Category: Ordu

  • Ermənilər Madagizi nə vaxt işğal etmişdi? – FOTO

    Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Madagiz (Suqovuşan) kəndi Azərbaycan Respublikası Tərtər rayonunun kəndlərindən biridir.
    “Report” xəbər verir ki, Madagiz əvvəllər Ağdərə rayonu inzibati ərazisinə aid olub.

    1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürülüb. Madagiz kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.

    Madagiz ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində Ermənistan tərəfindən yenidən işğal olunub.

    Kənd ərazisində Madagiz su anbarı və Madagiz-1 su elektrik stansiyası yerləşir. Ermənilər Madagizi işğal etdikdən sonra burada hərbi hissələr yaradıb. 49971 saylı hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Bundan başqa, erməni ordusunun “6-cı müdafiə rayonu” kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Madagizdə yerləşirdi.

    Madagiz 3 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Bu şad xəbəri əhaliyə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev elan edib. Daha sonra Ali Baş Komandan 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib.




  • Ağır döyüşdən çıxan Azərbaycan əsgərləri: “Ermənilər qaçır, zəfər bizimlədir” – VİDEO

    Azərbaycan Televiziyası ağır döyüşdən çıxan Azərbaycan əsgərlərindən süjet hazırlayıb.


    Döyüşdən qayıdan əsgərlərimiz olduqca pozitiv çıxışlar ediblər. Onlar düşmənin tərk etdiyi hərbi qənimətləri nümayiş etdiriblər.

    Əsgərlərimiz bildiriblər ki, ermənilər qaçır, zəfər bizimlədir.

    Həmin süjeti təqdim edirik:

  • “Ermənilər 4 minə yaxın itki verib” – Alman hərbi jurnalist

    “Ermənilər çoxlu itki sayına (4 minə yaxın) görə özlərini tək hiss edirlər”.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzetinin hərbi jurnalist Paul Ronzhaymer tvitter hesabındakı paylaşımında bildirib.

    Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində münaqişə ilə bağlı mövcud vəziyyəti izləmək üçün Ermənistana gələn jurnalist ilk rastlaşdığı təəssüratı bölüşüb.

    “Demək olar, hər kəsin yaxınları arasında orduya çağırılan var. “Merkel buradakı müharibə haqda niyə bu qədər az danışır?”,-deyə İrəvan hava limanında bizi qarşılayan Mane soruşur. Qabaqda 8 saatlıq yol var”,-deyə Ronzhaymer qeyd edib.

    Jurnalist daha əvvəlki paylaşımlarında vəziyyəti daha yaxından izləmək üçün cəbhə bölgəsinə yollanacağını bildirib.

  • Separatçı quldurların başçısı Araik Arutyunyan yaralanıb

    İşğal olunmuş Ağdərədə separatçıların inzibati binası Azərbaycan Ordusunun əks-hücumu nəticəsində məhv edilib.

    Bu barədə “Caliber” “Telegram” kanalı öz mənbələrinə istinadla yaydığı xəbərdən məlum olur.

    Bildirilir ki, Araik Arutyunyan və xüsusi xidmət orqanının rəhbəri Kamo Ağacanyan bir müddət binanın altındakı bunkerdə qalmalı olub.

    Məlumata görə, Arutyunyan yaralanıb, onun şəxsi mühafizəçilərinin bir hissəsi və Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinin bəzi üzvləri məhv edilib.

  • Düşmən təxribatına məruz qalan Tərtərdən son görüntülər – VİDEOREPORTAJ

    Düşmən ordusu Tərtər istiqamətində təxribatlarını davam etdirir.

    Baku TV-nin cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, ötən gün Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunu və ətraf yaşayış məntəqələrini şiddətli atəşə tutması nəticəsində 2000-dən artıq mərmi Tərtər rayonuna düşüb.

    Düşmən xüsusilə şəhər mərkəzini hədəf alıb.

    Səhər saatlarından toplardan və mərmilərdən açılan atəş zamanı ətrafda olan hündürmərtəbəli yaşayış binalarına ciddi ziyan dəyib.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • Ermənistan silahlı qüvvələri mülki obyektləri atəşə tutmaqda davam edir – RƏSMİ

    Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq, Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən, fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutaraq, mülki obyektlərdə dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də, dövlət əmlakına ciddi ziyan vurur.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Füzuli rayonunun Horadiz şəhərinin ətrafında qamışlıq-bataqlıq ərazidə yanğın baş verib, 20 ha sahədə qamışlıq, kol-kos və ağaclıq yanıb.

    Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən görülən tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

    Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinə mərmi düşməsi nəticəsində vətəndaşa məxsus təsərrüfat obyekti yanıb. Yanğın zamanı tövlənin içərisində olan üç baş iribuynuzlu heyvan çıxarılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Düşmənin atdığı mərmi Ağdam rayonunun Evoğlu kəndində vətəndaşa məxsus təsərrüfat obyektində yanğına səbəb olub. Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində obyektin bir hissəsi yanğından mühafizə olunub.

    Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

    Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

  • Azərbaycan xalqı ordumuza dəstək üçün əlindən gələni əsirgəmir – FOTO

    İşğal altındakı torpaqlarımızı düşmənlərdən azad etmək üçün cəbhədə gedən döyüşlərdə iştirak edən ordumuza Azərbaycan xalqının dəstəyi davam edir.

    Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilir.

    Bu gün paylaşılan daha bir fotoda isə qeyd olunub ki, müəllim öz maaşı ilə ət alıb, yolun kənarında manqal qoyub, şagirdləri ilə birlikdə kabab çəkir və cəbhəyə yollanan hərbi maşınları saxlayıb, çörəkdə isti kabab göndərirlər.


  • Ermənistan bir qrup qadını cəbhəyə göndərdi – FOTO

    Xəbər verdiyimiz kimi, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan ordusunun əks-hücum əməliyyatı nəticəsində böyük itki ilə üzləşən Ermənistan hərbçiləri kəskin əsgər çatışmazlığı şəraitində qadınları da cəbhəyə göndərir.

    Artıq bir qrup qadının cəbhəyə göndərilməsi ilə bağlı sosial şəbəkələrdə foto paylaşılıb.

    Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına görə, döyüş əməliyyatları zamanı istər canlı qüvvə, istərsə də döyüş texnikası sarıdan xeyli sayda itki verən Ermənistan silahlı qüvvələri artıq 60-70 yaşlarında olan qocaları da döyüşə göndərir.

  • Düşməndən etiraf: Azərbaycan Ordusu daha 51 erməni hərbçisini məhv etdi

    Ermənistan tərəfi Azərbaycan Ordusunun əks-hücumu nəticəsində daha 51 hərbçisini itirdiyini etiraf edib.

    “Sputnik”in məlumatına görə, bununla Azərbaycan ordusunun ümumilikdə 207 erməni işğalçısını məhv etdiyi bildirilib.

    Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Müdafiə Nazirliyi 2300 işğalçının məhv edildiyini açıqlamışdı.

  • Düşmən ağır itkilər verməyə davam edir – VİDEO

    Düşmən ağır itkilər verməyə davam edir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.