Category: Ordu

  • Düşmənin Tərtər və Goranboya top atəşləri iki mülki şəxsin yaralanmasına səbəb oldu – RƏSMİ

    Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

    İşğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələri və mülki əhalini hədəfə almaqla 09.10.2020-ci il tarixdə saat 18 radələrindən başlayaraq Goranboy və Tərtər rayonlarını müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub.

    09.10.2020-ci il tarixdə saat 18 radələrində Goranboy rayonun Tapqaraqoyunlu kəndinə düşmən ölkənin silahlı qüvvələri tərəfindən 22 top mərmisinin atılması nəticəsində həmin kənd sakini 1980-ci il təvəllüdlü Mehracov Sənan Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Bundan başqa, Tərtər rayonunun inzibati mərkəzinin də eyni zamanda top atəşinə tutulması nəticəsində rayon sakini 1968-ci il təvəllüdlü Fərəcov Müşfiq Təvəkkül oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

  • Moskvada XİN rəhbərlərinin Qarabağ danışıqları başladı – VİDEO

    Moskvada Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçirilir.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    Görüşdə həmçinin nümayəndə heyətləri də iştirak edir. Görüşün mətbuata açıq hissəsi bir neçə saniyə çəkib, hazırda danışıqlar qapalı formatda davam edir.

  • İşğaldan azad olunan Suqovuşan kəndi – VİDEO

    Azərbaycanın Müdafiə Nazirliyi Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan kəndinin videogörüntüsünu yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Düşmən mərmisi yaşayış evini dağıtdı – VİDEO

    Ermənistan silahlıları Tərtər şəhərini və cəbhəyanı kəndləri atəşə tutmaqda davam edir.

    Baku TV xəbər verir ki, xüsusən rayonun Şıxarx qəsəbəsi düşmən mərmilərinə tuş gəlib.

    Şıxarx qəsəbəsi məcburi köçkünlərin yaşadığı ərazidir.

    Qəsəbə sakininin sözlərinə görə, düşmən qəsəbəni fasiləsiz atəşə tutur.

  • Müddətli həqiqi hərbi xidmətə çağırış davam edir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il avqustun 26-da imzaladığı Sərəncama əsasən 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, möhlət hüququ olmayan vətəndaşlarımızın müddətli həqiqi hərbi xidmətə çağırışı davam edir.

    Dövlət Xidmətindən verilən məlumata görə, gənclər həqiqi hərbi xidmətə getmək, Vətən qarşısında borclarını yerinə yetirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə böyük ruh yüksəkliyi və həvəslə gəlirlər.

    Yolasalma mərasimlərində müvafiq qoşun növlərinin hərbi hissələrinə – təlim mərkəzlərinə göndərilən və qarşıdakı üç ay müddətində orada təlimlər keçəcək, hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunacaqları yerlərdə davam etdirəcək gənclərə şanlı Azərbaycan əsgəri kimi müqəddəs adı daşımaları münasibətilə təbriklər çatdırılır, onlara şərəflə xidmət etmələri, nizam-intizamlı olmaları, hərb işinin sirlərinə mükəmməl yiyələnmələri, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələri tövsiyə edilir.

    Xalqımız tarixin müxtəlif dövrlərində taleyini daim inandığı nizami orduya, cəsur, mübariz sərkərdələrə, vətənpərvər oğullara etibar edib. Hərbi xidmətə yola düşən çağırışçılar məhz belə şəxsiyyətləri özlərinə nümunə bilərək Vətənə layiqli övlad kimi xidmət edəcəklərini vurğulayırlar.

  • Hərbi vəziyyət dövründə mülki PUA-ların istifadəsi qadağan edildi – RƏSMİ

    “Cəbhə xəttində intensiv döyüş əməliyyatlarının aparıldığı indiki vaxtda respublika ərazisində mülki pilotsuz uçan aparatların (PUA) müxtəlif məqsədlərlə havaya qaldırılması əhali arasında narahatlıq yaratmaqla aidiyyəti dövlət strukturlarının fəaliyyətinə maneə törədir”.

    Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

    Bildirilib ki, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu və “Hərbi vəziyyətin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyət formasından asılı olmayaraq bütün mülki pilotsuz uçan aparatların hərbi vəziyyət dövründə istifadəsinin qadağan edildiyi bir daha diqqətə çatdırılır.

    Bununla əlaqədar, ölkə səmasında bu növ pilotsuz uçan aparatları müşahidə edən şəxslərdən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə (012) 405 99 99 və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə (012) 497 16 73 nömrəli telefonlar vasitəsilə məlumat vermələri xahiş olunur.

  • Düşmənin radioelektron mübarizə vasitələri məhv edildi – VİDEO

    Düşmənin radioelektron mübarizə vasitələri məhv edilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Ermənistandan Mingəçevir istiqamətində atılan raket göydə vuruldu – RƏSMİ

    Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik hədəf Azərbaycan HHM sistemləri tərəfindən aşkar edilərək, 20 kilometrdən artıq hündürlükdə məhv edilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Düşmənin atıb getdiyi hərbi texnika Azərbaycan ordusunun hərbi texnikasının rəngində rənglənir – VİDEO

    Düşmənin döyüş əməliyyatları zamanı atıb getdiyi hərbi texnika Azərbaycan ordusunun hərbi texnikasının rəngində rənglənir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Prezidentin köməkçisi: “Bizim erməni xalqı ilə işimiz yoxdur”

    “Bizim erməni xalqı ilə işimiz yoxdur, Ermənistanın işğalçı siyasəti ilə mübarizə aparırıq”.

    Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “Haber Global” televiziyasına müsahibəsində deyib.

    H.Hacıyev qeyd edib ki, Prezidentimizin dediyi kimi Azərbaycanın müstəqilliyi altında yaşamaq istəsələr, erməni xalqına hər cür dəstəyi verməyə hazırıq.

    “Mülki vətəndaşlarla heç bir problemimiz yoxdur. Erməni xalqı ilə yaşamağa hazırıq”.