Category: Ordu

  • Ermənilər Tərtəri atəşə tutur: Yaralılar var

    Ermənistan ordusu ağır artilleriyadan istifadə etməklə Tərtəri atəşə tutmağa davam edir.

    Qafqazinfo-nun məlumatına görə, düşmən yenə təxribata əl ataraq dinc əhalini hədəf alıb.

    Belə ki, ötən gecə şəhər mərkəzinə düşən mərmi iki mülki vətəndaşın yaralanmasına səbəb olub.

    Bunlar şəhər sakinləri – 1981-ci il təvəllüdlü Taleh Novruzov və 1993-cü il təvəllüdlü Süleymanov Davud Elxan oğludur.

    Yaralılar xəstəxanaya çatdırılıb.

    Bundan başqa, bir sıra yaşayış evləri, obyektlər də dağıdılıb.

  • “Hər şey Vətən üçün” – VİDEO

    Bu gün ölkəmizin hər kəsin ürəyi ordumuzla birlikdə döyünür. Sadə vətəndaşlar ordumuza dəstək olmaq üçün cəbhəyə zəruri olan müxtəlif məhsullar yola salırlar.

    Könüllü humanitar aksiya, demək olar ki, əksər cənub rayonlarında həyata keçirilir.

    “Qarabağ Azərbaycandır”, “Hər şey vətən üçün”.

    Üstünə bu şüarlar yazılmış avtomobillərin üz tutduqları istiqamət də elə Qarabağdır.

    Ölkəmizin müxtəlif yerlərində olduğu kimi, Cəlilabad rayonunda da yerli sakinlər Ordumuzla həmrəy olduqlarını bu şəkildə – cəbhədə düşmənlə döyüşən əsgərlər üçün zəruri olan ləvazimatlar tədarük etməklə göstərirlər.

    Doğrudur, Azərbaycan ordusunun bu kimi tibbi və ərzaq yardımına ehtiyacı yoxdur, lakin sakinlər belə könüllü aksiyalarla öz vətəndaşlıq borclarını yerinə yetirdiklərini bildirirlər.

    Qeyd edək ki, ordumuza könüllü dəstək aksiyası Cəlilabadla yanaşı, digər cənub rayonlarında da həyata keçirilir.

    Daha ətraflı Baku TV-nin videosüjetində:

  • Erməni vəhşiliyini sübut edən yeni görüntü yayıldı – VİDEO

    Dünən Azərbaycanın ikinci böyük şəhəri Gəncə Ermənistan ərazisindən atəşə tutulub.

    Nəticədə, dinc əhali arasında ölən və xəsarət alanlar var, çoxlu sayda mülki obyektlərə ziyan dəyib.

    Sosial şəbəkələrdə artilleriya atəşi nəticəsində yaralanan və əməliyyat olunan azyaşlının videosu yayılıb.

    Qeyd olunur ki, həkim Vüqar Fərhadov uğurlu əməliyyat keçirərək, azyaşlı oğlanın baş nahiyəsinə daxil olan qəlpəni çıxarıb.

    Bildirilir ki, xəstə özünü yaxşı hiss edir, onun sağlamlığına heç bir təhlükə yoxdur.

  • Düşmən Bərdədə təhsil obyektlərini atəşə tutub – TƏCİLİ + FOTO

    Xəbər verdiyimiz kimi hazırda Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.

    Əsasən erməni vandallar Bərdədə məktəbi, kolleci, fərdi evləri atəşə tutub.


  • Düşmən yaşayış məntəqələrimizi atəşə tutur – RƏSMİ

    Hazırda Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və rayonun kəndləri, Goranboy və Göygöl rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, düşmənə qarşı adekvat tədbirlər görülür.

  • Ermənistan ordusunun daha bir neçə hərbi texnikası ələ keçirilib – FOTO

    Azərbaycan Ordusu qarşısında aciz qalan düşmən silah-sursatını, döyüş texnikalarını ataraq və döyüş mövqelərini tərk edərək qaçır.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərbçilərimizin uğurlu əməliyyatı nəticəsində düşmənin daha bir neçə hərbi texnikası – 4 ədəd “KAMAZ” və 1 ədəd “QAZ” markalı avtomobillər qənimət kimi ələ keçirilib. Avtomobillərin içərisində erməni əsgərlərinə məxsus geyimlər, müxtəlif ləvazımatlar, rabitə və digər mühüm hərbi vasitələr aşkar edilib. Hərbi texnikalarım hamısı işlək vəziyyətdədir.

    Qeyd edək ki, daha əvvəl də Ermənistan ordusunun bir neçə hərbi maşını qənimət olaraq ələ keçirilmişdi.

  • Xankəndi tam zülmətə qərq oldu – VİDEO

    Bir neçə gündür işğalçı ermənilərin Xankəndini tərk etməsinə dair videolar yayılır.

    Azərbaycan ordusu tərəfindən Suqovuşanın işğaldan azad edilməsindən sonra sosial şəbəkələrdə Xankəndinin indiki görüntüləri paylaşılıb.

    Görüntülərdən Xankəndinin zülmətə qərq olduğu görünür.

    Həmin görüntüləri təqdim edirik:

  • Xankəndi tam zülmətə qərq oldu – VİDEO

    Bir neçə gündür işğalçı ermənilərin Xankəndini tərk etməsinə dair videolar yayılır.

    Azərbaycan ordusu tərəfindən Suqovuşanın işğaldan azad edilməsindən sonra sosial şəbəkələrdə Xankəndinin indiki görüntüləri paylaşılıb.

    Görüntülərdən Xankəndinin zülmətə qərq olduğu görünür.

    Həmin görüntüləri təqdim edirik:

  • Məhv edilən erməni işğalçılarının yeni görüntüləri – VİDEO

    Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardığı döyüşlərdə məhv edilən erməni işğalçılarının yeni görüntüləri yayılıb.

    Bu barədə “Caliber” “YouTube” kanalı paylaşım edib.

    “Caliber” Azərbaycan ordusunun azad etdiyi Suqovuşan (Madagiz) bölgəsinin strateji əhəmiyyətinin təhlil olunacağı növbəti buraxılışının anonsunda “ürəyi zəif olmayan izləyiciləri” üçün də eksklüziv görüntüləri təqdim edib.

  • Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA – VİDEO

    Suqovuşanı işğaldan azad edən 1-ci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənov Azərbaycan Televiziyasına danışıb.

    Qələbə sevincini paylaşan H.Həsənov Ali Baş Komandan İlham Əliyevə öz təşəkkürünü bildirib.

    General-mayor bu qələbənin davamı olacağına da əminliyini bildirib.

    Həmin süjeti təqdim edirik: