Category: Ordu

  • Gürcü sərhədçiləri Ermənistana qanunsuz silah daşınmasının qarşısını alıblar – FOTO/VİDEO

    Gürcüstan-Ermənistan sərhədində Ermənistana silah daşıyan yük maşını saxlanılıb.

    Minval.az bu barədə etibarlı mənbələrə istinadən xəbər yayır.

    Qeyd edilir ki, Gürcüstan sərhədçilərinin ayıq-sayıqlığı nəticəsində Ermənistana qanunsuz silah daşınmasının qarşısı alınıb.

    Hərbi mütəxəssislərin sözlərinə görə, fotolara və videolara əsasən demək olar ki, maşında avtomatik idarəetmə sistemi quraşdırılıb.

    O, komanda məntəqələrində quraşdırıla bilər və qoşunları idarə etmək, bölmələrin hərəkətlərini əlaqələndirmək, raket qüvvələri və topçu birliklərinin atəşinə nəzarət etmək üçün istifadə edilə bilər.

    Nəzərə alaq ki, hərbi avtomatik idarəetmə sistemi məşhur erməni “Spayka” nəqliyyat şirkətinə məxsus mülki yük maşınları ilə daşınıb.

    Beləliklə, erməni hakimiyyəti Gürcüstanın Ermənistan üçün ərazisindən hərbi yük daşınmasına qoyduğu qadağanı pozmağa davam etdiyi açıq görünür. Eyni zamanda, ölkəyə silah qaçaqmalçılığı cəhdləri göstərir ki, rəsmi İrəvan, təəssüf ki, hərbi təxribat siyasətinə davam edir və münaqişənin sülh yolu ilə həllinə meylli deyil.

  • Ermənistan silahlı qüvvələrinin hərbi texnikası sıradan çıxarıldı – VİDEO

    Ermənistan silahlı qüvvələrinin daha bir tankı sıradan çıxarılıb.

    Videonu təqdim edirik:

  • Düşmənin reaktiv yaylım atəş sistemi məhv edilib – VİDEO

    Azərbaycan silahlı qüvvələrinin düşmənin reaktiv yaylım atəş sistemini məhv etməsinin videogörüntüləri yayılıb.

    Həmin görüntüləri təqdim edirik.

  • Düşmənin məhv edilən növbəti hərbi texnikasının görüntüləri – VİDEO

    Azərbaycan ordusu növbəti dəfə düşmənin zirehli texnikasını məhv edib.

    Həmin görüntüləri təqdim edirik.

  • Ekspert: “Azərbaycanın hazırkı vəziyyətdə hər hansı təslimçi atəşkəsə getməsi qeyri-mümkündür”

    “Bütün döyüşlərdə olduğu kimi, bu dəfə də cəsədlərin döyüş meydanından götürülməsi üçün humanitar atəşkəs prosesi tətbiq edilir. Bu bütün döyüşlər üçün xarakter haldır”.

    Bu sözləri Oxu.Az-a açıqlamasında BDU-nun beynəlxalq hüquq və geosiyasət üzrə professoru Əfsər Sadıqov deyib.

    O bildirib ki, Azərbaycan hər zaman Beynəlxalq Humanitar Hüququn normalarına sadiq davrandığını bildirib:

    “Mövcud proseslər məhz beynəlxalq humanitar hüququn normaları çərçivəsində həyata keçirilir. Bu müvəqqəti bir prosesdir. Təbii ki, bu qısamüddətli atəşkəsdir. İnsanlar bunu yanlış anlamasın. Bəlkə də onları çaşdıran humanitar atəşkəslə bağlı mətndə atəşkəsin hansı müddət ərzində davam edəcəyinin qeyd olunmamasıdır. Şübhəsiz ki, bu da Ermənistan tərəfinin marağında olan məqamdır. Ona görə də hesab edirəm ki, Azərbaycanın hazırkı vəziyyətdə hər hansı təslimçi atəşkəsə getməsi qeyri-mümkündür.

    Bunu ölkə başçısı İlham Əliyev ötən gün öz çıxışında da çox açıq şəkildə ifadə etdi. Moskvada tərəflər arasında danışıqlar gedə-gedə Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışı təsadüfü deyildi. Ölkə başçısı bu mövzuda Azərbaycanın qəti fikrini ifadə etdi. O bildirdi ki, Azərbaycan öz ərazisinin bir qarış torpağını belə Ermənistanın tapdağı altında qoymayacaq, sonuna qədər davam edəcək. Bu fikir kifayət qədər açıqdır, ikimənalı heç bir məqam yoxdur. Digər tərəfdən isə istənilən atəşkəs üçün Ali Baş Komandanın iradəsi əsasdır. Danışıqlar prosesində də xarici işlər nazirinin hər hansı anlaşması, razılaşması da ölkə başçısının siyasi iradəsindən üstün ola bilməz”.

    Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Azərbaycanı ancaq hərbi yol tutaraq humanitar yardıma riayət etməməkdə ittiham etməsin deyə, ölkəmiz danışıqlar prosesində iştirak etməyə razılıq verib.

    “Baxmayaraq ki, biz öz torpaqlarımızda döyüşürük, döyüş zamanı əldə edilən hərbi qənimətlər işğal hüququna görə, bizim mülkiyyətimiz sayılır. Bu onu göstərir ki, Azərbaycan hərbi-siyasi üstünlüyə malikdir. Son dövrdə iki dövlət arasında müşahidə edilən müharibələrdə Ermənistan silahlı qüvvələrinin bu səviyyədə darmadağın edilməsi faktı qeydə alınmayıb. Bu da təbii ki, Azərbaycan Respublikasının hərbi-siyasi gücünü göstərir. Bunun ardınca Ermənistanda yuxarı hərbi elitada baş verən dəyişikliklər- Ermənistanın milli təhlükəsizlik idarəsinin rəisinin dəyişdirilməsi, hərbi ordu komandanlığının işdən azad olunması da bunu sübut edir. Eyni zamanda Azərbaycan ordusunun döyüş meydanında ermənilər tərəfdə vuruşan yüksək rütbəli zabitlərin və subayların öldürülməsi, şübhəsiz ki Ermənistan cəmiyyətində mənəviyyatsızlaşma yaradır”, – deyə Əfsər Sadıqov sonda qeyd edib.

  • Ermənistan tibbi maşınını Komanda idarəetmə maşınına çevirib – FOTO

    Ermənistan tibbi maşınını Komanda idarəetmə maşınına çevirib.

    Buna səbəb isə mənfur düşmənin Azərbaycan ordusunun tibbi maşınlarına atəş açmadığını bilməsidir.

    Bunu sübut edən fotoları təqdim edirik:

  • Dayanmaq bilməyən erməni təxribatı – VİDEO

    Ermənilər cəbhəboyu rayonları atəş altında saxlamağa davam edirlər.

    Sakinlər cəbhə bölgəsində olan Baku TV-nin müxbirinə bildiriblər ki, nə qədər çətin vəziyyətdə yaşasalar belə öz doğma torpaqlarını tərk etmək fikirləri yoxdur.

    Sakin: “Toplar atsalar da biz buradayıq. Ordumuzun arxasındayıq. Heç yerə gedən deyilik. Bir qarış torpağımız belə erməniyə qalmayacaq”.

  • Ermənistan rəsmən məhv edilən hərbçilərinin sayının 400-ü keçdiyini etiraf etdi

    Azərbaycan ordusunun əks-hücumu nəticəsində Ermənistanın itkilərinin sayı açıqlanıb.

    Bu barədə “Sputnik” xəbər yayıb.

    Erməni tərəfinin rəsmi məlumatına görə, bir gün ərzində Azərbaycan ordusu daha 28 erməni işğalçısını məhv edib.

    Beləliklə, düşmən 400-dən artıq hərbçi itirdiyini rəsmən etiraf edib.

  • Düşmənin təxribatını zərərsizləşdirmə əməliyyatı aparılan şəhərlər açıqlandı – SİYAHI

    “Ermənistan ordusunun ardıcıl təxribatları və mülki vətəndaşları atəşə tutması nəticəsində Azərbaycan ordusu əks-hücum həyata keçirib”.

    Bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməliyyatlar üzrə meneceri Elnur Qasımov Bərdədə keçirdiyi brifinqdə bildirib.

    Onun sözlərinə görə, sentyabrın 27-dən oktyabrın 8-dək Daxili işlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi tərəfindən agentliyə 402 çağırış edilib:

    “366 əməliyyat çıxışı icra olunub. Bu çıxışlar hər dəqiqə dəyişir”.

    O, təcili və təxirəsalınmaz axtarış və zərərsizləşdirmə əməliyyatları aparılan rayonlardan da danışıb:

    “Ağdam, Goranboy, Tərtər, Ağdaş, Bərdə, Beyləqan, Füzuli, Ağcabədi, Biləsuvar, Cəbrayıl, Naftalan, Şəmkir, Hacıqabul, Yevlax Gəncə və Mingəçevir şəhərlərində icra olunur. Düşmən müxtəlif növ sursatlardan istifadə edir”.

  • Müdafiə Nazirliyindən düşmənin növbəti təxribatı ilə bağlı AÇIQLAMA

    “Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən dronlardan vurulması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər yalandır və düşmənin növbəti təxribatıdır”.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri qəti şəkildə təkzib edir:

    “Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açılmayıb və açılmır. Düşmənin yaydığı bu tip xəbərlər məqsədyönlü şəkildə həyata keçirilən təxribatdır”.