Category: Ordu

  • DİN-in Hərbi İnstitutunda kursantların andiçmə mərasimi keçirildi – VİDEO

    Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunda kursantların hərbi andiçmə mərasimi keçirilib.

    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının dövlət himni ifa edilib.

    Daxili qoşunların komandanının müavini general-mayor İnqilab Muradov tədbir iştirakçılarını salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun təbrik və tövsiyələrini şəxsi heyətə çatdırıb.

    Qeyd olunub ki, Daxili Qoşunların döyüş yolu, tarixi əməliyyatlarda iştirakı, şəxsi heyətin xüsusi qəhrəmanlıqları və vətən müdafiəsində verdikləri töhfələr dövlətimizin tarixində şərəfli səhifələrdən biridir.

    Hərbi İnstitutun rektoru general-mayor Elçin Məmmədov çıxış edərək müasir dövrün çağırış və təhdidlərinə cavab verən ixtisaslı kadr hazırlığının həyata keçirilməsi ilə bağlı tələblərin, əmr və göstərişlərin bundan sonra da yüksək səviyyədə yerinə yetiriləcəyini vurğulayıb.

    Daha sonra kursantlar Vətənə sədaqət andı içiblər.

    Mərasim şəxsi heyətin təntənəli marşla keçidi ilə başa çatıb.

  • Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

    Pirəkəşkül və Ağdərədə 15-19 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqon və Ağdərə yaxınlığında təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

  • Azərbaycanda keçirilən 6 ölkənin xüsusi təyinatlı qüvvələrin birgə təlimində müxtəlif faəliyyətlər icra olunub

    Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə keçirilən “Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə təlimi davam edir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, əsas diqqətin dost və müttəfiq ölkələrin xüsusi təyinatlı qüvvələri arasında birgə xüsusi əməliyyatların keçirilməsi sayəsində təcrübə mübadiləsinin aparılmasına, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsinə, eləcə də zərurət yarandıqda birgə əməliyyatları aparma imkan və bacarıqlarının inkişaf etdirilməsinə yönəldildiyi təlimdə xüsusi təyinatlı bölmələr hazırlıqlarını davam etdirirlər.

    Birgə təlimdə atəş, paraşüt, snayper, eləcə də yaşayış məntəqəsinin düşməndən təmizlənməsi mövzularına dair təlim-döyüş tapşırıqları üzrə fəaliyyətlər uğurla yerinə yetirilir.

    Xüsusi təyinatlılar hazırlıq mərhələsində qarşıya qoyulan tapşırıqların icrası zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər.

  • Müdafiə Nazirliyi vətəndaşlara müraciət etdi – “Məhdudiyyəti anlayışla qarşılayın”

    Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd edilib ki, hərbi hissələrdə effektiv profilaktik tədbirlərin görülməsi sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısı alınır:

    “Gənc əsgərlərin valideynlərindən, eləcə də bütün vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi bir daha xahiş edirik. Qeyd olunan məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.

  • Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

    Azərbaycan Ordusunda yeni xidmətə başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər davam etdirilir. Hərbi mühitə adaptasiya dövründə gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısını almaq üçün keçirilən tədbirlərlə əlaqədar hərbi hissələrdə görüş müvəqqəti məhdudlaşdırılıb.

    Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
    “Vətəndaşlardan, xüsusilə gənc əsgərlərin valideynlərindən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi bir daha xahiş edirik.
    Məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir”, – deyə məlumatda qeyd edilib.

  • Şəmkirdə bir ayın əsgəri həyatını itirdi – FOTO

    Azərbaycan əsgəri həyatını itirib.

    Median.Az Bizim.Media-ya istinadən xəbər verir ki, Şəmkirdə yerləşən “N” saylı hərbi hissədə qulluq edən 19 yaşlı Sənan Quliyev vəfat edib.

    Mənbənin bildirdiyinə görə bir ayın əsgəri ürək çatışmazlığından dünyasını dəyişib.

    Vəfat edən əsgər Sənan Quliyev əslən Füzuli rayonunun Qayıdış qəsəbəsindəndir.

  • Gənc əsgərlərlə görüşə müvəqqəti MƏHDUDİYYƏT QOYULDU – SƏBƏB

    Yeni xidmətə başlayan gənc əsgərlərin adaptasiya dövründə sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə qabaqlayıcı tədbirlər keçirilir. Gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxmasının qarşısını almaq üçün onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.

    Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

    “İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”, – məlumatda deyilir.

  • Ordumuzun çinli əsgəri – VİDEO

    Azərbaycan Ordusunda xidmət edən Çin əsilli əsgər maraqla qarşılanıb.

    Median.Az APA TV-yə istinadən xəbər verir ki, əsgər Emin Lin həm silahdaşlarının, həm də komandirlərinin hörmətini qazanıb.

    O, ingilis, rus və Azərbaycan dillərində də sərbəst danışa bilir. Əsgər yoldaşlarından bəziləri onu Lin, bəziləri isə “çinli” deyə çağırır.

    “Mən fəxr edirəm ki, Azərbaycan Ordusunda xidmət edirəm. 1 il 6 ay ərzində çox şeyə uyğunlaşdım. İlk dəfə məni çox maraqla qarşıladılar. Hamıya maraqlı oldu ki, çinli biri Azərbaycan Ordusunda xidmət edir. Həmçinin Çin mətbəxi necədir, Azərbaycan mətbəxinə oxşayırmı? Əslində mən Çin mətbəxini o qədər də bilmirəm. Anam evdə həm Azərbaycan, həm də Çin mətbəxindən yeməklər bişirir”,- deyə Emin Lin söyləyib.

    Bildirilib ki, ailə 1998-ci ildən Azərbaycanda yaşayır.

  • Daxili qoşunların fəaliyyətinin əsas prinsipləri müəyyənləşdiriləcək

    Daxili qoşunların fəaliyyətinin əsas prinsipləri müəyyənləşdiriləcək.

    Sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

    Layihəyə əsasən, daxili qoşunların fəaliyyətinin əsas prinsipləri aşağıdakılar olacaq:

    – qanunun aliliyi, humanizm, qanun qarşısında bərabərlik, insan və onun konstitusion hüquq və azadlıqlarına hörmət;

    – vahid və mərkəzləşdirilmiş rəhbərlik;

    – daxili qoşunların hərbi quruculuq tədbirlərinə və fəaliyyətinə nəzarət;

    – beynəlxalq hərbi quruculuq təcrübəsindən səmərəli istifadə;

    – döyüşə və səfərbərliyə daimi hazırlıq;

    – döyüş potensialının müasir hərbi elmin və texnikanın ən yeni nailiyyətləri səviyyəsində saxlanılması, texniki bazanın daima yenilənməsi;

    – dövlət sirrinin qorunması;

    – hərbi intizamın möhkəmləndirilməsi;

    – şəxsi heyətdə Azərbaycan Respublikası, Azərbaycan xalqı, hərbi anda sədaqət hissin, öz vətəninin tarixi və ənənələrinə dərin məhəbbət, vətənin müdafiəsi naminə yüksək şəxsi məsuliyyətin formalaşdırılması;

    – daxili qoşunlarda siyasi partiyalar, qeyri-hökumət təşkilatları və dini qurumların yaradılması və fəaliyyətinin qadağan edilməsi;

    – gənclərdə hərbi xidmətə marağın yüksəldilməsi.

    Bununla yanaşı, daxili qoşunların fəaliyyət istiqamətləri aşağıdakılar olacaq:

    – konstitusiya quruluşu, suverenlik, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak etmək;

    – terrorçuluğa və dini ekstremizmə qarşı mübarizədə iştirak etmək;

    – fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin edilməsi, fövqəladə vəziyyət, habelə sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqinə səbəb olmuş halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək;

    – Azərbaycan Respublikası ərazisinin müdafiəsində iştirak etmək;

    – Yuxarıda nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olaraq aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən mühafizə olunan obyektlərin mühafizəsində iştirak etmək.
    //oxu.az

  • Naxçıvanda hərbi vəzifəlilərin təlimi başa çatıb – Video

    Əlahiddə Ümumqoşun Orduda ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı başa çatıb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, toplanış çərçivəsində ümumqoşun və ixtisas hazırlığı üzrə məşğələlər keçirilib, atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmaları icra olunub, həmçinin günün nizam qaydalarına uyğun fəaliyyətlər yerinə yetirilib.

    Hərbi vəzifəlilərə müşahidə dronlarından istifadə qaydaları da göstərilib və müxtəlif tapşırıqlar məşq etdirilib. Sonda toplanış müddətində fərqlənən hərbi vəzifəlilər mükafatlandırılıb.