Category: Ordu

  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yubiley medalı təsis ediləcək

    “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı təsis ediləcək.

    APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” layihə üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

    “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnaməyə əsasən, yubiley medalı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində səmərəli fəaliyyət göstərən mülki işçilər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinin təşkilində və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər. Medal döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. Medal bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

    Medalın ön tərəfi xarici və daxili çevrələrlə konturlanıb. Xarici və daxili konturların arasında yuxarı hissədə qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, aşağı hissədə qövs boyunca SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİ sözləri yazılıb. Yuxarı və aşağı hissələrdəki yazıların arasında hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz təsvir olunub. Daxili çevrənin içərisində sol tərəfdə Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə uyğun minalarla örtülmüş aypara, ayparanın daxili çevrəsinin əhatə etdiyi səthin üzərində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin emblemi həkk olunub. Emblemdən sol tərəfdə “2012”, sağ tərəfdə “2022” rəqəmləri yazılıb. Emblemdən aşağı hissədə “10 il” sözləri qeyd edilib.

    Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

  • Düşmənin Tərtərdə törətdiyi təxribatların sayı açıqlandı – RƏSMİ

    Sentyabrın 27-dən başlayan erməni təxribatı nəticəsində Tərtər rayonuna endirilən artilleriya zərbələrinin sayı açıqlanıb.

    Tərtər Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sentyabrın 27-dən oktyabrın 5-dək düşmən Tərtərə 8929 artilleriya zərbəsi endirib:

    “Bu gün səhər saat 07:30-dan indiyə kimi 120 mərmi atılıb”.

    “Döyüşlər başlayandan düşmənin açdığı atəş nəticəsində Tərtərdə səkkiz nəfər ölüb, 35 nəfər yaralanıb”, – deyə RİH-dən qeyd edilib.

  • Ələ keçirilən düşmən qənimətlərinin görüntüləri yayıldı – VİDEO

    Azərbaycanın Müdafiə Nazirliyi ələ keçirilən düşmən qənimətlərinin video görüntülərini yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Baş Prokurorluq erməni təxribatlarının nəticələri barədə məlumat yaydı – FOTO

    Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

    Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən bu günə qədər ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 27 mülki şəxs həlak olub, 141 nəfər yaralanıb.

    Bundan başqa, 63 mülki obyekt və 376 yaşayış evi yarasız vəziyyətə düşüb.

  • Ordumuza dəstək üçün klip çəkildi – VİDEO

    Azərbaycanda sentyabrın 27-dən başlayan erməni təxribatının qarşısını almağa yönəlmiş əks-hücum əməliyyatı, cəbhədə baş verənlərlə bağlı yeni klip lentə alınıb.

    “Zəfər” adlı klip Dövlət Sərhəd Xidməti tərəfindən çəkilib.

    Klip Silahlı Qüvvələrə dəstək məqsədi daşıyır.

    “Zəfər” adlı klipin rejissoru Rövşən Cahangirovdur.

    Həmin videonu təqdim edirik:

  • Ermənilərin atdığı mərmi nəticəsində FHN-in bir əməkdaşı xəsarət aldı

    Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq, mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin Ağdam rayonuna atdığı mərmi məktəb binasında dağıntılar törədib, növbədə olan yanğınsöndürmə avtomobilinə ziyan dəyib.

    Avtomobilin sürücüsü FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət çavuşu Qismət Əli oğlu Yusibov partlayış dalğasının təsirindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Xəsarət alan əməkdaşın vəziyyəti hazırda qənaətbəxşdir.

    Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən, mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

    Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

  • “Mauqli” cəbhə bölgəsində əsgərlərlə görüşüb – FOTO/VİDEO

    Azərbaycanlı kikboksçu Zabit Səmədov cəbhə bölgəsində əsgərlərimizin yanında olub.

    Bu barədə video sosial şəbəkələrdə yayımlanıb.

    Görüntülərdən aydın olur ki, “Mauqli” ləqəbli idmançı döyüşə yola düşən əsgərlərlə görüşüb, onlara uğur arzulayıb.

    Sözügedən videonu təqdim edirik:

  • Ballıcada yerləşən silah-sursat anbarı məhv edilib – RƏSMİ

    Azərbaycan Ordusunun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd edək ki, işğal olunmuş ərazilərimizdə yerləşdirilmiş Ermənistan ordusuna məxsus bu hərbi anbarda külli miqdarda müxtəlif sursat növləri saxlanılırdı.

  • Hikmət Hacıyev “Sky News Arabia”da Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından danışdı – VİDEO

    “Sky News Arabia” telekanalında Ermənistanın Azərbaycan şəhərlərində mülki əhaliyə qarşı törətdiyi cinayətlər və raket hücumları barədə reportaj yayımlanıb.

    Reportajda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın hərbi təxribatları ilə əlaqədar danışıb.

    O, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və buradakı islam mədəni irsini məhv etdiyini diqqətə çatdırıb.

    Həmçinin, Prezidentin köməkçisi sentyabrın 27-dən başlayaraq, Ermənistanın Azərbaycanda mülki əhalini atəşə tutduğunu qeyd edib.

  • Azərbaycanlı fotoqraflar cəbhə bölgəsində atəş altında – VİDEO

    Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindəki təxribatlarına cavab olaraq Azərbaycan ordusunun əks-hücum əməliyyatları ilə əlaqədar müharibə zonasına ezam olunmuş jurnalistlər zaman-zaman atəş altında da qalırlar.

    Belə videolardan biri sosial şəbəkələrdə yayımlanıb.

    Görüntülərdə bir qrup azərbaycanlı fotoqrafın çəkiliş aparan zaman ermənilərin artilleriya atışına məruz qalması və gərgin anları əks olunub.

    Sözügedən görüntüləri təqdim edirik: