Category: Ordu

  • İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində müşavirə keçirib

    Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.


  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA – VİDEO

    Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumatları açıqlayıb.

    Brifinqdən videonu təqdim edirik.

  • Düşməndən Tərtər-Ağdərə istiqamətində əldə edilən növbəti qənimətlər – FOTO/VİDEO

    Azərbaycan ordusu cəbhənin Tərtər-Ağdərə istiqamətində növbəti dəfə ermənilərdən qənimətlər əldə edib.

    Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, əldə edilən qənimətlər arasında hərbi texnika və ən maraqlısı isə Yaponiya istehsalı olan iki ədəd “Nissan Navara” markalı “pickup” tipli avtomobillər var.

    Bununla yanaşı bir ədəd yanğınsöndürən maşın və UAZ markalı avtomobil də qənimətlər arasındadır.

    Onu da qeyd edək ki, bu, Azərbaycan ordusunun düşməndən Qarabağ cəbhəsində Tərtər-Ağdərə istiqamətində əldə etdiyi ilk qənimət deyil. Daha əvvəl də ordumuz düşmənə məxsus qənimətlər əldə ediblər.

  • Erməni hərbçilərin qaçarkən döyüş meydanında tərk etdiyi texnikalar – VİDEO

    Erməni hərbçilərinin qaçarkən döyüş meydanında tərk etdiyi texnikalarının videogörüntüsü yayılıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • İşğaldan azad olunmuş Suqovuşan ərazisinin “Azersky” peykindən əldə edilmiş təsviri

    İşğal altında olan torpaqlarımızın azad olunması haqqında demək olar ki, hər gün qələbə xəbərləri alırıq.

    Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun azad etdiyi və artıq ölkəmizin üçrəngli bayrağının dalğalandığı Suqovuşan ərazisinin “Azersky” peykindən əldə olunmuş təsviri təqdim edilib.

    AZƏRTAC xəbər verir ki, təsviri “Azərkosmos” ASC yayıb.

    Ölkəmiz üçün əhəmiyyətli strateji mövqe olan Suqovuşan ərazisi uzun illərdir ki, Ermənistanın Azərbaycan torpaqlarında apardığı işğalçılıq siyasətinə və ekoloji terror fəaliyyətinə məruz qalıb.

    Bu gün Azərbaycan tarixi ədalətin bərpası üçün mübarizə aparır və işğal altında olan torpaqlarımızın hər bir qarışını erməni vandalizmindən azad edir.

    Zəfər bizimdir! Qarabağ Azərbaycandır!

  • İşğal olunmuş ərazilərimizdəki qanunsuz hasilat işləri ilə bağlı RƏSMİ AÇIQLAMA

    İşğal olunmuş ərazilərimizdə qeyri-qanuni hasilat işləri ilə məşğul olan, o cümlədən, qızıl və və digər metal filiz yataqlarını istismar edən, eləcə də, nərə balığı və qara kürü, elektrik enerjisi istehsalı, qanunsuz saat satışı, bankçılıq fəaliyyəti ilə məşğul olan şirkətlər müəyyən edilərək, barələrində məhkəmə qərarı əsasında vergi yoxlamasının keçirilməsi təmin edilib.

    Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, vergi yoxlamalarının nəticələri və məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən ümumilikdə, altı şirkətin 306 milyon 821 min manat məbləğində külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Həmin cinayət işləri üzrə axtarışda olan 12 şəxsin tutularaq, Azərbaycan Respublikasına ekstradisiyalarına nail olunması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri yerinə yetirilib.

    Bundan başqa, bir qrup şəxsin Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 2002-ci ildən etibarən gəlmələrinə, “Azıx mağarası”nda arxeoloji qazıntı işləri apararaq, tarixi, elmi və mədəni dəyəri olan əşyaları talamaları və digər qanunsuz hərəkətlərə yol vermələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs-qətimkan tədbiri seçilməklə beynəlxalq və dövlətlərarası axtarışa elan olunublar.

    Nəzərə çatdırılır ki, qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan 166 hüquqi şəxslə bağlı 35 dövlətə hüquqi tapşırıqlar göndərilibdir.

    Həmçinin, prokurorluq orqanlarında Dağlıq Qarabağ və ətraf rayonlara qanunsuz səfərlər etmiş şəxslər barədə cinayət işləri istintaq olunur.

    Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində beynəlxalq hüquq normaları çərçivəsində kəsərli tədbirlərin görülməsi təmin ediləcək.

  • Ermənilərin top mərmilərindən atəşinə baxmayaraq, hər kəs öz işindədir – VİDEO

    Ermənistan ordusu mülki əhalini hədəfə almaqda davam edir.

    Baku Tv xəbər verir ki, Ermənistan ordusu Azərbaycanın müxtəlif rayon və şəhərlərində əhalinin sıx yaşadığı ərazilərə ağır artilleriya və raket zərbələri endirməkdə davam edir.

    Daha bir top mərmisi isə Tərtərdə yerləşən yaşayış evini dağıdıb.

    Tərtər sakini:

    “Gördüyünüz kimi nəticə göz qabağındadır. Buna baxmayaraq hər kəs öz işindədir. Bunun da bir səbəbi var- millətimiz ordumuza güvənir, işğalda olan torpaqlarımızı azad etməyə davam edirik”.

  • “Ermənistan Müdafiə Nazirliyi rəsmilərinin fantaziyaları tükənmir” – RƏSMİ

    “Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndələrinin fantaziyaları tükənmir. İşğalçı ordunun uğursuzluqlarından çıxılmaz vəziyyətdə qalan Ermənistan rəsmiləri uydurma və fantastik məlumatlar yaymaqla təsəlli tapırlar”.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir:

    “Görünən odur ki, Ermənistan ordusunun hər gün itirdiyi mövqeləri bu ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi virtual aləmdə “qəhrəmancasına geri qaytarmaqla” məşğuldur.

    Əslində isə onun hər dəfə bu və ya digər mövqeyin “geri qaytarılması” barədə fantastik məlumatlar verməsi Ermənistan ordusunun həmin mövqeləri itirdiyinin təsdiqidir.

    Qondarma rejimin və Ermənistan rəsmilərinin biri-birindən fərqli və ziddiyyətli məlumatlar yayması isə ermənilərin bu gün nə qədər acınacaqlı durumda olduğunu bir daha sübut edir”.

  • Ermənilər hərbi texnikalarını “hədiyyə” etməyə davam edirlər – VİDEO

    Azərbaycan silahlı qüvvələri işğaldan azad etdiyi ərazilərdən Ermənistan ordusunun qoyub-qaçdığı hərbi texnikaları gətirməkdə davam edir.

    Baku TV xəbər verir ki, texnikalar arasında zabitlərin də istifadə etdiyi avtomobillər olub. Bu o deməkdir ki, artıq Ermənistan tərəfinin əsgərləri ilə yanaşı, zabitləri də qaçmağa başlayıb.

    Texnikaların içində düşmənə məxsus əşyalar da olub.

  • Paytaxt sakinlərindən orduya dəstək – VİDEO

    Bir qrup paytaxt sakini ilkin tibbi yardım üçün müxtəlif dərman ləvazimatlarını toplayaraq ön cəbhəyə yollayıb.

    Bununla bağlı Baku TV süjet hazırlayıb.

    Paytaxt sakini: “Bakı Şəhəri, Hövsan qəsəbəsindən gəlmişik. Əsgərlərimiz üçün ilkin tibbi yardım ləvazimatları götürmüşük. Bilirik ki, əsgərlərimizin qidaya ehtiyacı yoxdur, dövlətimiz təmin edir. Əhalimiz də pay olaraq tibbi ləvazimatları toplayıb”.

    Qeyd edək ki, döyüşlər başlayandan etibarən Azərbaycan xalqı bütünlüklə orduya tam dəstəyini nümayiş etdirir.