Category: Maraqlı

  • Wi-Fi-ı yataq otağından kənarda tutmaq lazımdır

    “Elektromaqnit şüanın qaynaqlandığı digər elektroavadanlıqlar kimi, routeri də yataq otağından kənarda tutmaq və ya gecə söndürmək lazımdır”.

    Median.Az ted.az-a istinadən bildirir ki, bunu “Sinergiya” Universiteti nəzdindəki İnformasiya Texnologiyaları İnstitutunun direktoru Stanislav Kosarev deyib.

    “Bununla belə, hazırda araşdırmalar Wi-Fi-ların insan sağlamlığına vurduğu ziyanı təsdiqləməyib. Eyni zamanda, elektromaqnit şüası internet paylayan routerdən qaynaqlanır. Ancaq bu şüa istifadə etdiyimiz istənilən elektrik avadanlıqdan qaynaqlanır. Axı biz elektrik çaydandan gələn dalğadan narahat deyilik”, – o vurğulayıb.

  • Göz dəyməsinin qarşısını necə almaq olar?

    Hələ qədim zamandan bəri insanların diqqətini cəlb edən mövzulardan biri sehr və cadu olmuşdur. Bu gün də onun təsirlərini hiss edənlər vardır. Həmçinin bu gün göz dəymək və onun qarşısını necə almaq kimi nigarançılıqlar cəmiyyətdə yayılmaqdır.

    Bəli, dinimiz də sehrin, cadunun və göz dəyməsinin mövcud olmasını təsdiqləyir. “(Yəhudilər) Süleymanın zamanında şeytanların (özlərinin tərtib etdikləri cadu kitabından) oxuduqlarına tabe oldular. Süleyman kafir olmadı (həmin dövrdə küfrə səbəb olan və ya küfr hesab olunan sehr günahına batmadı), lakin şeytanlar camaata sehr öyrətməklə və həmçinin Babil diyarına nazil olmuş iki mələyə – Harut və Maruta nazil olanla (onlara tabe olmaqla) kafir oldular. Halbuki o ikisi “biz yalnız imtahan vasitəsiyik (və sehri sənə yalnız sehrbazlarla mübarizə və onların sehrini batil etmək üçün öyrədirik)” deməkdən başqa heç kəsə (bir şey) öyrətmirdilər. Odur ki, amandır, küfr etmə (və sehri qadağan olunmuş yerlərdə istifadə etmə)!”.

    Lakin onlar o iki mələk vasitəsilə ərlə arvad arasında ayrılıq saldıqları şey öyrənirdilər, halbuki Allahın (əzəli) izni olmadan kiməsə zərər vurmaq qüdrətinə malik deyildilər. Və onlar daim özlərinə zərər vuran və faydası olmayan şeylər öyrənirdilər.

    Həqiqətən, (yəhudi tayfası) belə bir əməli satın alanın axirətdə bir nəsibinin olmayacağının qətiliyini bilirdilər. Özlərini satdıqları şey olduqca pisdir, əgər bilsəydilər!”. (“Bəqərə” 102).

    “Həqiqətən, kafir olanlar bu zikri (Qur’anı) eşidən zaman, az qalırdı səni gözləri(nin nəhsliyi) ilə titrətsinlər! Və (Qur’anı dərk etməkdən aciz olduqlarına görə, onu gətirənin barəsində) deyirlər: “Həqiqətən, o, bir divanədir!””. (“Qələm” 51).

    Alimlərin nəzərinə görə, bəzi insanların gözündə xüsusu enerji vardır ki, başqa əşyalara və insanlara mənfi təsir göstərir. El arasında ona “göz dəymək” deyirlər. (Həvzəh)

    Məsumların (ə) göz dəyməyin qarşısını almaqla bağlı tövsiyələrinə nəzər salaq:

    1. İmam Sadiq (ə) buyurur: “(Göz dəyməsinin qarşısını almaq üçün) 3 dəfə de:

    ما شاء الله لا قوه الا بالله العلی العظیم

    “Maşəallah lə quvvətə illə billəhil-aliyyil-azim”

    2. “Qələm” surəsinin 51-ci ayəsini oxumaq.

    3. Əllərinizi üzünüzün qarşısında qərar verin və “Həmd” (“Fatihə”), “Tövhid” (İxlas), “Nas”, “Fələq” surələrini oxuyun və əlinizi üzünüzə çəkin.

    4. “Nas” və “Fələq” surələrini oxumaq.

    5. Həzrət Peyğəmbərin (s) İmam Həsən (ə) və İmam Hüseyn (ə) üçün oxuduğu duanı oxumaq:

    “اللهم یا ذا السلطان العظیم و المن القدیم و الوجه الکریم ذا الکلمات
    التامات و الدعوات المستجابات عاف فلانا من انفس الجن و اعین الانس.”

    (Filan yerinə həmin şəxsin adını çəkin).

  • Gün altında qaralmağın uşaqlar üçün bilmədiyiniz TƏHLÜKƏSİ

    Tanınmış ukraynalı pediatr Yevgeniy Komarovskiy öz youtube kanalında uşaqlar üçün “zaqar” almağın təhlükəsi haqqında danışıb.

    Pediatrın sözlərinə uşaqlar ümumiyyətlə gün şüalarının altında olmamalıdır, onlar yalnız kölgədə, çətirin altında “zaqar” ala bilərlər. Məsələ burasındadır ki, uşaqların dərisi çox nazikdir və onlarda gün yanıqları çox tez inkişaf edir.

    Median.Az saglamolun.com-a istinadən bildirir ki, gün yanıqları insanlarda dəri xərçənginin riskini artırır. Uşaqlar üçün belə yanıqlar xüsusilə təhlükəlidir. Həkimin sözlərinə görə, uşaq vaxtı 5 günəş yanığı epizodu böyüyəndə dəri xərçənginin riskini 80% (!) artırır.

    Komarovskiy bildirib ki, çimərliyə yollananda və ya günəşli havada gəzməyə gedəndə uşağın bədəninin açıq yerlərinə mütləq günəşdən qoruyan krem çəkilməlidir. Uşaqlar üçün nəzərdə tutulan kremlərdən istifadə etmək lazımdır.

  • Kimlərə yemiş yemək olmaz?

    Kəskin xora xəstəliyi, həmçinin hamilə və uşaq əmizdirən qadınlara yemiş yemək tövsiyə olunmur.

    Bunu Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) açıqlayıb.

    Mütəxəssislərin sözlərinə görə, yemiş ağır məhsul hesab olunur. Onunla əsas yemək qəbulları arasında qidalanmaq daha məqsədəuyğundur, lakin tam acqarına və ya yeməkdən dərhal sonra yemək məsləhət görülmür.

    Qeyd olunub ki, yemişin əsas zərərli maddələri onun qabığındadır.

    Mütəxəssislər həmçinin yemişi su, süd məhsulları (pendir, qatiq), süd və alkoqol ilə istehlak etməyi tövsiyə etmirlər, çünki bu, mədə pozuntusuna gətirib çıxara bilər.

    Bildirilib ki, ən keyfiyyətli yemişlər avqustun sonu-sentyabrın əvvəli yetişir.

  • Genetikdən ŞOK AÇIQLAMA: “12 saatdan çox ac qalmaq…”

    İngilis genetik alim Tim Spektor sağlam yemək haqqında üç məşhur qaydanı alt-üst edib.

    Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

    Mütəxəssis səhər yeməyinin məcburi olmadığını və onsuz da keçinə biləcəyimizi bildirib. Onun sözlərinə görə, 12 saatdan çox ac qalmaq sağlamlığımıza yaxşı təsir edir. Alim əlavə edib ki, insulin səviyyəsinin aşağı olması sürətlə arıqlamağa kömək edəcək. Spektor onu da qeyd edib ki, balığın insan səhhətinə faydası şişirdilib. Genetikin sözlərinə görə, balığın tərkibindəki Omeqa-3 turşularının beyinə təsiri hələ tam müəyyənləşməyib.

    Bundan əlavə, Spektor duzun “ağ ölüm” olduğuna dair populyar inamı rədd edib. Onun sözlərinə görə, sağlam insanlar duzun miqdarı artdıqda və ya azaldıqda səhhətlərində dəyişikliyi sezmir.

    Xatırladaq ki, Beynəlxalq Qidalanma Psixiatriya Tədqiqatları Cəmiyyətinin rəhbəri Felice Caka balanslı, sağlam qidalanmanın narahatlığı və depressiyanı azalda biləcəyini söyləmişdi. O vurğulamışdı ki, yağ və şəkəri çox olan qidalar əhval-ruhiyyəni pisləşdirə bilər. Caka Aralıq dənizi pəhrizini yüksək əhval-ruhiyyə üçün ən yaxşı qidalanma növü adlandırıb və pəhrizin həddindən artıq yeməyin qarşısını almaqda təsirli olduğunu bildirib.

  • İnsanın öləcəyini gözlərdən bilmək olur

    Araşdırmaçılar ürəkçatışmazlığı xəstələrinin göz bəbəyinin ölçülərinə baxaraq öləcəyini qabaqcadan öyrənə biliblər.

    Median.Az xəbər verir ki, həkimlərin bu araşdırması “ESC Heart Failure” jurnalında dərc edilib.

    Məlumata görə, alimlər iki il boyunca 870 nəfərlik qrupu müşahidə ediblər. Məlum olub ki, göz bəbəyi böyük pasiyentlərdən fərqli olaraq kiçik göz bəbəyi olan xəstələr iki dəfə daha çox ölüblər.

    Bundan başqa, ağırlaşma səbəbindən onlar daha çox xəstəxanaya yerləşdiriliblər. Araşdırmaçıların fikrincə, göz bəbəyinin ölçüləri ürəkçatışmazlığı olan xəstələrin vəziyyətini qiymətləndirmək üçün yeni qeyri-invaziv metod ola bilər.//report.az

  • Kimlərə yemiş yemək olmaz?

    Şəkər xəstəsi, kəskin xora xəstəliyi, həmçinin hamilə və uşaq əmizdirən qadınlara yemiş yemək tövsiyə olunmur.

    Median.Az xəbər verir ki, bunu Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) açıqlayıb.

    Mütəxəssislərin sözlərinə görə, yemiş ağır məhsul hesab olunur. Onunla əsas yemək qəbulları arasında qidalanmaq daha məqsədəuyğundur, lakin acqarına və ya yeməkdən dərhal sonra yemək məsləhət görülmür.

    Qeyd olunub ki, yemişin əsas zərərli maddələri onun qabığındadır.

    Mütəxəssislər həmçinin yemişi su, turşudulmuş süd məhsulları, süd və alkoqol ilə istehlak etməyi tövsiyə etmirlər, çünki bu, mədə pozuntusuna gətirib çıxara bilər.

    Bildirilib ki, ən keyfiyyətli yemişlər avqustun sonu – sentyabrın əvvəli yetişir.

  • Arıqlamağa kömək edən səhər yeməkləri məlum olub

    Mütəxəssislər səhər yeməyi üçün xüsusi batonlar, müsli və mağaza şirələrindən yayınmağı tövsiyə edir. Belə ki, onların tərkibində yüksək miqdar şəkər və digər gərəksiz elementlər mövcuddur.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, diyetoloqlar arıqlamaq üçün yararlı olan səhər yeməyi menyusunu açıqlayıblar.

    Bunların arasında ən faydalısı toyuq yumurtasıdır. Yumurta özündə faydalı zülallar daşıyır, əzələ kütləsini böyütməyə kömək edir. Həmçinin onlar vitamin və sinir sisteminə yardımçı olan xolindən ibarətdir.

    Ekspertlər yumurtaları suda qaynatmağı tövsiyə edir. Diyetoloqların sözlərinə görə, onları həmçinin digər məhsullarla, məsələn, avokado və tam buğda çörəyi ilə yemək faydalıdır. Alimlər bildirirlər ki, bu cür yemək insanı uzun müddətli tox saxlayır.

  • Sadəcə bu qidalarla immunitetinizi gücləndirə, xəstəliklərə qalib gələ bilərsiniz

    Sadəcə təbii qidalar qəbul edərək xəstəliklərdən qorunmaq və immun sistemini qüvvətləndirmək mümkündür.

    Median.Az xəbər verir ki, yeganə şərt insanın öz orqanizmini tanıması və hansı qidaya nə qədər ehtiyac duyduğunu bilməsidir.

    Mütəxəssislər hər qidadan yetərli miqdarda və ölçülü formada yeyilməsini məsləhət görür. Bunun səbəbi hər qidanın fərqli dəyərlərə sahib olması və orqanizmin bütün qidalara olan ehtiyacıdır.

    Ürək-damar sağlamlığını qoruyan qidalar:

    – Nar

    – Çiy badam, qoz, fındıq və bu kimi çərəzlər

    – Yulaf

    – Pomidor, qırmızı bibər, qırmızı kələm, kök

    – İspanaq, brokkoli, portağal, limon, naringi, banan

    – Zeytun yağı

    – Gündə 1 fincan yaşıl çay, qəhvə

    Bağırsağın sağlamlığını qoruyan qidalar:

    – Noxud, lobya, mərci

    – Qatıq, pendir, turşu, kefir

    – Çiy badam

    – İspanaq, brokkoli

    – Balıq

    – Alma, banan

    Ağciyəri qoruyan qidalar:

    – Qara üzüm

    – Sarıkök

    – Çərəz

    – Sarımsaq

    – Kələm

    – Brokkoli

    – Balqabaq

    – Kivi

    – Portağal

    – Çuğundur

    – Zəncəfil

    Dərini qoruyan qidalar:

    – Yaşıl çay

    – Brokkoli, ispanaq, avokado və yaşıl yarpaqlı tərəvəzlər

    – Limon, portağal

    – Fındıq, badam

    – Zeytun yağı

    – Balıq

    – Qara şokolad

    – Yumurta, qatıq

    Sümüklərin inkişafını təmin edən qidalar:

    – Süd, pendir, qatıq

    – Balıq

    – Noxud

    – Fıstıq, qoz, badam

    – Kələm, brokkoli

    – Yumurta

    – Lobya, mərci

    – Göbələk

    – Qırmızı ət. (publika.az)

  • Daban çatlarından qurtulmaq üçün ideal vasitələr

    Ən çox yayılan dəri problemlərindən biri də çatdır. Xüsusən də daban nahiyəsində yaranan çatlar ağır fəsadlar yarada bilər. Çatlar dərinləşdikcə isə qanaxma və infeksiyaya səbəb olur.

    Median.Az xəbər verir ki, daban çatları ən çox quru dəridə yaranır. Odur ki, yay mövsümünədək ideal dəri, xüsusən dabana sahib olmaq istəyirsinizsə, bu vasitələrdən istifadə edin.

    Zeytun yağı

    Pambıq diskləri zeytun yağına batırıb, problemli nahiyəni 10-15 dəqiqə ərzində masaj edin. Sonra isə pambıq corab geyinib, bir saat gözləyin.

    Yaxud 1 xörək qaşığı zeytun yağına bir neçə damcı limon (lavanda yağı) qarışdırın, eyni qaydada istifadə edin.

    Limon şirəsi

    Limon suyu da dərini təmizləyir, rəngini gözəlləşdirir, həmçinin ölü hüceyrələri bərpa edir. Limon suyu ilə dərini siləndən sonra mütləq yuyub, krem çəkin.

    Dəriniz əvvəlki hamarlığına qovuşanadək proseduru hər gün təkrarlayın. (publika.az)