Category: Ordu

  • Naftalan və Goranboyun kəndlərinə mərmi atılıb

    Naftalanın Qaşaltı kəndində mərminin düşdüyü ev yanıb, Goranboyun Safıkürd kəndinə atılan mərmi isə fərdi evlərə, həmçinin yaxınlıqdakı məktəb və inzibati binaya ciddi zərər vurub.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin yaşadığı kəndlərə nəvbəti dəfə mərmilər atılıb.

    Düşmən Naftalanın Qaşaltı kəndinə bir daha top mərmisi atıb. Nəticədə bir evdə dağıntı və yanğın olub. Xatırladaq ki, bundan öncə düşmənin bu kənddə atdığı mərmi aralarında 2 yeniyetmənin də olduğu 5 mülki şəxsin ölümünə səbəb olub.

    Bu gün Goranboy rayonunun Safıkürd kəndi də atəşə tutulub. Kəndə düşən raket və mərmi bir neçə evə və inzibati binaya ciddi zərər vurub, bir ev isə dağılaraq yararsız hala düşüb.

    Hər iki hadisə zamanı xəsarət alan olmayıb.

    Qeyd edək ki, bu gün düşmənin atdığı top mərmilərindən biri Goranboyun Tapqaraqoyunlu kəndinə də düşüb və kənd sakinlərindən birinə məxsus evə ciddi zərər dəyib.

  • Ermənilər Azərbaycana qarşı kiberqruplar yaratdılar

    “Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi ölkəmizə qarşı keçirilən kiberhücumları fasiləsiz olaraq nəzarətdə saxlayır”.

    “Report”un məlumatına görə, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov ASAN radioya açıqlamasında bildirib.

    O, qeyd edib ki, aparılan monitorinqlər və əldə olunan kiberkəşfiyyat məlumatlarına əsasən, ermənilərin bir sıra istiqamətlərdə kiberbatalyon adlandırdıqları kiberqruplar formalaşdırdıqları məlum olub:

    “Nəzarətə götürülmüş bu kiberqruplar qapalı forumlardan və qapalı teleqram kanallarından koordinasiya olunur. Aparılan müşahidələr kiberhücumları həyata keçirən bu qrupların formalaşdırılmasının qabaqcadan həyata keçirildiyini deməyə əsas verir. Bu da ermənilərin silahlı hücumlarla yanaşı kiberhücumlara da öncədən hazırlaşdırıldığını bir daha sübut edir. Bu kiberqruplaşmalar əsasən dövlət qurumları, bank, media və individual istifadəçiləri hədəfə alıb”.

    T.Məmmədov qeyd edib ki, erməni hakerləri texniki əməliyyat istiqaməti olaraq 4 qrupa bölünüblər. Bunlar dodos hücumlarını həyata keçirənlər, kibermüdaxilə fəaliyyətini həyata keçirənlər, elektron poçtlara, sosial hesablara və nömrələrə saxta yoluxdurucu fişinq hücumları həyata keçirənlər və saxta profillərlə erməni dezinformasiya siyasətinin yayılmasının təmin edənlərdir.

    O, bütün vətəndaşları kütləvi kiberhücum və kütləvi dezinformasiya siyasətinə qarşı ayıq-sayıq olmağa, tanınmayan keçidlərə, tətbiq və zənglərə keçid etməməyə çağırıb və bildirib ki, ölkənin kibertəhlükəsizliyi üçün bütün müdafiə tədbirləri koordinasiyalı şəkildə həyata keçirilir.

  • Ordumuz daha bir erməni PUA-sını məhv etdi – ANBAAN VİDEO

    Ermənistan ordusuna aid növbəti Pilotsuz Uçuş Aparatı (PUA) Azərbaycan Ordusu tərəfindən məhv edilib.

    Görüntülər döyüş bölgəsində olan Türkiyənin “Haberturk” agentliyinin operatoru tərəfindən qeydə alınıb.

    Hadisə cəbhənin Ağdam istiqamətində gedən döyüşlər zamanı baş verib.

  • Döyüş meydanından qaçan erməni əsgərlərinə aid sənədlər – FOTO

    Azərbaycan Ordusunun əks hücumuna müqavimət göstərə bilməyən Ermənistanın işğalçı əsgərləri dəhşət içində geri çəkilməkdə davam edir.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan əsgərinin qarşısından qaçan düşmən hərbi texnikanı, hərbi sənədləri və hərbi biletlərini ataraq geri çəkilib.

    Cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə məğlub olaraq qaçan erməni əsgərlərinə aid bəzi sənədlərin fotolarını təqdim edirik.

  • “Fact Chek Karabakh” daha bir təxribat xarakterli paylaşımı ifşa etdi – FOTO

    Düşmən Ermənistan qüvvələri öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərləri tirajlamaq üsuluna davam edirlər.

    Bu məqsədlə onlar sosial şəbəkələrdə müxtəlif saxta səhifələrdən istifadə edirlər.

    Amma “Fact Chek Karabakh” səhifəsi isə belə yanlış informasiyaların əslində doğru olmadığını sübut edib.

    Belə xəbərlərdən biri də “Rosta Merd” adlı səhifənin paylaşımıdır.

  • Gürcüstandan Ermənistana humanitar yardım aparılması barədə məlumat həqiqətə uyğun deyil

    Gürcüstanın dövlət qurumları Ermənistan KİV-in respublikadan işğal altındakı Dağlıq Qarabağa humanitar yardımın göndərilməsi barədə xəbərlərini təkzib ediblər.

    Erməni mətbuatı yazır ki, Gürcüstanın ermənilərin yaşadığı bölgə olan Samtsxe-Cavaxetidən Ermənistana və daha sonra işğal altındakı Dağlıq Qarabağa göndərilən humanitar yardımın ilk partiyası guya təyinat yerinə çatdırılıb.

    Bildirilir ki, guya 28 sentyabrda Gürcüstan-Ermənistan sərhədinə 35 min dollar məbləğində, o cümlədən 100 ton ərzaq məhsulu, habelə 50 ton un, 30 ton kartofun daxil olmaqla əlavə yardım çatdırılıb.

    Əslində bu məlumat qətiyyən doğru deyil. Gürcüstanın müvafiq dövlət orqanlarındakı mənbələr Oxu.Az-a bildiriblər ki, ərzaq və digər qondarma yardımlar göstəriləndən qat-qat az həcmdə daşınıb. Yardımı aparanlar bunu fərdi qaydada ediblər və Ermənistan ərazisinə çatdıqdan sonra köməyin hara gedəcəyini dəqiq göstərməyiblər. Həcm baxımından yardımın daşınması mərkəzləşdirilmiş adlandırıla bilməz .

  • Anar Eyvazov: “Döyüş bayrağını qoyub qaçan düşmənin iki yolu var…”

    “Azərbaycan Ordusunun əks-hücum əməliyyatı uğurla davam edir”.

    Median.Az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov bildirib.

    A. Eyvazov deyib ki, əməliyyatın 5-ci gününün sonunda düşmənin xeyli itkisi var: “Düşmən müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur olub”.

    Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Ermənistan mətbuatında guya Azərbaycana məxsus helikopter və təyyarələrinin vurulması və İran ərazisində düşməsi barədə verilən məlumatlar yanlışdır: “Bu müddət ərzində düşmənin 200 tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 300 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda idarəetmə və komanda müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası və 1 ədəd S-300 zenit-raket kompleksi sıradan çıxarılıb”.

    Anar Eyvazov həmçinin qeyd edib ki, dünən düşmən alayının döyüş bayrağı ələ keçirilib: “Döyüş bayrağını qoyub qaçan düşmənin iki yolu var, ya torpaqlarımızdan çıxıb getməlidir, ya da yerində məhv ediləcək. Qələbə bizimlədir!”

  • Məhv edilmiş erməni işğalçılarının yeni görüntüləri – VİDEO

    Qarabağın işğaldan azad olunması əməliyyatları zamanı məhv edilmiş ermənilərin yeni görüntüləri yayılıb.

    Yayılmış görüntülərdən aydın olur ki, qəhrəman əsgərlərimiz torpaqlarımızı azad etmək uğrunda onlarla düşmən əsgərini məhv edib.

    Görüntüləri təqdim edirik.

  • Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA – VİDEO

    Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı jurnalistlər üçün brifinq təşkil edib.

    Nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə gün ərzində cəbhədə baş vermis hadisələr haqqında məlumatlar verib.

    Bildirilib ki, ermənilər yenə mülki əraziləri atəşə tutub.

  • Ermənistan vətəndaşları hərbidən yayınır – VİDEO

    Ermənistan vətəndaşları hərbidən yayınır.

    Sosial şəbəkələrdə yayılan görüntülərdə Ermənistan Hərbi Xidmətə Çağırış Komissiyasının çağrışçıların adlarını sadalayıb. Adları sadalanan şəxslərin heç biri çağrışa gəlməyib.