Category: Ordu

  • Düşmən yaşayış məntəqələrimizi intensiv atəşə tutur – RƏSMİ

    Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrini intensiv atəşə məruz qoyur.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ordumuz tərəfindən düşmənə qarşı cavab tədbirləri görülür.

  • Düşmən Xocalı istiqamətindən Hadrutu intensiv atəşə tutur – RƏSMİ

    Düşmən Xocalı istiqamətindən Hadrutu yaylım atəşli reaktiv sistemlərdən atəşə tutur.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ordumuz Ermənistan silahlı qüvvələrinə qarşı adekvat tədbirlər görür.

  • Gecə gərgin döyüşlər gedib: Düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib – RƏSMİ + VİDEO

    Oktyabrın 9-da günün ikinci yarısından oktyabrın 10-u səhər saatlarınadək bütün cəbhə boyu hərbi əməliyyatlar müxtəlif intensivliklə davam edib, düşmənə atəş zərbələri endirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində bu müddətdə düşmənin xeyli sayda canlı qüvvəsi, 13 ədəd tankı, dörd ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, altı ədəd D-20 və D-30 topu, üç ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, iki ədəd M55 “Zastava” zenit qurğusu, iki radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb.

  • İşğaldan azad edilən Hadrut qəsəbəsinin peyk görüntüsü – FOTO

    “Azersky” peykindən Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gün əldə olunmuş ən son peyk təsviri təqdim edilib.

    Bununla bağlı məlumatı “Azərkosmos” ASC yayıb.

    Bildirilib ki, hazırda “Azersky” vasitəsilə istər ordumuzun azad etdiyi ərazilərdə, istərsə də müvəqqəti olaraq Ermənistanın işğalında qalan torpaqlarımızdan gündəlik təsvirlər çəkilir və müvafiq analizlər aparılır.

    Qeyd edək ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Dağlıq Qarabağa doğru zəfər yürüyüşü sayəsində bu gün Azərbaycanın tarixi ərazisi olan Hadrut qəsəbəsi və digər səkkiz kəndimiz Ermənistanın işğalından azad edilib.

  • Düşmənin bütün havadan müdafiə sistemini yönəldən radiolokasiya stansiyası məhv edildi – VİDEO

    Müdafiə Nazirliyindən verilən məlumata əsasən düşmənin bütün havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radiolokasiya stansiyası məhv edilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd edək ki, ordumuzun məhv etdiyi 19J6 RLS qanadlı raketlər də daxil olmaqla hava hədəflərini aşkarlamaq, tanımaq və izləmək üçün nəzərdə tutulur.

    Radar, həmçinin, hava hədəflərini və koordinatlarını, onun dövlət mənsubiyyətini və fəal maneə mənbələrini təyin etməyə imkan verir.

    Mürəkkəb meteoşəraitdə və aşağı yüksəklikdəki hədəfləri aşkarlayan və izləyən 19J6 RLS-in müasir Avtomatlaşdırılan İdarəetmə Sistemləri (AİS) ilə inteqrasiyası mümkündür.

  • Separatçıları dəstəkləyən jurnalistin yalanı ifşa olundu – FOTO

    “WarGonzo” internet layihəsi ilə tanınan, Dağlıq Qarabağ separatçıların mövqeyini dəstəkləyən rusiyalı hərbi jurnalist Semyon Peqovun Azərbaycan Ordusunun nəzarətinə keçən Hadrut qəsəbəsindən guya bu gün çəkdiyi fotoların saxta olduğu üzə çıxıb.

    S. Peqovun iddialarının yalan olduğunu “Fact Check Karabakh” səhifəsi faktlarla sübuta yetirib.

    Jurnalistin fotolarının bu gün çəkilmədiyi və saxta olmasına dair qısa yazını olduğu kimi sizlərə təqdim edirik:

    Rus jurnalist Semyon Peqov öz “Telegram” kanalında SAXTA XƏBƏR paylaşır.

    Bu gün S. Peqov, Hadrutun Azərbaycan qoşunları tərəfindən azad edilmədiyinə işarə edən bir şəkil yayımlayıb. Lakin aşağıda göstərilən hər iki fotoda üç vacib təfərrüata (lövhədəki dəsmal, lövhənin altındakı daşlar və S.Peqovun geyim forması) yaxından nəzər salsaq, eyni detalların S.Peqovun 6 oktyabr Hadrutdan paylaşdığı video reportajda da əks olunduğunu görə bilərik.

  • Təşvişə düşən Ermənistan yeni silah axtarışına çıxıb

    Azərbaycan Ordusu tərəfindən ardıcıl zərbələr alan və hərbi texnikası tamamilə məhv olmuş Ermənistan müxtəlif yollarla silah-sursat bazarına çıxmaq və yeni silah almaq üçün yollar axtarır.

    Bir müddət əvvəl mediada Ermənistanın sabiq prezidenti R.Koçaryanın Dağlıq Qarabağa səfərdən sonra silah təchizatı ilə bağlı məsələləri həll etməyə çalışdığı barədə məlumatlar getmişdi. Son məlumatlara görə, artıq humanitar yardım adı altında, qaçaqmalçılıq yolu ilə, mülki təyyarələrlə əsasən Rusiyadan Ermənistana silah-sursat daşınmasına başlanıb. Rusiyanın rəsmi orqanlarının bu prosesdə iştirakını təsdiq edən hər hansı məlumat yoxdur.

    Silahların daşınması prosesində əsas iştirakçılar Ermənistanın müdafiə naziri David Tonoyan, beynəlxalq silah qaçaqmalçısı kimi tanınan David Qalustyan və iş adamı Samvel Karapetyan çıxış edirlər. Ermənistanda “boz biznesmen” kimi tanınan Samvel Karapetyan baş nazir Nikol Paşinyanın və onun ailə üzvlərinin də iştirak etdiyi böyük silah qaçaqmalçılığı sferasında ad çıxartmışdı. Burada söhbət Ermənistanın KTMT çərçivəsində güzəştli qiymətlərlə əldə etdiyi silahların üçüncü ölkəyə baha qiymətə satışından gedirdi. Məhz bu fırıldağa görə Qalustyan Rusiyadan qovulmuşdu.

    Həmçinin, Ermənistana silahların daşınması məsələsində oktyabrın 3-də Rusiyaya səfər edən baş nazirin müavini Mqer Qriqoryanın və oktyabrın 4-də həmin ölkədə olan Ermənistan xarici işlər nazirinin müavini Şavaş Koçayanın da yaxından iştirak etmələrinə dair məlumatlar var.

    Hazırda “Atlantic Airways” şirkətinin Ermənistana uçuşlarının bərpa edilməsi, Ermənistandan Rusiyanın Mineralnıye Vodı şəhərinə reyslərin açılması silahların daşınması üçün imkanları daha da genişləndirib. Bütün bunlar Ermənistan tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinin, həmçinin Beynəlxalq Mülki Aviasiya Konvensiyasının (Çikaqo Konvensiyası) kobud şəkildə pozulması deməkdir.

    Əldə olunan məlumatlara görə, hazırda Ermənistana daşınan silah-sursat “İqla” daşınan zenit-raket kompleksləri, “Kornet” daşınan tank əleyhinə raket kompleksləri, “Smerç” daşınan reaktiv yaylım atəşi sistemləri və s. ibarətdir.

    Təbii ki, Rusiyanın rəsmi hakimiyyət orqanlarının bu məsələ ilə maraqlanmasına və müvafiq tədbir görməsinə ehtiyac var. Unudulmamalıdır ki, bu ölkələrdən silah qaçaqmalçılığı hazırda Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini raket atəşinə tutduğu və insan tələfatlarının olduğu bir dövrdə baş verir.

    Həmçinin, silah qaçaqmalçılığı üçün ərazisi istifadə oluna biləcək, Azərbaycana siyasi dəstək ifadə edən İranın və öz ərazisindən silah daşınmasına yol verməyəcəyini bəyan etmiş Gürcüstanın da ayıq-sayıq olması lazımdır.

  • Azərbaycan Respublikası Müdafiə Nazirliyi: “Ermənistan məqsədyönlü şəkildə dövlət sərhədində təxribat törədib”

    Oktyabrın 9-da saat 20:00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən sahəsində yerləşən Azərbaycan Ordusunun müdafiə mövqelərindən Ermənistan ərazisində atışma səsləri və partlayış müşahidə olunub.

    Belə ki, Ermənistanın Vardenis rayonunun Günəşli və Ağyoxuş kəndlərində yerləşən düşmən mövqelərindəki hərbi qulluqçular əvvəlcə müxtəlif atıcı silahlardan bir-birinə doğru atəş açmışlar. Bir az sonra isə Günəşli kəndində partlayış baş verib və yanğın müşahidə olunub.

    Bildiririk ki, baş verən insidentə Azərbaycan Ordusu bölmələrinin heç bir aidiyyəti yoxdur. Bu təxribat, erməni xalqı və beynəlxalq aləmin diqqətinin Ermənistan rəhbərliyinin hərbi və siyasi meydanda uğradığı iflasdan yayındırmaq məqsədi daşıyır.

    Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin bu təxribatını kəskin qınayır və bildirirk ki, bu əmələ görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

  • Əsgərlərimiz düşmənin döyüş texnikasını məhv etdi – VİDEO

    Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlardan sonra əks-hücuma keçən ordumuz Qarabağda uğurlu əməliyyatları davam etdirir.

    Əsgərlərimiz növbəti dəfə düşmənin döyüş texnikasını məhv edib.

    Bununla bağlı görüntüləri təqdim edirik.

  • Düşmənin daha bir neçə zirehli texnikası sıradan çıxarldı – VİDEO

    Azərbaycan ordusu Qarabağda uğurlu əməliyyatları davam etdirir.

    27 sentyabrda düşmənin təxribatına cavab olaraq əks-hücuma keçən və aradan ötən müddətdə işğal altında olan əraziləridən bir neçəsini azad edən, bununla yanaşı, düşmənin yüzlərlə silah, zirehli texnikasını məhv edən əsgərlərimiz bu uğurlarına daha bir neçəsini əlavə edib.

    Bununla bağlı görüntülər yayılıb.

    Videoda görünür ki, qəhrəman əsgərlərimizin sərrast atışları nəticəsində düşmənin tankları, zirehli döyüş texnikaları və digər silahları vurularaq sıradan çıxarılıb.