Category: Ordu

  • Əsgərlərə 180 manat köçürən Hikmət baba… – VİDEO

    Şəkinin Baş Küngüt kəndindən olan Hikmət babanın ötən gün ordumuz üçün öz təqaüdündən 180 manat köçürməsilə bağlı məlumat sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

    Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Şəkiyə gedərək Hikmət babanı tapıblar.

    O bildirib ki, pulu balalarımız düşmən əsarətinə düşməsin deyə, Ordumuza dəstək məqsədilə ödəniş edib. Hikmət baba özü də bu dəqiqə cəbhəyə getməyə hazır olduğunu bildirib.

    Nazirlik əməkdaşları babanın bütün ehtiyaclarını ödəyəcəklərini bildiriblər.

  • Cəbrayılın işğaldan azad edilmiş Şəybəy kəndinin görüntüləri – VİDEO

    Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl rayonunun Şəybəy kəndinin görüntülərini yayıb.

    Həmin videonu təqdim edirik:

  • Azərbaycan ordusu Ermənistanın yüksək rütbəli zabitinin “Pikap”ını qənimət götürdü – VİDEO

    Xəbər verdiyimiz kimi düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası Azərbaycan ordusu tərəfindən qənimət götürülüb.

    AzTV-nin cəbhə bölgəsinə ezam olunmuş müxbiri bildirib ki, onlar arasında Ermənistan ordusunun yüksək rütbəli zabitinə məxsus olduğu ehtimal edilən “Pikap” tipli avtomobil də var:

    “Həmin avtomobil arxadan vurulub. Bu da onu göstərir ki, həmin erməni zabit öz döyüşçülərini postda qoyub və qaçıb. Lakin Azərbaycan ordusunun hərbçiləri həmin avtomobili arxadan vuraraq ələ keçiriblər”.

  • Ağdamda düşmən təxribatı: 75 yaşlı qadın öldü – RƏSMİ

    İşğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla ağır artilleriyadan Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub.

    Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, rayonun Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olub, eyni zamanda, evə külli miqdarda ziyan dəyıb.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

  • Düşmən öz tanklarını atəşə tutdu: Ekipaj məhv edildi – RƏSMİ

    Məlum olduğu kimi, düşmənin üç tankından ibarət tank kolonu gecə vaxtı Xankəndindən çıxaraq, ön xəttə doğru irəliləyib.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, lakin ön xətt bölmələrinə çatmadan zirehli texnika kolonu öz artilleriya bölmələrinin atəşinə məruz qalıb.

    Məlumatlara görə, “dəqiq” zərbə ilə bir tank ekipajla birlikdə tamamilə məhv edilib, qalanları isə sıradan çıxarılıb.

  • Ermənistanın BTC kəmərinə atdığı 300 bombadan yalnız ikisi partlayıb – FOTO/VİDEO

    Ermənistan Yevlax ərazisinə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaxınlığına qadağan olunmuş 300 ədəd kasetli bomba atıb.

    Kasetli bombacıqlar konkret olaraq hansı raket vasitəsilə atıldığı məlum deyil. Bununla bağlı mütəxəssislər araşdırma aparır.

    Ümumi olaraq 300 ədəd kasetli bomba atılıb, onlardan isə yalnız ikisi partlayıb. 242 ədəd bomba döyüş vəziyyətinə gətirilmədiyi üçün partlamayıb. Bomba daha təhlükəsiz yerə aparılıb, orada məhv ediləcək.

    Onlarda 56-sı döyüş vəziyyətinə gətirilib, amma onlar da partlamayıb. Bu bombalar çox böyük təhlükə yaratdığı üçün onlar mütəxəssislər tərəfindən yerindəcə məhv ediləcək.

    Ümumilikdə, bu bombalar həm zirehli və digər texnikaların, eyni zamanda canlı qüvvələ və mülki şəxslərin vurulmasında istifadə olunur.







    //oxu.az

  • Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi itkilər açıqlandı – RƏSMİ

    “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində bu gün səhər saatlarına olan məlumata görə 28 mülki şəxs həyatını itirib”.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, ermənilərin açdığı atəş nəticəsində 144 nəfər yaralanıb.

    “66 mülki obyekt, 427 ev isə yararsız vəziyyətə düşüb”, – deyə məlumatda qeyd edilib.

  • Düşməndən etiraf: Azərbaycan Ordusu daha 40 erməni işğalçısını məhv etdi

    Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Qarabağda keçirdiyi əks-hücumu və işğal olunmuş ərazilərin azad olunması əməliyyatının nəticəsində bu gün məhv edilən erməni hərbçilərin sayını açıqlayıb.

    “Sputnik”in məlumatına görə, Ermənistan tərəfi daha 40 hərbçisini itirdiyini bildirib.

    Bununla da terrorçu dövlət Azərbaycan Ordusunun ümumilikdə 280 erməni işğalçısını məhv etdiyi etiraf edib.

  • Cəbrayıl istiqamətində ordumuz tam üstünlüyə malikdir – RƏSMİ

    Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb.

    Müdafiə Nazirliyindən bildirilib ki, Cəbrayıl istiqamətində ordumuz tam üstünlüyə malikdir:

    “Rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır. Cəbrayıl istiqamətində ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir və düşmən üzərində üstünlüyə malikdir”.

  • Azərbaycanlı mayor 27 ildən sonra doğulduğu Cəbrayılda – FOTO

    Azərbaycan Ordusunun mayoru Camal Qəmbərovun 27 ildən sonra doğulduğu Cəbrayıl rayonundan fotosu yayılıb.

    Şəkil sosial şəbəkədə paylaşılıb.

    Bildirilib ki, o, 7 yaşında ermənilərin işğalından sonra Cəbrayıldakı evini tərk edib və 27 il sonra doğma torpağını işğaldan azad edən şəxs kimi geri dönüb.