Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri 06.10.2020-ci il tarixdə saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tblisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb.
Bundan başqa, düşmən ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 06.10.2020-ci il tarixdə saat 21 radələrində Tərtər rayonunun müxtəlif istiqamətlərdə intensiv atəşə tutması nəticəsində rayonun Qaynaq kənd sakini 1981-ci il təvəllüdlü Məmmədov Həsən Asif oğlu həlak olub, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Əliyev Dəyanət Qənimət oğlu və Köçərli kənd sakini 1968-ci il təvəllüdlü Həsənov Seyfulla Yaqub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir.
Category: Ordu
-
Ermənilərin Bakı-Tblisi-Ceyhan kəmərinə raket zərbəsinin qarşısı alınıb
-
Ermənilər Ağdamda təcili tibbi yardım avtomobilini atəşə tutdu
Cəbhədə şiddətli döyüşlər davam edir.
Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayon ərazisini yenidən atəşə tutub, dinc sakinləri hədəf alıb.
Düşmənin növbəti dəfə atdığı mərmilərindən biri rayon ərazisində təcili tibbi yardım avtomobilinin yaxınlığına düşüb. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur, araşdırma aparılır.
Hazırda döyüşlər davam edir.
-
Azərbaycanlı hakerlər Ermənistanın rəsmi saytlarını məhv etdi
Azərbaycan hakerləri tərəfindən növbəti dəfə bir sıra erməni saytları dağıdılıb.
“Report” xəbər verir ki, bu barədə “Karabakh Hacking Team” “Telegram” kanalı və Anti-Armenia.org saytı məlumat yayıb.Dağıdılan saytlar arasında düşmən ölkənin prezidenti, separatçı “Dağlıq Qarabağ respublikası”nın, ölkənin bütün nazirlikləri, o cümlədən Müdafiə Nazirliyi, Energetika Nazirliyi, Milli Təhlükəsizlik Şurası Aparatı, Səhiyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Baş Prokurorluq, Mülki Aviasiya Baş İdarəsi, Ermənistan polisinin və s. veb resursları daxildir.


Belə ki, Ermənistanın onlarla dövlət qurumunun serveri tam olaraq məhv edilib, o cümlədən backup, ehtiyat bazası, məlumat bazası tam olaraq kökündən silinib. Saytlara Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Valday konfransındakı çıxışı, general Polad Həşimov və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun fotoşəkilləri, habelə Azərbaycan əsgərlərinin Suqovuşanda Azərbaycanın dövlət bayrağını qaldırmasının görüntüləri yerləşdirilib.
Bundan başqa, Azərbaycan hakerləri səsli mesaj göndərərək serverlərə “root” giriş əldə etdiklərini bildirib və ermənilərin serverlərinə nə istəsələr edə biləcəklərini onlara bəyan edib. Həmçinin döyüş meydanında olduğu kimi, virtual meydanda da məğlubiyyətlərini etiraf etməyə çağırılıb. Bundan başqa, Azərbaycan ərazisindən Ermənistan qoşunlarının çıxarılması tələb olunub, əks halda, onlara toplu şəkildə öləcəkləri deyilib.

Dağıdılan saytların tam siyahısı aşağıdakı kimidir:www.president.am, news.president.am, m.president.am
www.mil.am
www.nkr.am
www.nkrmil.am
www.nkrgov.am, gov.nkr.am, nkrgovernment.am
www.nssartsakh.am
president.nkr.am
diaspora.gov.am
www.police.am, vostikanutyun.am
www.hayzinvor.am
old.sns.am, old.snb.am
ethics.am,cpcarmenia.am
www.nankr.am
www.ombuds.am ,pashtpan.am, old.ombuds.am, old.pashtpan.am
www.armenia.am
kids.president.am
www.aviation.am,gdca.am
www.echr.am
www.genproc.am
www.sarm.am
www.stateproperty.am, www.spm.am, privatization.am
www.concourt.am
www.escs.am
www.mineconomy.am
www.moj.am ,justice.am
www.psrc.am
www.seco.am
www.ccc.am, investigatory.am
www.investigative.am, investigator.am
www.minenergy.am
www.msy.am
www.prosafe.am
www.armnoc.am
www.competition.am
www.minagro.am
www.minurban.am, mud.am
www.scws.am
reservepark.mnp.am
www.atc.am
www.edu.am
www.mincult.am
www.mnp.am, env.am
www.armarchives.am
www.bch.am
www.moh.am -
Tahir Misirxanovun ailəsindən reportaj: “İşdəydim, dedilər oğlun 11 tank vurub” – FOTO/VİDEO
“Aprel döyüşləri”nin qəhrəmanlarından biri dörd ildən sonra yenə öz şücaəti ilə fərqlənən və köhnə rekordunu 2 dəfə artıran gizir Tahir Misirxanovun növbəti qəhrəmanlığı Azərbaycan ictimaiyyətinə təqdim olundu.
2016-cı ildə Ermənistanın 6 tankını vuran gizir sentyabrın 27-də başlanan Vətən müharibəsində dünənə kimi daha 11 tank vurub.“Qafqazinfo”nun əməkdaşları bu gün T. Misirxanovun ailəsi ilə görüşüb.
Anası Yeganə Misirxanova bildirib ki, Tahir uşaqlıqdan tez-tez tank şəkilləri çəkər, sonra da nişan alaraq onları vurduğunu təsvir edərmiş. Bu günün giziri artıq uşaqlıq arzularını gerçəyə çevirir. Lakin indi onun “əsərləri” kağız üzərində yox, kilometrlərlə yüksəklikdən dronlarla çəkilir.
“Azərbaycan Bayrağı” ordeninə və Horadizin fəxri vətəndaşı adına layiq görülən, Lələtəpə zirvəsinin fatehlərindən biri olan Tahir Misirxanov düşmən texnikasını bu gün də məhv etməkdə davam edir.





-
Paşinyan: “Ermənistan güzəştə getməyə hazırdır”
“Ermənistan Dağlıq Qarabağ münaqişəsində güzəştə getməyə hazırdır, əgər Azərbaycan da buna hazır olsa”.
“Report” TASS-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.“Münaqişənin nizamlanması qarşılıqlı güzəştlər əsasında həyata keçirilməlidir”, – deyə Paşinyan bildirib.
-
Paşinyanın baş müşaviri Azərbaycanın dinc əhalisinin bilərəkdən vurulduğunu etiraf etdi – VİDEO
Ermənistanın Baş naziri Nikol Paşinyanın baş müşaviri Vaqarşak Arutyunyan işğalçı ordusunun riyakarlığını sübuta yetirən açıqlamalar verib.
“Rossiya 1” kanalına müsahibəsi zamanı V.Arutyunyan Azərbaycanın dinc əhalisinin bilərəkdən hədəf seçildiyini etiraf edib.“İndi biz taktika hazırlamışıq ki, artilleriya zərbələri endirək, Hərbi hava hücumundan müdafiə sistemlərini sıradan çıxaraq, daha sonra isə dinc əhalinin yaşadığı ərazilərə zərbələr endirərək təviş yaradaq”, – deyə V.Arutyunyan bildirib.
Qeyd edək ki, V.Arutyunyanın bu ifadəsindən dərhal sonra süjet kəsilib və xeyriyyəçilik aksiyalarına diqqət yetirilib.
-
MN: “Könüllü təslim olmaq istəyən düşmən hərbi qulluqçularına və erməni əhaliyə müraciət edilib”
Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində üstünlüyü əlində saxlayır.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik leytenant Anar Eyvazov cəbhə xəttindəki vəziyyətlə bağlı bu gün keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, ordumuzun qan təminatı sahəsində də hər hansı problem yoxdur:
“Sosial şəbəkələrdə bununla bağlı yayılan qərəzli məlumatlar yersizdir. Vətəndaşlarımızdan xahiş edirik ki, Müdafiə Nazirliyinin “Qaynar xətti”ni bununla bağlı məşğul etməsinlər”.
A.Eyvazov həmçinin Müdafiə naziri Zakir Həsənovun bu gün xidməti müşavirədə ordumuza müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb: “Müdafiə naziri düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirib. Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.
Cəbhə boyu sıxışdırılan düşmən bir neçə gündür ki, şəhərlərimizi Cermuk, Qafan və Berd rayonu ərazisindən raket atəşinə tutur. Bunlar Azərbaycan Ordusunu cavab addımları atmağa məcbur edir. Ermənistan rəhbərliyi əhalini yanlış yöndə istiqamətləndirir. Düşmən komandanlığı məğlubiyyətin qaçılmaz olduğunu dərk etsə də, sanki daha çox vətəndaşının tələf olmasını istəyir”.
Mətbuat katibi vurğulayıb ki, Azərbaycan humanitar dəhlizlərin açılması ilə bağlı erməni əhalisinə müraciət edib: “Müraciət könüllü təslim olmaq istəyən düşmənin hərbi qulluqçularına da şamil edilir. Azərbaycan Ordusu döyüş aparılan ərazilərdə beynəlxalq hüquq normalarına uyğun fəaliyyət göstərir. Hərbi qulluqçularımız münaqişədə iştirak etməyən şəxslərə yardım göstərmək qaydalarına əməl edir. Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu yalnız Ermənistan Ordusuna məxsus legitim hərbi obyektləri hədəf alır. Azərbaycan Ordusu beynəlxalq hüquq normalarına dair memorandumun prinsiplərinə tam əməl edir”.
-
Ermənilər Tərtəri atəşə tutdu, 3 mülki şəxs yaralandı
Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Tərtər rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutub.
Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.Axşam saatlarında ermənilər Tərtər rayonunun Azad Qaraqoyunlu kəndini növbəti dəfə top mərmiləri atıb. Nəticədə evlərə ziyan dəyib, 3 mülki vətəndaş yaralanılıb. Yaralılar xəstəxanaya aparılıb.
Hazırda döyüşlər davam edir.
-
Azərbaycan humanitar dəhlizlərin açılması ilə bağlı erməni əhalisinə müraciət edib
Azərbaycan humanitar dəhlizlərin açılması, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin tətbiq edilməsinə hazır olduğunu bəyan edib və bununla bağlı erməni əhalisinə müraciət edib.
“Report” xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.“Müraciət həyatını qurtarmaq məqsədi ilə könüllü qaydada təslim olmaq istəyən düşmənin hərbi qulluqçularına da şamil edilib”, – o əlavə edib.
-
Ermənilər Ağdamı yenidən atəşə tutub
Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Ağdam rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutmaqda davam edir.
Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Düşmən yenə də dinc sakinləri hədəf alır.
Axşam saatlarında ermənilər Ağdam rayonuna növbəti dəfə top mərmiləri atıb.
Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür, hazırda döyüşlər davam edir.