
Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan silahlı qüvvələrinin ötən gecə (11 oktyabr) saat 02:00 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması “Anadolu” agentliyinin “60 saniyədə bu gün” rubrikasında nümayiş etdirilib.
Qeyd edək ki, son məlumatlara əsasən, Ermənistan ordusunun törətdiyi terror aktı nəticəsində doqquz nəfər həlak olub, 34 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Şəhərin raketlərdən atəşə tutulmasından sonra Gəncəyə külli miqdarda ziyan dəyib, dağıntılar baş verib.
Dağlıq Qarabağda gərginləşən müqnaqişə fonunda erməni işğalçı silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin kütləvi itkisi ilə üzləşib.
İki həftə ərzində onların S-300 “Favorit” kimi qabaqcıl kompleksləri də daxil olmaqla, qısa, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemi vasitələrinin 80 faizi məhv edilib.
Bu barədə avia.pro-nun öz mənbələrinə istiandla yaydığı xəbərdən məlum olub.
Qeyd edilir ki, ilk günlərdə Azərbaycan həqiqətən də onlarla pilotsuz uçuş aparatını (PUA) itirib, lakin bu gün Azərbaycan ordusunun PUA-ları döyüş bölgəsini və Dağlıq Qarabağın bütün ərazisini asanlıqla tədqiq edə bilər, çünki erməni işğalçılarının artıq bu cür hədəflərlə mübarizə aparmaq üçün vasitəsi yoxdur.
Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Düşmən günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərib.
Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Döyüş toqquşması nəticədə düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu iki yük maşını məhv edilib.
Qoşunlarımız hazırda bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.
“Ermənistan ciddi şəkildə öz üzərinə düşən öhdəliklərə riayət etməli, danışıqlar prosesinə tam ciddiyyəti ilə qayıtmalı və real addımlar atmalıdır”.
Bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov jurnalistlərin hərbi əməliyyatların bərpa olunması barədə suala cavab verməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən imitasiya prosesinin həyata keçirilməsi, ciddi addımların atılmaması müşahidə olunarsa, hərbi əməliyyatların bərpa edilməsi riski hər an mövcud olacaq:
“Hazırda belə bir yanaşma müşahidə olunur. Humanitar atəşkəsin elan olunmasına baxmayaraq saat 12-dən sonra biz bunu görmədik. Hazırda hərbi əməliyyatlar davam etdirilir”.
“Təəssüf ki, Ermənistan tərəfindən humanitar əsaslarla atəşkəs rejimindən süni şəkildə istifadə edilir. Atəşkəs özlüyündə sülh deyil və heç bir zaman da ola bilməz”.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, hazırkı şəraitdə Moskvada qəbul olunmuş bəyanat humanitar əsaslarla qəbul edilmiş atəşkəs rejimidir.
H.Hacıyev vurğulayıb ki, bundan sonra diplomatik sahədə fəaliyyət davam etdiriləcək:
“İlham Əliyevin rəhbərliyi altında əsas hədəf Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün çalışacağıq”.