Category: Maraqlı

  • Payız allergiyasından qorunmaq üçün BUNLARI EDİN

    Həkimlər bildirirlər ki, allergiya dedikdə ilk ağlımıza yaz fəsli gəlsə də, payızda da bu kimi hallarla rastlaşa bilirik.

    Günümüzdə allergik rinit və astma kimi xəstəliklərə nəzarət edilə bilir. Bununla mübarizədə ən önəmlisi allergiyaya səbəb olanlardan uzaq durmaqdır.

    Bəs bunun üçün nə etməliyik?

    Milli.Az medicina.az-a istinadən bildirir ki, şəffaf rəngli burun axması, ard-arda asqırma, burun tıxanması, qıcıqlanma şəklində olan öskürək, burunda, damaqda, gözlərdə sulanma və qaşıntı, baş və üz ağrısı, iy və dadbilmə pozuntuları, halsızlıq, yorğunluq, yuxu problemləri, diqqət əksikliyi, dəri quruluğu, bütün bunlar payız allergiyasının göstəriciləri ola bilər.

    Payız allergiyasından qorunmaq üçün bunları edin:

    • Quru və küləkli havada mümkünsə çölə çıxmayın.
    • Soyuq hava və isinmə problemləri səbəbi ilə yaranan rütubətli məkanlarda durmayın.
    • Xüsusi ilə də bağça və torpaq işlərinin görüldüyü bu zamanda, torpağa yerləşmiş göbələklərə və ya kiflərə qarşı tədbirinizi alın. Bağça işlərində əlcək, maska kimi qoruyucu vasitələrdən istifadə edin.
    • Toz allergiyanız varsa, payızda evində, xüsusuilə də günəş almayan otaqlarda kifə qarşı diqqətli olun. Otağı havalandırın. Rəngləmə kimi işləri yay aylarında edin. Və həmin otağı mümkünsə yataq otağı kimi istifadə etməyin.
    • Toz allergiyanız varsa, evdəki bəzək və aksesuar kimi lazımlı görmədiyiniz əşyaları ortalıqda qoymayın. Kitablarınızı qapalı şkaflarda tutmağa çalışın.
    • Evinizin havalandırılmasını axşam saatlarında edin. Evdəki kondisionerinizi isitmək üçün istifadə etsəniz belə, filtrlərini dəyişdirin.
    • Qurumuş və tökülmüş ağac yapraqlarının bol olduğu yerlərdə gəzintiyə və pikniyə çıxmayın.
    • Çölə çıxdığınızda günəş eynəyindən və maskadan istifadə edin.
    • Üst tənəffüs yolu infeksiyalarından qorunun.
    • Sosial məsafəyə diqqət edin və xəstə insanlardan uzaq durun.
    • Qapalı məkanlardan mümkün olduqca uzaq durun.
    • Evə gəldiyiniz zaman paltarınızı mütləq dəyişin və duş qəbul edin.
    • Siqaret çəkməyin, siqaret çəkilən ortamlardan uzaq durun.

  • Bu üsulla arıqlamaq TƏHLÜKƏLİDİR

    Dietoloq Marqarita Korolyova kofe yardımı ilə arıqlamağın təhlükəli olduğunu açıqlayıb.

    Median.Az medicina.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə, kofein maddələr mübadiləsini tezləşdirir. Bu isə çox zaman ürək çatışmazlığı ilə nəticələnir.

    “Biz kofeini yağ yandırıcı kimi nəzərdə tutaraq gün ərzində 8 fincan kofe içsək ürəyə nə olar? Əlbəttə, ürəkdə problem yaranar”, – deyə dietoloq bildirib.

    O, qeyd edib ki, bu içki təzyiq və aritmiyası olan insanlar üçün təhlükəlidir.

    Dietoloq həmçinin bildirib ki, az miqdarda kofe kalorili əlavələr edilmədiyi təqdirdə, arıqlamağa kömək edə bilər.

  • Kərə yağında yemək qızartmağın zərəri açıqlandı

    Yeməklərin qızardılması üçün kərə yağını istifadə etməmək məsləhət görülür.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, Rusiyalı həkim-dietoloq İrina Berejnaya bu barədə açıqlama verib.

    Ekspert quru tava və ya qrildən istifadə etməyi də tövsiyə edir.

    “Təzə kərə yağı məqbul miqdarda təhlükəsizdir. Həmçinin xolesterinin maddələr mübadiləsinə mənfi təsir göstərmədiyi də məlum olub”, – dietoloq vurğulayıb.

    Bununla belə, İ.Berejnayanın sözlərinə görə, 70 dərəcədən artıq istilikdə sərbəst radikallar ortaya çıxa bilər. Onlar uzunmüddətli istifadədə onkoloji xəstəliyə yol aça bilər.

    Mütəxəssis bildirib ki, xörəklərin hazırlanmasında donuz yağından da yararlanmaq olar, ancaq bununla belə, ən yaxşı seçim deyil.

    “Uzunmüddətli istifadə və yüksək hərarət zamanı kalorilik artacaq və müvafiq olaraq həmin sərbəst radikallar ortaya çıxa bilər. Bununla belə, azad radikallar kərə yağından daha az miqdarda olacaq”, – o əlavə edib.

  • Payızda qəbul edilməsi ən vacib vitaminlər

    Rusiyalı dietoloq, allerqoloq-immunoloq Marina Apletayeva payız mövsümündə immuniteti qorumaq üçün lazım olan məhsullar barədə danışıb.

    Bu barədə RT xəbər yayır.

    Onun sözlərinə görə, beta-karoten orqanizmin mövsümi xəstəliklərdən qorunmasında həlledici rol oynayır.

    “Payız dövründə tünd narıncı, sarı-narıncı rəngli qidalar qəbul etməlisiniz. Bunlar şaftalı, ərik, gavalı, balqabaq, yerkökü, qovundur”.

    O, qeyd edib ki, A vitamini yuxarı tənəffüs orqanlarının selikli qişasını viruslardan və bakteriyalardan qoruyur. Amma onun tək qəbulu zəhərlənməyə səbəb ola bilər.

    Mütəxəssis bildirib ki, payız fəslindəki C vitamini də əhəmiyyətli rol oynayır:

    “C vitamini ilə zəngin qidaların qəbulu vacibdir. O, yaxşı antioksidandır, bədənin hüceyrələrini zərərlərdən qoruyur”.

  • Meyvələrin sirri

    Üzüm.
    Bədənin, zehnin gücünü artırır, qan yaradır. Orqanizmdə yığılıb qalan zəhərli maddələri orqanizmdən xaric edir, arterial təyziqi aşağı salır. Mədə və qaraciyər xəstəlikləri zamanı, splenomeqaliyada, revmatizm xəstəliyində iltihab əleyhinə təsir göstərir. Qəbizliyi aradan qaldırmaqla yanaşı, orqanizmin B vitamininə olan təlabatını ödəyir. Hamiləlik zamanı ürəkbulanmanı aradan qaldırır, dərini gözəllşdirir. Üzüm böyrəklərdəki qum və daşların tökülməsinə kömək edir, orqanizmi möhkəmləndirir.

    Armud.
    Böyrəklərin fəaliyyətini artırır, sidikqovucu təsirə malikdir. Endokrin vəzlərin yaxşı işləməsinə yardım edir. Qəbizyliyi, zehni yorğunluğu aradan qaldırır, həzmin getməsini sürətləndirir. Armudun şirinliyi nə qədər olursa, olsun qanda şəkərin miqdarını artırmır. Yeməkdən sonra yeyilməsi daha faydalıdır.

    Şaftalı.
    Sinir və mədə-bağırsaq sistemi xəstəliklərinə faydası böyükdür, antioksidant təsirə malikdir. Bağırsaqlardan qurdların xaric olmasına yardım edir. Sidik yollarının xəstəliklri zamanı əvəzolunmaz təsirə malikdir. Gün ərzində bir-neçə dəfə şaftalı yeməklə diet saxlayaraq arıqlamaq mümkündür. Şaftalı sümükləri möhkəmləndirmək qabiliyyətinə malikdir.

    Alma.
    Tərkibindəki vitaminlər sayəsində immun sistemini möhkəmləndirir, qanda şəkərin miqdarını normada saxlayır, xolesterolu aşağı salır. Orqanizmin müqavimətini atrırır, əzələlərdə baş verən ağrıları azaldır.

    Tut.
    Sidikqovucu və bağırsaq işlədici təsirə malikdir. Qaraciyər və öd xəstəlikləri zamanı faydası böyükdür.

    Ərik.
    Tərkibində olan kaliumun sayəsində ürək və damar xəstəlikləri zamanı faydası böyükdür.

    Yerkökü.
    Tərkibində olan A, B, C, D, E vitaminləri sayəsində dəri və sümük sisteminə faydası böyükdür. Yerkökü hüceyrələrin yenilənməsinə yardımçı olur, saçları canlandırır, görmə qabiliyyətini yaxşılaşdırır.

    Yemiş.
    Tərkibi olan A vitamini, kalium və fol turşusu ilə zəngindir. Damarlarda daralmaların qarşısını alır, bağırsaqların yaxşı işləməsinə yardım edir. Göz xəstəliklərində faydası var.

    Portağal.
    Portağalın tərkibi C vitamini ilə zəngindir. Portağal immuniteti qaldırır, müqaviməti artırmaq qabiiyyətinə malikdir. Bir çox xəstəliklərdən sonra orqanizmin sağlamlığını bərpa eləmək üçün faydalıdır.

    Çiyələk.
    Qan artırıcı təsirə malikdir. Hüceyrələrin yenilənməsinə yardım edir, dərini gözəlləşdirir.

  • Aeroportda çamadanın çəkisinə görə əlavə pul ödəməmək üçün tövsiyələr

    Sosial şəbəkələrdə aeoportlarda çamadanın çəkisini azaltmaq və bununla da əlavə pul verməkdən qurtulmaq barədə müzakirələr gedib.

    “Daily Express”in məlumatına görə, müvafiq diskusiya “Reddit”də aparılıb.

    Adı açıqlanmayan aeroportlardan birinin naməlum yük daşıyanı, bununla bağlı maraqlı tövsiyələrini verib.

    Hava limanı əməkdaşının sözlərinə görə, səyyahlar səfərə hazırlıq müddətində yığım prosesinə xüsusi diqqət yetirməli və hər hansı əşyanı qoyarkən bir neçə dəqiqə dərindən düşünməlidir.

    “Əlində olan hər şeyi aparmağa ehtiyac yoxdur. Hansısa əşyanı aparıb-aparmamaq barədə kiminləsə mübahisə yarandıqda isə həmin əşyanı cəsarətlə qarşı tərəfin öhdəsinə qoymaq olar”, – deyə işçi bildirib.

    Onun sözlərinə görə, sərnişin bu yolla çamadanında yerə qənaət edəcək, bu, həmçinin çəkinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.

    Müzakirə iştirakçısı əlavə olaraq, turistlərə aeroportda çantanın və ya çamadanın itə bilməsi ehtimalını da nəzərə almağı tövsiyə edib.

    “Ən azı bir həftə yaşaya bilməyəcəyiniz əşyaları, məsələn açarları, dərmanları, noutbuku, telefonunuza ora qoymayın, özünüzlə götürün”, – deyə o, sözlərini yekunlaşdırıb.

  • 2021-ci ilin dəbdə olacaq rəngi elan edildi

    Niderlandın məşhur boya markası “Dulux” növbəti il dəbdə olacaq populyar rəngin adını açıqlayıb.

    Bu barədə “Dezeen” agentliyi məlumat yayıb.

    Belə ki, 2021-ci ilin rəngi “Brave Ground” adlandırılan torpaq-bej rəngi seçilib.

    Şirkət bu rəngin universal olduğunu, təbiətin gücünü əks etdirdiyini və təsadüfi seçilmədiyini qeyd edirlər.

    “Torpaq-bej (“Brave Ground”) çalarlarının seçilməsində koronavirus pandemiyası böyük rolu var. Pandemiya nəticəsində insanların yaşamaq üçün prioritetləri, yaşayışı və iş şəraiti də əhəmiyyətli dərəcədə dəyişib. “Colour Futures 2021” palitrasının bir hissəsi olan torpaq-bej (“Brave Ground”) insanlara rahatlıq hissi bəxş edəcək və müsbət enerji ötürəcək”, – deyə “Dulux” şirkətinin yaradıcı direktoru Marianna Şillinqford vurğulayıb.

  • Avstraliyada qadın ərinin zarafatla verdiyi hədiyyə ilə milyonçu oldu

    Avstraliyada qadın həyat yoldaşının onun doğum günü münasibətilə hədiyyə etdiyi lotereya bileti sayəsində dörd milyon Avstraliya dolları udub.

    Bu barədə Median.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir.

    Qadının sözlərinə görə, əri ona lotereya biletini hədiyyə edib və istehza ilə deyib ki, bu, ona xoşbəxtlik gətirəcək.

    Məlum olub ki, o səhv etməyib – bilet həqiqətən uduşlu olub. Evdar qadın mətbəxi təmir etmək və ailəsi ilə məzuniyyətə getmək imkanlarının yaranmasına sevinib.

    “Kimsə düşünəcək ki, bu pula yeni ev ala bilərdim. Amma mən yeni mətbəxdən başlamağa qərar verdim”, – o deyib.

    Qadın əlavə edib ki, hələ də indiyə qədər uduşa inanmır və pulu özünün bank hesabında görmək istəyir. Lotereyanın qalibi vurğulayıb ki, bu qəribə hədiyyə onun həyatında ən yaxşı mükafat olub.

  • Bloklanan “Email”i açmaq üçün mütəxəssisdən tövsiyə

    Ancaq poçt xidmətlərinin istifadəçinin hesabını bloklamaq hüququ var. Onlar bunu hakerlik, “spam” göndərmə şübhəsi və ya dövlət, yaxud əlaqədar qurumların istəyi ilə edirlər. Bloklamanın səbəblərindən asılı olaraq onu açmağın müxtəlif yolları var.

    “Praym”ın məlumatına görə, bu barədə “Sinergiya” Universitetinin IT institutunun direktoru Stanislav Kosarev bildirib.

    Onun sözlərinə görə, bloklama daha çox poçt xidmətində şübhəli fəallıq (yeni bir yerdən daxil olmağa çalışmaq, parolları yoxlamaq) müşahidə ediləndə baş verir:

    “İkinci ümumi səbəb şəxsi poçt qutusundan kütləvi şəkildə göndərilmələrdir. Bundan başqa ünvan sahiblərindən çox şikayət olarsa “spam” vəziyyətinə düşəcəksiniz. Üçüncü, ən az yayılmış səbəb dövlət qurumlarının və əlaqədar şöbələrin istəyi ilə bloklanmadır”.

    S.Kosarev bildirib ki, bu vəziyyətdə, şəxsi məxfi məlumatları qorumaq üçün qutu kilidlənir:

    “Şifrəni artıq istifadə edə bilmirsinizsə, məktublara giriş əldə etmək üçün mobil telefondan istifadə etməlisiniz. Yuxarıda sadalanan hallar baş verəndə telefonunuza təhlükəsizlik kodu gələcək. Onu xüsusi qapalı bir pəncərəyə daxil edin və poçtunuzu açın. Bu poçtun sahibi olduğunuzu sübut etməyin ən asan yoludur”.

    Mütəxəssis telefonun əvvəlcədən qoşulmadığı halda “dəstək xidməti” ilə əlaqə saxlamağı və məktub yazmağı tövsiyə edir. Onun sözlərinə görə bir qayda olaraq bu kimi məsələlərə üç gündən gec baxılmır.

    “Əvvəllər cavabı yalnız sizin bildiyiniz gizli bir sualın qeydə alınması üsulu da məşhur idi. İndi isə təhlükəsizlik baxımından iki faktorlu doğrulamadan istifadə etmək daha ağıllı seçimdir”, – deyə S.Kosarev sözlərini yekunlaşdırıb.

  • Meşədə qarşınıza ayı çıxsa, nə etməli?

    Meşədə qarşınıza qəfil çıxan ayıdan özünüzü qorumağın bəzi qaydaları var.

    Bu barədə “RİA Novosti” Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər yayır.

    Bildirilir ki, vəhşi heyvanı görəndə təşvişlənmək, arxa çevirib qaçmağa çalışmaq və onun gözlərinə baxmaq olmaz. Yırtıcını gözlənilməz və böyük bir şeylə qorxutmaq lazımdır.

    Məsələn, bərkdən qışqıra, yaxınlaşan heyvana daş ata və ya üst geyiminizi çıxarıb yelləyə bilərsiniz.

    Ayını qorxutmaq üçün həm də çantanızı yuxarıya qaldırmaq və ya yanınızdakı adamlarla dairə yaradaraq gödəkçələrinizi açmaq kimi üsullar da var.

    Ümumiyyətlə, vəhşi heyvanlar qarşılaşdıqları yad insanı daha yaxşı araşdırmaq və öz varlığı barədə xəbərdar etmək istədikdə arxa pəncələri üzərində dayanırlar.

    Əgər ayı insana baxan zaman alt dodağını uzadır və irəliyə doğru tərpənmirsə, deməli, yad insan ərazini tərk etməlidir.

    Belə olduqda səs çıxarmadan, qəfil hərəkət etmədən və heyvandan üz çevirmədən sürətlə geriyə doğru hərəkət etməlisiniz. Amma ayı sizi izləməyə başlayırsa, dayanın və olduğunuz yerdən ayrılmayın.

    Yırtıcıların hücumuna məruz qaldıqda üzü yerə uzanmaq, yumaq kimi qıvrılmaq və ölmüş kimi davranmaq tövsiyə olunur. Mümkün qədər uzun müddət həmin vəziyyətdə qalın.

    Xilasedicilər qeyd edir ki, meşədən keçərkən hay-küy salmaq, danışmaq, daşı-daşa vurmaq məsləhətdir, belə olduqda yırtıcı həmin yerdə adam olduğunu eşidib gedir.