Category: Maraqlı

  • Bu səbəblər kişiləri qadınlardan uzaqlaşdırır – Psixoloqdan AÇIQLAMA

    İkili münasibətlərə diqqət yetirsək görərik ki, əksəriyyəti qısamüddətli olur. Əsasən, kişilər münasibət qurduqları qadından daha tez uzaqlaşırlar.
     
    Bəs kişiləri qadınlardan uzaqlaşdıran əsas səbəblər nədir?
     
    Mövzu ilə bağlı sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, kişilərin sevmədiyi qadın tipləri ərköyün, baxımsız və intim münasibətdən imtina edənlərdir.
     
    “Problemin özəyi daha da dərin qatlarda yatır. Kişi həyatın mərkəzi, dünyanın zirvəsi deyil. Planetimiz kişilərin varlığından daha geniş və rəngarəngdir. Ona görə kişilərin ətrafında pərvanə olmağa ehtiyac yoxdur. Hər bir qadın nəzəri cəhətdən də olsa öz sevgilisindən ayrılmağı bacarmalıdır və ondan aslı olmamalıdır. Qadınlar maddi cəhətdən azad və işində peşəkar olmalıdır. Şəxsiyyət kimi formalaşmış qadını heç bir kişi itirmək istəməz. Kişiləri həyatının mərkəzinə qoyan qadınlar onları özlərindən soyudurlar. Qadınlar ocağın keçikçisidir. Məhz bu baxımdan qadınlar ən azı 2 yeməyi dadlı bişirməyi bacarmalıdır. Kişilər həmçinin, cibləri axtaran qadınları xoşlamır. Onlar maaşını yoldaşlarına vermək məcburiyyətində deyil. Məhz bu baxımdan ondan maaşını soruşan və daima pul tələb edən qadınlardan qaçırlar”.
     
    Psixoloqun sözlərinə görə, kişilər mənəvi yalnızlığı sevmirlər.
     
    “Onlar həyatında olan qadınla hər dərdini və problemini rahatlıqla bölüşmək arzusunda olurlar. Qadınlarımız isə, əsasən, ya dinləməyi bacarmırlar, ya da mühakimə edirlər. Bu da kişiləri qadınlardan uzaqlaşdıran əsas səbəblərdən biridir. Cinsi əlaqədən imtina etmək kişilərin digər qadınlara yönəlməsinə və öz yoldaşlarından soyumasına səbəb olur. Məhz bu baxımdan qadınlar intim münasibətdən qaçmamalıdır. Xanımlar daima öz gözəlliklərinə və təmizliyinə diqqət yetirməlidir. Bir çox qadınlar ailə qurduqdan sonra özlərinə və təmizliyinə diqqət yetirmirlər. Bunun nəticəsidir ki, xəyanət edən kişilərin də sayı gündən-günə artır”.

  • Yeni planet kəşf olundu

    Tədqiqatçılar Yupiterdən daha böyük olan “WASP-193b” adlı ekzoplanetin olduğunu müəyyən ediblər.

    Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, NASA tərəfindən 2023-cü ildə açıqlanan “WASP-193b” ekzoplanetinə dair yeni tapıntılar əldə ediblər.

    Tədqiqatçılar bu planetin yüngül və yumşaq bir quruluşa sahib olduğunu müəyyən ediblər.

    Qeyd edək ki, WASP-193b indiyə qədər kəşf edilmiş ikinci ən yüngül planetdir.
    //azxeber.com

  • Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? – SƏBƏB

    “Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır”.

    Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb.

    Mütəxəssisin sözlərinə görə, atmosfer təzyiqi dəyişdikdə oynaqlar daha sərt olur, bu da onları mexaniki gərginliyə və ya sürtünməyə daha həssas edir. Bundan əlavə, temperaturun dəyişməsi bədəndəki təzyiqi poza və sinir uclarını daha həssas edə bilər.

    Revmatoloq qeyd edib ki, ağrının yaranması və onun intensivliyinin oynağın vəziyyətindən, onun içərisindəki mayedən, subxondral kista və ya zədələnmənin mövcud olub-olmamasından asılıdır. Məsələn, atmosfer təzyiqi artdıqda kistanın daxilindəki təzyiq də artır. Bu ağrı reseptorlarına daha çox təzyiq göstərməyə başlayır və narahatlığa səbəb olur.

    Həkim vurğulayıb ki, ağrı təkcə hava dəyişikliyinə görə deyil, həm də stress və emosional gərginlik fonunda da güclənə bilər.

    Mənbə: gazeta.ru

  • Gəliriniz artacaq, maliyyə vəziyyətiniz yaxşılaşacaq – 4 bürcə ŞAD XƏBƏR

    Mayın sonunda 4 bürc pozitivliyə nail olacaq. Gəlirlərin artmasına və maliyyə vəziyyətinin yaxşılaşmasına səbəb olacaq hadisələri gözləyirlər.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, bürcün dörd nümayəndəsi unikal ideyalarla aşılanacaq və may ayının son həftəsində böyük pul mükafatı alacaqlar.

    Xərçəng

    Mayın sonunda Xərçənglər üçün yeni perspektivlər açılacaq. Onlara maraqlı layihəyə rəhbərlik etmək təklifi gələcək. Xərçənglər əlavə iş öhdəlikləri götürəcəklər.

    Onların şərəfli şəxs olmaq şansı olacaq. Xərçənglər özlərini şöhrət şüaları içində tapa biləcəklər. Onlar lider mövqe tutacaq və effektiv lider olmaq bacarıqlarını nümayiş etdirəcəklər.

    Xərçənglər fürsətlərdən istifadə etməli və yaradıcılıqlarını nümayiş etdirməlidirlər. Onlar əmək haqqını artıracaq və maddi vəziyyətlərini xeyli yaxşılaşdıracaqlar.

    Tərəzi

    Bir çox insanlar keçmişdə əldə etdikləri böyük uğurlara görə Tərəzilərə çox diqqət yetirəcəklər. Əvvəllər seçdikləri yolda hərəkət edərək, yavaşlamağa və xəyalları üçün səy göstərməyə ehtiyac yoxdur.

    Tərəzilər uğur və məqsədlərə nümayiş etdirilən uğur və şanslar vasitəsilə nail olacaqlar. Onlar mütləq uğurun zirvəsinə çatacaqlar.

    Tərəzi böyük mükafat alacaq. Onların maddi vəziyyəti xeyli yaxşılaşacaq, bu da onlara özlərinə inam verəcək.

    Oxatan

    İnadkarlıq və özünə inam Oxatan bürcünü işdə müsbət dəyişikliklərə aparacaq. Onlar bütün enerjilərini performanslarını artıracaq və peşəkar inkişaflarına töhfə verəcək layihələrə yönəldəcəklər.

    Oxatan bürcünün dəyişmək üçün unikal şansı olacaq. Onlar karyera nərdivanında yüksələ biləcəklər.

    Oxatan əlavə gəlir mənbəyi kəşf edəcək, bu da onların maddi rifahına müsbət təsir edəcək. Onlar qazanclarının bir hissəsini tətil üçün saxlaya biləcəklər.

    Dolça

    May ayının sonunda Dolçalar inkişaf və yeni biliklər əldə etmək arzusu ilə dolu olacaqlar.

    Onlar təhsil almaq və ya təcrübə keçmək üçün unikal şans əldə edəcəklər. Dolçalar onları çoxdan maraqlandıran sahəni öyrənməklə məşğul olacaqlar.

    Onları böyük nailiyyətlərə və nailiyyətlərə aparacaq yeni məlumatlar alacaqlar. Dolçalar, əziz xəyallarına sərf edəcəkləri layiqli miqdarda pul qazana biləcəklər.

    Özlərini inkişaf etdirməklə məşğul olacaqlar və yeni üfüqlər yolunda olacaqlar. Dolçalar əsl firavanlıq və xoşbəxtlik yaşayacaqlar.

  • Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər – TƏDQİQAT

    Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması “Fusobacterium nucleatum” bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısını ala bilər.

    Araşdırmanın nəticələri “Annals of Surgery” (AOS) jurnalında dərc olunub.

    Alimlər bu xəstəlikdən əziyyət çəkən 1065 nəfərin şiş toxuması nümunələrini təhlil ediblər. Onlar aşkar ediblər ki, appendektomiya keçirmiş şəxslərdə “Fusobacterium nucleatum” bakteriyası ilə əlaqəli bağırsaq xərçənginin spesifik növünün inkişaf riski azalıb.

    Alimlər izah ediblər ki, bu mikroorqanizmlər appendiksdə koloniyalaşır. Onların “yuvası” olan appendiksin çıxarılması potensial olaraq bu mikrobların bağırsağın digər hissələrinə keçməsinin və xərçəng şişlərinin yaranmasının qarşısını alır.

    Mənbə: gazeta.ru

  • Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?

    Dönərdən zəhərlənmə səbəbindən hər il onlarla insan həyatını itiririr. Ən ağır qida zəhərlənmələrindən hesab olunan bu patologyiyada vaxtında yardım göstərilməzsə xəstə ağırlaşır.

    “Medicina” dönərdən zəhərlənmənin əlamətlərini və ilk yardımı təqdim edir.

    Dönərdə həm ət, həm yağ, həm işlənmə yerindən asılı olaraq bakterial çirklənmə, həm də düzgün saxlanılmayan sous, mayonez olduğu üçün zəhərlənmə bir neçə səbəbdən ola bilər.

    Xüsusən yayda zəhərlənmə daha çox olur, çünki ərzaqlar tex xarab olur.

    Toyuq əti ilə zəhərlənmə ətə nisbətən daha çox və ağırdır.

    Əlamətlər:

    – əlamətlər yeidkdən sonra 15 dəqiqə ilə 2 saat ərzində özünü göstərə bilər.

    – Ürəkbulanma, qarın ağrısı, qarında qurultu
    – Tualetə getmək istəyi

    – Soyuq tər gəlməsi

    – Ağızda acılıq
    – Mədədə sancı, yanma
    – Titrəmə

    – Qaytarmaq – fontan kimi
    – Halsızlıq

    – Yatmaq istəyi
    – Huşun dumanlanması
    – Gözlərin qaralması

    – Ayaqların yer tutmaması

    – Qusmadan sonra da rahatlıq olmaması
    – Bəzən hərarət, qıcolma və s

    Birinci çıxış yolu təcili mədəni boşaltmaq yumaqdır.

    Bu zaman yaşdan asılı olaraq çoxlu adi maye, su, bəzən Soyuq kola kömək edir.

    Eləcə də çəki və yaşa uyğun olaraq sorbentlər – qara kömür, smekta və çay sodası həll edilmiş su vertmək lazımdır. Bunlar toksinləri özünə hopdurur.

    Mədəni yumaq üçün çoxlu ayran, 2 litr ilıq su, bir qədər du qatılmış su içmək, içirmək olar.

    Əgər xəstənin huşu gedibsə onu artıq xəstəxanada mədəsini yuyub, imalə edir və sistemlər qoşurlar.

    Zəhərlənən insana başqa dərman, ağrıkəsici vermək olmaz.

  • Mayda bu bürcləri böyük məbləğlər gözləyir

    Astroloqların fikrincə, bu ay bəzi bürclər yaxşı maddi imkanlarla üzləşəcəklər. May ayı onlar üçün olduqca bərəkətli olacaq.
     
    Median.Az Metbuat.az-a istinadən həmin bürcləri təqdim edir:
     
    Buğa üçün May maliyyə baxımından kifayət qədər parlaq ola bilər. Yeni iş imkanları və gəlir mənbələri ilə qarşılaşacaqlar. Səbr və qətiyyətlə davam edən Buğa bürcü insanları iqtisadi vəziyyətlərini xeyli yaxşılaşdıra bilərlər. Bu ay iş dünyasında möhkəm təməllər qurmaq üçün əlverişli imkanlar yarana bilər.
     
    Oğlaqlar üçün May ayı karyeralarında və iş həyatında müsbət irəliləyişlərin müjdəçisi ola bilər. Yaradıcı layihələr və təşəbbüslər vasitəsilə maddi qazanc əldə edə bilərlər. İntizamlı və diqqətli təbiətləri sayəsində işlərində uğur qazanmaq və maliyyə gəlirlərini artırmaq şansı ola bilər.
     
    Oxatan bürcləri üçün may ayı investisiyalar və iş ortaqlıqları baxımından əhəmiyyətli bir dövr ola bilər. Gözlənilməz maliyyə imkanları ilə qarşılaşa bilərlər. Riskləri diqqətlə qiymətləndirib balanslaşdırsalar, maliyyə artımlarını dəstəkləyə bilərlər. İnvestisiya sahəsində yeni addımlar atmaq üçün uyğun zaman ola bilər.

  • Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? – TƏDQİQAT

    Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var.

    Tədqiqat “Journal of Experimental Psychology: General” (JEPG) elmi nəşrində dərc olunub.

    Tədqiqatın nəticələri göstərib ki, bədii ədəbiyyat ümumi koqnitiv bacarıqlara az, lakin statistik cəhətdən əhəmiyyətli müsbət təsir göstərir.

    Xüsusi koqnitiv qabiliyyətlərə daha yaxından nəzər saldıqda, müəyyən olub ki, faydalar ən çox empatiya, danışıq qabiliyyəti və dərrakə nəzəriyyəsi sahələrində – başqalarının duyğularını və baxışlarını başa düşmək və onlarla əlaqəli bacarıqlarda özünü göstərir.

    Təhlil həmçinin onu da göstərib ki, bədii ədəbiyyatda idrak bacarıqlarının inkişafına ən mühüm təsiri nəqletmə komponenti göstərir.

    Mənbə: gazeta.ru

  • Həkim məsləhəti: Gündə nə qədər kolbasa yemək olar?

    “Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır”.

    Bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib.

    “Doymuş yağlar mövcud xəstəliklərdən asılı olmayaraq, bütün insanlarda gündəlik kalori qəbulunun 10%-i qədər olmalıdır. Bu, baş barmaq qalınlığında piy, kolbasa və ya yağ parçasıdır”, – Çuxaçeva bildirib.

    Doymuş yağların həddindən artıq istehlakı ürək-damar xəstəliklərinin inkişafı ilə əlaqələndirilir. Onlar sağlam doymamış yağlardan (balıq və bitki yağlarından) daha yüksək ərimə dərəcələri ilə fərqlənirlər. Otaq temperaturunda doymuş yağlar bərk qalır.

    “Yağsız ət, eləcə də balıq, dəniz məhsulları, paxlalılar, bitki yağları və qoz-fındıq seçərək doymuş yağların qəbulunu azalda bilərsiniz. Həmçinin emal olunmuş məhsullardan imtina etməlisiniz: orqanizmin delikates ətlər, kolbasalar, şirniyyatlar, desertlər və tərkibində doymuş yağlar olan digər məhsulları istehlak etməsinə ehtiyac yoxdur. Onlar daxilimizdə də əmələ gələ bilər”, – həkim izah edib.

    Mənbə: gazeta.ru

  • Orqanizmi xərçəngdən qoruyan VİTAMİN

    D vitamini ilə zəngin qidalar bağırsaqlarda xüsusi bakteriya olan “Bacteroides fragilis”in böyüməsini təşviq edir. Onlar bədənin şiş (xərçəng) hüceyrələrinə qarşı immun reaksiyasını gücləndirə bilər.

    Londondakı Frensis Krik İnstitutunun və Danimarkanın Olborq Universitetinin alimləri ABŞ-dən olan həmkarları ilə birgə çalışaraq belə qənaətə gəliblər.

    Tədqiqat laboratoriya siçanları üzərində aparılıb. Gəmiricilər iki qrupa bölünüb. Təcrübənin əsas mərhələsindən əvvəl birinci qrupdan olan heyvanlara D vitamini ilə zəngin qida verilib. İkinci (nəzarət) qrupdan olan siçanların rasionu adi olub. Pəhriz müdaxiləsi müddətinin sonunda şiş böyüməsini stimullaşdırmaq üçün bütün heyvanlara xərçəng hüceyrələri köçürülüb. Həmçinin siçanlara immunoterapiya da edilib.

    Alimlər müəyyən ediblər ki, əlavə D vitamini verilən siçanlar eksperimental olaraq köçürülmüş xərçəng hüceyrələrinə qarşı daha güclü immun müqavimətə malikdir. Onlar, həmçinin immunoterapiyaya daha yaxşı cavab veriblər. Tədqiqatçılar bu müsbət təsirin onların bağırsaqlarında “Bacteroides fragilis” bakteriyasının populyasiyasının artması ilə əlaqəli olduğunu öyrənə biliblər. Bu tip bakteriyalar siçanların xərçəng hüceyrələrinin yayılmasının qarşısını almaq qabiliyyətini artıraraq immunomodulyator xüsusiyyətlər nümayiş etdirib.

    Mənbə: Gazeta.ru