Category: Maraqlı

  • Alimlər bağırsaqları zəhərləyən qidaların adlarını açıqladı

    Gündəlik pəhrizə daxil olan bəzi qida məhsullarının çox təhlükəli olduğu ortaya çıxıb – onlar orqanizmə demək olar ki, zəhər kimi təsir edirlər.

    Median.Az “Focus” istinadla yazır ki, müntəzəm istifadəsi ilə zərərli bakteriyalar bağırsaqlarda çoxalır və xoşagəlməz sağlamlıq nəticələri və hətta ölüm riski artır.

    Belə ki, alman mütəxəssislərin fikrincə, bakteriyaların sürətlə çoxalmasına kömək edən şəkər bağırsqları zəhərləyir, kanserogen məhsullar siyahısına daxil olan sarsıdıcı, hisə verilmiş və çox işlənmiş kolbasalar, həmçinin marqarin və mayonez bağırsaqları ciddi şəkildə yükləyən pis yağlardır.

    Həkimlər yuxarıdakı qidalardan imtina etməyi və daha çox lif tərkibli tərəvəz və paxlalı bitkilər yeməyi, daha çox banan, balıq, qabıqlı kartof və qara çörək yeməyi məsləhət görürlər.

  • DİQQƏT: Bu insanlarla əlaqəni BİRDƏFƏLİK KƏSİN

    İnsan öz ətrafını özü seçir. Və yaxınlarımızın arasında bizim həyatımızı məhv edəcək biri olmamalıdır.

    Psixoloqlar aşağıdakı əlamətləri olan insanlardan uzaq durmağı məsləhət görüb.

    1. Onlar həddən artıq xudbin olur. Eqoist insanlar sizin yanınızda sırf öz məqsədinə çatmaq naminə qalır. Öz mənfəətini əldə etdikdən sonra isə yoxa çıxırlar.
    2. Sizinlə münasibətlərdə onlar çox şey istəyir və çox şey götürürlər, əvəzində isə heç nə vermirlər.
    3. İstənilən, hətta ən əhəmiyyətsiz mübahisədə belə onlar özünün haqlı olduğunu sübut etmək və həmişə sizə qalib gəlməyə çalışırlar.
    4. Onların insanlarla davranışları sizinlə təklikdə olan rəftarından fərqlənir.
    5. Onlar özünü heç vaxt günahkar hesab etmir və istənilən halda qurbanı mövqeyini seçirlər.
    6. Sizə təlqin edirlər ki, yalnız onlara inanmaq olar. Sizi dostlarınız və tanışlarınıza qarşı qaldırırlar.
    7. Onlar öz davranışlarını sürətlə dəyişirlər: Bir anda xeyirxah və həssas, bir müddət sonra isə soyuq və acıqlı insan ola bilər.
    8. Onlar istənilən məsələ üzrə tez-tez yalan danışır və bunu etiraf etməkdən imtina edirlər, həmçinin öz xarakterindəki çatışmazlıqları gizlədərək sizi çaş-baş salırlar.//publika.az

  • Hava meteohəssas insanların sağlamlığına necə təsir edir?

    Küçədəki tufanla birgə sizin əhval-ruhiyyənizin də pisləşdiyini, təzyiqinizin dəyişdiyini, baş, sümük ağrılarının başladığını hiss etmisinizmi? Bütün bunlar yalnız meteohəssaslığın təzahürləri deyil. Hava şəraitindəki hər hansı bir dəyişiklik bu xəstəlikdən əziyyət çəkən insanların sağlamlığına təsir edə bilər. Doğrudur, bu çox subyektiv bir anlayış olduğundan tibb elmində çox vaxt ciddi nəzərə alınmır.

    Məlumdur ki, belə xəstəliklərə düçar olmuş insanlara meteoasılılıq çox pis təsir göstərir.

    Median.Az bildirir ki, AZƏRTAC hava şəraitinin əhval-ruhiyyəyə təsiri barədə “Medikforum” saytına istinadla məlumat verir.

    Artrit və artroz xəstəliklərindən əziyyət çəkənlərə hava dəyişikliyi daha pis təsir göstərir. Alimlər bunun niyə baş verdiyini izah ediblər. Atmosfer təzyiqinin aşağı düşməsi ona gətirib çıxarır ki, daxili maye praktiki olaraq oynaqlara təzyiq göstərir, oynağı uzadır. Bu da sonda narahatçılığa və ağrıya səbəb olur. Bu təhlükəlidirmi? Düzdür, bu, ölümlə nəticələnmir, lakin ağrıya səbəb olur, deməli, həyatın keyfiyyətinə təsir göstərir.

    Ancaq aorta anevrizması olanlar üçün bu təhlükəlidir. Belə ki, genişlənmiş damar partlaya bilər. Ona görə də hava temperaturu dəyişmədən də təzyiqi izləmək vacibdir.

    Hava kimlər üçün təhlükəli düşməndir? Söylədiyimiz kimi oynaqları ağrıyan və ürəyində problem olanlar üçün. Çünki soyuq hava şəraiti infarkt riskini artırır. Aşağı temperatur damarları daraldır, spazma yaradır. Ateroskleroz xəstələri üçün şaxta daha təhlükəlidir.

    Bronxial astması olanlar uzun müddət şaxtalı havada durmaqdan çəkinməlidir. Soyuqdəymə bronxların selikli qişasının şişməsinə, bu da nəticədə boğulmağa gətirib çıxara bilər. Bu, zökəm və digər tənəffüs problemləri üçün xüsusilə təhlükəlidir.

    Əhval-ruhiyyəyə isti hava da təsir edə bilir. Çöldə temperatur +30 dərəcədən yuxarı olduqda, beyin aterosklerozu olanlar üçün təhlükə yaranır. Meteoroloji asılılığı olan insanlarda süstlük və yorğunluq əlamətləri ilə yanaşı insult ehtimalı da artır.

    İsti hava kök insanlara da pis təsir edir. Onlar çox tərlədiklərinə görə su itirir ki, bu da dehidrasiya riskinin artması deməkdir. Bu vəziyyətdə daha çox su içmək məsləhətdir. Yüksək qan təzyiqi olan insanlarda baş gicəllənməsi və halsızlıq olur. Ona görə də, hər cür hava şəraitində bu göstəriciyə nəzarət edilməlidir.

    Hava asılılığını “ləğv etmək” mümkündürmü? Çətin. Ancaq həkiminizin tövsiyələrinə riayət etməli, soyuq hava şəraitində isti yerdə olmalı və sağlam həyat tərzinə riayət edilməlidir. Pis vərdişlərdən imtina edilməli, mülayim aktivlik, balanslaşdırılmış qidalanma – bütün bunlar sizin əhvalınıza daha yaxşı təsir edə bilər.

  • Bunlar uşaqlarda D vitamini əskikliyi yarada bilər – Həkimdən valideynlərə pandemiya ilə bağlı TÖVSİYƏ

    Uşaqlar hazırda pandemiya ilə əlaqədar olaraq bağça və məktəbə gedə bilmirlər. Dərslər onlayn keçirilir. Uşaqlar günün çox hissəsini evdə keçirmək məcburiyyətində qalırlar. Məktəbdə, bağçada olan uşaqların bir-biri ilə sosial ortamı olurdu, həm fiziki, həm mənəvi olaraq dostları ilə oynayır, fikir bölüşür, yəni enerjilərini ata bilirdilər.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr-neonatoloq-reanimatoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Aygün Sadıxova bildirib.

    Həkim deyib ki, indi isə uşaqlar günün çox hissəsini kompüter qarşısında onlayn dərslər, ev tapşırıqları, uşaq oyunları ilə keçirirlər və enerjilərini ata bilmirlər. Bir sözlə, gün ərzində yığılan enerjini xərcləyə bilmirlər və nəticədə uşaqlarda az hərəkətlilik formalaşır: “Digər tərəfdən də evdə valideynlər pandemiya dövrüdür, uşaq yaxşı qidalansın, xəstələnməsin mövqeyindən çıxış edir və uşaqlarını həmişəkindən daha da artıq qidalandırmağa çalışaraq əlavə karbohidrat yükləyirlər.

    Uşaqlar isə özləri şirniyyat, fast-food yeməklərə daha çox üstünlük verirlər. Beləliklə bütün bunlar uşaqlarda kökəlmə-çəki artımı şəklində özünü göstərir.

    Eyni zamanda uşaqlar lazımi qədər havaya çıxarılmır, nəticədə ev şəraitində dar və az havalı otaqlarda qalma D vitamini əksikliyinə səbəb ola bilir. Bəzi valiyenlər “qış fəslidir, uşaq havaya normal çıxmır”, deyib özlərindən uşağında D vitamini əksikliyi olmaması üçün müəyyən D vitaminləri alıb verirlər. Amma D vitamininin təyini mütləq həkim tərəfindən olmalıdır. Bunun üçün D vitamini səviyyəsi qanda ölçülüb nəticəyə əsasən lazımi korreksiya (müalicə və ya profilaktika) aparılmalıdır.

    Valideynlərdən xahişimiz və gözləntimiz budur ki, müvəqqqəti pandemiya dövründə balalarımıza qarşı daha diqqətli olsunlar. Qidalanmada bol meyvə-tərəvəz, ət məhsulları, bol maye qəbuluna üstünlük versinlər. Hər gün balalarımızı açıq havaya insanlar az olan yerlərə – parklara aparsınlar və sağlamlıq durumunun kontrolu üçün mütəmadi həkim nəzarətində olsunlar. Balalarımız xəstələnməsin, sağlam böyüsün”.

  • Xəstəlikdən sonra iybilməni necə bərpa etmək olar?

    Koronavirusa yoluxub sağalanlarda bir sıra əlamətlər uzun müddət davam edir. Onlardan biri də dad və qoxu hissinin itməsi, xəstələrin real iyləri deyil, pis qoxu hiss etmələridir.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, virusdan sağalanların bir çoxu əslində normal olan iyləri, məsələn, balıq qoxusunun iyrənc olduğunu deyirlər. Həm də şirin qoxulardan bəhs edirlər. Professor Nirmal Kumara hesab edir ki, bu, əsasən SARS-CoV-2-nin neyrotrop bir virus olması ilə izah edilə bilər. Virus damaqdakı sinirlərə təsir edir, bu isə sinir sistemi üçün bir şokdur.

    Mütəxəssislər qoxu pozğunluğu olan insanlara bu halı aradan qaldırmaq üçün gündəlik məşq etmələrini tövsiyə edirlər. Məsələn, məşqlər qızılgül, mixək, limon kimi təbii iyləri və ya kofeni 20 saniyə ərzində qoxulamaqdan ibarət ola bilər. Bu, funksiyanın bərpasını sürətləndirəcəkdir.

  • Qaynanmış su içməyin bizə faydası varmı?

    İnsanların əksəriyyəti suyun kirli olduğunu düşünərək onu qaynadıb içir. Aşağıda yazılanları oxusanız qaynayan zaman suda nələr baş verdiyini öyrənmiş olarsınız. Əminəm ki, bundan sonra siz bir də qaynanmış su qəbul etməzsiniz.

    1. Su qaynadıqda onun tərkibində olan kalsium, maqnezium, karbonat və digər minerallar çaydanın divarlarına yapışir. Yəni suyun tərkibi mineralsızlaşır.
    2. Su qaynadıqda onun tərkibindəki oksigen buxarlanır. Bu səbədən də su ağırlaşır. Su nə qədər çox qaynayarsa, o qədər də ağır olur. (Sənayedə ağır suyu əldə etmək üçün onu uzun müddət qaynadırlar.) Ağır su isə hüceyrələr tərəfindən pis sorulur. Yəni qaynanmamış su hüceyrələri daha yaxşı qidalandırır.
    3. Davamlı olaraq qaynadılmış su içən adamların dərilərinin rəngi solğun, saçları cansız olur.
    4. Suya qatılan xlor qaynadıldıqda başqa birləşməyə çevrilir ki, bu da orqanizm üçün zərərli sayılır.
    5. Aparılan araşdırmalar çiy su içənlərin fiziki aktivliyinin qaynamış su içənlərin fiziki aktivliyindən yüksək olduğunu müəyyən etmişdir.
    Çiy su içməkdən çəkinənlərə mütəxəssislər müxtəlif su filtirlərindən istifadə etməyi məsləhət bilir.

  • Bir neçə gündən sonra Günəş gözümüzdə daha böyük görünəcək

    2 yanvarda Yerlə Günəş arasındakı məsafə il ərzində ən yaxın vəziyyətdə olacaq. Bu səbəbdən Günəş diskinin görünən diametri iyul ayına nisbətən təxminən 3 faiz daha böyük müşahidə ediləcək.

    TASS-ın məlumatına görə, bu barədə Moskva Planetariumundan bildirilib:

    “Yanvarın 2-də, şənbə günü Yer kürəsi Günəşə ən yaxın məsafədə olacaq və bu, 2021-ci ildə Günəşin ən böyük diskini müşahidə etməyimizə imkan verəcək. Onun görünən diametri maksimum olacaq, nəticədə səma cisminin diski 3 faiz daha böyük görünəcək”.

    Həmin gün Yer ilə Günəş arasındakı məsafə təxminən 147 milyon km olacaq.

  • İnsanlar daha çox hansı xəstəliklərdən ölür?- Ölümlərin 10 əsas SƏBƏBİ

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “2019 Qlobal Sağlamlıq Proqnozları” hesabatı açıqlanıb.

    Covid-19 pandemiyasından əvvəlki dövrü əhatə edən hesabata görə, ürək xəstəliyi son 20 ildə dünya miqyasında ölümün əsas səbəbi olaraq qalmaqda davam edir. 2020-ci ildə 1,5 milyondan çox insanın ölümünə səbəb olan yeni koronavirus növü (Covid-19) hesabata daxil edilməyib. ÜST tərəfindən gələn il dərc ediləcək hesabatda Covid-19-un dünyadakı ölümlərin ilk 10-luğu arasında olacağı gözlənilir.

    Hesabatda dünyada 10 əsas ölüm səbəbinin aşağıdakı xəstəliklər olduğu bildirilib:

    İşemik ürək xəstəlikləri

    İnsultlar

    Ağciyərlərin xroniki xəstəlikləri

    Aşağı tənəffüs yolu infeksiyaları

    Neonatal xəstəliklər və pozuntular

    Ağciyər, traxeya, bronx xərçəngi

    Alzheymer və demensiya növləri

    İshal

    Şəkərli diabet

    Böyrək xəstəlikləri

    Qeyd olunub ki, 2019-cu ildə ürək-damar xəstəliklərindən ölənlərin sayı 2000-ci ilə nisbətən 2 milyon çox olub. Hazırda dünyada ölüm səbəblərinin 16 faizini ürək xəstəlikləri təşkil edir. 2019-cu ildə dünya miqyasında 55.4 milyon ölüm qeydə alınıb.

    Qeyd olunduğu ki, alzheimer və demensiya da dünyadakı ölümlərin ilk 10 səbəbi arasındadır. Bu xəstəliklərdən ölümlər Amerika və Avropada 3-cü yerdədir. Alzheimer və demensiyadan ən çox qadınlar əziyyət çəkir. Dünyada bu xəstəliklərdən ölənlərin 65 faizi qadınlardır.

    Diabetdən ölümlər qlobal olaraq 70 faiz artıb. Kişilər arasında ölüm faizi 80-ə qalxıb.

    Sətəlcəm və digər aşağı tənəffüs yolu infeksiyaları ən ölümcül yoluxucu xəstəlik qrupunu təşkil edir bunlar dünyada dördüncü ölüm səbəbi olaraq seçilib. Yoluxucu xəstəliklər arasında birinci yeri aşağı tənəffüs yollarının infeksiyaları, ilk növbədə isə pnevmoniya tutur. Amma ÜST bildirir ki, bu xəstəliklərlə bağlı ölüm hallarının sayı azalıb.

    Test və müalicə metodlarının inkişafı nəticəsində HİV/QİÇS artıq ilk onluqda deyil, 19-cu yerdə qeyd olunub. Amma Afrikada ölüm səbəbi olaraq 4-cü yerdə qalır.

    Məruzədə xərçəng, şəkərli diabet, travmalar və ürək xəstəliklərinin dünyada ölümün ilk 10 səbəbindən 7-sini təşkil etdiyi qeyd olunub.

    ÜST-ün Baş Direktoru Tedros Adhanom Ghebreyesus deyib ki, yeni məlumatlar, proqnozlar, yoluxucu olmayan xəstəliklərin qarşısının alınması, diaqnozuna və müalicəsinə diqqət yetirilməsinin vacib olduğuna bir daha xatırladır.

    ÜST-ün iyun ayında verdiyi açıqlamada, Covid-19 epidemiyasının dünyada xərçəng, ürək-damar və diabet kimi illik ölümlərin 71 faizini təşkil edən qeyri-infeksion xəstəliklərin qarşısının alınması və müalicəsinə ciddi təsir göstərdiyi bildirildi.

    Hesabatda o da bildirilir ki, 20 il ərzində ömür uzunluğu altı il artıb. İnsanlar indi orta hesabla 73 il yaşayır. Amma ömür uzunluğu göstəriciləri müxtəlif bölgələrdə bir-birindən fərqlənir.

  • Elektrik lampalarının insan orqanizminə təsiri

    Nyu-York ştatının Stouni-Bruk universitetinin alimləri elektrik lampalarının insan orqanizminə təsiri barədə araşdırmalar aparmışlar. Araşdırmaların nəticələri elektrik lampasının insan sağlamlığına zərərli olduğu qənaətinə gəlmişdir.

    Araşdırmaları aparan mütəxəssislər lampaların insan dərisinə təsirini araşdırmışlar. Alimlər araşdırmalarını 2 lampa üzərində aparmışlar.

    – elektikə qənaət edəm lampalar üzərində
    – adi lampalar üzərində.

    Araşdırmaları aparmaq üçün onlar hər iki lampanın işığının canlı toxumaya necə təsir etdiyini öyrənmişlər. Qeyd etmək lazımdır ki, eksprementdə canlı insanlar iştirak etməmişdir.

    Eksperimentin nəticələri işığa qənaət edən lampanın ultrabənövşəyi şüalanmasının dəri toxumasına zərərli olduğu meydana çıxmışdır. Araşdırmalar qənaətcil lampaların insan orqanizmi üçün təhlükəli olduğunu təsdiqləmişdir. Araşdırma zamanı adi lampanın dəri toxuması üçün heç bir təhlükə yaratmadığını təsdiqləmişdir.

    Alimlər onu da qeyd etmişlər ki, elektrik enerjisinə qənaət edən lampalar dəridə xərçəng xəstəliyi əmələ gəlməsinə səbəb ola bilər. Stouni-Bruk universitetinin dermatoloqu Marsiya Saymon hətta bu haqda öz məqalələrində də qeyd etmişdir. O, qeydlərində elektrikə qənaət edən lampanın dəriyə təsiri nə qədər çox olarsa, zərərin də bir o qədər çox olduğunu söyləyir.

  • Ət, toyuq və balıq məhsullarını necə saxlamaq lazımdır?

    Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır.

    Budəfəki maarifləndirici mövzu isə ət, toyuq və balıq məhsullarının düzgün saxlanma qaydaları haqqındadır.

    Qida rasionumuzda ət və digər ət növləri xüsusi yer tutur. Bu məhsulların tərkibi insan orqanizminin böyüməsi, inkişafı və normal həyat fəaliyyəti üçün lazım olan bütün maddələrlə zəngindir. Yüksək qidalılıq dəyərinə baxmayaraq, ət, toyuq və balıq məhsulları düzgün saxlanmadıqda müxtəlif mikroorqanizmlər, o cümlədən patogenlərin inkişafı üçün əlverişli mühit yaranır.

    Həmçinin kəsim zamanı gigiyenik qaydalara riayət edilməməsi səbəbindən ət məhsullarında müxtəlif mikroorqanizmlərlə (Salmonella, Eşerixiyakoli, Kampilobakteriya, Listeria, Stafilokokk, Streptokokk, Clostridium, Şigella və s.) çirklənmə baş verə bilər. İnsanlar arasında tez-tez rast gəlinən qida mənşəli zəhərlənmələrin (qida toksikoinfeksiyaların) əsas səbəbi məhz bu kimi mikroorqanizmlərlə sirayətlənmiş ət məhsullarının istehlakıdır. Bu baxımdan ət, toyuq və balıq məhsullarının səbəb ola biləcəyi təhlükələrin profilaktikası məqsədilə istehlakçılar diqqətli olmalıdırlar. Təzə və qidaya yararlı ət, toyuq və balıq məhsulları bir sıra xüsusiyyətlərlə xarakterizə olunur. Bu məhsulları sanitar-gigiyenik normalara cavab verən satış obyektlərindən əldə etmək tövsiyə olunur.

    Ət, toyuq və balıq məhsullarının düzgün saxlanması şərtdir. Saxlanma qabiliyyətinə görə ət, toyuq və balıq tez xarab olan məhsullar sayılır. Bu məhsulların soyuducuda saxlanmasının düzgün təşkili itkilərin azaldılması, keyfiyyətin və təhlükəsizliyinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Ət məhsullarının saxlanmasında bir sıra xarici mühit amilləri də mikroorqanizmlərin inkişafına, keyfiyyət dəyişikliyinə, qidalılıq dəyərinin aşağı düşməsinə səbəb olur.

    Belə ki, mikroorqanizmlərin dəridəki kəsik və zədələr vasitəsilə insana yoluxması ehtimalının yüksək olduğunu nəzərə alaraq, ət məhsulları doğranan zaman əllərin zədələnməməsi üçün maksimum ehtiyatlı olmaq lazımdır. Ət, toyuq və balığın doğranmasında istifadə edilən kəsici alətlər və taxtalar mükəmməl yuyulub təmizlənməlidir. Doğranma başa çatdıqdan sonra alətlər mütləq təkrar təmizlənməli, yuyulmalı və dezinfeksiya olunmalıdır.

    Bundan başqa, ət və digər ət növləri soyuducuda saxlanarkən “mal qonşuluğu” prinsipinə əməl olunmalıdır. Ət, toyuq, balıq kimi məhsullar digər çiy qidalarla eyni yerdə saxlanmamalıdır. Belə hal çarpaz çirklənmənin (bu məhsullardakı mikroorqanizmlərin digər qidalara nüfuz etməsi) baş verməsinə səbəb ola bilər.

    Ət, toyuq, balıq kimi məhsulların saxlanmasında ən vacib şərtlərdən biri temperatur rejiminə əməl etməkdir. Uyğun temperaturun tətbiqi məhsulların saхlanması zamanı gedən bütün proseslərin intensivliyinə təsir göstərir. Belə ki, temperaturun artması ilə suyun buхarlanması, fermentlərin, mikroorqanizmlərin və zərərvericilərin fəallığı güclənir. Təhlükəsiz dondurma və soyutma birbaşa temperaturdan asılıdır. Dondurucunun temperaturu -18 °C olaraq tənzimləndikdə bu məhsulların uzun müddət keyfiyyətli saxlanılması mümkündür. Soyuducuda isə ət məhsullarını 2 °C temperaturda saxlamaq tövsiyə olunur.

    Bu məhsulların saxlanmasının düzgün təşkilində qablaşdırma materiallarının da rolu böyükdür. Belə ki, ət məhsullarını təkistifadəlik hissələrə bölərək, qida ilə təmasda uyğun qablaşmada dondurucuda saxlamaq lazımdır. Əti keyfiyyətli saxlamaq üçün polad və ya şüşə tərkibli qablardan istifadə olunmalıdır. Həmçinin ət və toyuq məhsullarının bir-birinə təmas etməyəcək şəkildə saxlanmasına da diqqət etmək lazımdır. Qeyd edək ki, toyuq məhsulları, saxlamaq üçün az davamlıdır və mal ətinə nisbətən mikroblarla yüksək yoluxmaq xüsusiyyətinə malikdir.

    Toyuq məhsullarını donduraraq mühafizə etmək bu qidanın yararlılıq müddətini uzatmaq üçün istifadə olunan vacib metodlardan biridir. Mikroorqanizmlər üçün lazım olan su donduqda onların fəaliyyəti də məhdudlaşır. Donaçma mərhələsində isə mikroorqanizmlər üçün su yarandıqca onların məhsuldakı fəaliyyəti tədricən bərpa olunur və çoxalmağa başlayır ki, bu da qida zəhərlənməsi riski yaradır. Bu baxımdan toyuq məhsulları təkrar-təkrar dondurularaq istifadə edilməməlidir. Həmçinin donu soyuducu şəraitində açmaqla məhsullar ən qısa zamanda realizasiya olunmalıdır.

    Balıq da tez xarab olan məhsullar qrupuna aiddir. Soyudulmuş və dondurulmuş məhsulu uzun müddət təhlükəsiz saxlamaq mümkündür. Soyudulmuş balıqlar +5 C-dən -1 C-dək 95-98 % nisbi rütubətdə zəif hava cərəyanı şəraitində saхlanmalıdır. Dondurulmuş balıqları -18 C-də 85-90 % nisbi rütubətdə saхlamaq məsləhət görülür.

    Qeyd edək ki, balıq məhsullarını əvvəlcə təmizləyib, yuyub və suyu tam süzüldükdən sonra dondurub saxlamaq lazımdır. Xüsusən də balıq məhsullarını 1-2 saat soyuducuda saxlayıb, daha sonra dondurmaq məsləhət görülür. Balığın dondurulması mikrobioloji proseslərin qarşısını almaq üçün vacibdir.

    Bundan başqa, balıqları dondurmazdan əvvəl az miqdarda duzlanması onun təzəliyinin qorunub saxlanmasına kömək edir. Balıq məhsullarının bir dəfədən artıq dondurulması onun keyfiyyətinə mənfi təsir göstərir. Balıq tez dondurulub, tədricən donu açıldıqda yüksək keyfiyyətli qida əldə edilir.

    Qablaşdırılmış ət, toyuq və balıq alarkən qablaşdırmanın tam olması şərtdir. İstehlakçılar məhsulun etiketi üzərindəki istifadə tarixi, yararlılıq müddəti, saxlanma şəraiti və temperaturu, eləcə də digər zəruri məlumatlarla tanış olmalıdırlar.

    Unutmayaq ki, ət, toyuq və balıq məhsulları uyğun şəraitdə və temperaturda saxlanmaqla yanaşı, düzgün emal edilməli, tam bişirilməlidir ki, insan sağlamlığına zərər vurmasın.