Category: Ordu

  • Ayaz Salayev cəbhədə qəhrəmancasına şəhid olan tələbəsindən danışdı – VİDEO

    Kinorejissor və kinoşünas Ayaz Salayev Qarabağda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan tələbəsi haqqında danışıb.

    Bu barədə rejissor “Youtube”da videomüraciətlə çıxış edib.

    O, bildirib ki, ötən gün cəbhədə tələbəsi, Kinoşünaslıq fakultəsinin tələbəsi Fəqan Məmmədov şəhid olub. Fəqan Məmmədov Qarabağdan kifayət qədər uzaqda yerləşən Zaqatalada anadan olub.

    Ayaz Salayev həmçinin Fəqan Məmmədovun hansı şəraitdə şəhid olmasını da açıqlayıb. Onun sözlərinə görə, ötən gün şanlı ordumuzun əsgərləri işğalçı ordunun əsgərlərini mühasirəyə alıb və ermənilər ağ bayraq qaldırıblar. Fəqan Məmmədov onlara yaxınlaşmaq istədikdə isə ermənilər əl qumbarasından istifadə ediblər. Bu zaman Fəqan Məmmədov özünü sipər edərək döyüş yoldaşlarını xilas edib.

    Rejissor tələbəsi Fəqan Məmmədovun erməni işğalçılarına niyə inandığını və nəyə görə onun dünyasında namərdliyə yer olmadığını da izah edib:

    “Çünki o, Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Dünya kinosunun tarixini, onun daxilində alicənablıq və şərəf hissini tərbiyə edən şedevrləri öyrənib. Fəqana atəş açanlar onun ruhunda yaşayan Fellini və Antonionini, Berqman və Kurosavanı, Tarkovskini və Kubriki öldürdülər”, – deyə A.Salayev bildirib.

  • Ordumuz Qarabağda işğalçı Ermənistanın daha bir yük avtomobilini məhv etdi – VİDEO

    Ordumuz Qarabağda düşmən hədəflərini məhv etməkdə davam edir.

    Bununla bağlı növbəti görüntülər yayılıb.

    Görüntülərdə erməni hərbi avtomobilinin izlənməsi və partladılması əks olunub.

    Sözügedən videonu təqdim edirik.

  • Londonda Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə dəstək aksiyası keçirilir – FOTO

    Böyük Britaniyada yaşayan azərbaycanlılar Azərbaycan Ordusunun işğal olunmuş əraziləri azad etmək üçün başladığı əks-hücum əməliyyatlarına dəstək olaraq aksiya keçiriblər.

    Bu barədə Oxu.Az-a aksiyanın təşkilatçısı, “Böyük Britaniyadakı Azərbaycanlılar” (“Азербайджанцы в UK”) “Facebook” qrupunun admini Səbinə Quliyeva məlumat verib.

    “Ermənistanın 2020-ci il 27 sentyabrda başlayan təxribatından sonra “Facebook” qrupumuz erməni təbliğatı və saxta xəbərlərinə qarşı mübarizəyə qalxdı. Biz vəsait toplayaraq Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı faktları nümayiş etdirən elektron tablolu yük maşının Londonun mərkəzi küçələrində hərəkət etməsini təşkil etdik.

    Londonun mərkəzində bir neçə yerdə “Qarabağ Azərbaycandır !!!” plakatları asılıb.

    Bundan əlavə, eyni plakatlara Londonu Böyük Britaniyanın böyük şəhərləri ilə birləşdirən bir neçə avtomagistralda da görmək mümkündür”, deyə S. Quliyeva qeyd edib.

  • Tərtər rayonunun işğaldan azad olunan Talış kəndindən görüntülər – VİDEO

    Tərtər rayonunun işğaldan azad olunan Talış kəndinin görüntüləri yayılıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Düşmənin atəş mövqeyinə çıxardığı zirehli texnikaları məhv edilib

    Müdafiə Nazirliyi düşmənin atəş mövqeyinə çıxardığı zirehli texnikalarının məhv edilməsinin videogörüntüsünü yayıb.

    Bu barədə “Report”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

  • Ordumuz düşmənin atəş mövqeyinə çıxardığı zirehli texnikaları məhv etdi – VİDEO

    Ordumuz düşmənin atəş mövqeyinə çıxardığı zirehli texnikaları məhv edib.

    Bu barədə Müdafiə Nazirliyi görüntülər paylaşıb

  • Qarabağda Ermənistan tərəfdən Azərbaycana qarşı vuruşan terrorçuların haradan gəldiyi məlum olub

    Azərbaycana qarşı vuruşmaq üçün Qarabağa aparılmış PKK terrorçularının Şimali İraqın Süleymaniyyə şəhərindən oraya getdikləri məlum olub.

    DHA bu barədə Türkiyənin təhlükəsizlik mütəxəssislərindən və regional mənbələrdən əldə etdiyi məlumata istinadla xəbər yayır.

    Bildirilir ki, Ermənistan tərəfində vuruşan bir çox PKK terrorçusu Süleymaniyyə yolu ilə İrana, oradan da Qarabağa aparılıb.

    Ermənistana göndərilən PKK terrorçularının sayının yüzlərlə olduğu, onların Azərbaycana qarşı vuruşduğu və mülki insanları hədəf alan hücumların təşkilini hədəflədikləri bildirilib.

  • Düşmənin Tərtər və Goranboya top atəşləri iki mülki şəxsin yaralanmasına səbəb oldu – RƏSMİ

    Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

    İşğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələri və mülki əhalini hədəfə almaqla 09.10.2020-ci il tarixdə saat 18 radələrindən başlayaraq Goranboy və Tərtər rayonlarını müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub.

    09.10.2020-ci il tarixdə saat 18 radələrində Goranboy rayonun Tapqaraqoyunlu kəndinə düşmən ölkənin silahlı qüvvələri tərəfindən 22 top mərmisinin atılması nəticəsində həmin kənd sakini 1980-ci il təvəllüdlü Mehracov Sənan Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Bundan başqa, Tərtər rayonunun inzibati mərkəzinin də eyni zamanda top atəşinə tutulması nəticəsində rayon sakini 1968-ci il təvəllüdlü Fərəcov Müşfiq Təvəkkül oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

  • Ermənistanın dinc əhalini atəşə tutması nəticəsində Ağdamda dörd nəfər yaralandı – RƏSMİ

    Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

    İşğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və mülki əhalini hədəfə almaqla 09.10.2020-ci il tarixdə saat 14 radələrindən başlayaraq Ağdam rayonunun Quzanlı qəsəbəsini müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub.

    09.10.2020-ci il tarixdə saat 14 radələrində Quzanlı qəsəbə sakinləri 1979-cu il təvəllüdlü Hüseynov Əlizamin Cavid oğlu, 1978-ci il təvəllüdlü Zeynalov Elçin Əli oğlu, 1984-cü il təvəllüdlü Məmmədova Lalə Məhəmməd qızı və 1992-ci il təvəllüdlü Rzayev Elçin Hənifə oğlu qəsəbə ərazisinə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

  • Silahlı Qüvvələrə Yardım Fonduna ianələr – SİYAHI

    Müdafiə Nazirliyindən verilən məlumata əsasən, 27 sentyabr 2020-ci ildə, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

    Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Artıq ciddi uğurlarımız var, bir sıra ərazilərimiz işğaldan azad edilib, düşmən böyük itkilər verib.

    Belə bir həssas dönəmdə ölkədə fəaliyyət göstərən bütün qurumlar, özəl müəssisələr, iş adamları Ali Baş Komandanın və Milli Ordumuzun yanında olduqlarını sözdə deyil, əməldə göstərirlər.

    Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna aşağıdakı qurumlar ianələr köçürüb:

    “BOS Shelf” – 1 000 000 AZN

    SOCAR – 17 000 000

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC – 1 000 064 AZN

    Azərbaycan İlahiyyat İnstitutu – 7200 AZN

    Bakı Ali Neft Məktəbi – 11 000 AZN

    Lənkəran şəhəri “Yeni Ev” ticarət mərkəzinin sahibkarı Ağayev İlqar Eyyub oğlu – 5000 AZN

    Qərbi Kaspi Universiteti – 100 000 AZN