Category: Maraqlı

  • Mütəxəssis: “Danışanda maskanı çıxarmaq virusun yayılmasına rəvac verir”

    “Dəfələrlə deyildiyinə baxmayaraq, bəzi insanlar maskadan düzgün istifadə etmir: maskanı çənənin üstündə gəzdirir, vaxtlı-vaxtında dəyişmir, günlərlə eyni maskadan istifadə edirlər, çirklənmiş maskaları hara gəldi atırlar və bəzi hallarda qarşısındakı insan ilə danışdıqda maskanı çıxarırlar. Bununla da virusun yayılmasına rəvac verirlər”.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Mərkəzi Gömrük Hospitalının Xəstə xidmətləri şöbəsinin rəisi Gülşən İmanova deyib.

    Həkim bildirib ki, koronavirus əleyhinə hazırlanan vaksinlərin əhali arasında tətbiqinə hələ başlanılmadığı üçün bütün dünyada yoluxmaların sayında sürətli artım müşahidə olunur: “Hər şeydən əvvəl, insanlar pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün həm açıq, həm də qapalı məkanlarda maskalardan istifadə etməlidir”.

    Onun sözlərinə görə, infeksiyanın yayılma səbəblərindən biri də insanlar arasında virusa inanmamaq kimi düşüncənin, virusun onlara keçməyəcəyi ilə bağlı arxayınlaşmanın yaranmasıdır: “Onlar karantin rejiminin, bəzi məhdudiyyət tədbirlərinin yumşaldılmasından sonra virusla mübarizə qaydalarına əməl etmək, infeksiyadan qorunmaq istəmirlər. Çox təəssüf ki, bir sıra obyektlərdə insanlar maskadan yalnız cəriməyə düşməmək üçün istifadə edirlər.

    Payız aylarında yenidən artmağa başlayan koronavirus hadisələrinin sayı yeni antirekord rəqəmlərə çatıb. Buna səbəb respirator xəstəliklərin məhz bu aylarda artmasıdır. Risk kateqoriyasına daxil olan insanlar: yaşlılar, yanaşı xəstəlikləri olan insanlar özlərini daha çox qorumalıdır. Zərurət olmadıqda evdən çıxmamalıdırlar.

    Son vaxtlar tez-tez eşitdiyimiz xəbərlərdən biri də odur ki, koronavirus xəstələri evdə müalicə alarkən təcrid olunmaqdansa, həyətə, küçəyə, marketə çıxır və ətrafdakı insanları yoluxdururlar. Hətta, işə gedən belə xəstələr haqqında da faktlar vardır. Bu yolverilməzdir! Düzdür, onlar inzibati qaydada cəzalandırılır, lakin başqalarına verdikləri zərər ölçüyə gəlmir, heç bir çərçivəyə sığmır”.

    G. İmanova bildirib ki, xəstəliyin yayılma səbəblərindən biri də ara məsafənin saxlanmamasıdır: “İctimai nəqliyyatdakı vəziyyət də göz qabağındadır. Maskalardan düzgün istifadə olunmur, ara məsafə gözlənilmir, tutacaqlardan istifadədən sonra əllər spirtlə təmizlənmir. Əhali arasında maarifləndirmə işləri aparılsa da, yığıncaqlar təşkil edilir, təbii ki, belə məclislərdə insanlar bir-biri ilə yaxın təmasda, ünsiyyətdə olur və nə maska, nə əl yumaq, nə də ara məsafə yada düşür. Mütəxəssislər hələ pandemiyanın müəyyən müddət davam edəcəyini vurğulayırlar. Koronavirusa qarşı vaksinlərin kütləvi tətbiqinə qədər hər bir şəxs tələb edilən qaydalara ciddi şəkildə riayət etməli və unutmamalıdır ki, əsas məsələ insanların sağlamlığıdır, onların həyatıdır”.

  • Paxla haqqinda bilmədikləriniz

    Paxlanın tərkibi vitamin və proteinlə çox zəngindir. O həm yaşıl halda, həm də qurumuş olduqda tərkibində olan vitaminlərin təsiri dəyişməz olaraq qalır. Quru paxla təzə paxlaya nisbətən daha qidalandırıcı və xeyirlidir. 100 mq quru paxlanın tərkibində aşağıdakılar var:
    – 26 mq protein
    – 58 mq karbohidrat
    – 341 kalori
    – vitamin B1, B2, B6, K
    – protein
    – maqnezium
    Paxla sinir sistemini möhkəmləndirir, həzm prosesini sürətləndirir, qəbizliyi aradan qaldırır. Paxla sidik axarlarını genişləndirmək qabiliyyətinə malik olduğuna görə böyrək və sidik kisəsində olan qum çöküntülərini tökdürür. Bronxların xəstəlikləri zamanı öskürəyi kəsir, xəstəliyin əlamətlərini azaldır. Amma şəkərli diabet xəstələri paxla ilə ehtiyatla davranmalıdırlar. Çünki paxlanın tərkibində nişasta var və nişasta qanda şəkərin miqdarının qalxmasına səbəb olan amillərdən biridir.

  • Uzunömürlü olmaq üçün necə qidalanmalı?

    Mütəxəssislər uzun ömür yaşamaq üçün necə qidalanmaq lazım olduğunu öyrənmək üçün eksperiment aparıblar. Onlar eksperimentdə iştirak etmək istəyən 3 ailəni təbii şəraitdə, təbiətin qoynunda və yalnız özlərinin yetişdirdiyi qidalarla yaşamağını təmin etmiş və sonda onların sağlamlıqlarını yoxlamışlar. Həkimlər eksperimentin nəticələrinə əsaslanaraq belə şəraitdə və bu cür qidalanma ilə yaşayan adamların 140-160 il yaşaya biləcəyini vurğulamışlar. Çünki eksperimentdə iştirak edənlərin qanının, iliyinin və daxili orqanlarının analizlərinin cababı həkimlərə bu fikrin doğru olduğunu sübut etmişdir.
    Bəs insanlar uzun ömür yaşamaq üçün necə qidalanmalıdır və hansı qidalardan istifadə etməlidir?
    1. Sağlam həyat yaşamaq istəyən adam süzülmüş su içməlidir. Bunu əldə edə bilməyənlər suyu dondurub, yenidən əvvəlki temperaturuna çatdırıb sonra içməlidir. Tarix boyu dünyanın ən məşhurları bu cür su ilə qidalanıblar. Suyu ya yeməkdən yarım saat əvvəl, ya da yeməkdən 2-3 saat sonra içmək lazımdır. Bu qaydaya əməl edildikdə həzm normal gedir. Həkimlər müxtəlif qatqılarla əldə edilmiş sirələri, limonadları içməyi məsləhət bilmir. Çünki bu cür içkilər ürək yanğısını azaltmır, əksinə artırır.
    2. Ən sağlam qida maddələrinin siyahısına ikinci yeri taxıl məhsulları tutur. Taxıl məhsulları vitamin və minerallarla zəngindir, orqanizmə enerji verir. Bu siyahıya buğda, qarğıdalı, darı, arpa və s. aiddir.
    3. Ləpəli bitkilər siyahıda üçüncü yeri tutur. Buraya fındıq, günəbaxan, araxis və digər bu kimi meyvələr daxildir. Mütəxəssislər bu cür meyvələrin qəbulunu qarışdırmamağı məsləhət bilir.
    4. Xaşxaş, kətan, küngüt toxumlarının orqanizmə olan faydasını heç nə ilə müqayisə etmək olmaz. Çünki onların tərkibində olan kalsiumun miqdarı süddəkindən 10 dəfə artıqdır.
    5. Göyərtilərlə qidalanan və yoqa ilə məğul olanların 100-150 il yaşadığını hamı bilir. Buna gərə də mütəxəssislər göyərtilərdən bol istifadə etməyi məsləhət bilir.
    6. Dəniz kələmi ilə qidalanan adam qidanın hər qəbulunda orqanizminə 40 cür mineral qəbul etmiş olur.
    7. Arı məhsullarının insana verdiyi faydanı saymaqla qurtarmaq olmaz. Bu səbəbdən də arı məhsullarından istifadə etməkdə fayda var.
    8. Çiy tərəvəzlər (kələm, yer kökü, çuğundur, turp və s.bostan məhsulları)hər gün mütləq qəbul edilməlidir.
    9. Gün ərzində 150-200 qram qoz yemək orqanizmin yağa, proteinə, zülala olan təlabatını ödəyir. Dünyanın bir çox alimləri qozu orqanizm və onun sağlamlığı üçün vacib saymış və onun haqqında çoxlu müxtəlif fikirlər söyləmişdir.
    10. Siyahının sonunda düyü, qarabaşaq durur. Mütəxəssislər düyünün zəif odun üstündə 20 dəqiqədən çox bişirməyi məsləhət bilmirlər. Qarabaşağın tərkibindəkilər itməsin deyə onu özünün 2 misli qədər qaynar suya töküb saxlamağı və yeyərkən istiməyin faydalı olduğu qeyd edilir.

  • Ən yığcam yaddaş qurğusu yaradıldı

    Mövcud flash yaddaş qurğularından yüzqat daha böyük tutuma malik, eyni zamanda ən yığcam məlumat saxlama qurğusu yaradılıb.

    “Report” xəbər verir ki, ABŞ, Böyük Britaniya, Tayvan alimlərinin “Nature Nanotechnology”də dərc edilmiş birgə tədqiqatında bir kvadrat nanometr (1 nanometr 1 millimetrin milyonda biridir) ölçülü ən yığcam yaddaş qurğusu təqdim olunur.

    Araşdırma müəlliflərinə görə, daha kiçik ölçülü mikrosxemlərin tətbiqi enerji sərfini azaldaraq tutumunu artırır. Beləliklə də, daha sürətli prosesorlar ən yığcam kompüter və smartfon cihazlarını yaratmağa imkan yaradır.

    Tədqiqata maliyyə ayıran ABŞ-ın Ordu Tədqiqat Ofisinin (ARO) proqram meneceri, araşdırma müəlliflərindən biri Çakrapani Varanasi qeyd edib: “Bu araşdırmada əldə edilən nəticələr neyromorf hesablama sistemləri, radiotezlik rabitə sistemləri və s. gələcək nəsil proqram tətbiqlərini yaratmaq üçün geniş imkanlar açır”.

  • 2020-ci ilin ən etibarsız şifrələrinin reytinqi təqdim olunub

    İnsanlar demək olar bütün şəxsi məlumatlarını internetdə saxlayırlar. Lakin həmin insanların çox az hissəsi öz məlumatlarının təhlükəsizliyi barəsində düşünür. Bu məsələdə ən geniş yayılmış səhv qərar etibarsız şifrələrdən istifadədir. NordPass adlı şifrələr menecerinin tərtibatçıları insanlar tərəfindən hansı şifrələrin daha çox istifadə olunduqlarını söyləyiblər. Bu barədə Gizmochina saytı xəbə verib.

    NordPass tərtibatçılarının sözlərinə əsasən milyonlarla insan öz istifadəçi hesablarına daxil olmaq üçün hələ də “123456” və “password” kimi etibarsız şifrələrdən istifadə edir. Bu cür şifrələr hər il ən etibarsız şifrələr kimi reytinqlərdə birinci pillələrdə qərarlaşırlar. Bu isə onu sübut edir ki, insanlar bu cür şifrələrin istifadəsindən imtina etmək niyyətində deyillər. NordPass tərtibatçılarının fikirlərinə əsasən 2020-ci ilin ən etibarsız şifrələr reytinqi aşağıdakı kimidir:

    – 123456

    – 123456789

    – picture1

    – password

    – 12345678

    – 111111

    – 123123

    – 12345

    – 1234567890

    – senha

    – 1234567

    – qwerty

    – abc123

    – Million2

    – 000000

    – 1234

    – iloveyou

    – aaron431

    – password1

    – qqww1122.

    İstifadəçilərin əksəriyyəti öz şəxsi məlumatlarını qorumaq üçün qəliz kombinasiyaya sahib şifrələri yadda saxlamaq istəmir. Bu problemi isə şifrələrin menecerləri artıq çoxdan aradan qaldırıblar. Bu cür servislər şifrə kombinasiyalarının hamısını özündə saxlayır və beləliklə istifadəçilər qəliz şifrə kombinasiyalarını yadda saxlamaq zəruriyyətindən azad olurlar. Bundan əlavə olaraq istifadəçilər öz şəxsi məlumatlarını qorumaq üçün mütləq iki faktorulu autentifikasiyadan istifadə etməlidirlər.

  • 2020-ci il üçün dünyanın ən pis şifrələri açıqlandı

    Dünyaca məşhur “NordPass” şirkəti 2020-ci il üçün şifrələr üzərində aparılan araşdırmanın nəticələrini açıqlayıb.

    “Haber Global” xəbər verir ki, hər il olduğu kimi bu il də dünyada istifadə edilən ən pis şifrə “123456” olub.

    Bu şifrə 2020-ci ildə 2,5 milyon şəxs tərəfindən istifadə edilib.

    İkinci yerdə 961 min insan tərəfindən istifadə edilən “123456789” şifrəsidir.

    Şirkətin təqdim etdiyi siyahının ilk onluğunda yer alan şifrələr 1 saniyədən daha qısa müddətdə ələ keçirilə bilir.

    Şirkətin təqdim etdiyi siyahının ilk 20-liyini təqdim edirik:

    1. 123456

    2. 123456789

    3. picture1

    4. password

    5. 12345678

    6. 111111

    7. 123123

    8. 12345

    9. 1234567890

    10. senha

    11. 1234567

    12. qwerty

    13. abc123

    14. Million2

    15. 000000

    16. 1234

    17. iloveyou

    18. aaron431

    19. password1

    20. qqww1122

  • Bu resept 7 günə sizi ayaq və boyun ağrılarından xilas edəcək

    Reseptin faydası öz təsdiqini həmişə tapıb. Həkimlər bu reseptdən istifadə edərək oynaq ağrıları və digər oynaq problemlərinin aradan qalxdığını söyləyirlər. Bu reseptdən istifadə edərək mən də onun faydasını gördüm. Əgər sizin də, kürəyinizdə, boyun və ayaq hissənizdə problemlər varsa, o zaman reseptdən istifadə edərək onu aradan qaldıra bilərsiniz. Bu müalicə orqanizmə öz möcüzəli təsirini qısa bir zamanda göstərir:
    – Mağazadan 150 qram istənilən qida jelatini ( bu bir kurs müalicə üçün yetərlidir) alın.
    – Hər axşam 5 qram jelatini( 2 çay qaşığı) 1/4 stəkan soyuducuda soyudulmuş suya əlavə edin. Məhlulu otaq temperaturunda saxlayın.
    – Gecə boyu jelatin suda əriyib həll olacaq və jeleyə çevriləcək.
    – Səhər acqarına məhlulu için. Əgər onun dadı xoşunuza gəlmədisə, üzərinə az miqdarda şirə, bal, yoqurt və ya smetan əlavə edə bilərsiniz.
    – Bu proseduru davamlı olaraq 7 gün təkrar edin.
    Bu resepti həyata keçirənlər onun həqiqətən də kürək, boyun, onurğa və ayaqlarda olan ağrıları aradan qaldırdığını təsdiqləyirlər. Müalicə ağrıların bir həftə ərzində aradan qalxmasına səbəb olub. Müalicənin tam faydasını əldə etmək üçün onu 6 aydan sonra təkrarlamaq lazımdır. Müalicə oynaqlararası mayenin bərpa olunmasına səbəb olur. Düzdür, bir çox adamlar bu müalicənin faydasına inanmır və ağrıkəsicilərdən istifadə edir. Amma bu adi müalicəni etmək ağrıkəsici qəbulunun azalmasına və ya kəsilməsinə səbəb olur. Bəs jelatinin oynaqlar üçün faydası nədən ibarətdir?
    Jelatin heyvani məhsul olub, iri öküzün sümüklərindən əldə olunur. Onun işlənməsi zamanı sümüklər qurudulduqda tərkibindəki birləşdirici toxuma rolunu oynayan kollagenlər olduğu kimi qalır. Kollagenlər isə öz növbəsində daxili bağların, vətərlərin və oynaqların sağlamlığı üçün çox vacibdir. Bundan əlavə jelatinin tərkibində iki vacib aminturşusu var: prolin və hidrosiprolin. Bu iki aminturşu orqanizmdə olan birləşdirici toxumaları effektiv bərpa edir. Jelatinin tərkibindəkilər zədələnmiş oynaqlarda olan birləşdirici toxumaların boyunu və həcmini artırır. Bu onun ən yaxşı xüsusiyyətlərindən biri sayılır. Jelatinin aşağıdakı faydalı xüsusiyyətləri də vardır:
    – oynaqları və ürək əzələsini möhkəmləndirir
    – maddələr mübadiləsini yaxşılaşdırır
    – əqli gücü artırır
    – dərini sağlamlaşdırır
    – bağları möhkəmləndirir və elastikləşdirir
    – osteoporoz və osteoartritin inkişafını ləngidir
    – saçları və dırnaqları möhkəmləndirir
    – displaziyanın qarşısını alır.
    Yuxarıda sadalanan faydalarına görə jelatin qəbul ertmək ilk 7 gün ərzində orqanizmə öz faydasını göstərir. Mən kompyuterdə işləyirəm və bütün günüm kompyuter stolu arxasında keçir. Bu səbəbdən də ayaqlarımda ağrılar və əl barmaqlarında xırçıltılar əmələ gəlməyə başlamışdı. Jelatin müalicəsini qəbul etdikdən isə bir aydan sonra əlamətlər aradan qalxdı və mən özümü tamamilə sağlam hiss edirəm.

  • Ürək-damar xəstələri COVID-19-dan qorunmaq üçün bunları etməlidir

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası çərçivəsində növbəti məqalə yayımlanıb.

    Məqalədə deyilir:

    Ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərin koronavirus (COVID-19) infeksiyasına yoluxma riski yüksəkdir. COVID-19 virusu ürək-damar sisteminə təsir göstərərək xəstəliyin kəskinləşməsinə səbəb ola bilər. Çox təəssüf ki, yaşlı və ürək-damar problemləri ilə yanaşı digər xroniki xəstəliyi də olanlarda infeksiyanın gedişatı daha ağır fəsadlar törədir.

    Qeyd edək ki, ürək-damar xəstəliklərinin inkişafına meyvə-tərəvəzlərin az, duz və doymuş turşuların isə həddindən artıq istehlakı, gündəlik qəbul edilən qidaların tərkibində lifin azlığı və ya olmaması, balanslaşdırılmamış qidalanma kimi amillər təsir edir. Artıq çəki və piylənmə, qanda yağların səviyyəsinin yüksəlməsi, yüksək qan təzyiqi xəstəliyin baş vermə ehtimalını artıran risk faktorlarındandır. Ürək-damar xəstəliklərinin inkişafı həyat tərzi, xüsusən tütünçəkmə, mütəmadi alkoqol qəbulu, az fiziki aktivlik, eləcə də emosional gərginlik kimi amillərlə sıx əlaqəlidir. Xəstəliyin yaranma səbəbləri arasında irsi meyillilik, yaş və cins də böyük rol oynayır. Belə ki, xəstəlik daha çox 40 yaşdan yuxarı insanlarda müşahidə edilir. Həmçinin kişilərlə müqayisədə qadınlarda xəstəliyin əmələ gəlməsi riski daha aşağıdır.

    Koronavirusa qarşı ən yaxşı müdafiə vasitəsi müvafiq qabaqlayıcı tədbir və tövsiyələrə ciddi əməl etməklə yanaşı, güclü immun sistemidir. Havalar soyuduqca virusun daha da aktivləşəcəyini nəzərə alsaq, immun sistemini gücləndirməklə orqanizmin COVID-19 infeksiyasına qarşı müdafiə qabiliyyətini artıra bilərik. İmmun sistemin fəaliyyətində fiziki cəhətdən aktivlik, normal yuxu rejimi və balanslı şəkildə qidalanma mühüm rol oynayır. Ümumiyyətlə, ürək-damar xəstəliklərinin profilaktikasında düzgün və sağlam qidalanma şərtdir:

    Qidanı gündə 5-6 dəfə olmaqla kiçik porsiyalarla qəbul etmək lazımdır.

    Gün ərzində istifadə edilən duzun miqdarı azaldılmalıdır. Duz bədəndə artıq mayenin toplanması ilə ödəmin yaranmasına və qan təzyiqinin artmasına səbəb olur.

    Heyvan mənşəli yağların qəbulunu azaltmaq lazımdır. Konservləşdirilmiş ət, yağlı quş əti, kolbasa və s. məhsullar xolesterolla zəngin olduğu üçün qan damarlarına yığılaraq ürəyi qidalandıran damarların funksiyasının pozulmasına səbəb ola bilər.
    Gün ərzində 1,5-2 litr su qəbul edilməlidir.

    Spirtli və şirin içkilərdən imtina olunmalıdır.

    Kaliumla zəngin qidalar (banan, üzüm, kivi, gavalı, ərik və onların şirəsi, quru meyvələr, itburnu, həmçinin kartof, kələm, balqabaq) ürək üçün olduqca faydalıdır.

    Tərkibində maqnezium duzları ilə zəngin olan qidaların (çovdar və buğda kəpəkli çörəklər, yulaf, arpa və qarabaşaq yarması, çuğundur, yerkökü, kahı, cəfəri, qoz, badam, qara qarağat) istehlakına üstünlük verilməlidir.

    Balıq tərkibindəki Omeqa-3 sayəsində sağlamlığa faydalı olan vacib məhsullardandır və qida rasionunda əsas yer tutmalıdır.
    Yatmazdan əvvəl yaranmış aclıq hissini aradan qaldırmaq üçün 1 stəkan kefir içilə və ya 1 ədəd alma yeyilə bilər.

  • Ömrü uzatmaq üçün beş asan addım

    Bədən çəkisində bir kiloqram itki belə müxtəlif xəstəliklərin inkişaf riskini azaltmağa və ömrünü uzatmağa kömək edir.

    Bununla bağlı “Ekspress” nəşri ABŞ-ın Kardiologiya Assosiasiyasına istinadən məlumat yayıb.

    Bildirilib ki, kök insanların orqanizmində xolesterinin yığılması riski böyükdür. Çəkiyə nəzarət üçün dieta və idman vacibdir.

    Birincisi, mütəxəssislər hər gün yediklərinizi izləmək üçün smartfonunuza tətbiq yükləməyi məsləhət görürlər. Yemək vərdişlərinizə diqqət yetirmək zəif tərəflərinizi anlamağınıza və məqsədlərinizə çatmanıza kömək edə bilər.

    İkincisi, kiçik ölçülü qablar çox yemənin qarşısını ala bilir. Buna görə də ekspertlər kiçik ölçülü qablardan istifadəni məsləhət görürlər.

    Pəhrizi yaxından izləmək üçün bu vaxt televizora baxmamaq və kompüterdə oturmamaq yaxşıdır.

    Mütəxəssislər qida qəbulunu sağlam hala gətirməyi təklif edir: Yağsız süd, qatıq və pendir, daha çox meyvə və tərəvəzlə pəhriz saxlayın.

    Fiziki aktivlik çəki azaltmaq üçün ən vacib vasitədir.

    Mütəxəssislər tərəfindən tövsiyə olunan məşqlərə sürətli gəzinti, velosiped sürmək və rəqs etmək, yerimək, qaçmaq və ya ipdən tullanmaq aiddir.

  • Alimlər xolesterini necə azaltmağın yolunu tapıblar

    zmdə gedən təbii proseslərin qarşısını saxlamaq mümkün olmur. Məsələn, ekologiyanın pozulması kimyəvi-sintetik qidaların mətbəximizə girməsi və yaşımızın ildən-ilə artması qanda xolesterinin artmasına səbəb olur ki, bu da müxtəlif xəstəliklərə yol açır. Alimlər qanda xolesterinin miqdarını azaltmaqla orqanizmin təmizlənməsinin formulunu tapıblar. Onlar qanda xolesterinin miqdarını azaltmaq üçün aşağıdakı qarışımdan hazırlanan yeməyi qəbul etməyi məsləhət görürlər:
    Bu yeməyi hazırlamaq üçün 1 stəkan yulaf, qara gavalı və qırmızı turp götürülür və üzərinə 6 stəkan su əlavə edilib, zəif odda 15 dəqiqə qaynadılır.
    Hazırlanan qarışımdan yatmazdan 2 saat əvvəl 1 stəkan içilir.
    Qarışımın qalan hissəsini isə səhər yeməyinə qədər qəbul edilir. Bu resepti bir müddət təkrar etdikdə siz çəkinizin azaldığını, əmək qabiliyyətinizin isə artdığını açıq-aşkar görəcəksiniz. Qarışımın tərkibində olanları acqarına yemək isə sizin mədə-bağırsaq sisteminizin işini sürətləndirəcək və orqanizminizdən pis xolesterinin xaric etməklə bədəninizin cavanlaşmasına səbəb olacaqdır. Qarışımdan istənilən müddətdə istifadə etmək mümkündür və onun orqanizmə heç bir mənfi təsiri yoxdur.