Category: Ordu

  • Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

    Pirəkəşkül və Ağdərədə 1-5 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
    Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqon və Ağdərə yaxınlığında təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:
    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

  • Əhaliyə XƏBƏRDARLIQ – Partlayış səsləri eşidiləcək

    Pirəkəşküldə 25-29 avqust tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək:

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

  • Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib

    Azərbaycanla NATO arasında 2025-ci il üçün təsdiq olunmuş “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na əsasən, Quru Qoşunlarının “N” saylı hərbi hissəsində Müdafiə Nazirliyi və NATO-nun nümayəndə heyətinin iştirakı ilə ekspert görüşü keçirilib.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Görüşdə Müdafiə Nazirliyinin nümayəndələri və xarici mütəxəssislər tərəfindən müxtəlif brifinqlər təqdim olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

    Tərəflər həmçinin ölkəmizin NATO ilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində qurulan əlaqələrinin cari vəziyyətini təhlil edib, perspektiv məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

    Sonda xatirə şəkli çəkdirilib və qonaqlara hədiyyələr təqdim olunub.

  • MN: Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

    Pirǝkǝşkül qəsəbəsi yaxınlığındakı poliqonda 21-22 avqust tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv edilməsi prosesi həyata keçiriləcək.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, MN-dən bildirilib.

  • Əhaliyə XƏBƏRDARLIQ – Partlayış səsləri eşidiləcək (FOTO)

    Ağdərə rayonunun “Gödəkburun” təlim mərkəzində 18-22 avqust tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb:

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

  • Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak ediblər – Video

    Pakistanın paytaxtı İslamabad şəhərində ilk dəfə Müstəqillik Günü və “Haqqın qələbəsi”nə həsr edilmiş hərbi parad keçirilib.

    Bu barədə Median.Az Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, paradı Pakistanın siyasi və hərbi rəhbərliyi ilə yanaşı, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Azərbaycanın Pakistandakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar izləyiblər.

    Müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı tədbridə ölkəni Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

  • Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak edəcəklər

    Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə keçiriləcək “Müstəqillik Günü və haqqın qələbəsi”nə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Bakıdan yola düşüb.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd edək ki, hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun bir qrup komando heyəti və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestri təmsil edəcək.

  • Azərbaycan hərbçiləri Gürcüstanda NATO təlimində iştirak edirlər

    Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən “Agile Spirit – 2025” təlimində müşahidəçi qismində iştirak edir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ilkin mərhələsi Gürcüstanın Vaziani və Norio Təlim mərkəzlərində kompüter dəstəkli komanda-qərargah təlimi kimi keçirilən “Agile Spirit – 2025″in hava desant birliklərinə aid komponenti isə Türkiyədə icra olunub.

    Təlimin məqsədi Qara dəniz regionunda sülh və sabitliyə töhfənin verilməsi, eləcə də ABŞ, NATO-ya üzv və tərəfdaş ölkələrin döyüş hazırlığının, qarşılıqlı uzlaşma və əməliyyat qabiliyyətlərinin artırılmasıdır.

  • Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb, 4 hərbçi xəsarət alıb

    Kəlbəcər rayonu ərazisində avqustun 5-i saat 19:05 radələrində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələrinin basdırdığı minaya düşüb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
    Bildirilib ki, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur.
    Faktla bağlı araşdırma aparılır.

  • Ərdoğan Zakir Həsənovun müşavirinə Ordu generalı rütbəsi verdi

    Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri vəzifəsini icra edən Bəxtiyar Ersayın Türkiyə ordusunda rütbəsi artırılıb.

    Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

    Belə ki, əvvəl Türkiyə ordusunda general-polkovnik rütbəsini daşıyan Bəxtiyar Ersaya prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə ordu generalı hərbi rütbəsi verilib.

    Eyni zamanda, Türkiyə ordusunda 31 general və admirala daha bir üst rütbə, 61 polkovnikə isə general və admiral rütbələri verilib.