Category: Ordu

  • Ermənilərin intensiv hücumuna məruz qalan Goranboyda son vəziyyət – VİDEOREPORTAJ

    Ermənistan tərəfi mülki sakinlərə qarşı təxribatları davam etdirir.

    Baku TV-nin cəbhə xəttinə ezam olunmuş müxbiri xəbər verir ki, düşmən Goranboy sakinlərini hədəfə alır.

    İstifadəsi qadağan olunmuş silahlardan istifadə edən Ermənistan ordusu yaşayış evlərinə ziyan vurub. Ötən gün Ermənistan tərəfinin atəşləri nəticəsində bir nəfər mülki sakin həyatını itirib. Goranboyun cəbhəyanı kəndlərində yerləşən bir sıra məktəblərə də ciddi ziyan dəyib.

  • Ermənilər Cəbrayılda tarixi abidələri dağıdaraq, həmin yerlərdə təsərrüfatla məşğul olublar – FOTO

    Ermənistanın hərbi təcavüzü nəticəsində Cəbrayıl şəhərində Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələr dağıdılıb.

    Düşmənin həmin ərazilərdə qeyri-qanuni iqtisadi və kənd təsərrüfatı fəaliyyəti həyata keçirdiyi “Azersky” peyki vasitəsilə əldə olunmuş təsvirlərdən məlum olub.

    Bununla bağlı məlumatı “Azərkosmos” ASC yayıb.

    Məlumatda Ermənistanın beynəlxalq hüquqa zidd olan bu kimi fəaliyyətini Azərbaycanın digər işğal altında olan torpaqlarında davam etdirdiyi bildirilir.

    “Azersky” peyki vasitəsilə bu fəaliyyətlər gündəlik olaraq izlənilir. Monitorinqlər nəticəsində əldə olunan məlumatlar dünya ictimaiyyətinə çatdırılır.

  • Qəhrəman Azərbaycan əsgərlərinin məhv etdiyi işğalçıların görüntüləri – VİDEO

    Azərbaycan ordusunun cəbhədə apardığı döyüşlər zamanı məhv edilən erməni işğalçılarının yeni görüntüləri yayılıb.

    Bu barədə “Caliber” “Youtube” kanalı məlumat yayıb.

    Videoda Azərbaycan ordusunun qəhrəman əsgərlərinin məhv etdiyi iki erməninin görüntüləri əks olunub. Öldürülən erməni işğalçılarından birinin zabit olduğu qeyd olunur.

  • Ermənilər Goranboyun kəndlərini atəşə tutublar

    Ermənilər növbəti dəfə cəbhə xətti boyu ağır artilleriya qurğularından bir sıra kəndlərimizi atəşə tutublar.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, işğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, eyni zamanda mülki əhalini hədəfə almaqla raket və artilleriya mərmilərindən Goranboy rayonuna müxtəlif istiqamətlərdən mərmilər yağdırıblar.

    Nəticədə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə, Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, həmçinin Qaraçinar tam orta kənd məktəbinə, fərdi ev və təsərrüfata külli miqdarda ziyan dəyib.

    Qeyd edək ki, ötən gün Goranboy rayonun Şahməmmdli kəndini ağır artileriyadan atəşə tutulması nəticəsində həmin kəndin sakini, 1957-ci il təvəllüdlü Quliyeva Türyan Tofiq qızı yaşadığı evdə həlak olub, evə isə maddi ziyan dəyib.

  • Murad Arifdən ordumuza dəstək mahnısı – VİDEO

    Məşhur bəstəkar və müğənni Murad Arif hərbi vətənpərvərlik mövzusunda yeni mahnısını təqdim edib.

    O bu barədə sosial media hesabında məlumat verib. Müğənni qeyd edib ki, bu nəğmə üçün daha münasib vaxt ola bilməzdi:

    “Mən heç vaxt vətənpərvərlik mövzusunda yazmadım… “İçimdən gəlmədi” deyil, pafoslu, saxta olmasından çəkindim. Bu, kamança və rok qarışıqlı musiqi hələ 2016-ci il, Aprel hadisələrindən təsirlənib yazılmışdı. Amma, dörd il, düz dörd il hazır nəğmənin sözlərini yaza bilmirdim. Nəhayət, bu həftə, içimdəki hisslər, musiqiyə uyğun oldu”.

    Müğənni bildirib ki, bu mahnı ilə bütün enerjisini, arzularını, duyğularını bütün ölkənin, hərbçilərin duymasını istəyir:

    “Mən musiqinin gücünə inanıram. Diləyin gücünə inanıram. Bütün xalqın bu gün bir arzusu var. İstərəm ki, bu nəğmə hər dəfə radiolardan səslənəndə, hamı eyni zamanda Qələbə arzulasın. İstərəm ki, Qələbə gerçək olsun!”

    Qeyd edək ki, mahnının aranjimanı Rəşad Bağırova aiddir.

  • Düşmən təxribatı əhalinin əzmini qıra bilmir – VİDEO

    “Ev, eşik, mal-qara bizim hərbçilərimizin atılan dırnağına da dəyməz”.

    Baku TV xəbər verir ki, bunu düşmənin atdığı mərmi nəticəsində evinə ciddi ziyan dəymiş Ağdam sakini deyib.

    Düşmənin Ağdamı dayanmadan atəşə tutmasına baxmayaraq, sakinlər yaşadıqları yeri tərk etmir.

  • Elçin Əmirbəyov: “Qarşı tərəfdən fərqli olaraq dinc əhalini hədəfə götürmürük”

    27 sentyabr tarixində Ermənistan ordusunun Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi ilə başlamış döyüş əməliyyatları zamanı qarşı tərəf ilk gündən Azərbaycanın dinc əhalisini və mülki infrastrukturunu əsas hədəf olaraq seçib.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin köməkçisi Elçin Əmirbəyov “BBC World” kanalının “Xəbərlər” proqramının canlı efirində bildirib.

    Azərbaycan tərəfinin bu hərbi əməliyyatda müvəffəq olacağı təqdirdə Qarabağdakı erməni əhalisinin guya soyqırımına məruz qalacağı barədə Ermənistan baş naziri Nikol Paşinyanın iddialarına münasibət bildirən köməkçi bu cür sərsəm fikirlərə şərh verməyi belə rəva görmədiyini qeyd edib. Bunun əvəzində E.Əmirbəyov bu vəziyyəti sülh yolu ilə həll etmək istəyən hər kəsə sözügedən hadisələrin, ilk növbədə, Azərbaycan ərazilərinin 30 ilə yaxındır Ermənistan tərəfindən işğal altında saxlanılaraq etnik təmizləmələr aparıldığından sonra yaranmış qəbuledilməz status-kvo olduğunu xatırladıb.

    Xankəndi şəhərinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması və dinc əhali arasında ölənlər olması barədə müxbirin sualına cavab verən E.Əmirbəyov işğalçı Ermənistandan fərqli olaraq Azərbaycanın heç vaxt dinc əhalini hədəfə almadığını, lakin qarşı tərəfin atəş nöqtələrini qəsdən şəhər içində yerləşdirməsi üzündən istər-istəməz əhali arasında tələfatın meydana gəldiyini bildirib. Bununla yanaşı, E.Əmirbəyov jurnalistə Ermənistan ordusunun cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə, Mingəçevir və s. şəhərləri raket atəşinə tutmasını əks etdirən videoları da efirə verməyi tövsiyə edib. Belə ki, həmin şəhərlərin Ermənistan ərazisindən qanadlı raketlər, habelə “Smerç” və “Polonez” tipli yalım atəş qurğularından atəşə tutmaqla qarşı tərəf Azərbaycanı adekvat cavab tədbirlərə təhrik edərək münaqişəyə üçüncü ölkələri cəlb etmək məqsədi güdür.

    Münaqişəyə Rusiyanın da cəlb olunması ehtimalına toxunan E.Əmirbəyov bu ölkənin ATƏT-in Minsk qrupu həmsədri kimi mühüm vasitəçilik fəaliyyəti göstərdiyini, son hadisələrdə neytral mövqeyini yüksək dəyərləndirdiklərini söyləyib.

  • ANAMA Goranboya atılmış 10 ədəd raket aşkarlayıb

    4-8 oktyabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qrupları tərəfindən Goranboy rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 10 ədəd 9M528 raketi (SMERC) aşkar olunub.

    Bu barədə “Report”a Agentlikdən məlumat verilib.

    Həmin raketlərdən 3 ədədinin içərisindən 9M525 bombacıqlarına rast gəlinmişdir ki, bu bombacıqlar da “Kaset sursatlar haqqında konvensiya”ya görə qadağan olunmuş sursatlar sinifinə daxildir. Həmçinin qeyd olunan ərazidə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9M525 kaset tipli raketinin “bombacıqları daşıma konteyneri və paylama boruları”nın da aşkarlanması bu tipli raketlərin istifadəsini təsdiq edən amillərdəndir.

    Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 08 oktyabr 2020-ci il tarixlərində 339 siqnal (əməliyyat çağırışı) əsasında 313 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul, Zərdab rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 73 ədəd partlamamış hərbi sursat (PHS), 598 ədəd bombacıq, 6 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteroloji radiopelenqator, 2 ədəd kamikadze dron (zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxemi və 100 ədəd partlamış raket hissələri aşkar olunub.

  • “Caliber” növbəti dəfə cəbhədən görüntüləri paylaşdı: “Yalnız irəli!” – VİDEO

    Azərbaycan ordusunun cəbhədə əldə etdiyi böyük uğurları və işğalçı ordunun acınacaqlı vəziyyətini əks etdirən növbəti video yayılıb.

    Bu barədə “Caliber” “Youtube” kanalı paylaşım edib.

    “Yalnız irəli!” başlığı ilə yayımlanan videoda Azərbaycan ordusunun cəbhənin müxtəlif istiqamətlərində əldə etdiyi hərbi qənimətlərlə yanaşı, işğalçı ordunun bərbad vəziyyətini göstərən kadrlar yer alıb.

  • Düşmənin zirehli texnikaları məhv edilib – VİDEO

    Azərbaycan Ordusunun bölmələri düşmənin zirehli texnikasını məhv etməyə davam edir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.