan bürclərinə ən doğru yolu göstərəcək və doğru zamanda doğru işlər görmək üçün onlara fürsətlər təqdim edəcək. Hərəkətə keçmə və müvəffəqiyyət qazanma zamanıdır.

    Xüsusilə 2018-ci ilin dekabr ayının ilk dövrü siz yaxşı fiziki görünüşə sahib olacaqsınız. Enerjiniz çoxalacaq və əhvalınız çox yüksək olacaq, az qala səmaya çatacaq. Yaxşı bir bədən tarazlığı üçün Aslan bürclərinin idman etməyə və davamlı fiziki fəaliyyətlərlə maraqlanmağa ehtiyacı var. Digər tərəfdən ifratdan qaçmağınız lazımdır, xüsusilə son on günlükdə.

    Qız bürcü

    Qız bürcləri üçün 2018-ci ilin dekabr ayının düsturu “sirli ehtiras və ya gizli eşq” olacaq. Qız bürcünün evlilik evinin idarəçisi olan Yupiter planeti elə bir sahədə olacaq ki, sizin onu açmanıza icazə verməyəcək. Yupiter başqa planetlər tərəfindən möhkəmcə dəstəklənir, aktiv və təsirli olacaq, hətta çöldən o belə görünmür.

    2018-ci ilin dekabr ayının ilk dövrü Merkuri (Qız bürcünün idarəçisi) və Günəş sizin planetinizin ən aşağı nöqtəsindən keçəcək və bir daha sizin gizlilik arzularınızı göstərəcək. Bununla belə 2018-ci ilin 10 dekabrında Qız bürcünün eşq və cinsilik evi çox aktiv olacaq və oraya ilk Venera və sonra Günəş və Merkuri girəcək.

    2018-ci ilin dekabr ayı boyunca romantika ön planda olacaq, lakin ayın ikinci yarısı xüsusilə cinsilik və ehtiras üçün uyğun olacaq. Bütün bunlar gizli bir şəkildə olacaq. 2018-ci ilin Dekabr ayı Qız bürcləri yeni yoldaşlıqlara çox da həvəsli olmayacaq. Diqqəti çəkmək yerinə, öz gündəlik işinizlə məşğul olmağı seçəcəksiniz. Qız bürcünün maraq sahələri ümumiyyətlə evlə, torpaqla və pulla bağlı olur.

    Siz həvəslə ev işləri ilə məşğul olacaq, təmizlikdən təmirə və kiçik şeylərin təmirinə qədər, bəlkə də eviniz üçün bir şeylər alacaqsınız. Sizin valideynləriniz və ailəniz sizin karier üçün səylərinizi bəlkə də maddi istiqamətdən dəstəkləyəcəklər. 2018-ci ilin dekabr ayı Qız bürclərinin xüsusilə başqalarında gələn pul baxımından çətinlikləri olmayacaq kimi görünür: qohumlardan, partnerinizdən, iş yoldaşınızdan, kömək dərnəklərindən və ya sponsordan və s.

    Diqqətli olun siz nə qədər pulunuzu saxlamağa çalışsanız da onlar bir anda xərclənə bilər! 2018-ci ilin Dekabr ayı Qız bürcünün sağlamlığı zarafata gəlməz. 5 dekabrda Mars Qız bürcünün xəstəliklər evinə girəcək və xarakteri gərəyi Mars problem gətirəcək və xüsusilə yoluxucu xəstəliklər, əzələ ağrıları, yüksək atəş, qanama, əməliyyat və qəza gətirə bilər. Digər tərəfdən siz Mars planetini tibbi müayinəyə başlayaraq özünüz üçün işlədə biləcəksiniz.

    Tərəzi bürcü

    Tələskən Mars Tərəzi bürcünün eşq evini 5 dekabrdan etibarən enerjili edəcək. Tərəzi bürcünün cinsi instinkti hərəkətə keçəcək, siz canlı olacaqsınız və romantik meyllərə qarşı birbaşa olacaqsınız. Alovlar içində yanacaqsınız və ən kiçik bir təklifə belə razı olacaq və yeni eşqinizə xeyr deyə bilməyəcəksiniz.

    Digər tərəfdən Tərəzi bürcünün evlilik evinin planeti olan Venera planetinin gizliliyə və təhlükəsizliyə ehtiyacı var və o bəzən həsrət ifadə edən hisslərlə bütün bunları bağlamağa çalışacaq. Hər iki planetin istiqamətlərinə uyğun gəlmək üçün, çarə və həll qəti addım atmaq lakin möhkəm bir zəmin üzərinə basmaqdır.

    Beləcə 2018-ci ilin dekabr ayı hər zamanki əlaqənizə geri dönmək və yenidən bu əlaqəyə başlamaq və sizin üçün sadiq olan və inandığınız insana qarşı dərin hissləri inkişaf etdirmək və ya köhnə sevgilinizi geri gətirmək mümkündür. 2018-ci ilin bütün dekabr ayı boyunca əlaqə və ictimailəşmə Tərəzi bürclərinin əlaqələrində çox böyük əhəmiyyət daşıyacaq.

    2018-ci ilin dekabr ayı Tərəzi bürcləri çox səyahət edəcək, çox insanla əlaqədə olacaqsınız. Ağlınız dayanmadan çalışacaq və ağlınıza inanılmaz fikirlər gələcək və siz dərhal onları tətbiq edəcəksiniz. Yeni işlərə başlayacaq, hər cür əməliyyatlarla məşğul olacaqsınız və çoxlu planlarınız olacaq. 2018-ci ilin dekabr ayı Tərəzilər üçün həm maddi həm də intellektual işlər üçün uyğun olacaq.

    Yazı, tənzimləmə, tərcüməçilik və hesablamalara gəlincə mükəmməl iş görəcəksiniz və danışıqlarda, təqdimat, satış və yeni işə başlamaqda müvəffəqiyyətli olacaqsınız. Tərəzilərin bu dövr mükəmməl danışıq qabiliyyətləri olacaq və asanlıqla birini aldada biləcəklər, hər şeyi öz yaxşılıqları üçün etməyi bacaracaqlar. Və üstəlik bütün bunlardan pul qazanacaqsınız.

    Bütün dekabr ayı boyunca Tərəzi bürcləri enerjili və canlı olacaqlar. Bir sıra narahatlıq və ya çox həyəcan keçirəcəksiniz, lakin bu sizə zərər verməyəcək əksinə xeyli təhrik edici olacaq. İdman etmək, gəzmək və çöldə zaman keçirmək tövsiyə olunur. 2018-ci ilin dekabr ayı qısa tətil etmək üçün, ictimailəşmək, yaradıcı və istirahət etdirici fəaliyyətlər üçün uyğundur.

    Əqrəb bürcü

    Ayın ən əhəmiyyətli hadisəsi 2018-ci ilin 23 dekabrında reallaşacaq: Saturn iki illik gözləmədən sonra Əqrəb bürcünü tərk edəcək. Nəhayət, siz istirahət edəcəksiniz, həyatın dadını yenidən qazanacaqsınız, şübhə və tədbirlilik azalacaq və başqaları sizi daha xoş, daha ictimai və daha cazibədar hesab edəcək.

    Əqrəb bürcünün evlilik həyatındakı şanslar da artacaq. Lakin 23 dekabra qədər sizin keçməli olduğunuz iki və daha çox mərhələ var. 2018-ci ilin dekabr ayının ilk on günlüyü çox praktik olacaq və əlaqələr puldan asılı olacaq və ya əksinə. 10 dekabrdan sonra siz əlaqənizin daha dərin və əhəmiyyətli nöqtəsinə ayaq basacaqsınız ki, bu da analiz etmə, nəticəyə çatma, qərar alma və başqa əhəmiyyətli şeylərə gətirib çıxaracaq.

    2018-ci ilin 23 dekabrında Saturn planeti Əqrəb bürcündən ayrılacaq və sizin karierinizi təhdid edən yük çiyinlərinizdən qalxacaq. Maddi məsuliyyətlər mərhələsi başlayacaq və Əqrəb bürclərinə pulun və maliyyə strategiyasının nə olduğunu izah edəcək. Bundan ötəri 2018-ci ilin dekabr ayı Əqrəb bürcləri üçün çox comərd davranacaq: gəliriniz artacaq, mükafat, hədiyyə və başqa üstünlüklər qazanacaqsınız.

    Müdirləriniz çox comərd davranacaqlar beləcə, əgər pulunuzun artmasını istəyirsinizsə, indi tam vaxtıdır lakin diplomatiya ilə təbii ki. Siz yüksəlişə davam edəcəksiniz və Əqrəb bürcünün karier evində yerləşən Yupiter, Uran və müvəffəqiyyət vəd edən Günəşlə böyük üçbucaq meydana gətirəcək. Sizin normal fiziki görünüşünüz və əhvalınız olacaq və bu yavaş-yavaş yaxşıya doğru gedəcək.

    Sizin sağlamlığınızı və bünyənizi keçən iki ildə təhdid edən Saturn sonunda Əqrəb bürcünü tərk edir. 2018-ci ilin Dekabr ayında siz özünüzün və ya ailənizdən birinin tibbi problemlərinə həll tapacaqsınız. Tibbi müayinə və testlər üçün uyğun dövrdür.

    Oxatan bürcü

    2018-ci ilin dekabr ayının ilk on günlüyü digər on günlüklər içərisində ən şən və mehriban olacaq, çünki romantik planet olan Venera Oxatan bürcündə olacaq. Venera sizi seksual edəcək, sizə daha mehriban ruh halı verəcək və eşqinizin çiçəklənməsi üçün uyğun şərtlər təqdim edəcək.

    Venera Oxatan bürcünə harmoniya və razılaşma gətirəcək, əgər subaysınızsa, o sizə eşqbazlıq və əlaqə gətirəcək. Oxatan bürcünün əlaqələri 2018-ci ilin dekabr ayı boyunca maraq doğuracaq çünki Oxatan bürcünün əlaqələr evinin idarəçisi 17 dekabra qədər Oxatan bürcündə olacaq və bundan sonra hər vaxt o eşq planeti olan Venera planeti ətrafında olacaq.

    Sizin xoşbəxtliyiniz pozulmayacaq, 2018-ci ilin dekabr ayının ikinci yarısı hər şey daha az romantik olacaq: pul və ya başqa maddi problemlər Oxatan bürcünün evlilik həyatına güclü təsir edəcək. Günəşin Oxatan bürcündən keçməsi təqdimat və müvəffəqiyyət vəd edir. Əgər biz Günəş və Oxatan bürcünün idarəçisi olan Merkuri planetinin Yupiter və Uran planetləri ilə birlikdə meydana gətirdiyi üçbucağı diqqətə alsaq, 2018-ci ilin dekabr ayının sizin üçün uyğun olduğunu görəcəksiniz və inkişafın yüksək nöqtəsini yaşayacaqsınız.

    Şans sizə sürpriz edəcək. Gözünüzü açın, çünki sizi gözləyən fürsətlər olacaq: onları qaçırmayın! Üstəlik siz yeni bir proyektə başlamaqla və ya hər vaxt etmək istədiyiniz bir dəyişikliyi etməklə yaxşı şans qazana bilərsiniz. Sizin üçün şöhrət və pul görünür, lakin pul mövzusunda ayıq olun.

    2018-ci ilin dekabr ayının ilk on günlüyü Oxatan bürcünün fiziki və zehni vəziyyəti çox yaxşı olacaq. İkinci on günlüyə başladıqda diqqətli olmanız lazımdır. Oxatan bürcünün xəstəliklər evinin idarəçisi Pluton planeti ilə birləşəcək və Uran ilə kvadrat meydana gətirəcək. Bu düzülüş yüksək stress, münaqişə, zərər, qəza və ya başqa gözlənilməz problemlər yaradacaq.

    Oğlaq bürcü

    Mars planetinin Oğlaq bürcündə olması dekabr ayının ilk günlərində də davam edəcək, bu planet sizə ehtiras, başdan çıxarma və fəth etmə duyğusu verəcək. Qısa bir sakitlikdən sonra 10 dekabrda Oğlaq bürcünə eşq planeti olan Venera girəcək.

    Sizin birini başdan çıxara bilmək üçün böyük qabiliyyətiniz olacaq, daha görünən romantik həyatınız olacaq və birinə təsir edə bilmək üçün böyük arzu və yaxşı anlama qabiliyyəti qazanacaqsınız. Sizin uzun zamandır həsrətini çəkdiyiniz harmoniya və uyğunlaşmanı qazana biləcəyiniz qəti deyil. Venera planetinin Pluton ilə meydana gətirdiyi birləşmə və onun Uran planeti ilə meydana gətirdiyi kvadrat Oğlaq bürclərinə güclü və problemli hisslər və dramatik ruh halı nəzərdə tutur.

    Sizə bu mübarizəni öz xeyrinizə çevirmək üçün daha çox güc və diplomatiya lazımdır. Dekabr ayı karyera baxımından Oğlaq bürcləri üçün böyük arzular ayı olacaq. 5 Dekabra qədər Oğlaq bürcləri Mars planetinin enerji və gücünə güvənə bilərlər, mübarizə edə bilər və aktiv düşüncə və ruh halı keçirə bilərlər.

    2018-ci ilin 5 dekabrından sonra Mars sizin maliyyə sahənizi hərəkətə gətirəcək, Oğlaq bürcləri yeni gəlir qaynağı axtaracaqlar və ya indiki gəlir qaynaqlarını daha gəlirli bir hala gətirəcəklər. Sizin gəliriniz artacaq, lakin xərcləriniz də artacaq. 10 dekabrda Oğlaq bürcünün karier evinin idarəçisi Oğlaq bürcünə girəcək.

    Siz çox motivasiya qazanacaqsınız, peşəkar vəzifələrə daha yaxşı fokuslanacaqsınız, hərəkətə keçməkdə daha müstəqil olacaqsınız və liderlik qabiliyyətinizi göstərəcəksiniz. Digər tərəfdən, Venera Pluton planeti ilə birləşəcək və Uran planeti ilə kvadrat meydana gətirəcək ki, bu da gərginliyə, radikal qərarlara, güclə döyüşə, vəziyyətin tərsinə çevrilməsinə səbəb olacaq.

    Oğlaq bürcünün sağlamlığı pozulmayacaq. Bədəninizin müqaviməti xüsusilə 2018-ci ilin ikinci və üçüncü həftəsi böyük olmayacaq. Daha çox istirahət etməniz, stressdən və yorğunluqdan uzaq qalmanız yaxşı olar. İşinizin nə qədər çox olmasına baxmayaraq istirahət etmək üçün qısa aralar verin! Bir şeylərin pis getdiyini düşünürsünüzsə, dərhal həkimə gedin və onun tövsiyəsini dinləyin.

    Dolça bürcü

    Dolça bürcünün evlilik evində yerləşən Yupiter və Dolça bürcünün evlilik evinin idarəçisi Günəş arasında uyğunlaşma yaranacaq və Dolça bürcünün romantik həyatı 2018-ci ilin dekabr ayının ilk 20 günlüyündə böyüyəcək və inkişaf edəcək. Sevginizi paylaşmaq üçün uyğun şərtlər inkişaf edəcək, yeni əlaqə, əlaqənizi şəkilləndirmə, ümumi müvəffəqiyyət ya da partnyorunuzun diqqətə dəyər müvəffəqiyyəti ortaya çıxacaq.

    2018-ci ilin dekabr ayının ilk on günlüyü bütün Dolça bürcləri arasında ən xoşbəxt on günlük olacaq, müvəffəqiyyət, sevinc və əyləncə ilə dolub daşacaq. Dolça bürcünün daxili məmnuniyyəti ikinci və üçüncü on günlükdə dedi-qodu, intriqa və ya arxanızdan planlanmış bir sıra işlər üzündən pozulacaq.

    Problem keçici olacaq, 2019-cu ilin avqust ayına qədər əsas işlər müsbət olacaq. 2018-ci ilin dekabr ayının hadisəsi (və ilin ən əhəmiyyətli hadisələri!) 23 dekabrda Saturn planetinin Dolça bürcünün karier evindən ayrılmasıdır. Saturn planeti keçən iki il və bir neçə ay sizi narahat edirdi, lakin eyni zamanda bu sizə çox iş və məsuliyyətlərin artması ilə narahatlıq verəcək, təhlil edilməsi lazım olan problemlər və çətinliklər olacaq.

    Siz Saturn planetinin qatılığı üzündən sərt olacaqsınız, lakin bu planetin ayrılışından sonra mühit daha səmimi və daha rahat olacaq. Bu baxımdan, 2018-ci ilin son həftələri Dolça bürcləri üçün dinamik və gəlirli olacaq. Siz ehtiraslı və rəqabətli biri olacaqsınız, yeni işlərə başlayacaq, intellektual işlərdə müvəffəqiyyətli olacaq və kontraktlarda şanslı olacaqsınız.

    2018-ci ilin dekabr ayı Mars Dolça bürcündə olacaq və enerji əskikliyindən şikayət etməyəcəksiniz. Mars sizə güc və cəsarət verəcək, lakin o həm də sizə narahatlıq, hirslilik və ya yanma riski, odlanılma, zərər və ya qəza da verə bilər. İfrata qaçmaq da ayrı bir problem olacaq və siz qış uzunu bu problemlə məşğul olacaqsınız. Əgər problemlərdən uzaq qalmaq istəyirsinizsə, ən yaxşısı sakitləşin!

    Balıq bürcü

    Balıq bürcünün evlilik həyatının ən əhəmiyyətli planetləri eşq planeti Venera və sizin evlilik evinizin idarəçisi Merkuri planetidir. 2018-ci ilin dekabr ayı bunların hər ikisi güclü mövqedə olacaq və siz bu ay evlilik əlaqələrinizə əhəmiyyət verəcəksiniz. Standartlar xeyli yüksək olacaq: partnyorunuzun böyük gözləmələri olacaq və ya yaxşı mövqedə olanlarla və ya xüsusi qabiliyyəti olanlarla gözəl dolanacaqsınız.

    Balıq bürcünün peşəkar həyatı romantik həyatı ilə kəsişəcək, xüsusilə 2018-ci ilin dekabr ayının ilk dövrü və ayın ikinci yarısı ictimai həyatı ilə kəsişəcək. Sizin və partnyorunuzun eyni vəzifələri paylaşacağınız və şəxsən məqsədinizə çata bilmək üçün bir-birinizi dəstəkləyəcəyiniz, proyektləri paylaşmaq üçün uyğun bir aydır.

    2018-ci ilin dekabr ayı ən məhsuldar ayılardan biri olacaq. Balıq bürcünün peşə evləri (karier evi, gündəlik işlər evi və pul evi) müvəffəqiyyət və maddi məmnunluq vəd edən uyğun bir əlaqə ilə inkişaf edəcək. Balıq bürcünün iş əlaqələri yaxşıya doğru gedəcək və çox gəlirli olacaq, sizin iş qabiliyyətiniz əhəmiyyətli olacaq və maliyyə yaradıcılığınız yüksək səviyyəyə çatarkən hədəflərə doğru mükəmməl bir şəkildə gedəcəksiniz.

    Üstəlik, ulduzlar sizə gözlənilməz fürsətlərin mümkün ola biləcəyini ortaya çıxaran şans təqdim edəcək. Bu dövrün üstünlüklərini istifadə edin! 2018-ci ilin 23 Dekabrında Balıq bürcünün karier evinə Saturn planeti girəcək və sizin peşəkar həyatınızın yükünü artıracaq və onu daha bərəkətsiz edəcək. Məhsuldarlığınız azalacaq.

    Yupiter planetinin Balıq bürcünün sağlamlıq və yaxşı əlaqələr evində olması və bu evin idarəçi olması 2018-ci ilin dekabr ayının ilk 20 günü məhsuldar olacaq. Sizin iki zəif nöqtəniz olacaq: həddindən artıqlığa və risk etməyə meylli olma. Əgər daha intizamlı və daha bəsirətli bir həyat tərziniz olsa sizin heç bir probleminiz olmayacaq. Xüsusilə qış tətilində diqqətli olun!

  • Bürcləri 2019-cu ildə NƏ GÖZLƏYİR: SARI DONUZ kimlər üçün DÜŞƏRLİ OLACAQ?

    2019-cu il dəyişikliklər ili olacaq. Zodiak işarələrinin bir çox nümayəndələrini uğur gözləyir.

    Rusiyalı astroloq Pavel Qlob gələn ilin astroloji proqnozunu tərtib edib. Pavel Qlob – təkcə Rusiyada deyil, MDB məkanında ən məşhur münəccimlərdən biridir. Onun proqnozları astrologiya və astronomik məlumatlara əsaslanır, odur ki, bürclər üçün hazırladığı proqnoz dəqiqdir.

    Çin ulduz falına inansaq, gələn il şəxsi yüksəliş və planlarının həyata keçirilməsi baxımından uğurlu olacaq. Pavel Qloba sadəcə ulduz falı tərtib etməklə kifayətlənmir, həm də uğur qazanmaq üçün dəyərli tövsiyələr verir.

    Qoç

    Qoçların temperamentini 2019-cu ildə Mars planeti bəsləyəcək. Mars həmişə bu bürcün nümayəndələrinin təcavüzkar əhval-ruhiyyəsini artırır, odur ki, Qoçlara kəskin mübahisə və sərt davranışlarından çəkinmək tövsiyə olunur. Yeni ildə yeni qələbələr qazanmaq üçün döyüşkən əhval-ruhiyyə lazım olacaq, amma söhbət mətanət və təzyiqdən yox, strategiyanın hazırlanmasından gedir.

    Bir çox Qoçların taleyində Mars dəyişikliklər hazırlayır: Həyat səviyyəsi yaxşılığa doğru dəyişməyə başlayacaq. Əgər yanvar və fevral ayında prioritetləri düzgün qoysanız, eləcə də mart, aprel və may aylarında hədəflərə doğru inadla getsəniz, haminiz sizə gözlənilməz uğur seli ilə cavab verəcək. Özü də bu, yalnız maliyyə və sevgi məsələlərinə aid deyil, uğur həm də mənəvi tərəqqi və özünü inkişaf sahəsinə təsir edəcək.

    Buğa

    Buğa bürcü altında doğulanlar üçün 2019-cu il təsadüf və ziddiyyətlərlə dolu olacaq. Bir tərəfdən Buğaları bir çox sahələrdə uğur gözləyir, problemlər demək olar ki, öz-özünə həll olacaq. Digər tərəfdən işlərdə davamlı olaraq yanlış anlaşılmazlıqlar və uyğunsuzluqlar nəzərə çarpacaq. Onlardan qaçmaq üçün özünə əminli olmaq vacibdir.

    Sarı Torpaq Donuz ili Buğaların həyatına şöhrət və rifah gətirə bilər, amma bir şərtlə: öz duyğularınızı idarə edə və yaxınlarınızla xoş münasibəti qoruyub saxlaya biləsiniz. Merkuri ilin hökmdarı qismində hərəkət edəcək. Yadda saxlayın ki, uğur qazanmaq üçün səy göstərmək tələb olunur.

    Əkizlər

    2019-cu ildə Əkizlərin həyatlarında əsaslı dəyişikliklər gözlənilir. Uran və Neptun vacib planetlər olacaq. İyunun 20-dək Əkizlərə qarşı qüvvələrini birləşdirəcək. Uğursuzluqların bir çox planları və ümidləri alt-üst etmək riski var. Münasibəti dəyişməyənə qədər planetlərin təzyiqi onlara təsir göstərəcək.

    Bu il yolunuza çıxan bütün çətinlikləri imtahan və böyümə nöqtələri kimi qəbul etmək lazımdır. Əgər baş verənləri analiz etməyə başlasanız, inanılmaz uğura imza ata bilərsiniz. Öz üzərində düzgün iş Əkizlərə imkan verəcək ki, istədiyiklərini iyul ayında qazansın. Daha sonra Neptun 20 noyabra qədər geri çəkiləcək. Bu müddət şəxsi və karyera inkişafı dövrü olacaq. Mənəvi axtarışlar üçün uğurlu imkanlar müşahidə olunur, hansı ki, onlar sizə daha yaxşı olmağa kömək edəcək.

    Əgər Əkizlər öz ambisiyalarını bir kənara qoysalar və həyata ehtiyat prizmasından baxsalar, ilin qalan hissəsini müsbət və demək olar ki, problemsiz keçirəcəklər.

    Xərçəng

    2019-cu ildə Yupiter Xərçənglər üçün çətin və məqsədyönlü bir sınaq hazırlayıb. Astroloq bildirir ki, Xərçənglərin müvəffəqiyyəti hədəflərə qarşı inadkar mübarizəsindən asılı olacaq. 11 avqusta qədər Yupiter retro-frazada yerləşəcək.

    Himayədarın qeyri-müəyyən təsiri və keçmiş problemlərin geri dönüşü kartları qarışdıraraq Xərçəngləri hədəfdən yayındıra bilər. Odur ki, problemlərə baxmayaraq, əsas hadisələrə yönəlmək və hədəflərə köklənmək tövsiyə edilir. Bu bürcün nümayəndələri üçün avqust xüsusilə yadda qalacaq. Avqustun 11-dən dekabrın 1-dək onlar üçün yeni həyat başlayacaq. Yupiter Oxatan bürcündə tez-tez yer dəyişdirəcək, odur ki, bu, Xərçənglərə kömək edəcək ki, ciddi qərarları asanlıqla qəbul etsin, baş verənlərin düzgün təhlini aparsın, nəticə etibarı ilə hədəflərinə doğru problemsiz irəliləsin.

    Himayədarın birbaşa hərəkəti ambisiyalara müsbət təsir göstərəcək, intuisiyanı və həyat tonusunu artıracaq. 2019-cu ilin dekabrında xoşagəlməz vəziyyətlərə düşmək riskini sadəcə özünə inam və yaxınların dəstəyi sayəsində azaltmaq olar.

    Şir

    Sarı Torpaq Donuz ilində Şirlərin müvəffəqiyyət qazanması uğrunda onlara havadarlıq edən Günəş və antaqonist Saturn üz-üzə gələcək. Bu, Şirlərə asan başa gəlməyəcək. Astroloq yalnız 3 təklif təqdim edir: ideyalarla cəsarətli olmaq, işdə çalışqanlıq və planları həyata keçirmək, insanlarla ünsiyyətdə ehtiyatlı davranmaq.

    Aşağıdakıları yadda saxlamaq vacibdir: Gələn il şəxsi ideyaları müzakirə etmək, planlar haqqında danışmaq və zəfərləri hətta ən yaxın insanlarla baxımdan əlverişli deyil. 2019-cu il paxılların və bədxahların fəallaşması ilə bağlıdır, onlar Şirlərin ideyalarını mənimsəyə bilər.

    Saturnun geriləmə dövrü martın 30-dən sentyabrın 18-dək təsadüf edir və bu, kömək edəcək ki, kəskin dəyişiklik və xoşagəlməz hadisələrin qarşısı alınsın. Bu zaman astroloq çox cəsarətli addımlar atmağı hələ məsləhət görmür, yadda saxlayın ki, il uğur və nailiyyətləri ilə yanaşı, həm də vicdansız şəxslərin bolluğu ilə zəngindir.

    Qız

    Merkuri və Yupiter planeti Qızların həyatında hadisələri tənzimləyəcək. Onların təsiri nəticəsində Qızlar dəyişim selinə dayana və enerji imkanları ilə özünü realizə edə biləcək. İlin əvvəlində və ortalarında işgüzar və tədbirli davranaraq kreativ ideyalarınızı həyata keçirə biləcəksiniz. Prosesə vaxtında qatılmaq vacibdir, odur ki, öz arzularınızı həyat keçirmək üçün enerjinizi özgə problemlərin həllinə xərcləməyin.

    Gələn il şəxsi maraqları digərlərindən, hətta qohum-əqrəbadan daha üst pilləyə qoymaq lazımdır. Unutmayın ki, Yupiter bütün il boyu illüziya yarda bilər, bu baxımdan bir çox fürsətlərə şübhə ilə yanaşmaqda və əmin olmadığınız işlərə qol atmamaqda fayda var.

    Qızları yeni ildə gözləyən ən müvəffəqiyyətli dövr öz nişanının hamisi ilə bağlıdır. Avqustun 28-dən sentyabrın 13-dək bir çox xəyallar və planlar reallaşacaq.

    Tərəzi

    Tərəzilər inadcıl və məqsədyönlü olsalar, gələn il onlar üçün uğurlu olacaq. Donuz ili Tərəzilərə bir çox vəziyyəti dəyişmək, səhvləri analiz etmək, özünü yenidən tərbiyə etmək və kainatın göndərdiyi problemlərə yetkin reaksiya vermək imkanı öyrədəcək. Düzgün nəticə çıxarmaq və prioritetlər qoymaq lazımdır. Əgər buna ciddi əməl etsəniz, ilin ortalarında xoşagəlməz hadisələrin yerini müsbət dəyişikliklər əvəz edəcək.

    Həyat dəyişikliklər yanvarın 7-dən fevralın 2-dək, martın 26-dan aprelin 19-dək, mayın 15-dən iyunun 8-dək, sentyabrın 14-dən oktyabrın 7-dək, eləcə də noyabrın 2-dən 25-dək ola bilər. Astroloq bildirir ki, bu dövrlərdə Tərəzi bürcünün nümayəndələrinin həyatı kökündən dəyişəcək. Bu dövrlərdə yaxşılığa doğru taleyini dəyişmək ehtimalı yüksək olacaq, əsas odur ki, yolunzu diqqətlə seçin.

    Əqrəb

    Uran və Yupiter Əqrəblər üçün dəyişiklik ili hazırlayıb. Uğur öz günahları unutmağı və ətrafdakıları bağışlamağı bacaran Əqrəblərin üzünə güləcək. Mart ayında Uran Buğa bürcündə qütbü dəyişəcək və ambisiyaları bir qədər zəiflədəcək. Bu aydan etibarən, axıntıya qarşı üzən Əqrəblər səbirli davranmağa səy göstərməli, məqsədlərə köklənməli və onları həyata keçirməlidir. Yupiter sizə ilham verəcəkdir. Lakin məqsədlərin həyata keçirilməsi üçün mənəvi hazırlıq gözləyir, yaya qədər gözləməli ola bilərsiniz.

    Əgər rahatlıq zonasından çıxmağa hazır deyilsinizə, bütün gözlənilən dəyişikliklər təxirə düşəcək, qorxular vahid axınla həyatınıza soxulacaq. Bu isə demək olar ki, ilin sonuna qədər xaos dövrünə və gərginliyə səbəb ola bilər. Köklü dəyişikliklərə baxmayaraq, həyat sizə uğur və qələbə qazanacaqdır.

    Oxatan

    Oxatanlar üçün gələn haqqında birmənalı fikir bildirmək mümkün deyil. Əgər 2018-ci il boşa gedibsə, məqsədlər həyata keçiriləməyibsə, o zaman Oxatanları istiqamətlərin, hədəflərin və özünəinamın itirilməsi gözləyir. Əgər belə deyilsə, onda Oxatanlar yoluna davam edəcək və Donuz ilini onlar üçün uğurlu adlandırmaq olar, xüsusilə iş və şəxsi sferalarda.

    Bu proqnoz Yupiter və Günəşin təsirinə bağlıdır. Hər iki himayədar son dərəcə müsbət mesaj verir, amma problem ondadır ki, onların təsiri əvvəlcədən başlanmış işlərin gedişatına kömək edəcək.

    Xüsusilə dekabrın əvvəlində – Yupiterin qütüblərdəki kəskin dəyişim dönəmində ehtiyatlı olmaq lazımdır. Dekabrın 2-də Yupiter planeti Oxatandan Oğlaq bürcünə keçəcək. Astroloq uğursuzluq riskini azaltmaq üçün o vaxt üçün istirahət və ya məzuniyyət planlaşdırmağı məsləhət görür. Doğru qərarların qəbul edilməsi müvəqqəti olaraq dondurulacaq, həyatda uğursuzluq ehtimalı isə demək olar ki, maksimuma çatacaq.

    Oğlaq

    Önümüzdəki il Oğlaqlar üçün əhəmiyyətli planetlər – əzm və iradəni artıran Marsla şans gətirən Venera olacaq. Aktiv planetlər Oğlaqa əsl xoşbəxtlik üçün əksik olan hər şeyi bəxş edəcək. Astroloq Qoçlara yanvarın birindən etibarən kainatın ipuclarını görməyi məsləhət görür. İlin əvvəlində himayədarın enerjisində dəyişiklik qaçış zolağına çevriləcək. Səhvləri tanımaq və onları düzəltməyə çalışmaq vacibdir.

    Mars daxili instinktinə və uzaqgörənliyinə arxalanaraq gələcəyi görən insanlara dəstək olur. Məhz o, Oğlaqların həyatını parlaq dəyişikliklər və uğurlara qərq etməyə qadirdir.

    Daha yaxşı olmaq arzusu yeni həyat üçün başlanğıc nöqtəsi olacaq, ancaq tam qələbə üçün aktiv şəkildə çalışmaq tələb olunur. Veneranın təsirindən dolayı Oğlaqları qarşıdakı il böyük uğurlar gözləyir. Amma bilməlidirlər ki, heç kim onların yerinə uğur qazana bilməz. İl ərzində xüsusilə də aprel və may aylarında bu bürclər qeyri-adi dəyişiklik və qorxularla qarşılaşacaq. Oğlaq bütün iradəsini yumruğa çevirməli və qərar qəbul etməlidir, çünki çox şey təhlükəli olacaq.

    Dolça

    Planetlər Dolça ilə münasibətdə yalnız bəzi durumlarda olduqca mülayim davranacaq. Günəşin təsiri başlanmış işi yarımçıq qoymağa və qeyri-adi yeni bir işlə məşğul olmağa təhrik edəcək. Bəzi Dolçalar ulduzların hazırladığı bu tələyə düşəcək. Sadəcə əzim və ağır iş sizi istədiyinizi əldə etməyə yardım edəcək.

    2019-cu ildən xoşbəxtlik və firavanlıq gözləyənlər ürəyincə olan bir iş tapmalı və xüsusilə başqalarına liderliyini sübut etməyə çalışmadan onu layiqli şəkildə yerinə yetirməlidir. Yalnız ölçülüb-biçilmiş iş liderliyi gücləndirməyə və uzunmüddətli gözlənilən yüksəlişi əldə etməyə kömək edəcəkdir.

    Böyük dəstək bütün ili aktiv olan Neptundan gələcək. Onun energetikası sayəsində ideyaları həyata keçirmək daha uğurlu olacaqdır. 2019-cu ildəki həyat qeyri-müəyyən görünə bilər, problemlər və çətinliklərlə doludur. Dolçalar özləri ilə daimi mübarizə içində olacaq və yalnız öz üzərində işləmək vəziyyəti düzəltməyə kömək edəcək.

    Balıq

    2019-cu ildə Balıqlar bütün hədəflərini maliyyə sektoruna yönəltməlidir. Yupiterlə Venera uğur qazanmaq üçün baş verən dəyişikliklər barədə onlara xəbər verəcək. İşin və ya fəaliyyət sahəsinin dəyişməsi, həmçinin şəxsi işə başlamaq və karyerada böyük inkişaf gözlənilir. İnad və müsbət əhval-ruhiyyə Balıqlara fevral ayının əvvəllərində uğur qazanmağa və qalan ayalara uyğunlaşmağa imkan verəcək.

    Şəxsi həyatdakı dəyişikliklər 2019-cu ilin mart ayının axırlarında baş verəcək. Veneranın təsiri Balıqları bir az incidəcək, ailədə münaqişələr və anlaşılmazlıqlar yaranacaq. Ancaq bu böhranın aradan qaldırılması, ehtimal ki, ilin əsas vəzifəsi olacaqdır. Çox güman ki, gələn il bir çox Balıqlara güclü hisslər, ehtiraslı roman və coşqun sevgi gətirəcək. Bütün bunlar da ciddi münasibətlərin təməlini qoyacaq.

    //publika.az

  • Ağzı qoxusuna qarşı vasitələr – Məsləhət

    Ağız qoxusundan əziyyət çəkənlər üçün problemin həlli yolu mətbəxdən keçir.

    Median.Az teleqraf.com-a istinadən bildirir ki, əgər dişlərinizi fırçalaya bilmədiyiniz bir yerdəsinizsə və ya fırçalansanız belə ağzınızdan qoxu heç bir şəkildə getmirsə, bundan qurtulmağıntəbii və asan yolları var.

    Ağız qoxusuna çarə ola biləcək qidalar bunlardır.

    Pendir

    Aparılan arışdırmalar göstərir ki, yeməkdən dərhal sonra yeyilən pendir ağızdakı turşu səviyyəsini azaldır. Eyni zamanda pendir yemək ağız qoxusunu da azaldır.

    Alma, armud və kök

    Bu meyvə və tərəvəzlərin tərkibindəki liflər tüpürcəyi təmizləyir və nəfəsi təzələyir.

    Limon

    Sadə mineral suyun içinə limon dilimləri atıb içdikdən sonra bu limon dilimlərini yeyə bilərsiniz. Eyni zamanda limonlu konfetlərdən də istifadə etmək olar.

    Nanə- cəfəri

    Çiy olaraq yediyiniz bir neçə nanə yarpağı və ya cəfəri nəfəsinizi təbii olaraq təmizləməkdə faydalıdır.

    Qəhvə

    Ağız boşluğundakı mikrobların artıqları olan sulfid birləşmələri pis qoxuya səbəb olur. Qəhvə dənəsini çeynəmək isə bu birləşməni aradan qaldırır. Yeməkdən sonra qəhvə içmək ağız qoxusuna qarşı təsirlidir.

    Darçın

    Darçın çeynəmək və ya darçınlı içkilərdən istifadə etmək ağızdakı mikroblara qarşı effektlidir.

    Mixək

    Mixək çeynəmək hər kəsin bildiyi ən təsirli və ucuz ağız qoxusunun qarşısını alma üsuludur.

    Qatıq

    Nizamlı olaraq qatıq yediyiniz zaman ağız qoxusunun azaldığının şahidi olacaqsınız.

    Saqqız

    Sink tərkibli məhsullar, eyni zamanda saqqız ağız qoxusunu yox edər. Əgər dişlərinizi fırçalamamısınızsa, onda saqqız çeynəyin.

  • Səhərlər tez oyanmağın – 5 faydası

    Median.Az səhər tez yuxudan qalxmağın faydalarını təqdim edir:

    1. Daha çox şey etmək
    Əksər insanlar üçün səhər çağı iş görmək baxımından axşam və gecə vaxtından daha məhsuldardır. İnsan orqanizmi belə qurulub ki, gecə vaxtı istər-istəməz bütün proseslər zəifləyir.

    2. Daha çox asudə vaxta malik olmaq
    Bir sıra insanlar etiraf ediblər ki, onlar sadəcə daha çox iş görmək üçün səhər daha erkən durmaq istəməzdilər. Əksinə onlar, daha çox boş və asudə vaxtının olmasını istəyərdi. Əgər ayıq olduğunuz müddət çoxalırsa, işə şərf etdiyiniz müddət isə dəyişməz olaraq qalırsa, demək sərbəst olduğunuz vaxtın miqdarı çoxalmış olur.

    3. Heç kəsin maneə olmayacağı vaxtda işləmək
    Səhər –iş görmək üçün ideal vaxtdır. Məhz çoxdan etmək istədiyiniz, amma etməyə macal tapmadığınız işləri səhərlər görə bilərsiniz. Axı hər dəfə bu işə başlamaq istəyəndə kimsə sizə əngəl olub. Bu vaxt hətta xarici dili də öyrənmək olar. İstədiyiniz bir işi görün –sadəcə vaxtınızı özünüzə sərf edin.

    4. Yaxşı vərdiş yaratmaq
    Əgər bir hərəkəti30 gün ərzində təcrübə edirsinizsə, siz yaranmış vərdişi özünüzdə bütün ömür boyu saxlaya bilərsiniz. Amma sizin əvvəlki gün (həyat) rejiminə qayıtmaq şansınız da var. Yaxşı vərdiş –effektivlik baxımından çox güclü alət hesab olunur. Eyni zamanda yeni qazanılmış yaxşı vərdiş həm də həyatı daha əlvan və maraqlı etmək üsuludur.

    5. Sağlamlığı yaxşılaşdırmaq
    Nə qədər paradoksal səslənsə də, yuxudan tez qalxmaq axşam daha yaxşı yuxuya getməyə kömək edir. Yaxşı yuxuya getsən (yəni yuxunu yaxşı almış olsan), özünü yaxşı hiss edərsən. Ümumiyyətlə götürdükdə isə, sağlamlığı yaxşılaşdırmağın ən əla üsullarından biridir. Bəzən hətta deyirlər ki, səhər saat 5-dən sonrakı yuxu, daha çox zərərlidir, nəyinki xeyirli.