Category: Maraqlı

  • Yeməkdən sonra ürək bulanma və qusma niyə olur? – SƏBƏBLƏRİ

    Ürək bulanmasının bir çox səbəbi ola bilər.

    Median.Az xəbər verir ki, bu zaman iştah itir, mədədə narahatlıq yaranır. Həmçinin bir çox xəstəliyə bağlı olaraq, psixologiyadan da asılıdır. Dərman zəhərlənməsi, mədə xorası, qida dözümsüzlüyü, appendisit kimi əlamətləri olsa da, müxtəlif bitki çaylar və digər üsullarla evdə müalicə edilə bilər. Əgər irəliləyən zamanlarda ürək bulantısı artarsa və uzun müddət davam edərsə, mütləq həkimə getmək lazımdır.

    Bəs ürək bulantısının səbəbləri nələrdir? Yemək yedikdən sonra qusma və ya ürək bulanma niyə olur?

    Bir çox insanlarda rastlanan ürək bulanmanın nə zaman olacağı bilinmir. Uşaqlardan böyüyə hər kəsdə rastlanan bu hal insanı həm fiziki, həm də psixoloji olaraq narahat edir. Tərləmə, çox tüpürmək, ürəyin yavaşlaması, təzyiqin düşməsi kimi vəziyyətlər də ürək bulantısının göstəricisidir. Kimiləri yeməkdən əvvəl, kimiləri isə yeməkdən sonra bundan şikayət edirlər.

    ÜRƏK BULANTISININ SƏBƏBİ NƏLƏRDİR?

    Qida zəhərlənməsi
    Nəqliyyat vasitəsi
    Hamiləlik
    Miqren
    Baş fırlanması
    Qulaq batması
    Beyin şişi
    Təzyiq və şəkər düşməsi
    Mədə və bağırsaq infeksiyaları
    Qastrit
    Alkoqol və dərman istifadəsi
    Stress
    Seliakiya xəstəliyi

    Ürək bulanmasının səbəbləri müxtəlifdir. Bu qusma hissi ilə birlikdə insanı daha çox narahat edər.

    ÜRƏK BULANMASINA NƏ FAYDALIDIR?

    Təmiz hava, dərindən nəfəs almaq
    Açıq havada gəzinti
    Dincəlmək
    Bitki çayları
    İçkilərin yavaş içilməsi
    Yağlı və ağır qidalardan uzaq durmaq

    ÜRƏK BULANMASI ZAMANI NƏ ZAMAN HƏKİMƏ GEDİLMƏLİDİR?

    Sinə ağrısı
    İshal
    Bulanıq görmə
    Zehni qarışıqlıq
    Pis qoxular almaq
    Sürətli nəfəs alma, döyüntü
    Özündəngetmə
    Qarın ağrısı
    Soyuq və nəmli dəri

    BAŞ AĞRISI ÜRƏK BULANMASINA SƏBƏB OLA BİLƏRMİ?

    Baş ağrısı tək bir səbəb olaraq ürək bulantısına səbəb olmaz. Bir çox zaman bulantı və qusmanı da özü ilə gətirər. Bu hal insandan-insana fərqlidir.

    SƏHƏRLƏR ÜRƏK BULANMA NİYƏ OLUR?

    İnsanlar yuxudan oyanan zaman ürək bulanma ilə qarşılaşa bilir. Bu aclığın gətirdiği bir haldır və hansısa problemə işarə etmir. Əgər bu zaman tərləmə, döyüntü, halsızlıq da olarsa, qan düşməsindən şübhələnmək olar.

    YEMƏK YEDİKDƏN SONRA ÜRƏK BULANMA NİYƏ OLUR?

    Bəzi insanlarda yemək yedikdən sonra ürək bulanma ola bilər. Bu hal qidalarla bağlıdır. Bundan başqa, bunun psixoloji səbəbləri də var. /medicina.az

  • Uzun müddət qulaqlıq taxmanın riskləri açıqlandı

    Qulaqlıqların uzun müddət istifadəsi göbələkli otitin (otomikoz) inkişafı və qulaq çirki tıxacının əmələ gəlməsi ilə nəticələnə bilər.

    “Sputnik”in məlumatına görə, bu barədə rusiyalı ali dərəcəli otorinolarinqoloq, tibb elmləri namizədi Vladimir Zaytsev xəbərdarlıq edib.

    Onun sözlərinə görə, ən böyük riski eşitmə cihazlarından istifadə edənlər və ya “zəng mərkəzi” işçiləri kimi saatlarla qulaqlıq istifadə edənlər daşıyır.

    Bundan əlavə, uzun müddət yüksək səsli musiqi dinləmə eşitmə ilə bağlı problemlər yarada bilər.

    “İctimai nəqliyyatda qulaqlıq istifadə etməmək daha yaxşıdır – orada çox səs-küylüdür. Bundansa işə gedərkən açıq havada istifadə etmək daha yaxşıdır. Müddət – gündə iki dəfə yarım saat və əlbəttə ki, maksimum səs səviyyəsində deyil, 50 faizdən çox olmamaqla. Beləliklə qulağımıza zərər vermərik”, – deyə Zaytsev bildirib.

    Onun sözlərinə görə, qulaq çanağını tamamilə əhatə edən studiya qulaqlıqlarından istifadə etmək daha təhlükəsizdir. Bu cihazlar insanı ətrafdakı səslərdən təcrid edir və rahatlıqla dinləməyə imkan verir.

    Qulaq kanalına daxil olan qulaqlıqlar daha təhlükəlidir, çünki daha dərin yerləşdirilməlidir. Bu səbəbdən qulaq çirki preslənir və qulaq pərdəsinə yapışır, bu da çirk tıxacını sıxlaşdırır. Əvvəlcə qulaq tıxanıqlığı hissi yarana bilər, daha sonra isə otit (orta qulaq iltihabı) inkişaf edəcək.

    “Eyni zamanda qulaqlıq qulaq pərdəsində dayanır və daxili qulağa güclü şəkildə təsir edir. Bundan eşitmə hüceyrələri zədələnir və geri dönüşü olmadan məhv olur”, – deyə həkim vurğulayıb.

  • Xərçəngə tutulmamaq üçün 8 qidadan – İMTİNA ETMƏLİSİZ

    Xərçəng xəstəliyinə səbəb olan məşhur amillərin arasında genetika, siqaret çəkmə, yanlış qidalanma, bəzi infeksiyalar, kimyəvi preparatlarla əlaqə, radioaktiv şüalanma və başqaları göstərilir.

    Tədqiqatlar göstərir ki, onkoloji riski yüksəldən 2 əsas amil var: passiv həyat tərzi və pis qidalanma. Xərçəng xəstəliyinə tutulmaması üçün onkoloqlar xüsusilə aşağıdakı məhsullardan uzaq durmağı məsləhət görürlər.

    1. Qənd halına salınmış şəkər və süni şirinləşdirici maddələr

    Qənd halına salınmış şəkər yalnız insulinin səviyyəsini yüksəltmir, həm də xərçəng qəfəsləri üçün qidalandırıcıdır. Bu fakt elmə çoxdan məlumdur.

    Hələ 1931-ci ildə tibb üzrə Nobel mükafatı laureatı Otto Varburq müəyyən etdi ki, şişlər şəkərlə qidalanır.

    2. Emal edilmiş ət

    Emal edilmiş ət adı altında fabrik ət məhsulları – sosiskalar, kolbasalar və s. nəzərdə tutulur. Havay Universiteti tərəfindən keçirilmiş tədqiqat göstərib ki, belə məhsullar mədəaltı vəzinin xərçənginin riskini 67 faiz yüksəldir.

    Emal edilmiş ət özündə çoxlu kimyəvi preparat və konservantı saxlayır. Hisdə qurudulmuş ət xüsusilə zərərlidir, çünki o canına qətranları çəkir.

    3. Süni böyüdülmüş balıq

    Balığın süni yetişdirilməsi son dərəcə sıx şəraitdə balığın böyük miqdarının yetişdirilməsinə əsaslanır. Belə darısqal şəraitdə bakterial, virus və parazit epidemiyaların riski çox yüksəkdir, buna görə balığı antibiotiklər, pestisidlər və başqa kanserogen maddələrlə emal edirlər.

    4. Turşuya qoyulmuş və hisdə qurudulmuş məhsullar

    Adətən belə məhsullar yararlılıq müddətini uzadan nitrat tipli konservantları özündə saxlayır. Bu əlavələr zamanla insan orqanizmində yığılır. Yekunda onlar hüceyrə səviyyəsində parçalanmalara səbəb olaraq xərçəngə gətirib çıxarır.

    5. Sintetik yağlar

    Bu, saxlama müddətini artırmaq üçün tərkibi süni şəkildə dəyişdirilən sintetik məhsuldur. Tədqiqatlara görə, bu cür yağlar döş xərçənginə tutulma riskini iki dəfə artırır.

    6. Kartof çipsləri.

    Bu məşhur yemək sintetik yağlarda qızardılır və sonra bol-bol duzlanır. Bundan başqa, çipslər xolesterinin səviyyəsini yüksəldən trans-piyləri və qan təzyiqini yüksəldən natriumu özündə saxlayır, akrilamidin (həmçinin siqaretlərdə olan kanserogen maddə) maddəsini özündə saxlayır.

    7. Mikrodalğalı sobada popkorn

    Mikrodalğalı sobada popkorn rahat yemək olsa da, xərçəng riskini əhəmiyyətli dərəcədə artırır.

    8. Təmizlənmiş ağ un

    Təmizlənmiş un bütün qidalı xüsusiyyətlərindən məhrum olur../publika.az/

  • Soyuq havanın dərimizə təsiri – Qar üzü gözəlləşdirir

    Soyuq havanın bizim cildimizə təsiri dedikdə, ağlımıza ilk olaraq pis tərəfləri gəlir. Bu bir həqiqətdir.

    Dərimizi qurudur, qurudan dərimizi çatladır deyə soyuq havaları sevmirik. Ancaq heç bir mövsüm qış qədər dərimizi canlandırmır. Dərinizi yaxşı nəmləndirdiyiniz müddətdə soyuq havanın zərərdən çox faydası var. Maddələr mübadiləsini sürətləndirər. Yəni, ümumiyyətlə soyuq hava gözəlləşdirər.

    Median.Az soyuq havanın cildinizə olan xeyiri haqqında bəzi bilgiləri diqqətinizi çatdırır.

    Məsamələri sıxlaşdırar

    Soyuq hava insan dərisinə yaxşı təsir edir, üzdəki məsamələri sıxlaşdırır, qabarıqlığı azaldır. Ona görə də mütəxəssislər “Üzünüzü isti deyil, soyuq su ilə yuyun” deyə xəbərdarlıq edirlər. Unutmayın, soyuqda qalan hər şey büzüşər, istidə qalan hər şey yumşalar. Məsamələrimiz də belədir. Rus mütəxəssislərinə görə soyuq havanın “estetik” faydası da var.

    Serotonini artırır

    Qışda, soyuq havada alınan təmiz oksigen yaya nisbətən 30 faiz daha çoxdur. Qana daha çox oksigen gedəndə insanın zehni fəaliyyəti də artır. Alimlər qeyd edir ki, normal olaraq soyuq havaya çıxmaq “xoşbəxtlik sindromu” adlandırılan serotonin hormonunun ifrazını artırır. Xoşbəxtlik insanı gülmüsədər. Gülümsəmə isə ən gözəl makiyajdır.

    Qan damarları işləyir

    Bir çoxumuz soyuq havanın dərini qurutduğunu və büzüşdürdüyünü düşünürük. Lakin, 2010-cu ildə Harvardda aparılan bir araşdırmaya görə soyuq havalar damar sisteminin fəaliyyəti üçün çox yararlıdır. Çünki qan damarları işləyərək dəriyə qarşı həssas olmasını təmin edir. Əgər qış aylarında quru bir dəriyə sahibsinizsə üzünüzü hind qozu yağı ilə yuya bilərsiniz.

    Maddələr mübadiləsini sürətləndirir

    Düşünülənin tam əksinə müəyyən miqdarda soyuq havaya məruz qalmaq maddələr mübadiləsini sürətləndirərək kilo verməyə, arıqlamağa kömək olur. Bədən istiliyinin düşməsi piylənməyə səbəb olan ağ yağ toxuması hüceyrələrinin qəhvəyi rəngli yağ toxuması hüceyrələrinə çevrilməsini təmin edir.

    Lazer epilyasiyasının əsl zamanıdır

    Lazer epilyasiyasının payız, qış və ya yaz mövsümündə tətbiq olunması lazımdır. Çünki bu mövsümlərdə günəşin zərərli şüalarından qorunmaq mümkün olur.

    Döymə üçün uyğun mövsüm

    Əgər ömür boyu qalacaq döymənizin 10 günlük baxım müddətində çətinlik çəkəcəyinizi düşünürsünüzsə payız və qış ayları döymə etdirmək üçün ən doğru mövsümdür. Avropa və Amerikada döymə etdirmək üçün daha çox qış və payız ayları seçilir. Döyməyə qulluq edərkən buz tətbiqi də döymə boyasının dəri altında daha yaxşı yapışmasını təmin edər. Toxuma möhkəmləşərək içəridəki boyanı həbs edər və yayılmasına da mane olar.

    Qış tərəvəzləri arıqladır

    Qara kələm, ağ kələm, çuğundur, brokoli, kərəviz, ispanaq və pırasa kimi qış aylarında yetişən kök bitkilərinin kilo itkisində əhəmiyyətli rolu var. Bunun səbəbi kök bitkilərinin digər qidalarla nisbətdə ortalama iki dəfə daha çox liflə zəngin olmasıdır. Kök bitkiləri bəsləyici və bol miqdarda həll edilən liflə zəngin olduğundan həzm sistemini işlədib təmizləyir. Qandakı şəkər səviyyəsini tarazlayaraq toxluq hissi yaradır. /medicina.az

  • COVID-19 testini telefonla keçmək mümkün olacaq

    Fransanın Lill Universitetinin mütəxəssisləri mobil telefon vasitəsilə koronavirus testindən keçmək imkanı yaradan cihaz hazırlayıblar.

    Zahirən flashcarda bənzəyən yeni cihaz telefona taxılandan sonra üzərinə yerləşdirilən birdəfəlik test zolağına burundan götürülən mayenin bir neçə damlası çəkilir.

    Tədqiqatın rəhbəri professor Sabin Szünerits adi tüpürcəklə testdən keçməyin mümkün olacağı cihaz üzərində çalışdıqlarını bildirib.

    Onun sözlərinə görə, koronavirusun ətrafındakı spayk proteinlər cihazdakı elektrik sahəyə təsir edərək elektrik siqnalının gücünü dəyişdirir.

    Yeni cihaz 10 dəqiqə ərzində nəticəni göstərir və 90 faizlik səmərəyə malikdir. Testin nəticəsi qrafik və rəqəmlərlə birgə telefonun ekranına gəlir.

    Hazırda müəlliflər tam klinik sınaqlardan keçmiş yeni cihazın istehsalı üçün sponsor axtarırlar.

    ///Report

  • Çuğundur barədə aparılan araşdırmalar hamını heyrətə gətirdi

    Tərkibindəki betain çuğundurun qara ciyər üçün çox faydalı olduğunu sübut edir. Çuğundurun tərkibində dəmir və sinkin çox miqdarda olması isə onun əvəzolumaz olduğunun göstəricisidir.

    Betain unikal əvəzedilməz bioloji aktiv maddələrdən ibarətdir.Onun tərkibi sorulması asan olan zülalardan ibarətdir. Bu səbəbdən də bəzi dietoloqlar dieta saxlayanlara ət əvəzinə çuğundur yeməyi məsləhət bilirlər.

    Betainin orqanizmə təsiri çox faydalıdır. O qaraciyər üçün bir növ “tozsoran” rolunu oynayır. Qeyd etmək lazımdır ki, bişmiş qaraciyərin orqanizmə təsiri çiy çuğundur qədərdir. Yəni çuğundur bişirildiyi zaman onun tərkibi dəyişməz olaraq qalır.

  • Pivənin sağlamlığa hansı müsbət təsirləri var?

    Hamımız bilirik ki, pivə böyük miqdarda kalori mənbəyidir. Lakin bununla birgə bu içkidə çoxlu bəsləyici maddələr var. İnsanı rahatlatmaqla birgə pivə bədənə də müsbət təsir göstərə bilir.

    Pivə dərmandır?

    Ənənəvi Çin təbabətini araşdıran manual terapvet Vinsent Karuzo belə nəticəyə gəlib ki, mayaotu yuxusuzluğun dərmanı kimi, həmçinin psixoloji yorğunluğu və depresiyanı zəiflətmək üçün istifadə edilib. Arpa isə dalağın və öd kisənin köməkçisi sayılırdı.

    Pivə sümükləri bərkidir?

    Beynəlxalq endokrinologiya dərgisinə inansaq müasir pivə sümüklərin böyüməsinə müsbət təsir göstərə bilər.

    Ənənəvi Çin təbabətini araşdıran manual terapvet Vinsent Karuzo belə nəticəyə gəlib ki, mayaotu yuxusuzluğun dərmanı kimi, həmçinin psixoloji yorğunluğu və depresiyanı zəiflətmək üçün istifadə edilib. Arpa isə dalağın və öd kisənin köməkçisi sayılırdı.

    Pivə yuxu dərmandır?

    Pivənin insana yuxu gətirməsi üçün onun içində mütləq spirt olmamalıdır. 2012-ci ildə aparılan tədqiqatlar zamanı məlum olub ki, həmin funksiyanı spirtsiz mayaotulu pivə də daşıyır. Nahar vaxtı pivə içən qadınlar daha bərk yuxuya gedirlər.

    Lakin ifrat dərəcədə spirtli içki qəbulu yuxuya olduqca pis təsir edir.

    Pivə dəriyə necə kömək edir?

    Pivə, daha dəqiq desək mayaotu, iltihaba qarşı xüsusiyyətlərə malikdir. Pivə mayasında olan B qrupuna aid vitaminlər dərini gözəl şəkildə nəmləşdirir.

  • Gecələr tez-tez oyanmaq təhlükəli xəstəliyin əlaməti ola bilər

    Gecələr tez-tez oyanmaq qalxanabənzər vəzin, tənəffüs yolları və ürək-damar sistemi daxil olmaqla bir sıra orqanların işindəki problemlərlə əlaqələndirilə bilər.

    “Report”un məlumatına görə, bunu somnoloq Yelena Tsareva News.ru-ya açıqlamasında deyib.

    Onun sözlərinə görə, yuxu problemləri həmçinin narahatlıq, depressiya, hətta yuxu apnesinin (yuxu zamanı tənəffüsün orta hesabla 20-30 saniyə dayanması) olmasının göstəricisi ola bilər.

    “Bir şeyi də qeyd etmək istərdim ki, yuxu problemləri insanda yaşa görə də yaranır. Məsələ burasındadır ki, sağlam yuxunu təmin edən melatonin hormonu yaşlılarda azalır. Bu səbəbdən yaşlı insanların çoxu oyaq yatır”.

  • Saçlar niyə erkən ağarır və bunun qarşısını necə almaq olar?

    Saçların erkən ağarması hallarına tez-tez rast gəlmək olar. Bəzən saçların ağarması 20 yaşından da əvvəl ortaya çıxır. Yəni saçlar təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, mütəxəssislər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik, məsələn, mədə-bağırsaq traktının problemləri, qaraciyər, böyrəklər, endokrin xəstəliklər səbəbindən melanin sintezindəki yavaşlama nəticəsində baş verir.

    Saçların erkən ağarmasına səbəb olan amili aradan qaldıraraq proses dayandırıla bilər. Əvvəlcə analiz vermək nəticəsinə əsasən pəhrizə dəyşiriklikl və ya qidaya əlavə bioloji vasitələrdən istifade edilir.
    Melanin istehsalı B qrupu vitaminləri, pantenol və fol turşuları ilə stimullaşdırılır və sağlam saçlar üçün manqan, yod, dəmir, sink də lazımdır. Pəhrizdə bu qidalarla zəngin olan balıq və dəniz məhsulları, pendir, paxlalılar, toyuq, badam və tərəvəz kimi qidalar olmalıdır.
    Eyni zamanda, ağ tükləri qoparmaq və ya qırmağa dəyməz, çünki bu folikul travmasına və hətta keçəlliyə səbəb ola bilər.

  • Smartfonların ekranını necə qorumaq lazımdır?

    Son vaxtlar smartfonların ekranı ilə bağlı yaşanan problemlər istifadəçilər üçün əsl baş ağrısına çevrilib. Bu sahədə ən çox görünən problem isə ekranda matrisanın yanmasını bildirən izlərin peyda olmasıdır.

    Ekspertlərin sözlərinə görə, buna səbəb smartfonlardan daha çox istifadə etməyimiz, uzun müddət ekranı yanılı vəziyyətdə saxlamağımızdır. Təxminən iki il istifadədən sonra smartfonların ekranlarında qalıq elementlər, klaviatura və ya saat izləri və s. görünməyə başlayır ki, bu da matrisanın tədricən yanmağa başladığının göstəricisidir.

    Bəs bu kimi halların qarşısını almaq üçün nə etməli, smartfonlarımızı necə qorumalıyıq?

    Mütəxəssislər ekranın uzunmüddətli istifadəsini təmin etmək üçün bəzi məsləhətlərə əməl etməyin vacib olduğunu bildirirlər.

    Məsələn, ekran üçün qaranlıq bir mövzunun seçilməsi çox önəmlidir. Ekranın açıq qalma müddəti mütləq məhdudlaşdırılmalıdır. Bu sizi hər dəfə ekranı söndürmək kimi bir “ağır yükdən” xilas edəcək. Digər tərəfdən, əgər ekranı söndürməyi unutmusunuzsa, bu funksiyanın aktiv olması cihazınızın iş müddətini də uzadacaq.

    Ekranın “ömrünü” uzatmaq üçün onun parlaqlığını azaltmaq, yalnız vacib hallarda maksimuma qaldırmaq lazımdır. Əsas ekrandakı nişanların yerini və təsviri tez-tez dəyişmək də matrisanı yanmadan qoruyur.

    Ekspertlər vitrin smartfonlarının ekranının daha tez yandığını bildirirlər. Odur ki, özünüzə smartfon seçərkən diqqətli olmalı, yalnız açılmamış cihazları almalısınız.