Category: Ordu

  • Müdafiə Nazirliyi: “Bir addım belə geri çəkilməmişik, istiqamət Qarabağdır”

    “Ordumuzun əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlarımızdan bir addım belə geri çəkilməyib”.

    Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

    O bildirib ki, ordumuz tərəfindən əməliyyat planına uyğun olaraq bütün tədbirlər fasiləsiz davam etdirilir:

    “İstiqamət Qarabağdır. Qələbə bizimlədir”.

  • Düşmən rayonlarımızı atəşə tutub – RƏSMİ

    Düşmən yaşayış məntəqələrimizi artilleriya atəşinə məruz qoyub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur.

    Ordumuzun bölmələri tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür

  • Prezidentin köməkçisi: “30 illik ekoloji terrora son qoyulub”

    “Azərbaycanın Suqovuşan kəndinin işğaldan azad olunması ilə 30 illik ekoloji terrora son qoyulub”.

    Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb:

    “Tərtər çayı bol sulu axır. Ermənistan tərəfindən suyun axını bilərəkdən həmişə dayandırılıb. Azərbaycanın Tərtər, Goranboy və Yevlax rayonlarında ekoloji tarazlıq təmin ediləcək”.

    30 years long environmental terror came to an end with the de-occupation of Sugovusan village of Azerbaijan. Tartar river runs with plentiful water. On purpose Armenia always stopped flow of water.

    Eco balance will be provided in Tartar, Goranboy and Yevlakh regions of Azerbajan.
    — Hikmet Hajiyev (@HikmetHajiyev) October 8, 2020

  • Ağdamda düşmən mərmiləri böyük dağıntılara səbəb olub – VİDEO

    Ermənistan ordusu Ağdamı atəşə tutmağa davam edir.

    Baku TV xəbər verir ki, bu gün günorta saat 12-ə kimi rayon ərazisinə 350-ə yaxın mərmi düşüb. 27 evə ciddi ziyan dəyib, onlardan bir neçəsi dağılıb. Bir orta məktəbə və bir musiqi məktəbinə ciddi ziyan dəyib.

    Bir avtomobilin yanına mərmi düşməsi nəticəsində avtomobildə olan iki şəxs yaralanıb. Məcburi köçkün Qənimət Quliyevanın həyətinə də mərmi düşüb. Yarımtikililərə və “Mercedes” markalı avtomobilə ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.

  • Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA – VİDEO

    Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirir.

    Konfransda nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov iştirak edir.

    O, keçirilən brifinqdə gün ərzində cəbhədə baş vermiş hadisələr haqqında məlumatlar verir.

  • Silahlı Qüvvələrə Yardım Fonduna ianələr – SİYAHI

    Müdafiə Nazirliyindən verilən məlumata əsasən, 27 sentyabr 2020-ci ildə, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

    Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Artıq ciddi uğurlarımız var, bir sıra ərazilərimiz işğaldan azad edilib, düşmən böyük itkilər verib.

    Belə bir həssas dönəmdə ölkədə fəaliyyət göstərən bütün qurumlar, özəl müəssisələr, iş adamları Ali Baş Komandanın və Milli Ordumuzun yanında olduqlarını sözdə deyil, əməldə göstərirlər.

    Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna aşağıdakı qurumlar ianələr köçürüb:

    “Sədərək” Firması – 1.180 900 AZN

    Ruslan Kəndli Fermer Təsərrüfatı MMC – 5000 AZN

    “Azərbaycan Dəmir Yolları” QSC – 743.000 AZN

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi – 18.000 AZN

    “SƏADƏT-M” – 1000 AZN

    Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC – 100.000 AZN

    “Mətanət A” şirkəti – 100.000 AZN

    Aqrar İnnovasiya və Təchizat Şirkəti QSC – 50.000 AZN

    “Avtoş dönər” – 15.000 AZN

    “Sika” Azərbaycan şirkəti – 10.000 AZN

    “Azərbaycan Kredit Bürosu” – 30.000 AZN

    “RAN FRUIT” – 30.000 AZN

  • Düşmən hərbi kolonu darmadağın edildi – VİDEO

    Gündüz saatlarında yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikası artilleriya atəşi ilə məhv edilib.

    Bu barədə Müdafi Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, düşmən hərbi kolonu darmadağın edilib.

  • Düşmən yenə Gəncəni hədəf aldı – VİDEO

    Ermənistan ordusu Gəncəni raket atəşinə tutmağa davam edir.

    Baku TV xəbər verir ki, mərmi bir avtomobili tamamilə yararsız vəziyyətə salıb, ərazidə yerləşən binaya isə böyük ziyan dəyib.

    Türkiyənin Gəncədəki Baş Konsolu Zəki Öztürk ermənilərin bu hücumlarını qətiyyətlə pislədiyini bildirib.

  • Düşmən Bərdədə restorana və məktəbə raket zərbələri endirdi: Yaralılar var – VİDEO

    İşğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən, mülki əhalini hədəfə almaqla 0bu gün səhər saat 10 radələrindən başlayaraq Bərdə rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub.

    Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, səhər saat 11 radələrində Bərdə şəhərinin mərkəzində yerləşən “Qədim Bərdə” restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan iki nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda, Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər beş nəfər şəxsin yaralanmasına səbəb olub, o cümlədən, məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

  • Düşməndən növbəti etiraf: Azərbaycan Ordusu daha 30 erməni işğalçını məhv etdi

    Ermənistan tərəfinin Azərbaycan Ordusunun əks-hücumu nəticəsində itkilərinin sayı açıqlanıb.

    “Sputnik” xəbər verir ki, Azərbaycan Ordusu daha 30 erməni işğalçısını məhv edib.

    Beləliklə, düşmən tərəfi 350-dən çox hərbçi itirdiyini etiraf etmək məcburiyyətində qalıb.