Category: Ordu

  • 34 yaşayış binasından 33-ü dağıdılmış Şıxarx… – FOTO/VİDEO

    Ermənistan silahlı qüvvələrinin ən çox hədəf aldığı yaşayış məntəqələrindən biri də Tərtərin Şıxarx qəsəbəsidir.

    Düşmən ağır artilleriyadan istifadə etməklə sentyabrın 27-dən bu günədək həmin qəsəbədə məcburi köçkünlər üçün salınan yaşayış məntəqəsini atəşə tutub.

    Nəticədə burada olan 34 yaşayış binasından 33-ünə ciddi ziyan dəyib. Hətta mərmilərdən bir neçəsi mənzillərin içinə düşüb. Bundan başqa, qəsəbədə inzibati binalar da dağılıb.

    “Qafqazinfo”nun Şıxarx qəsəbəsindən hazırladığı videoreportajı təqdim edirik:

  • Türkiyə vətəndaşı Azərbaycan Ordusuna dəstək olaraq nişan üzüyünü hədiyyə etdi – VİDEO

    Azərbaycan Silahlı Qüvvələrinə yardım etməyə çalışanlar arasında qardaş Türkiyənin sadə vətəndaşları da var.

    Belə şəxslərdən biri haqqında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Ankarada Quru Qoşunları Ali Hərbi Məktəbinin yeni dərs ilinin açılışındakı çıxışı zamanı danışıb.

    Səfir bildirib ki, Maraşdan olan bir şəxs ona məktub göndərərək dəstək və yardımını ifadə edib. Məktubla bərabər həmin şəxs Türkiyə bayrağı və nişan üzüyünü göndərib.

    Bu əhvalatdan olduqca təsirləndiyini deyən səfir üzüyü geri qaytarmaq istəsə də, Türkiyə vətəndaşı hədiyyəsini geri almayacağını, bu qərarı ailəlikcə verdiklərini deyib.

  • Ermənistan ordusu itkilərinin sayını açıqladı

    Ermənistan ordusu 10 oktyabr tarixinə qədər Dağlıq Qarabağda daha 51 əsgərinin öldüyünü açıqlayıb.

    Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

    Rəsmi rəqəmlər ölən erməni əsgərlərinin sayının 500-ə yaxın olduğunu qeyd edir.

  • Hülusi Akar: Hərbi cinayətlər Ermənistan üçün normaya çevrilib

    Ermənistan Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutduğuna görə həm tarix qarşısında, həm də beynəlxalq hüquq nöqteyi-nəzərindən məsuliyyət daşıyacaq.

    “Anadolu” xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar deyib.

    Onun sözlərinə görə, Ermənistan Azərbaycana qarşı hərbi cinayətlər törədir:

    “Ermənistan regionda bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər törədərək həmişə çox aqressiv hərəkət edib. İrəvanda bunu adət halına çeviriblər, bu, Ermənistan üçün norma olub”. H.Akarın sözlərinə görə, Ermənistanın hərəkətləri düşüncəsizdir və humanitar atəşkəsə dair razılıqları pozmağa da yönəlib.

  • Ağcabədinin ən çox atəşə tutulan kəndləri – VİDEO

    Ermənistan ordusunun ən çox atəşə tutduğu kəndlərdən ikisi Ağcabədinin Qiyaməddinli və Hacılar kəndləridir.

    Baku TV xəbər verir ki, indiyədək Qiyaməddinli kəndində 12 ev dağılaraq yararsız hala düşüb, 21 evə isə ziyan dəyib. Xeyli iribuynuzlu və xırdabuynuzlu heyvan tələf olub.

    Humanitar atəşkəs imzalandıqdan sonra da bu kəndlər atəşə tutulub.

  • Erməni vəhşiliyinin növbəti qurbanları – VİDEO

    “Gəncə döyüş gedən bölgə deyil, münaqişə bölgəsi deyil. Gəncədə hərbi hissə yoxdur.”

    Baku TV xəbər verir ki, bu sözləri Gəncəyə atılmış raket nəticəsində zərərçəkmiş ailənin üzvü deyib.

    Gəncəyə atılmış raket nəticəsində, ailənin iki azyaşlı üzvü xəsarət alıb. Onlardan birinin başına tikiş qoyulub.

  • Növbəti erməni yalanı ifşa edildi

    “Fact Chek Karabakh” səhifəsi növbəti erməni yalanlarını üzə çıxarıb.

    Belə ki, Ermənistan Müdafiə Nazirliyinin “əsgərlərimiz düşməni geri çəkilməyə məcbur edir” başlığı ilə paylaşılan video saxtadır.

    Videodan da aydın görünür ki, çəkiliş poliqonda hərbi təlim zamanı çəkilib və vurulan hədəflər

  • Azərbaycanın “Su-25” təyyarəsinin vurulması ağ yalandır – RƏSMİ

    Ermənistan Müdafiə Nazirliyinin Azərbaycanın növbəti Su-25 hücum təyyarəsinin “vurulması” ilə bağlı məlumatı çarəsizlikdən irəli gələn ağ yalandır.

    Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib:

    “Azərbaycanın döyüş aviasiyası tətbiq olunmur və biz humanitar atəşkəsin tələblərinə tam əməl edirik”.

  • Tanınmış idmançıların iştirakı ilə orduya dəstək videoçarxı hazırlandı – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin sıralarında xidmət edən tanınmış idmançıların iştirakı ilə orduya dəstək videoçarxı hazırlanıb.

    Həmin videoçarxı təqdim edirik:

  • 97 yaşlı keçmiş döyüşçüdən orduya dəstək – VİDEO

    97 yaşlı keçmiş döyüşçü Babakişi Fətullayev öz təqaüdündən 1000 manat orduya ianə edib.

    Baku Tv xəbər verir ki, İkinci Dünya müharibəsi döyüşçüsü olan Babakişi Fətullayev bu addımı hər kəsə örnək olmaq üçün atıb.

    O, ermənilərin dinc əhaliyə atəş açmasını pisləyib.

    “Almanlar Belarusu, Ukraynanı tutanda, bir nəfər də olsun dinc əhaliyə dəyməmişdilər. Bunlar vəhşidirlər”.