Category: Ordu

  • Ermənilər Azərbaycan ordusu qarşısında geri çəkildiklərini etiraf etdilər

    Qarabağdakı separatçı quldur rejimin “müdafiə nazirliyi” qoşunların geri çəkildiyini etiraf edib.

    Bu barədə Qarabağ separatçılarının rəhbərinin mətbuat katibi Baqram Poqosyan bildirib.

    B.Poqosyan erməni qoşunlarının artıq itkilərdən qaçmaq üçün guya “taktiki” olaraq geri çəkildiyini söyləyib.

  • Azərbaycanlı hüquq müdafiəçiləri Makrondan beynəlxalq məhkəməyə şikayət edəcəklər

    Fransa Prezidenti Emmanuel Makron guya Azərbaycan tərəfində muzdluların – Suriyadan olan islamçıların ermənilərə qarşı döyüşdüyünə dair əsassız açıqlamasına aid sübutlar təqdim etməsə, Beynəlxalq Diaspor Komitəsi (ICD) və Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Komitəsi (CIPDH) bu ölkənin Bakıdakı səfirliyi qarşısında piket keçirəcək.

    Bu barədə Oxu.Az-a CIPDH-nin Azərbaycan Komissarının vəzifəsini icra edən Elçin Axundzadə deyib.


    Onun sözlərinə görə, hüquq müdafiəçiləri və vəkillər Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün mübarizə aparmaq iqtidarında olmadığımızı deyərək Azərbaycan xalqını təhqir etdiyinə görə Fransa rəhbərliyindən Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edəcəklər.
    ICM sədri İsmayıl Ağayev və Elçin Axundzadə eyni mətnlə xarici ölkələrin Azərbaycandakı bütün səfirliklərinə və diplomatik nümayəndəliklərinə müraciətlər göndəriblər.

  • Ermənistanda kəskin əsgər çatışmazlığı: Növbəti səfərbərlik elan edildi

    Azərbaycan ordusunun əks-hücum əməliyyatı nəticəsində böyük itki ilə üzləşən Ermənistanda kəskin əsgər çatışmazlığı günü-gündən özünü daha çox göstərməyə başlayıb.

    Belə ki, əvvəlcə 55 yaşa kimi kişilər üçün səfərbərlik elan edilmişdi, sonra qadınlar cəbhəyə çağırıldı, indi isə son bir ildə xidmətlərini başa vurmuş keçmiş hərbçilər səfərbərliyə alınıb.

    Bu barədə TASS xəbər verib.

    “Hərbi forması olanlardan bu geyimləri mərkəzi hərbi qeydiyyat komissiyasına təqdim etmələrini xahiş edirəm”, – deyə müraciətdə əlavə olunub.

  • Paşinyan cəbhədəki məğlubiyyətini etiraf etdi

    “Qarabağda bir sıra məntəqələrdə çətin vəziyyət yaranıb”.

    Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” hesabında yazıb.

    “Bəzi məntəqələrdə vəziyyət çox ağırdır. Bunu gizlətmirəm”, – deyə N.Paşinyan bildirib.

    O, bir il əvvəl təxris olanları orduya qoşulmağa çağırıb:

    “Bizim qanunvericilik onları hətta döyüş vaxtı da səfərbər etməyə icazə vermir, ancaq mən sizi səfərbər olmağa çağırıram”.

  • Müdafiə Nazirliyi: Ermənistan cəbhədəki qoşunlarını təmin edə bilmir

    Ermənistan silahlı qüvvələrinin Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yaranıb.

    Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, alayın 3-cü taborunun şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək qaçıb.

    Eyni zamanda, hərbi hissənin sürücüləri də döyüş və avtomobil texnikalarını ataraq döyüş zonasından qaçıb.

  • Düşmənin 4 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib – RƏSMİ

    Qoşunlarımızın zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2 ədəd, 41-ci artilleriya alayının 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Prezidentin köməkçisi: “Biz alçaq, xain düşmənlə üz-üzəyik”

    “Biz alçaq, xain düşmənlə üz-üzəyik. Bu gün hər bir vətəndaşımız möhkəmdir”.

    Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Baş Prokurorluqda keçirilən brifinqdə bildirib.

    Onun sözlərinə görə, bu gün Azərbaycan cəmiyyəti səfərbərdir:

    “Hazırda biz haqq yolunda fəaliyyətimizi davam etdiririk. Prezident İlham Əliyev, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan özünün haqq işini davam etdirir. Silahlı Qüvvələrimiz hər bir məqamda Ermənistanın silahli qüvvələrinin layiqli cavablarını verirlər. Qarabağ bizimdir, bizim olacaq”.

  • Ağcabədi şəhəri atəşə tutulur – RƏSMİ

    Hazırda Ermənistan silahlı qüvvələri Ağcabədi şəhərini atəşə tutur, yaralılar var.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini hədəfə alması ilə bağlı brifinq – CANLI YAYIM

    Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini hədəfə alması ilə bağlı birifinq keçirilir.

    Brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri iştirak edirlər.

  • Baş Prokurorluq: “Erməni təxribatı nəticəsində mülki şəxslərdən 25 nəfər ölüb, 127 nəfər yaralanıb” – FOTO

    Erməni təxribatı nəticəsində Azərbaycanda ölən və yaralanan mülki vətəndaşların sayı açıqlanıb.
    Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında qeyd olunub.

    Bildirilib ki, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 25 mülki şəxs həlak olub, 127 nəfər yaralanıb.

    Eyni zamanda 56 mülki obyekt və 313 yaşayış evi yarasız vəziyyətə düşüb.