Category: Ordu

  • Arxa cəbhədəki gənclərdən ön cəbhəyə dəstək – VİDEO

    Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan şəhərlərinin atəşə tutulması davam edir.

    “Sputnik” xəbər verir ki, Bakıdakı arxa cəbhə bacardığı qədər kömək etməyə çalışır.

    Qeyd edilir ki, gənclərdən ibarət qruplar gün ərzində Bakı ətrafından topladıqları mindən çox şini cəbhəyə göndəriblər.

    Xatırladaq ki, Ermənistan silahlı qüvvələri sentyabrın 27-si, saat 06:00-dan Azərbaycanın cəbhəboyu və yaşayış ərazilərini intensiv atəşə tuturlar. Azərbaycan beynəlxalq səviyyədə tanınan torpaqlarını işğalçıların əlindən azad etmək uğrunda mübarizə aparır.

  • Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib

    Erməni silahlı qüvvələrinin tərəfində döyüşən PKK-çıların əksəriyyəti məhv edilib, qalan hissəsi isə təxribat qrupları şəklində fəaliyyətə başlayıb.

    Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

    Bildirilib ki, yerli əhali ərazini tərk edib, canlı qüvvə tükənməkdədir, hərbçilər dəstək gəlməyəcəyi təqdirdə mövqelərdən çıxacaqlarını deyiblər.

    Oktyabrın 4-də günün sonuna kimi İrəvanda toplaşan çoxlu sayda canlı qüvvənin gecə saatlarında Dağlıq Qarabağa göndərilməsi planlaşdırılıb.

    Xankəndidəki artilleriya və zenit-raket qurğuları şəhərdən müxtəlif istiqamətlərdə çıxarılaraq yeri dəyişdirilir.

    Suriyada toplaşan 500 nəfərlik muzdlu heyətin də oktyabrın 4-dən 5-nə keçən gecə Ermənistana gətirilməsi və Dağlıq Qarabağdakı döyüşlərə göndərilməsinə qərar verilib.

  • Azərbaycan XİN-in Ermənistanın mülki əhalini atəşə tutması barədə brifinqi – VİDEO

    Azərbaycan Xarici İşlər Nazirliyində Ermənistanın mülki əhalini atəşə tutması barədə brifinq keçirilib.

    Mətbuat konfransında Azərbaycan Respublikasının Baş prokurorluğunun mətbuat katibi Günay Səlimzadə, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva iştirak edirlər.

  • Əcnəbi jurnalistlər Xankəndidən çıxırlar

    Xarici jurnalistlər Dağlıq Qarabağda Xankəndidən çıxırlar.

    Bu barədə “RİA Novosti” xəbər yayıb.

    Bildirilib ki, çəkiliş qruplarının əksəriyyəti taksi və ya avtobuslarla Qarabağ ərazisini tərk edirlər.

    Onların Gorus şəhərinə yerləşdiriləcəyi bildirilir.

    Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi əcnəbi jurnalistlərə müraciət edərək Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməməyə, beləliklə, Ermənistanın onları istismar etməsinə imkan verməməyə, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan hər hansı bir hərəkətdən istifadəsini təbliğ etməkdən çəkinməyə çağırıb.

  • Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur – RƏSMİ

    Hazırda Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, adekvat tədbirlər görülür.

  • Düşmənin yeni yalanları üzə çıxdı – FOTO

    “Fact Chek Karabakh” səhifəsi növbəti dəfə erməni yalanlarını üzə çıxarıb.

    Belə ki, Ermənistan tərəfi iddia edir ki, guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən qadağan edilmiş kaset tipli sursatlardan istifadə olunur.

    Lakin görüntüyə nəzər saldıqda aydın bilinir ki, bu saxtadır. Necə olur ki, zərbədən sonra ağacların heç bir budağı qırılmır, asfalt örtüyü zədələnmir və kənarda dayanmış avtomobillər zədə almır.

    Eyni zamanda, partlayan avtomobilin sükanı və oturacağının olmadığı da aydın görünür.

  • Erməni terrorçularının Azərbaycan ərazilərini hədəf alan raket zərbələri ilə bağlı XƏRİTƏ

    Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev öz “Twitter” hesabından Ermənistanın Azərbaycanın müxtəlif ərazilərinə raket hücumlarını göstərən xəritə paylaşıb.

    “Ermənistan ərazisindən mülki infrastrukturu, o cümlədən su rezervlərini hədəfə almaq insan fəlakətinə səbəb ola biləcək haldır və Cenevrə Konvensiyasına ziddir. Bu, təxribat yaratmaq və sonra üçüncü tərəfləri münaqişəyə cəlb etmək üçün edilir”, – deyə Fərid Şəfiyev qeyd edib.

  • Müdafiə Nazirliyi: Ordumuzda qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur

    Qan vermək məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına vətəndaşlar tərəfindən xeyli sayda müraciətlər daxil olur.

    Bununla əlaqədar Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur:

    “Ordumuzun qan və qan komponentlərinə olan tələbat Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur”.

  • Azərbaycan ərazisi Ermənistandan raket atəşinə tutulub – VİDEO

    Oktyabrın 5-də səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Bütün cəbhə boyu sıxışdırılan düşmən artıq bir neçə gündür ki, Ermənistan ərazisindən Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistematik raket zərbələri endirir.

    Eyni zamanda Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan ərazisinin Ermənistandan atəşə tutulması faktını inkar edir və bunun işğal olunmuş ərazilərimizdən həyata keçirildiyini bildirir.
    Ermənistanın bu cür məsuliyyətsiz və cinayətkar hərəkəti məqsədyönlü şəkildə Azərbaycanı cavab tədbirləri görməyə təhrik edir.

    Raketlərin Ermənistan ərazisindən buraxıldığını təsdiq edən video təqdim olunur.

  • “Fact Chek Karabakh” növbəti erməni yalanını ifşa etdi – FOTO

    “Fact Chek Karabakh” səhifəsi növbəti erməni yalanını üzə çıxarıb.

    Belə ki, erməni mənbələri separatçı qurumun quldur dəstələri tərəfindən yeni mövqenin ələ keçirildiyini iddia edirlər, lakin bu xəbərə aid şəkilin analizi göstərir ki, bu, tam yalan və uydurma məlumatdır.

    “O zaman niyə Ermənistan bayrağını qoyursunuz? Niyə TV antenasında?”, – deyə erməni yalanlarını ifşa edən səhifədə qeyd edilir.