Döyüşlərdə iştirak edən qoşunlar üçün səyyar təminat məntəqələri yaradılıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində bu gün səhər saatlarına olan məlumata görə 41 mülki şəxs həyatını itirib”.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ermənilərin açdığı atəş nəticəsində 207 nəfər yaralanıb.
“1185 ev, 148 mülki obyekt və 57 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb”, – deyə məlumatda qeyd edilib.


Könüllü olaraq döyüşmək üçün Ermənistana gələn erməni mənşəli ispaniyalı iş adamı Armen Knyazyan Qarabağda hərbi əməliyyatlar zamanı məhv edilib.
Bu barədə quldur separatçı rejimin “rəhbəri” Arayik Arutyunyan “Facebook” səhifəsində paylaşıb.
O, həmçinin iş adamının 2016-ci ildə Aprel döyüşlərində də bura gəldiyini etiraf edib.
Ermənistan tərəfinin guya Azərbaycan ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır.
Bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib:
“Xatırladırıq ki, Hadrut artıq bir neçə gün bundan əvvəl Azərbaycan ordusu tərəfindən işğaldan azad olunub. Bildiririk ki, Azərbaycan ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir”.
Bazar ertəsi günü Avropa İttifaqına (Aİ) üzv dövlətlərin Xarici işlər nazirləri (XİN) Dağlıq Qarabağdakı vəziyyəti və Ermənistanla Azərbaycan XİN rəhbərləri arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Moskvada humanitar məqsədlər üçün atəşkəsə dair razılaşmanın nəticələrini müzakirə edəcəklər.
Bu barədə “Euronews” xəbər verir.
Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyevin qeyd edib ki, “humanitar məqsədlər üçün atəşkəs haqqında bir sənəd var. Ertəsi gün erməni silahlı qüvvələri Gəncənin yaşayış məskənlərini raketlə atəşə tuturlar. Bu hərbi cinayətdir. Və bu bir daha erməni tərəfinin ikiüzlülüyünü nümayiş etdirir”.
Ermənistan ordusu Tərtərdə dinc əhalini raket atəşinə tutmağa davam edir.
Baku TV xəbər verir ki, humanitar atəşkəsin imzalandığına baxmayaraq, Ermənistan tərəfi atəşkəsə riayət etmir.
Gecə saatlarından başlayaraq, düşmənin Tərtəri atəşə tutması nəticəsində xeyli sayda yaşayış məntəqəsinə ziyan dəyib.
Azərbaycan Xarici İşlər Nazirliyi ilə diplomatik korpusların, səfirlərin, nümayəndə heyətlərinin rəhbərləri, hərbi attaşelər, beynəlxalq təşkilat rəhbərləri Gəncəyə və Mingəçevirə gedəcəklər.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.
Onlar Ermənistanın günahsız mülki insanlara və vacib enerji infrastrukturuna raket hücumları törədilən cinayət səhnələri ilə tanış olacaqlar.
“Gəncə üçün susma!”, – deyə o qeyd edib.
With @AzerbaijanMFA taking diplomatic corps, Ambassadors, Head of Delegations, Military attaches, Head of International Org to #Ganja and #Mingachevir. Crime scenes of #Armenia's reckless missile attacks to innocent civilians and critical energy infrastructure. #PrayForGanja
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 12, 2020
Oktyabrın 11-dən 12-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit qalıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əldə olunan məlumata əsasən, döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçıb.
Bundan əlavə, 5-ci və 522-ci alayın şəxsi heyəti avtomobil və zirehli texnikalarını da mövqelərdə ataraq geri çəkilib.
Məlumata əsasən, canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da var.