Category: Ordu

  • Ermənilər Goranboya kaset bombalar atıb – FOTO

    4-5 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonu ərazisində dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan olunmuş dörd ədəd kaset sursatı atılmış və ətrafa mərmi qalıqları səpələnib.

    Bu barədə Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

    Bildirilib ki, nəticədə Goranboy rayonu Qızılhacılı kənd sakini həlak olub.

    Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri zamanı 144 ədəd partlamış 9N235 bombacıqları, həmçinin 300 ədəd partlamamış M85 bombacıqları aşkar edilib.

    Nəzərə çatdırmaq istərdik ki, qeyd olunan bombacıqlar “Kaset Sursatlar haqqında konvensiyaya” (CCM) uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlar sinifinə daxil edilib.

  • Anar Eyvazov: “Ön xətdəki hərbi qulluqçulara Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin broşurları paylanılıb”

    “Azərbaycan ordusunun ön xətdəki hərbi qulluqçularına broşurlar paylanıb. Bu broşurlar Beynəlxalq Qırmızı Xaç cəmiyyəti tərəfindən hazırlanıb və dərs vəsaiti olaraq tədris olunur”.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik leytenant Anar Eyvazov cəbhə xəttindəki vəziyyətlə bağlı bu gün keçirilən brifinqdə məlumat verib.

    O bildirib ki, döyüş bölgəsindəki əsgərlərin davranış qaydalarını özündən əks etdirən broşurlarda müxtəlif müddəalar yer alıb:

    “Broşulardan biri iki hissədən ibarətdir. İlk hissədə zərərçəkmişlərə hansı qaydalarla ilkin tibbi yardım göstərilməli olduğu şəkillərlə izah olunub. Digər hissədə isə döyüşçülərin əməliyyat zamanı davranış qaydaları yer alıb. Bütün legitim qaydalar, kimlərin hədəfə alınması, kimlərin alınmaması orada göstərilib.

    Digər kitabçada isə Azərbaycan Respublikasının öz üzərinə götürdüyü altı müddəa yer alıb.

    Beynəlxalq hüquq normalarında qeyd edilən prinsiplər ümumiyyətlə bizim ordumuz və xalqımız üçün yad davranışlar deyil. Xalqımızın milli mentalitetində, milli dəyərlərində bunlar öz əksini tapıb”.

  • Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA – VİDEO

    Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov cəbhədə baş verən son hadisələrlə bağlı açıqlama verir.

  • Azərbaycan Ordusunun bölmələrinin ələ keçirdiyi düşmənə məxsus zirehli texnikalar – VİDEO

    Azərbaycan Ordusunun bölmələrinin ələ keçirdiyi düşmənə məxsus zirehli texnikalar:

  • Gəncəlilər qorxmaz olduqlarını hər an sübut edirlər – VİDEO

    “Erməni bizim torpağa nəcə giribsə, elə də çıxacaq”.

    Baku TV xəbər verir ki, bu sözləri erməni qüvvələrinin Gəncə bazarını atəşə tutmasından sonra şəhərin sakini deyib.

    “Biz nə qorxduq, nə də qaçdıq. Biz öz işimizi gördük”.

    “Gəncə Bazar Store” MMC-nin direktoru Mahmud Mahmudzadə bildirib ki, ərazinin böyük bir hissəsinə zərər dəysə də, bu bizim ordumuzun uğurlarına fəda olsun:

    “Hər şey ordumuzun uğurlarına fəda olsun. Biz qarış-qarış torpağımızı azad edirik, tez bir zamanda öz torpaqlarımızda bayrağımızı dalğalandıracağıq.”

  • Bakının mərkəzində Azərbaycan ordusuna dəstək – VİDEO

    Bu gün Bakıda Azərbaycan ordusuna dəstək məqsədilə maraqlı aksiya keçirilib.

    Belə ki, bir qrup gənc Azneft meydanında əllərində pankartlarla ordumuza öz dəstəklərini nümayiş etdiriblər.

    Pankartlarda Azərbaycanın işğal altında olan torpaqlarımız adları yazılıb.

  • FHN-dən ermənilərin mülki obyektləri atəşə tutması nəticəsində baş vermiş dağıntı və yanğınlar barədə AÇIQLAMA

    Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

    Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Füzuli rayonunda vətəndaşa məxsus fərdi yaşayış evinin yanar konstruksiyaları alovlanıb. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Bərdə rayonuna mərmi düşməsi nəticəsində vətəndaşa məxsus fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları və bir otağının yanar konstruksiyaları qismən yanıb. Evin qalan hissəsi söndürülüb.

    Ağdam rayonuna düşmüş mərmi vətəndaşa məxsus təsərrüfat obyektində yanğına səbəb olub. Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı ev yanğından mühafizə olunub.

    Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

  • Orduya çağırılan şəxsin kredit öhdəliyi dondurulur? – VİDEO

    Əslində, orduya çağırılan şəxslərdən əmək müqaviləsi ilə çalışanların iş yeri və əməkhaqqı olduğu kimi saxlanılır, bunu qanun tələb edir.

    Buna baxmayaraq, hansısa formada işini itirənlər də var.

    Belə olduqda, bank öhdəliyi olan şəxslər üçün qayğı yaranmış olur. Bəs qanunvericilik bu vəziyyətə necə yanaşır? Səfərbərliyə çağırılan şəxsin bank borcu necə ödənilməlidir? Qanun nə deyir?

    ARB mövzu ilə bağlı araşdırma aparıb.

  • Düşmən daha 21 hərbçisinin məhv edildiyini etiraf edib

    Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Qarabağda keçirdiyi əks-hücumu və işğal olunmuş ərazilərin azad olunması əməliyyatının nəticəsində bu gün məhv edilən hərbçilərinin sayını açıqlayıb.

    “Sputnik”in xəbərinə görə, işğalçı dövlətin Müdafiə Nazirliyi daha 21 hərbçisinin öldüyünü etiraf edib.

    Bununla da Ermənistan rəsmən 240-dan çox hərbçisinin məhv edildiyini etiraf edib.

  • Azərbaycan əsgərləri Türkiyə telekanalının canlı yayımında: “Qarabağ bizimdir, bizim olacaq” – VİDEO

    Azərbaycan əsgərləri Bərdə şəhərindən Türkiyənin “A HBR” xəbər kanalından canlı yayıma qoşulub.

    Canlı yayımda bütün işğal edilən ərazilərini erməni terrorçularından azad etmək üçün mübarizəyə hazır olan hərbçilərimiz “Qarabağ bizimdir, bizim olacaq”, “Biz zəfər çalacağıq”, “Qələbə bizimdir” kimi şüarlar səsləndiriblər.

    Azərbaycan hərbçilərinin yüksək əhval-ruhiyyəsi, mübarizə əzmi videoda əks olunur.