Category: Maraqlı

  • Bu smatfonlar əlinizdə qəfildən partlaya bilər!

    Batareyası qeyri-stabil işləyən hər hansı bir smartfonun hər an əldə partlaya biləcəyi çoxdan sirr deyildi. Mütəxəssislər belə halların statistikasını da təhlil edərək bu göstəricidə ən təhlükəli hesab edilə bilən smartfonlar açıqladılar.

    Median.Az techland.az-a istinadən bildirir ki, partlayış sayında liderlər Cənubi Koreyanın Samsung markasından olan cihazlardır. Mütəxəssislərin fikrincə, partlayışa təkcə şok yükləmə və ya su ilə təmas deyil, həm də smartfonun çox yüklənməsi də səbəb ola bilər. Bu cür problemlərin ehtimalını aradan qaldırmaq üçün cihazın batareyasına mənfi təsirlərin qarşısını almaq üçün tədbirlər görmək yaxşıdır.

    “Samsung’un ağıllı telefonları digərlərindən daha tez-tez partlayır. Amerikanın Apple şirkətinin cihazlarının partlaması halları da məlumdur və bu yalnız smartfonlara deyil, planşetlərə də aiddir “deyə mütəxəssislər vurğulayır.

    Cihazın partlamaması üçün istifadəçilərə bir neçə qaydaya əməl etmələri tövsiyə olunur. Birincisi, cihazı əyməməli və çox qızmasına icazə verməməlisiniz. Bundan əlavə, xüsusiyyətləri müəyyən bir cihaz modeli üçün olduqca uyğun olmayan bir şarj cihazı istifadə etməkdən imtina etmək yaxşıdır. Nəhayət, cihazınızdakı batareya şişmişsə, onu ən qısa müddətdə dəyişdirməlisiniz.

  • Feysbukda bloklanmadan necə xilas ola bilərik? – MÜTƏXƏSSİS

    “Facebook sosial şəbəkəsində bloklama və qadağan edilmiş şəkillər üzrə axtarış avtomatik həyata keçirilmir, bu və ya digər kontentin məqbul olması barədə qərar insanlar – istifadəçilərin şikayətlərini araşdıran Facebook ekspertləri tərəfindən verilir. Facebookdan istifadə qaydaları bütün mümkün mübahisəli halları əhatə etməyindən şikayətlərin sayı çox olduqda hər hansı yazının silinməsi ilə bağlı qərar 10 saniyə ərzində qəbul edilməli olur”.

    Median.Az ted.az-a istinadən son vaxtlar hesab və səhifələrə qarşı ard-arda sanksiyaları nəzərə alaraq, Feysbuk tərəfindən müəyyən edilmiş davranış qaydalarını təqdim edir:

    Əqli mülkiyyət hüquqlarını və konfidensiallığı pozan mətnləri, foto və vodeoları paylaşmayın;

    · Siyasi məsələlərlə bağlı postları reklam kimi yerləşdirməyin;

    · Rəylərinizi “flood” etməyin və təkrarlamayın;

    · İP-ünvanların tez-tez dəyişməməsi üçün VPN bağlantısına təkrar-təkrar qoşulmayın;

    · Rəylərinizdə aqressiyadan, həddən artıq emosiyalardan (“hate speech”) çəkinin;

    · Ölüm görüntülərini, nifrət, qorxutma və qəddarlıq materiallarını paylaşmayın;

    · Terror təşkilatlarına dəstək, zorakılığın təşviqi, şiddət çağırışları, nifrətin təhriki qadağandır;

    · Sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, dini və siyasi baxışları, rəngi, cinsi, dili, fəaliyyətinin növü, əlilliyi, xəstəliyi və digər hallarla bağlı təhqirlər yerləşdirməyin;

    · Silah istehsalı və ondan istifadə üzrə təlimatların nəşri qadağandır;

    · Replikaların və saxta məlumatların reklamı qadağandır (Spam və arzuolunmaz reklam böyük cərimələrə səbəb ola bilər);

    · İntihar, özünü yaralamaq, insanlara və heyvanlara qarşı zorakılıq səhnələri, başqasının əziyyətindən zövq almaqla bağlı şərhlərin yayımlanması qadağandır;

    · Başqlarının fərdi məlumatlarını paylaşmaq olmaz;

    · “D hesabların məzmununu dərc etmək, özünü başqa insan və təşkilat kimi qələmə vermək məqsədilə saxta hesablar yaratmaq və istifadə etmək qadağandır;

    · Məhsul və xidmətlərin reklamı üçün biznes səhifələrindən istifadə edin.

  • Yod kletkası çəkmənin orqanizmə faydası varmı?

    İnsan orqanizmində bir çox xəstəliklər zamanı biz xəstə nahiyəmizə yod kletkası çəkirik. İndi hər bir evin dərman qutusunda yod məhlulu var və demək olar ki, hamı yod kletkasından lazım olan vaxt istifadə edir.

    Yod kletkası xəstəliklərin müalicəsində effektli sayılmır, amma ondan xalq arasında geniş istifadə edilir. Belə ki, yod kletkası müəyyən yüngül patoloji əlamətləri aradan qaldırmaqla xəstənin vəziyyətini yüngülləşdirir.
    Yod kletkasından soyuqdəmə və osteoxondroz ağrıları zamanı daha çox istifadə edilir və faydalı olur. Bəs bunun səbəbi nədir?
    Dəriyə yod çəkildiyi zaman dərialtı kapillyarlarda genişlənmələr baş verir ki, bu da həmin nahiyəyə qanın axınını sürətləndirir və ağrı hissi azalır. Dəridə kiçik iltihabi nahiyələrə yod sürtülən zaman iltihaba uğramış toxumalara da qanın axını sürətlənir və iltihab əlamətləri aradan qalxır. Amma yadda saxlamaq lazımdlr ki, yüksək temperatura olduqda dəriyə yod kletkası çəkmək olmaz.
    Mütəxəssislər ehtiyacı olan adamın dərisinə birbaşa yod sürtməyi məsləhət bilmir. Çünki yoda qarşı allergiyası olan adamların dərisində müxtəlif patoloji əlamətlər meydana çıxa bilər. Bunun baş verməməsi üçün əvvəlcə dərinin kiçik bir hissəsinə yod sürtüb 10-15 dəqiqə gözləmək lazımdır. Əgər dəridə qızartı izi yoxdursa, o zaman ehtiyacı olan adamın dərisinə yod sürtmək olar.
    Yod kletkasından ən çox aşağıdakı xəstəliklərdə istifadə edilir:
    * radikulit
    * osteoxondroz
    * varikoz genəlmə
    * tromboflebit
    * astma, angina, bronxit
    * mialgiya, nevralgiya
    * gərilmələr, travmalar, qanaxmalar
    * frunkul, karbonkul və abseslər
    * mastit
    * qalxanabənzər vəzi xəstəlikləri.
    Yod kletkası çəkmək üçün 5%-li yod məhlulundan istifadə edilir. Bu zaman məhlul pambıq tampona batırılır və 1×1 sm ölçüdə kvadratlar şəklində ağrıyan nahiyəyə çəkilir.

  • Raket mühəndisliyini öyrənmək istəyən 12 yaşlı abituriyent bilikləri ilə heyran qoydu – VİDEO

    ABŞ-ın Corciya ştatının Texniki İnstitutuna girmək niyyətini açıqlayan 12 yaşlı Kaleb Andersen bilikləri ilə qəbul komissiyasını heyran edib.

    Bu barədə “Daily Mail” xəbər yayıb.

    Andersenin həyat hekayəsi heyrətamizdir: Üç yaşında o, MENSA təşkilatına qəbul olub (Bura IQ-sü Yer sakinlərinin 98 faizindən yüksək olan insanları birləşdirir). 11 yaşında isə o, artıq orta məktəbi bitirib.

    “Əslində mən üstün zəkalı deyiləm, sadəcə yeni informasiyanı daha sürətli qəbul edir və yadda saxlayıram”, – deyə balaca vunderkind öz sirrini bölüşüb.

    Məlumata görə, uşaq raket mühəndisliyini öyrənmək, təcrübəni isə İlon Maskın yanında keçmək istəyir.

    Kalebin valideynləri onun ambisiyalarına şaddırlar və onlara ancaq uşaqda insani keyfiyyətləri tərbiyələndirmək qaldığını bildiriblər.

  • İki dəqiqəlik fizki aktivlik nəyə səbəb olur?

    İki dəqiqə davam edən aerobik məşq vacib bir tapşırıq zamanı insanın səmərəliliyini iki saat artırır.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, alimlər idmanın konsentrasiyanı, qısamüddətli yaddaşı və öyrənmə bacarığını yaxşılaşdırdığını təyin ediblər. Jönköping Universitetindən olan isveçli alimlər bununla bağlı 13 tədqiqatın meta-analizini aparıblar və qısamüddətli idman təlim sessiyalarının vacib fəaliyyətlər zamanı insanın zehni qabiliyyətini artırdığı qənaətinə gəliblər.
    Orta və sürətli gəzinti, velosiped sürmə və qaçış beyin fəaliyyəti üçün faydalı sayılır. Tədqiqat müəllifləri burada fiziki fəaliyyət növünün o qədər də əhəmiyyətli olmadığını, amma əsasən aerobik olduğunu vurğulayıblar.

    Bu vəziyyətdə, məşqdən sonra istirahət təşkil etmək vacib sayılır. Beləliklə, ən təsirli yanaşmanın hər iki saatdan bir 2 dəqiqəlik fiziki aktivlik olduğu vurğulanır.

  • Professor: “Soyuqlar başlayanda bütün respirator infeksiyaların aktivləşməsi gözləniləndir” – XƏBƏRDARLIQ!

    “Payız və qış aylarında artıq soyuqlar başlayır və bu zaman bütün respirator infeksiyaların, o cümlədən COVID-19 virusunun aktivləşməsi gözləniləndir”.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov bildirib. Onun sözlərinə görə, qadağaların aradan qaldırılması, məktəblərin açılması təmasların sayını artırır: “Hələ ki, yoluxma böyük sürətlə artmır. Qorunma tədbirlərinə ciddi əməl olunması yoluxma sayını nəzarətdə saxlaya bilər. Camaatda da arxayınlaşmanın müəyyən qədər rolu var, koronavirusun ikinci plana keçirildiyi hiss olunurdu. Dəfələrlə qeyd etmişik ki, arxayınlaşmaq olmaz”.

    A. Qurbanov bildirib ki, insanlar gigiyena qaydalarına ciddi əməl etməlidirlər: “Hazırda Avropa ölkələri və bütün dünya ölkələrində koronavirus daha çox narahatedici məsələyə çevrilib. Bəzi ölkələrdə qadağa çağırışları səslənir. Yoluxma sayları bütün dünyada artır”.

    Mütəxəssis qeyd edib ki, Azərbaycanda qadağalar ləğv olunsa da, bəzi qaydalar hələ də qüvvədədir: “Amma insanlar sanki hazırda karantin rejiminin qüvvədə olduğunu, bəzi qaydaların olduğunu unudurlar. Artıq insanlar arxayınlaşdılar, eyni zamanda təmaslar artdı. Nəticədə yoluxma sayları da artdı”.

    Onun sözlərinə görə, bugünkü yoluxma sayı son dərəcə narahatedici hal deyil, amma daha çox artım olarsa, bu bizi narahat edə bilər: “Buna görə də insanlar lazımsız təmaslardan qaçmalı, imkan daxilində distant işləməli, sosial məsafəni qorumalıdır. İctimai nəqliyyatda, metroda, marketlərdə, təmas olan istənilən yerdə maskadan mütləq istifadə olunmalıdır. Artım daha da çox olarsa, səhiyyə sistemi yenidən yüklənə bilər. Ağır xəstələrin sayı çoxala bilər, arzuolunmaz hallar da artar. Bu vaxtları biz yaşamışıq, amma indi hamımız birlikdə çalışmalıyıq ki, həmin dövlər daha qayıtmasın. İnsanlar çox diqqətli olmalıdır”.

  • Ermənilərin növbəti saxtakarlığı ifşa olundu – FOTO

    Ermənistan tərəfindən guya Azərbaycan postunun ələ keçirməsi barədə video yayımlanıb.

    Amma “Fact Chek Karabakh” səhifəsi yayımlanan videonun növbəti bir erməni yalan olduğunu isbat edib.

    Bildirilib ki, ərazi Azərbaycana aid deyil, video səhrada çəkilib. Erməni tərəfi bunu ələ keçirilmiş post kimi təqdim edir, amma görüntülərdə post deyil, bazadır. Ermənilər bazanı ələ keçirmiş olsaydılar, bunu Azərbaycan tərəfi gizlədə bilməzdi, çünki hərbi bazalar cəbhənin dərinliklərində olur, ön xətdə yerləşmir.

    Məlumatda qeyd edilib ki, videodakı BM-21 “Qrad” sistemi yük maşını üçün karkasdan istifadə edilib. Bu taktikadan pilotsuz uçan aparatlar tərəfindən vurulmamaq üçün Liviyada istifadə edilir. Birinci bənddəki səhra şəraiti ilə bağlı qeydi nəzərə alsaq, kadrların Liviyada çəkildiyi bir daha təsdiqlənmiş olur.

    Hazırda keçirilən döyüş əməliyyatlarında pilotsuz uçan aparatları yalnız Azərbaycan tərəfi kütləvi tətbiq edir. Elə olan halda Azərbaycan ordusunun öz “Qrad”larını pilotsuz uçan aparatlardan gizlətməsi üçün xüsusi karkasdan istifadə etməsinə ehtiyac duyulmur.

  • Quş əti diyetik və faydalıdır

    Morfoloji quruluşuna görə əzələ, yağ və birləşdirici toxumalardan təşkil olunmuş müxtəlif növ quşların (toyuq, hinduşka, qaz, ördək, ov quşları və b.) ətinin tərkibi onların növündən, cinsindən, cinsiyyətindən, yaşından, köklüyündən, yetişdirilmə şəraitindən və digər amillərdən asılı olaraq dəyişir. Biokimyəvi tərkibinə görə quş əti zülallar, yağlar, karbohidratlar, ekstraktiv və mineral maddələr, vitaminlər, fermentlər və həmçinin digər bioloji aktiv maddələrlə zəngindir.

    Zülalların (proteinlər) miqdarı qaz ətində 15 %, ördək ətində 17 %, toyuq ətində 20-22 %, hinduşka ətində 24 %, ov quşlarının ətində 22-25 % olduqda tam dəyərli sayılır. Belə ki, sadə proteinlərin (miogen, mioalbumin, mioqlobin və b.) tərkibində əksər aminturşularına, o cümlədən orqanizm üçün əvəzolunmaz aminturşularına (92 %-ə qədər) rast gəlinir. Tərkibində triptofanın çox olması səbəbindən quş ətinin istehlakı zamanı orqanizmdə serotonin hormonunun (“sevinc hormonu”) miqdarı artır. Beyin hüceyrələrində sintez olunan serotonin əhval-ruhiyyəni yüksəldir, stressi aradan qaldırır və orqanizmdə rahatlıq hissi yaradır. Qlutamin turşusunun çox olması isə quş ətinə spesifik dad və qoxu verir. Həmçinin quş ətinin bioloji dəyərliliyi triptofan/oksiprolin və zülal/yağ nisbəti ilə qiymətləndirilir ki, keyfiyyətli quş əti üçün bu rəqəmlər müvafiq olaraq 5-7 və 2-3 arasında dəyişir. Mal ətinə nisbətən quş ətində lizinin miqdarı 3 dəfəyə qədər üstünlük təşkil edir. Quş ətinin tərkibində azdəyərli hesab olunan birləşdirici toxuma zülallarının (elastin, kollagen və s.) miqdarı 1,5 %-ə çatır.

    Yağların (lipidlərin) miqdarı broyler toyuğunun ətində 12 %, qaz ətində 38 %, ördək ətində 39 %-ə qədər təşkil edir. Onların da çox hissəsi dəri və dərialtı toxumada, həmçinin daxili orqanların ətrafında toplanır. Ov quşlarının ətində isə yağların miqdarı az (1-3 %) olur. Əzələ toxumasında yağların əzələ lifləri arasında bərabər şəkildə paylanması quş ətinin yumşaq konsistensiyalı, dadlı və aromatlı olmasını təmin edir. Bu səbəbdən də mal ətindən fərqli olaraq quş əti “mərmər” görünüşə malik deyil. Quş ətində olan yağlar 41 %-ə qədər triqliserollar (neytral yağlar) və 38 %-ə qədər lipoidlərdən (fosfolipidlər, sterollar və s.) ibarətdir. Tərkibində 69-73 %-ə qədər doymamış ali yağ turşuları vardır. 18-22 növ ali yağ turşusuna malik quş ətinin yağları əvəzolunmaz polidoymamış turşularla (olein, linol, linolen, araxidon və b.) zəngin olduğundan aşağı temperaturda (23-35o C ) əriyir. Odur ki, həmin yağların 80-98 %-i insan orqanizmi tərəfindən mənimsənilir. Bu yağların tərkibində doymuş turşulardan palmitin və stearin turşuları isə üstünlük təşkil edir.

    Quş ətində mineral maddələrin miqdarı 0,5-1,2 % təşkil edir. Tərkibi Na, K, Ca, Mg, P, Fe, Cu, Zn, Se, J, S, Mn, o cümlədən digər makro və mikroelementlərdən ibarətdir.
    Azotlu və azotsuz ekstraktiv maddələrin (karnitin, karnozin, kreatin, kreatinin, qlikogen, süd turşusu, sərbəst aminturşuları, adenozinfosfatlar və b.) miqdarına görə quş əti mal ətini üstələyir. Onların da çox hissəsi döş ətində toplanır. Bildiyimiz kimi, bu maddələr fermentlərin təsiri ilə ətin “yetişməsi” prosesini (avtoliz) tənzimləyir. Quş ətində digər heyvan ətlərindən fərqli olaraq purin əsaslarının miqdarı az olur. Tərkibindəki qida maddələrinin, xüsusilə yağ və zülalların miqdarından asılı olaraq quş ətinin enerji dəyəri dəyişkən olur (100 qr-da 120-350 kkal).

    Quş əti insan orqanizmi üçün vitamin kompleksi mənbəyidir. Tərkibi A, D, E və B qrupu vitaminləri (B1, B2, B3, B4, B5, B6, B9), həmçinin biotinlə (vitamin H) zəngindir.
    Broyler toyuqlarının inkişafının 8-10 həftəlik dövründə əzələ toxumasında zülalların, daha sonra isə digər maddələrin, xüsusilə də yağların toplanması prosesi gedir. Odur ki, quşçuluq təsərrüfatlarında broyler toyuqlarının optimal yetişdirilmə dövrü 35-45 gün ərzində başa çatdırılmaqla, istehsal olunan quş əti məhsulu biokimyəvi xüsusiyyətlərinə görə keyfiyyətli və diyetik hesab olunur. Quş ətinin tərkibində karbohidratlar əsasən “əzələ şəkəri” adlanan qlikogen şəklində təmsil olunur ki, bu da onun diabet xəstələri tərəfindən təhlükəsiz istehlakı üçün zəmin yaradır.

    Quş ətinin rəngi tərkibindəki zülal-yağ nisbətindən asılı olaraq ağ-çəhrayı, sarımtıl və ya tünd qırmızı çalarlı ola bilər. Müxtəlif nahiyələrdə ətin rəngi fərqli olur. Məsələn, toyuq və hinduşkalarda döş əti ağ-çəhrayı rəngdə, qanad və bud əti isə nisbətən tünd çəhrayı və ya tünd qırmızı çalarlı olur. Quş ətinin açıq rəngdə olması onun tərkibində zülal və ekstraktiv maddələrin çox, yağların isə az olmasının göstəricisidir.

    Ov quşlarının əti qırmızı-qəhvəyi çalarlı, həmçinin balıq və ya qətran qoxulu olur. Yağların miqdarı ov quşlarının ətində az olsa da, zülalların miqdarı çoxluq təşkil edir (22-25 %).
    Quş ətinin tərkibindəki birləşdirici toxuma zərif əzələ liflərindən təşkil olunduğuna görə insan orqanizmi tərəfindən asan (80 % -ə qədər) həzm olunur. Qeyd edək ki, yaşlı quşların əzələ toxuması cavanlara, ov quşlarının əzələ toxuması isə ev quşlarına nisbətən sərt olur.

    Quş əti qida maddələri ilə zəngin olduğundan mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit hesab edilir. Xüsusilə də sanitar-gigiyenik tələblərə uyğun olmayan şəraitdə saxlandıqda patogen mikroorqanizmlər, o cümlədən bakteriya və viruslar intensiv inkişaf edir. Bu da insan sağlamlığı üçün təhlükəli infeksiya və toksikozların baş verməsinə səbəb olur. Qeyd edək ki, təzə kəsilmiş quş cəmdəyinin dərisinin rəngi ağ-sarımtıl, səthi quru, konsistensiyası elastiki, qoxusu növündən asılı olaraq spesifik olur. Təzə kəsilmiş quş cəmdəyi soyuducuda 0-4o C temperaturda 72 saat, -18o C temperaturda isə 8-10 ay müddətində saxlanıla bilər.

    Quş ətinin orqanizm üçün faydası kifayət qədərdir:
    diyetikdir (ördək və qaz əti istisna olmaqla);
    tərkibi asan mənimsənilən qida maddələri və bioloji aktiv maddələrlə (əvəzolunmaz aminturşuları, essensial yağ turşuları və s.) zəngindir;
    tərkibində triptofan çox olduğundan istehlakı zamanı orqanizmə rahatlıq verir;
    doymamış yağ turşuları ilə (olein, linol, araxidon və s.) zəngin olduğundan orqanizmdən zərərli xolesterolu kənarlaşdırmaqla, atereskleroz və hipertoniyanın qarşısını alır;
    mədə-bağırsaq xəstəliklərinin müalicəsində dərman vasitələri qədər faydalıdır;
    tərkibində asan mənimsənilən dəmirin çox olması qanazlığı və qan dövranı pozğunluqlarının bərpası proseslərini sürətləndirir;
    diabet xəstələrində maddələr mübadiləsinə tənzimləyici təsir göstərir;
    immun sistemini möhkəmləndirir;
    soyuqdəymə və respirator xəstəliklərin müalicəsində istifadə olunur.

    Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, R. Səfərova, K. Əliyeva, R. Kəngərli, F. Əlizadə tərəfindən hazırlanıb.

  • Alimlərdən İNQİLABİ KƏŞF

    Rusiyada universal təbii antibiotik tapılıb.

    Median.Az xəbər verir ki, kəşfi Tümen Dövlət Universitetinin elm adamları edib.

    Təbii antibiotikin patogenlərin dərmanlara qarşı müqavimətini aradan qaldırdığı bildirilir.

    Tapıntı inqilabi səviyyədə ixtira hesab olunur.

    Araşdırma məqaləsi “Applied Biochemistry and Microbiology” dərgisində yayımlanıb. Dərginin yazarları tapılan maddənin bakteriya və göbələklərin insan və heyvanlarda yol açdığı infeksion xəstəliklərin bir çoxu ilə effektiv şəkildə mübarizə aparılmasına töhfə verəcəyini bildirir.//publika.az

  • Tənhalığı insan nitqindən anlamaq mümkündür

    İnsanın danışığından yalnızlıq dərəcəsini qiymətləndirə bilən süni intellekt hazırlanıb.

    “Report” “Medical Xpress”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Kaliforniya Universiteti psixiatrları və IBM-in (Beynəlxalq Biznes Maşınları) əməkdaşları birgə hazırlayıblar.

    Tədqiqatçıların süni intellektlə məşğul olmasına səbəb sərt karantin zamanı bir çox insanların, xüsusilə yaşlıların daha kəskin şəkildə tənhalığı hiss etməsi olub. Elə məhz buna görə süni intellekt onların üzərində sınaqdan keçirilib. Təcrübə zamanı alimlər 66 ilə 94 yaş arası 80 könüllünün hər biri ilə bir saat yarım müsahibə aparıblar. Təcrübə zamanı könüllülərin qeydə alınmış replikaları araşdırıb, nitqi incələyən süni intellekt vasitəsilə işləyiblər.

    Məlum olub ki, süni intellekt tənhalıq səviyyəsini 94 % təyin edə bilib. Alqoritmlər bir qanunauyğunluğu da ortaya çıxarıblar: insan özünü nə qədər yalnız hiss edirsə, bir o qədər də birbaşa tənhalıqla bağlı suallara uzun cavab verib. Eyni zamanda qadın kişilərdən daha çox özlərini tənha hiss etdiklərini etiraf ediblər. Kişilər isə cavablarında əksərən “qorxulu və şən” ifadələri işlədiblər.

    Alimlər süni intellekt üzərində daha da işləməyi planlaşdırırlar. Bəlkə, onda onu ahılların müayinəsi zamanı tətbiq etmək mümkün olacaq.