Category: Ordu

  • Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir: Ölən və yaralananlar var – RƏSMİ

    Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Ölən və yaralananlar var.

    Ordumuz adekvat tədbirlər görür.

  • Fransız muzdlunun qorxu və etirafı: “Erməni tərəfində minlərlə ölən var” – FOTO

    “Onlar – Ermənistan hakimiyyəti insanları aldadır! Onlar 18 yaşlı əsgərləri təkcə avtomatla cəbhəyə yollayıblar. Deyirlər ki, “bağışlayın, güllə yoxdur, bağışlayın, tank yoxdur”. Güllə keçirməyən gödəkçələr tamamilə yararsızdır. Orada heç nə yoxdur. Yemək daşıyan maşın hər şeyi yola boşaldır və əgər yemək istəyirsənsə “Qrad”lar altında 4 kilometr getməlisən. Biz 8 dost 4 gecə ərzində gedirdik və bütün dörd xətt üçün yeməyi öz çiynimizdə daşıyırdıq”, – deyə milliyətcə erməni olan fransız əsgər Artur Ohanisyan Dağlıq Qarabağda “Novaya Gazeta”nın müxbirinə danışıb.

    “Novaya Gazeta”nın müxbiri onu ayaqlarında başmaq, başında qara papaq və gödəkçəsinin yaxasında qumbara olan biri kimi təsvir edir.


    – Necə oldu ki, cəbhəyə düşdünüz? – jurnalist aydınlaşdırır.

    – Sadəcə gəldim, hətta heç bir sənəd də yoxdur, avtomat aldım və irəli. Orada iki qardaşım var idi və onların ardınca getdim və qaldım. Fransa vətəndaşıyam, iki həftə əvvəl oradan gəlmişəm. Bu insana qarşı müharibə deyil, təyyarələrə, “Qrad”a qarşı müharibədir.

    “Dünən Hadrutda (Qarabağdakı bütün müharibə günlərində ağır bombardman edilən şəhər) olduq, zabitlər gəlib komandirin mühakimə olunacağını söylədilər. O, bir neçə gün əvvəl gecə bütün gəncləri toplayıb və Cəbrayıldan getmələrini söyləyib. Yuxarıdan gələn əmrlərə tabe olmayıb. O, özü deyib ki: “Bunlar uşaqdır, on gündür çağırılıblar, ancaq onlara silah verilir”. Nə edirsiniz? Bu uşaq hara gedəcək? Yaxşı, mən xidmət keçmişəm, ancaq hətta bu xidmət orada kömək etməyəcək. Aviasiya və artilleriyaya qarşı avtomat. Mən orada yaşayan bir cəsəd kimiyəm”, – Artur deyir.

    Rusiya nəşrinin müxbirinin verdiyi məlumata görə, fransız muzdlu əsgər işğalçıların hərbi komandanlığından və Ermənistan rəhbərliyindən açıq şəkildə narazı olub.

    “Orada hər şey çox pisdir. Biz Cəbrayılda birinci xətdən gəldik”, – deyə Arturun dostu söhbətə daxil olur.

    “Hakimiyyət itkilərin 200-ə yaxın olduğunu bildirir. Ancaq 200 nəfər gözümün önündə, bizim xətdə öldü! Orda ümumilikdə minlərlə ölü var!”, – Arthur əminliklə bildirib.

    – Ermənistanda deyirlər ki, bizdə hakimiyyətin başında çox pis insanlar oturub: “Cəbrayıl, irəli”, ancaq artıq ora yoxdur”, – sadə cins və kamuflyaj gödəkçədə olan daha bir könüllü əlavə edir.

    “Bu müharibəyə baxıb anladım ki, əgər bu cür döyüşsək, hər şeyi verəcəyik. Azərbaycan Laçını qaytarmaq istəyir, ancaq onlar o qədər cəsarətlidirlər ki, hətta Ermənistana da gələ bilərlər”, – Artur deyib.

  • Düşmənin daha bir döyüş bayrağı ələ keçirildi

    Ermənistanın milli “qəhrəmanı” Vardan Markaryanın adını daşıyan Ermənistan Ordusunun 8-ci Xüsusi Motoatıcı Briqadasının döyüş bayrağı ələ keçirilib. Bu, düşmənin ələ keçirilən sayca ikinci bayrağıdır.

    Bu barədə “Caliber” “Telegram” kanalı xəbər yayıb.

    Qeyd edək ki, sentyabrın 30-da Ağdərə (Madagiz) istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağ atıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib.

  • Ermənilərin onlarla zirehli texnikası ələ keçirildi – VİDEO

    İşağalçı erməni silahlı qüvvələrinə aid onlarla zirehli texnika əsgərlərimiz tərəfindən ələ keçirilib.

    Bu barədə “Caliber” “YouTube” kanalı video paylaşıb.

    Göstərilib ki, ordumuzun əsgərləri tərəfindən ələ keçirilən çox sayda zirehli texnika yol kənarında bir sıra ilə düzülüb.

  • Artilleriya döyüşlərinin aparıldığı ərazilərdən görüntülər – VİDEO

    Təmas xəttinin Tərtər rayonu istiqamətində artilleriya döyüşlərinin aparıldığı ərazilərdən AzTV görüntü yayımlayıb.

    Sözügedən görüntünü təqdim edirik:

  • SON DƏQİQƏ! Əsir düşən erməni əsgər danışır – ÖZƏL VİDEO

    Əsir götürülmüş erməni danışır – (söyüş) Nə edib Nikol (Paşinyan -red) edib!

    Mən günahkaram, gəlmişdim 2 il xidmət edib ailəmə qayıdım?

    Nikol bu vəziyyətə gətirib çıxardıb. Deyirdi ki, döyüşəcəksiniz, yaxşı olacaq, ancaq özü qoydu qaçdı. Mən 18 yaşındayam. Cəbrayıl alayına gəlmişdim. Artilleriyaçıyam. Gəlmişdim ki, sizin kimi xidmət edəm. Gedib Ermənistan Martunisinə çatım. Atam anam məni gözləyir. –

  • Azərbaycanlı deputat: “Bakı İrəvanın kürd yaraqlılarla təmasları barədə hələ iyul ayında elan etmişdi”

    Oktyabrın 6-da Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Rusiya tərəfinin Dağlıq Qarabağdakı münaqişə bölgəsində “Cəbhat ən-Nusra”, “Fırkat əl-Həmzə”, “Sultan Murad” terror təşkilatlarının, həmçinin ekstremist kürd qruplarının iştirakına dair sübutlarının olduğunu elan etdi.

    Bu açıqlamanı şərh edən Azərbaycan Milli Məclisinin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü, hüquq elmləri doktoru Nizami Səfərov qeyd etdi ki, Azərbaycan tərəfinin malik olduğu etibarlı məlumata görə, kürd silahlıları Ermənistan silahlı qüvvələri tərəfində Dağlıq Qarabağdakı hərbi konfliktdə fəal iştirak edirlər.

    “Məlumatlı mənbələrdən əldə edilən informasiyaya əsasən, 2020-ci ilin iyul ayının əvvəlində Kürdüstan Fəhlə Partiyası (PKK) və Kürdüstanın Vətənpərvərlər Birliyinin liderləri ilə erməni emissarları arasında danışıqların aparıldığı barədə xəbərlər daxil olub.

    “Onları Türkiyə və Azərbaycanın timsalında “ortaq düşmənə” qarşı mübarizə aparmağa inandıran erməni emissarlar Qarabağdakı döyüşlərdə 1 500-ə yaxın muzdluların iştirakı üçün razılıq əldə ediblər”, deyə N. Səfərov söyləyib.

    “Azərbaycan tərəfi bu faktlar barədə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrini zamanında məlumatlandırıb, lakin təəssüf ki, beynəlxalq ictimaiyyət bir daha Azərbaycan tərəfinin bu xəbərdarlığına əhəmiyyət verməyib.

    Əksinə, son vaxtlar informasiya məkanına terrorçu silahlıların guya Azərbaycan tərəfində döyüşdüyünə dair saxta xəbərlər buraxılıb”, – Milli Məclisin deputatı qeyd edib.

    “Bunlar tamamilə əsassız, heç bir faktla öz təsdiqini tapmayan iddialardır. Azərbaycan ordusu bölgədəki ən güclü silahlı ordu olduğundan əks hücum əməliyyatımıza əlavə qüvvələrin cəlb edilməsinə zərurət yoxdur. Mən açıq-aydın bir həqiqətə istinad etmək istəyirəm. Azərbaycan muzdluların ələ alınmasına, istifadəsinə, maliyyələşdirilməsinə və təliminə qarşı Beynəlxalq Konvensiyaya qoşulub və bu əməllərə görə cinayət məsuliyyəti haqqında normanı milli qanunvericilikdə tətbiq edib. Ancaq, BMT saytında yer alan rəsmi məlumata görə, Ermənistan sözügedən Konvensiyanı nə imzalayıb, nə də təsdiqləyib. Bu baxımdan hesab edirəm ki, terrorçu silahlıları məhz erməni tərəfində axtarmaq lazımdır”, deyə Nizami Səfərov fikrini tamamlayıb.

  • Ermənistana məxsus PUA məhv edilib

    Oktyabrın 7-si saat 22:00 radələrində Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərib.

    Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

    Qeyd olunub ki, Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunan düşmən PUA-sı dərhal məhv edilib.

  • Baş Prokurorluq: Erməni hüçumları nəticəsində 30 mülki şəxsi qətlə yetirib, 143 nəfəri yaralayıb – FOTO

    Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

    Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 30 mülki şəxsi qətlə yetirilib, 143 nəfəri isə yaralanıb.

    66 mülki obyekt və 427 yaşayış evləri yararsız vəziyyətə düşüb.

  • Anar Eyvazov: “Düşmən tərəfdən ciddi itkilər var”

    “Ötən müddət ərzində bütün cəbhə boyu döyüşlər davam edib. Ordumuz əldə edilən nailiyyətləri genişləndirmək məqsədilə əraziləri düşməndən təmizləyib, onların zirehli texnikalarını məhv edir, yeni dayaq nöqtələrini ələ keçirir”.

    Oxu24.com -un məlumatına görə, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə nazirliyin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

    O bildirib ki, qarşılıqlı artilleriya atəşləri də müşahidə olunur:

    “Düşmən tərəfdən ciddi itkilər var. Düşmənin digər bölmələrində döyüş sursatları və yanacaq sahəsində də problemlər var. Ordumuzun qətiyyətli əməliyyatları nəticəsində məğlub vəziyyətə düşən erməni tərəfinin rəsmiləri ziddiyyətli açıqlamalar verir. Ordumuz tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür. Ordumuzun qələbə əzmi tamdır. Ali Baş Komandan tərəfindən verilmiş bütün döyüş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilir. Qələbə bizimlədir”.