Azərbaycan silahlı qüvvələri erməni işğalçılarına məxsus növbəti zirehli texnikaları sıradan çıxarıb.
Bununla bağlı videonu təqdim edirik.
İşğaldan azad edilmiş ərazidə yaşayan erməni qadın Azərbaycan ordusunun əsgərlərinə vətəninizə xoş gəldiniz dedi.
Ordumuzun əsgərləri işğaldan azad etdiyi yaşayış məntəqələrdən birində yaşayan erməni qadınla rastlaşır. Söhbət zamanı məlum olur ki, qadın Ermənistanda doğulsa da, burada mağazada satıcı işləyir. Əsgərlərimiz özlərini təqdim etdikdən sonra qadın onlara “öz evinizə xoş gəldiniz” deyir.
Videokadrları diqqətinizə təqdim edirik:
Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.
Sentyabrın 27-dən oktyabrın 7-si saat 05:30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:
– 250-dək tank və digər zirehli texnika;
– 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
– 60-dək hava hücumundan müdafiə vasitələri;
– 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
– 8 silah-sursat anbarı;
– 150-dək avtomobil texnikası;
– 1 ədəd “S-300” zenit-raket kompleksi.
Ermənistanın Azərbaycanda dinc əhalinin yaşadığı ərazilərə “Toçka-U” raketləri ilə zərbələr endirməsini təsdiqləyən video ortaya çıxıb.
Bu barədə Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə “Twitter” hesabında paylaşım edib.
Görüntülərdə iki fərqli mövqedən ermənilərin “Toçka-U” raketlərini Azərbaycan istiqamətində buraxması əks olunub. İşğalçı ordunun hərbçilərinin beynəlxalq hüququn kobud şəkildə pozulması hesab olunan bu addımı böyük canfəşanlıqla icra etdiyi görünür.
Ermənistanın baş nazirinin baş müşaviri Vaqarşak Arutunyan düşmən ölkənin silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini məqsədli şəkildə artilleriya atəşlərinə məruz qoyduğunu etiraf edib.
“Report” xəbər verir ki, Ermənistan hökumətinin rəsmisi bu barədə Rusiyanın dövlət telekanalı “Rossiya 1”-ə müsahibəsində bildirib.
Vaqarşak Arutunyan bunun Azərbaycan vətəndaşları arasında təlaş yaratmaq üçün edildiyini bildirib. Qeyd edək ki, Ermənistan rəsmiləri dəfələrlə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmalarını təkzib ediblər. Lakin Ermənistanın baş nazirinin baş müşaviri Vaqarşak Arutunyanın bu etirafı düşmən ölkənin hərbi-siyasi rəhbərliyinin məqsədli şəkildə hərbi cinayətlər törətdiyini sübuta yetirir.
Xəbər verdiyimiz kimi, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri cəbhə boyunca təxribata əl atıblar.
Azərbaycan ordusunun əks-hücum əməliyyatına başlamasından isə bu gün 10 gün keçdi. Bu müddət ərzində ordumuz tarixi uğurlara imza atdı. İşğal altındakı bir sıra ərazilər azad edildi. Ancaq düşmənin münaqişəni cəbhəboyundan kənarlara daşımaq niyyəti də ortadadır.
Elə təmas xəttində yerləşməyən rayon və şəhərlərin raket və artilleriyadan atəşə tutulması da bunu göstərir.
Baku TV cəbhədə vəziyyətin gərginləşdiyi ilk günlərdən ən qaynar nöqtələrdən xəbər verir. Füzuli, Beyləqan və Cəbrayıl da bu qəbildəndir.
Baku TV-nin müxbiri bölgədəki ən son xəbərləri çatdırır. Daha ətraflı videosüjetdə:
Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, düşmən ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 06.10.2020-ci il tarixdə saat 21 radələrində Tərtər rayonunun müxtəlif istiqamətlərdə intensiv atəşə tutması nəticəsində rayonun Qaynaq kənd sakini 1981-ci il təvəllüdlü Məmmədov Həsən Asif oğlu həlak olub, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Əliyev Dəyanət Qənimət oğlu və Köçərli kənd sakini 1968-ci il təvəllüdlü Həsənov Seyfulla Yaqub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir.