Category: Ordu

  • Düşmənin məhv edilməsinə dair görüntülər Bakı küçələrində – FOTO

    Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycana qarşı təxribatlar həyata keçirməyə başlayıb. Lakin Azərbaycan Ordusu bu təxribatlara qarşı əks-hücum əməliyyatları həyata keçirərək, düşmənə layiqli cavab verməyə davam edir.

    Müdafiə Nazirliyi tərəfindən düşmənin məhv edilməsinə dair videogörüntülər paytaxt Bakı küçələrinin reklam lövhələrində yayımlanır.

    Qələbə çox uzaq deyil.

    Həmin görüntüləri təqdim edirik:

  • Düşmənin hərbi texnikasına sarsıdıcı zərbələr endirildi – VİDEO

    Bu gün səhər döyüşləri zamanı bölmələrimiz tərəfindən düşmənin hərbi texnikasına sarsıdıcı zərbələr endirilib.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

  • İşğalçı Ermənistanın təxribatları: Cəbhədə son vəziyyət – VİDEO

    İşğalçı Ermənistan cəbhədə təxribatları davam etdirir.

    AZTV-nin cəbhə bölgəsindən verdiyi xəbərə görə, səhər saatlarından Tərtər rayonu və ətraf yaşayış məntəqələri yenidən qarşı tərəfin ağır artilleriya silahları ilə atəşə tutulub.

    Düşmən cavab atəşi ilə susdurulub.

    Daha ətraflı süjeti təqdim edirik:

  • Füzuli rayonu ərazisinə mərmi düşüb, otlaq sahələrində yanğın baş verib

    Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir.

    “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının məlumatına görə, düşmənin növbəti dəfə atdığı top mərmilərdən biri Füzuli rayonun ərazisində yerləşən və bir neçə kəndin ərazisinə yaxın olan otlaq sahələrinə düşüb.

    Nəticədə həmin ərazilərdə güclü yanğın baş verib.

    Kənd sakinləri “Report”un əməkdaşına bildiriblər ki, düşmənin təxribatı nəticəsində onların fərdi yaşayış evləri, təsərrüfatları və otlaq sahələri ziyan görüb.

  • Ermənilərin atdığı mərmi səbəbindən Horadiz ərazisində yanğın başlayıb

    Ermənistan silahlı qüvvələrinin atdığı mərmi səbəbindən hazırda Füzuli rayonunun Horadiz şəhərinin ətrafında qamışlıq-bataqlıq ərazidə – İran İslam Respublikası ilə həmsərhəd zonada yanğın başlayıb.

    Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən (FHN) APA-ya verilən məlumata görə, yanğının söndürülməsi istiqamətində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən müvafiq tədbirlər görülür.

    Yanğının ətraf tikintilərə, həmçinin vətəndaşın həyatına hər hansı təhlükəsi yoxdur.

    Bundan başqa, düşmənin artilleriya atəşi altında saxladığı Tərtər şəhərində təhlükəli və çıxılmaz vəziyyətdə qalan 2 nəfər FHN DYMX-nin yanğınsöndürən-xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

    Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün FHN gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi vətəndaşlardan xahiş olunur.

  • Rusiya Azərbaycana suriyalıların “gəlməsini” araşdırdı

    Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Türkiyədən Azərbaycana 300 suriyalının göndərilməsi haqqında “Skay Nyus Arabia” və BBC-nin yaydığı və guya ABŞ Müdafiə Nazirliyinin məmurunun həqiqi olduğunu təsdiqlədiyi informasiyaları yoxlayıb. Rusiya Baş Qərargahı bunun erməni KİV-lərinin ortaya atdığı saxta xəbər olduğunu müəyyən edib.

    Bu barədə Axar.az-a Rusiya hökumətindəki mənbəyə istinadla adının açıqlanmasını istəməyən rusiyalı alim məlumat verib.

    “Əgər bu həqiqətən belə olubsa, o zaman bu informasiya Pentaqonun veb səhifəsində yerləşdirilərdi. Eləcə də Qarabağdan alınan son məlumatlar orada heç bir terrorçu qrup və ayrı insanların olmadığını göstərir”, – deyə mənbə bildirib.

  • Ordumuzun ələ keçirdiyi hərbi qənimətlər – FOTO

    Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində düşmən hərbi texnikasını döyüş meydanında qoyaraq geriləməkdədir.

    Ordumuz tərəfindən ələ keçirilmiş hərbi qənimətin fotolarını Şakir Əminbəyli yayıb.

    Həmin fotoları təqdim edirik:

  • Ermənilər Dağlıq Qarabağdan qaçdığını etiraf edirlər – VİDEO

    Ermənilər tələm-tələsik Dağlıq Qarabağdan qaçırlar.

    Təqdim olunan videoda erməni qadın Ağdərədən qaçmaq məcburiyyətində qalmasından danışır.

    “Bizdə vəziyyət çox pisdir, orada yaşamaq mümkün deyil… Hər şey dağılıb, evlər yoxdur, hətta ağaclar yanır. Körpülər və yollar dağılıb”, – deyə o, şikayətlənir.

  • “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən ordumuzun qətiyyətli mübarizəsinə dəstək – FOTO

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) üçrəngli bayrağımız altında xarici sularda istismar olunan gəmilərində üzən dənizçiləri Azərbaycanın haqq işinə və Milli Ordumuzun qətiyyətli mübarizəsinə dəstək nümayiş etdiriblər.

    Dənizçilər çalışdıqları gəmilərin göyərtəsində əllərində Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” fikrini əks etdirən posterlə foto çəkdirib və bu fotoları #Karabakh #AllForKarabakh #KarabakhIsAzerbaijan həştəqlərindən istifadə edərək sosial şəbəkələrdə paylaşıblar.

    Vətəndən uzaqda çalışan dənizçilər bu yolla Ermənistanın yalanlarına və təcavüzkar siyasətinə qarşı çıxdıqlarını, Qarabağın Azərbaycana məxsus olduğunu diqqətə çatdırıblar.

    Bu təşəbbüsə #ASCO-nun Xəzərdənkənar sularda fəaliyyət göstərən “Şair Vaqif”, “Şair Sabir”, “Natəvan”, “Hüseyn Cavid”, “Laçın”, “Gəncə” gəmiləri qoşulub.

    Bir daha vurğulayaq ki, Azərbaycan dənizçiləri harada üzmələrindən asılı olmayaraq, hər zaman Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşiblər. Fədakar dənizçilər Milli Ordumuzla fəxr edir, xalqımıza davamlı qələbə sevincləri arzulayırlar.

  • Ermənilər Ağcabədidə kənd qəbiristanlığını artilleriya atəşinə tutub – FOTO

    Ermənistanın Azərbaycana qarşı təcavüzündən təkcə soydaşlarımız deyil, yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız, qəbiristanlıqlarımız da zərər görür. İşğal altında olan ərazilərimizdəki tarixi-dini abidələri məhv edən ermənilər dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cəbhə xəttinə yaxın məsafədə yerləşən yaşayış məntəqələrində vətəndaşlara məxsus evlər, mülki infrastruktur obyektləri ilə yanaşı, qəbiristanlıqlar da ermənilərin artilleriya atəşinə məruz qalır. Erməni vandallarının növbəti hədəfi Ağcabədi rayonu Hacılar kənd qəbiristanlığı olub. Qəbiristanlığa düşən mərmilərin partlaması nəticəsində bir çox qəbir daşları zədələnib.

    Hacılar qəbiristanlığından fotoları təqdim edirik.