Category: Ordu

  • Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir – RƏSMİ

    “Döyüş əməliyyatları zamanı istər canlı qüvvə, istərsə də döyüş texnikası sarıdan xeyli sayda itki verən Ermənistan silahlı qüvvələri artıq 60-70 yaşlarında olan qocaları da döyüşə göndərir”.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib:

    “Belə görünür ki, bu, qadınların ardınca döyüşə ahıl yaşında olan qocaları göndərən düşmənin son ehtiyat qüvvəsi olacaq”.

  • Müdafiə Nazirliyindən daha bir AÇIQLAMA

    Sentyabrın 27-də ağır döyüşlər başladığı ilk gündən cəbhə bölgəsində təbliğat-təşviqat işləri də əməliyyat şəraitinə uyğun təşkil edilərək həyata keçirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ordumuzun qazandığı uğurların, döyüşçülərimizin rəşadətinin geniş ictimaiyyət arasında təbliği, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə igidlik göstərən hərbi qulluqçuların xalqa tanıdılması sistematik təşkil edilir və yerinə yetirilir.

    Bu günlərdə Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin, “Azərbaycan Ordusu” qəzeti redaksiyasının əməkdaşları döyüş bölgəsinə ezam edilib. Cəbhəboyu zonada quraşdırılan səyyar mətbəələrdə “Sən qalib gələcəksən!”, “Qalibiyyət döyüşü” və “Böyük Qələbə uğrunda” təşviqat vərəqələri, “Azərbaycan Ordusu” qəzetinin xüsusi buraxılışları, bukletlər hazırlanır cəbhədə olan şəxsi heyət və cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında yayılır.

    Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən dörd təbliğat-təşviqat qrupu yaradılıb.

    Həmin qruplar veteranların, ictimaiyyət nümayəndələrinin şəxsi heyət qarşısında çıxışlarını təşkil edir və konsert proqramlarını təqdim edirlər. Bundan əlavə səsgücləndirici maşınlar vasitəsilə ümummilli lider Heydər Əliyevin və Silahlı Qüvvələrin Ali Baş Komandanın cənab İlham Əliyevin Ordumuz haqqında çıxışları, hərbi vətənpərvərlik mahnıları və döyüşlər barədə operativ məlumatlar cəbhəboyu zonadakı yaşayış məntəqələrində səsləndirilir, vətənpərvərlik mövzusunda bədii və sənədli filmlər nümayiş olunur.

    Bu tədbirlər döyüşən əsgər və zabitlərin mənəvi-psixoloji durumuna müsbət təsir göstərir, döyüş əzmini, qələbə ruhunu daha da artırır, mülki əhali tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanır.

  • Təslim olmuş işğalçıların görüntüləri yayıldı – FOTO

    Məlum olduğu kimi, Azərbaycan ordusunun düşmən təxribatına qarşı keçirdiyi əks-hücum əməliyyatında bir çox uğurlar əldə edilib.

    Mətbuatda hərbçilərimizin əməliyyatlar nəticəsində əldə etdiyi qənimətlər barədə mütəmadi olaraq məlumat və görüntülər tirajlanır.

    Sosial şəbəkələrdə təslim olmuş işğalçıların fotoları yayımlanıb:

  • Müdafiə Nazirliyi orduya yardımla bağlı məlumat yaydı

    Son günlər Azərbaycan Ordusunun ön xətt bölmələrinə müxtəlif növ yardımların edilməsi ilə bağlı xeyli sayda müraciət daxil olur.

    Müdafiə Nazirliyindən bildirilib ki, hazırda Azərbaycan Ordusunun hərbi hissələri, xüsusilə də ön xətt bölmələri bütün təminat növləri ilə tam təmin olunub və əlavə yardıma ehtiyac yoxdur.

    Qeyd edilib ki, Azərbaycan əsgərinin yalnız xalqımızın mənəvi dəstəyinə ehtiyacı var ki, bu da daim göstərilir.

    Eyni zamanda bildirilib ki, ayrı-ayrı vətəndaşlarımız, təşkilat və müəssisələr Müdafiə Nazirliyinə müraciət etmədən birbaşa hərbi hissələrə gedir və müxtəlif növ yardımlar aparırlar. Bu da bəzi hallarda pərakəndəliyə, şəxsi heyətə çatdırılan ərzaq məhsullarının xarab olmasına və israfçılığa səbəb olur.

    Ərzaq məhsullarının qida təhlükəsizliyi nəzarətindən keçmədən şəxsi heyətə verilməsi isə hərbi qulluqçuların sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

    Bu sahədə fəaliyyətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və yardımın planlı şəkildə hərbi hissələrə çatdırılması məqsədilə Müdafiə Nazirliyində aşağıda əlaqə nömrələri qeyd edilən müvəqqəti qaynar xətt fəaliyyət göstərir:

    +994 (012) 406-85-43

    +994 (012) 406-59-33

  • Zərbə PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir – RƏSMİ

    “Ermənistan tərəfi bu gün yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin və pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı dezinformasiya yayıb”.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib:

    “Bir daha bildiririk ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb. Əksinə, Azərbaycanın zərbə PUA-ları Ermənistan silahlı qüvvələrinin döyüş texnikalarını məhv etməkdə davam edir. PUA-larımızın döyüş fəaliyyəti ilə bağlı videogörüntülər mütəmadi ictimaiyyətə təqdim olunur.

    Ermənistan müdafiə nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla onların döyüşlərlə bağlı informasiya boşluğunu doldurmağa çalışırlar”.

  • Silahlı Qüvvələrə Yardım Fonduna son bir ayda 7 milyon manata yaxın vəsait daxil olub

    Oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb.

    Belə ki, sentyabr ayı ərzində Silahlı Qüvvələrə Yardım Fonduna 6 milyon 691 min 593 manat və 5 102 dollar vəsait daxil olub.

    Ümumiyyətlə, Fonda cari il oktyabrın 1-dək olan tarixə 120 milyon 106 min 408 manat, 218 min 680 ABŞ dolları, 18 min 341 avro və 5 000 rubl vəsait daxil olub.

  • Cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alındı – VİDEO

    Cəbhədə vəziyyət gərgin olaraq qalır. Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb və ona sarsıdıcı zərbələr endirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bütün cəbhə boyu gərgin döyüşlər davam edir.

  • Ordumuz tərəfindən atəşə tutulan Xankəndidən son görüntülər – VİDEO

    Azərbaycan Silahlı Qüvvələrinin hissələri Xankəndini atəşə tutublar.

    Bildirilir ki, qondarma “respublika”nın Fövqəladə Hallar Nazirliyinin binası sıradan çıxıb. Zərbələr nəticəsində ətrafdakı maşınlar, binaların pəncərələri də yararsız hala düşüb.

    Həmin kadrları təqdim edirik:

  • Ordumuzun məhv etdiyi erməni hərbçilərinin meyitləri – VİDEO

    Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində məhv edilmiş erməni hərbçilərinin meyitlərinin daşınması videosu yayılıb.

    Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

    Videoda iki erməni hərbçisinin meyitinin hərbi maşından düşürülməsi əks olunub.

    Həmin görüntüləri təqdim edirik:

  • Erməni işğalçıları postdan qaçmasın deyə qandallanırlar – VİDEO

    “Caliber” “YouTube” kanalı işğalçı erməni ordusunun postunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınmasından sonra görüntülərini yayımlayıb.

    Görüntülərdə erməni hərbiçisinin postdan qaçmasın deyə öz komandirləri tərəfindən ayağının qandallandığı görünür.