Category: Ordu

  • Düşmən hərbi texnikalarını döyüş bölgələrində qoyaraq qaçıb – VİDEO

    Düşmən hərbi texnikalarını döyüş bölgələrində qoyaraq qaçıb.

    Baku TV xəbər verir ki, göstərilən texnikaların içində erməni işğalçılarına aid əşyalar, formalar və şəkillər tapılıb.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin son məlumatına görə Ağdərə istiqamətində qoşunlarımız Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır.

    Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub.

  • Azərbaycan ordusuna videoçarx həsr olundu – VİDEO

    Bakı Media Mərkəzi Azərbaycan ordusuna dəstək məqsədi ilə videoçarx hazırlayıb.

    Videoçarx #BizSəninləFəxrEdirik #AzərbaycanOrdusu #QarabağBizimdir həştəqi ilə paylaşılıb:

    “Azərbaycan ordusu güvən yerimiz, qürur mənbəyimizdir. Ordumuz vətənimizi, müstəqil dövlətimizi və ərazi bütövlüyümüzü ən yüksək səviyyədə qorumağa qadirdir. İndi şanlı ordumuz bu bacarığını döyüş meydanında sübut edir. Öz qüdrəti və cəsarəti ilə. Biz Ali Baş Komandanımıza, ordumuza və əsgərlərimizə tam güvənirik! Qələbə bizimlədir. Hər şey Vətən üçün, hər şey Qarabağ üçün!”.

  • Artıq düşmən cəbhəyə qadınlarını göndərir

    Əldə olunan məlumata əsasən, son günlər davam edən şiddətli döyüşlər nəticəsində xeyli itki verən düşmən ciddi şəkildə şəxsi heyət çatışmazlığı ilə üzləşir.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:

    “Buna səbəb çoxlu sayda itkilərlə yanaşı Ermənistan silahlı qüvvələrinin bir sıra ön xətt bölmələrin şəxsi heyətinin demoralizə olunması, bir çox hərbi qulluqçunun isə ümumiyyətlə döyüşdən imtina etməsidir.

    İtkilərinin günü-gündən artması və ehtiyat qüvvələrinin az olması Ermənistan müdafiə nazirliyini ölkə qadınlarına müraciət etməyə vadar edib. Ermənistan müdafiə nazirliyi tərəfindən artıq qadın batalyonu yaradılıb və hazırda komplektləşdirilir.”

  • Düşmən texnikasını Füzulidə qoyub qaçdı – VİDEO

    Azərbaycan ordusunun cəbhə bölgəsində apardığı uğurlu əks-hücum əməliyyatının nəticəsində düşmənin bir neçə hərbi texnikası hərbi qənimət kimi ələ keçirilib.

    Baku TV-nin Füzuli rayonuna ezam olunan müxbiri oktyabrın 1-də düşmən ordusunun qoyub qaçdığı hərbi texnikaları yaxından araşdırıb.

    Azərbaycan ordusunun qarşısından geri çəkilən düşmən ordusu texnikalarını ataraq qaçır.
    Avtomobillərin içərisində erməni əsgərlərinə məxsus əsgər geyimləri, əsgər ləvazimatları, rabitə və digər mühüm hərbi vasitələr aşkar edilib.

    Ətraflı süjeti təqdim edirik:

  • Düşmənin təminat və döyüş vasitələri darmadağın edilib – VİDEO

    Düşmənin yüksək dağ zirvəsində yaratdığı dayaq məntəqəsinə silah-sursat çatdıran təminat vasitələri və döyüş texnikaları məhv edilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Ordumuz Ermənistanın 1,2 milyard dollarlıq hərbi texnikasını məhv edib

    Cəmi dörd gün ərzində ordumuzun düşmənə endirdiyi zərbələr nəticəsində rəqibin 1 milyard 200 milyon ABŞ dollarından çox qiyməti olan hərbi texnika və sursatı məhv edilib.

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata əsasən, Ermənistanın fiskal imkanları bahalı və uzunmüddətli resurs müharibəsi aparmağa hazır deyil.

    Ölkənin Maliyyə Nazirliyinin məlumatlarına görə, 2020-ci il ərzində dövlət büdcəsində hərbi istiqamətə nəzərdə tutulmuş xərclərin həcmi təxminən 634 milyon ABŞ dollarıdır. “Global FirePower” hərbi-analitik mərkəzinin hesablamalarına görə isə Ermənistanın ümumi hərbi büdcəsi 1 milyard 385 milyard ABŞ dolları həcmindədir.

    Cəmi dörd gün ərzində Azərbaycan ordusu düşmənin hərbiyə ayırdığı vəsaitdən iki dəfə çox büdcəsini, ümumi hərbi büdcəsinin isə tamamını məhv edib.

    Belə ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21:30-dək düşmənin 200-dək tank və digər zirehli texnika, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi məhv edilib.

    Bundan əlavə, Ermənistanın 2 ədəd SU-25 hərbi qırıcısı dağa çırpılaraq məhv olub. Məhv edilən S-300 sistemlərinin qiymətləri növlərindən asılı olaraq təxminən 115 milyondan 160 milyon ABŞ dolları arasında dəyişir.

    Həmçinin, “Deagel nəşri”nə görə Ermənistanın arsenalında olan silahlar isə S-300-lərin PMU1 modifikasiyasına məxsusdur. Bu modifikasiyaların qiymətləri isə təxminən 160 milyon ABŞ dolları, bir raketinin qiyməti isə 1 milyon ABŞ dollarından çox qiymətləndirilir.

    Eləcə də, SU-25 təyyarələrinin 11 milyon ABŞ dolları dəyərində qiyməti mövcuddur. Əlavə olaraq, düşmənin arsenalında olan və məhv edilən 200-dək T-72 və onun müxtəlif modifikasiyalarının ümumi qiymətləri isə təxminən 300 milyon ABŞ dollarıdır.

    Hərbi ekspertlər Ermənistanın məhv edilən hava hücumundan müdafiə sistemləri arasında əsasən “Osa” komplekslərinin üstünlük təşkil etdiyini qeyd edirlər. Bu tipli silahların birinin qiyməti isə 20-25 milyon ABŞ dolları arasında dəyişir.

    Qeyd olunanları nəzərə alaraq, indiki vəziyyətdə düşmənin resurs müharibəsinə çox davam gətirəcəyi gözlənilmir. Pandemiyanın da gətirdiyi yeni iqtisadi şərait ölkədə iqtisadi vəziyyəti onsuz da kəskinləşdirib. Bu baxımdan ölkənin uzunmüddətli resurs müharibəsi aparmaq üçün heç bir əlavə imkanları mövcud deyil.

  • Daha üç yaşayış məntəqəsi atəşə tutuldu – RƏSMİ

    Ermənistan silahlı qüvvələri Bərdə rayonunun Əmirli, Tovuz rayonun Ağdam və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini artilleriya atəşinə tutur.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Xocavənd: İşğaldan azadlığa doğru – VİDEO

    2 oktyabr o günlərdəndir ki, Azərbaycandan daha bir parça qoparıldı.

    Sahəsi 1428 kvadrat kilometr olan Xocavənd rayonu illərlə erməni təcavüzünə məruz qalıb. Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə – tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir.

    Erməni işğalı nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti viran edilib. Erməni vandalları tərəfindən 17 təhsil və 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti dağıdılıb.

    28 il öncə Xocəvənd 13-ü qadın və 13-ü uşaq olmaqla, 145 şəhid verib. İllər öncə bu insanlar yurdlarından didərgin salınsalar da, bu gün xocəvəndlilər hamı kimi ümidlidir. Çünki torpaqlarının azadlığı uğrunda vuruşan güclü ordusu var və bu ordunun parlaq tarixi qələbələri davam edir.

    Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, ordumuz sürətli əks-hücum əməliyyatı ilə düşmənə ağır zərbə endirir, 30 ilə yaxın həsrətini çəkdiyimiz torpaqları geri alır.

    Hər dəqiqə qələbə xəbəri gözləyən Azərbaycan vətəndaşları isə bu sevinci yaşamaq üçün səbirsizlənirlər. İnanırıq ki, bir vaxtlar Azərbaycan tarixinə qara həriflərlə yazılan işğal günlərimiz yaxın zamanda zəfər tarixi kimi qırmızı rəngə boyanacaq.

  • Düşmən Ermənistan ərazisindən yaşayış məntəqələrimizi atəşə tutur – RƏSMİ

    Düşmən Ermənistan ərazisindən Şəmkirin Sabirkənd, işğal olunmuş ərazilərimizdən isə Ağdamın Quzanlı yaşayış məntəqələrini raket atəşinə tutur.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Ermənistan mülki şəxsləri döyüşlərə cəlb edir – VİDEO

    Ermənilər mülki şəxslərinin vurulması ilə bağlı iddialarını özləri ifşa ediblər.

    Trend-in məlumatına görə, Ermənistan hərbçiləri mülki şəxsləri qəsdən döyüş bölgəsinə cəlb edərək Azərbaycan Silahlı Qüvvələrinin guya mülki şəxslərə atəş açdığını iddia edir.

    Erməni mediasının kadrlarından aydın görünür ki, ermənilər artıq mülki şəxsləri döyüşlərə cəlb ediblər. Azərbaycan ordusu belə atəş nöqtələrini darmadağın edəndə də, erməni aqitpropu bunu Azərbaycanın mülki əhaliyə qarşı həmləsi kimi qələmə verir. Artıq Azərbaycan ordusu qarşısında tab gətirə bilməyən düşmən indi bu cür hiyləgərliyə əl ataraq Azərbaycan ordusunu ittiham etmək istəyir.

    Erməni mediası isə istəməyərək də olsa, onların əsl üzünü ortaya çıxarıb.