Category: Ordu

  • Ermənistan sülh istəyir

    İrəvan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir. Ermənistan XİN-in yaydığı bəyanatdan belə məlum olur.

    “RİA Novosti”nin məlumatına görə, sənədin mətni xarici işlər qurumunun saytında dərc olunub.

    Bəyanatda rəsmi İrəvan Qarabağda atəşkəs rejiminin bərpası üçün ATƏT-in MQ ilə işləməyə hazır olduğunu bəyan edib.

  • Cəbhədəki son vəziyyətlə bağlı açıqlama – VİDEO

    Сəbhədəki son vəziyyətlə bağlı brifinq keçirilir.

    Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə Nazirliyin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Anar Eyvazov cəbhədə baş vermiş hadisələr haqqında məlumatlar verirlər.

  • Erməni əsgərlər arasında atışma olub

    Gecə döyüşləri zamanı geri çəkilən Madagizdəki Ermənistan silahlı qüvvələrinin 6-cı dağatıcı alayının əsgərləri arasında atışma baş verib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi əldə etdiyi məlumata əsasən informasiya yayıb.

    Bildirilib ki, şəxsi heyət arasında hökm sürən qorxu və vahimə hissi ruh düşkünlüyü yaradıb, ümumilikdə erməni hərbçilərinin demoralizəsinə səbəb olub.

  • “Haber Global” ön cəbhədə – VİDEO

    Ermənistan silahlı qüvvələri itirdikləri mövqeləri geri almağa cəhd ediblər.


    Bu barədə Türkiyənin “Haber Global” televiziyasının cəbhə bölgəsinə yollanan müxbiri məlumat yayıb.

    Müxbir ötən gün ermənilərin Tərtər, Cəbrayıl, Füzuli, Goranboy, Ağdamın ağır artilleriyadan atəşə tutduğunu bildirib. Ermənistan silahlı qüvvələrinin hədəfində isə, hər zaman olduğu kimi, bu dəfə də mülki əhali və yaşayış yerləri olub.

    Nəticədə, Azərbaycanın cəbhəboyu ərazilərində yaşayan mülki şəxslərdən 19-u ölüb, 55 nəfər isə yaralanıb. Bununla yanaşı, 169 yaşayış evinə, həmçinin, 40 mülki obyektə külli miqdarda ziyan vurulub.

  • Daha 54 erməni işğalçı məhv edildi

    Ermənistan tərəfinin Azərbaycan Ordusunun əks-hücumu nəticəsində itkilərinin sayı açıqlanıb.

    “Sputnik” xəbər verir ki, Azərbaycan Ordusunu dayandırmağa cəhd göstərən Ermənistan tərəfi daha 54 hərbçisini itirib.

    Ümumiyyətlə, düşmən tərəfi 157 hərbçi itirdiyini etiraf etmək məcburiyyətində qalıb.

  • Erməni təcavüzü nəticəsində Azərbaycanın itkiləri açıqlandı – RƏSMİ + VİDEO

    Düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 19 nəfər şəxs isə həlak olub.

    Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri – rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

    İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 175 yaşayış evinə, həmçinin, 41 mülki obyektə külli miqdarda ziyan vurulmuş, eləcə də, dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

  • Madagiz ətrafındakı hakim yüksəkliklər azad edildi, Ordumuz Cəbrayıl-Füzuli istiqamətində irəliləyir – RƏSMİ

    Oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ağdərə istiqamətində qoşunlarımız düşmənin Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır.

    Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub.

    Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

    Saat 00:00-dan 07:00-dək düşmənin beş zirehli və avtomobil texnikası, üç hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib.

    Əldə edilən digər məlumata əsasən, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən erməni könüllüləri döyüşlərin gərginliyi və itkilərinin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşdən imtina edirlər.

    Döyüşlərdə əldə etdiyimiz uğurlar və müxtəlif istiqamətlərdə hakim mövqelərin azad olunması Azərbaycan Ordusunun şəxsi heyəti arasında yüksək döyüş ruhu və qələbə əzmini daha da artırır.

    İctimaiyyətə əlavə məlumat veriləcək və videolar təqdim olunacaq.

  • Ermənistanın təxribatları dünya mediasında

    “BBC World Radio”nun “Newsday” proqramında  Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun müsahibəsi baş tutub.

    Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən “Report”a verilən məlumata görə, səfir proqramda Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq işğal etdiyi Azərbaycan ərazilərindən öz qoşunlarını geri çəkməli olduğunu, regionda davamlı sülhün yalnız Ermənistanın işğala son qoymasından sonra mümkünlüyünü diqqətə çatdırıb. O, ərazisinin 20 faizi işğal edilmiş Azərbaycanda Ermənistan tərəfindən etnik təmizləmə siyasətinin həyata keçirildiyini bildirib.

    Səfir jurnalistin erməni tərəfinin mülki şəxslərinin həlak olması ilə bağlı sualına cavab olaraq bildirib ki, təmas xəttinin Ermənistan tərəfinin nəzarətində olan hissəsi əslində işğal edilmiş və daha öncə ermənilərin məskunlaşmadığı ərazidir, burada demək olar ki,  mülki əhali yoxdur və daha çox hərbi hissələr üstünlük təşkil edir. Əksinə təmas xəttinin sıx məskunlaşmış Azərbaycan tərəfi isə mütəmadi olaraq Ermənistan ordusunun atəşinə tuş gəlir. Səfir son təxribatlar zamanı Azərbaycanın 14 mülki şəxsinin qətlə yetirildiyini, 40-dan çox yaralının olduğunu bildirib.  O, bu təxribatların məhz Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq suveren ərazilərində həyata keçirildiyinə xüsusi diqqət çəkib.

    Azərbaycanın xarici ölkələrdən, xüsusilə də Türkiyədən hərbi kömək alması,  guya Ermənistana məxsus təyyarənin Türkiyəyə məxsus F-16 təyyarəsi vasitəsilə vurulması, Suriyadan gələn döyüşçülərin muzdla orduya cəlb edilməsi ilə bağlı iddialara cavab olaraq, səfir bildirib ki, Azərbaycanda F-16 təyyarələri yoxdur, Türkiyə isə ümumiyyətlə hərbi münaqişəyə cəlb olunmayıb və  ölkəmizə hər zaman diplomatik dəstək verib. Ermənistan təyyarəsinin vurulması uydurmadır və müasir texnologiya vasitəsilə bunu sübut etmək olduqca asandır. Suriyalı döyüşçülərlə bağlı şaiyələrin qətiyyən həqiqəti əks etdirmədiyini, Azərbaycandan isə Suriyaya döyüşməyə gedən şəxslərin qanunla cinayətə cəlb olunduğunu diqqətə çatdırıb.

    Tərəflərin danışıqlar masasına geri dönməsi ilə bağlı sualına səfir bildirib ki, 20 ilə yaxındır ki, Ermənistan və Azərbaycanın ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlarda iştirak edir, lakin bu danışıqlar bir nəticə verməyib. Xüsusən son illərdə isə bunun əsas səbəbi Ermənistanın sülhə qarşı çıxması və Azərbaycan tərəfinin substantiv danışıqlarla bağlı çağırışlarına məhəl qoymaması olub.

    Müsahibənin tam versiyası ilə https://www.bbc.co.uk/sounds/play/w172x2wfz7kx1ml internet səhifəsindən tanış olmaq mümkündür.
    Həmçinin nüfuzlu “Newsweek” mətbu orqanına müsahibəsində səfir Süleymanov bildirib ki, danışıqlar üzrə vasitəçiliyi həyata keçirən Minsk  Qrupunun həmsədri qismində ABŞ-beynəlxalq hüquqa uyğun olaraq, Ermənistan hərbi qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasında dayanıqlı mövqe göstərməlidir. Çünki işğalçı qüvvələrin çıxarılması yalnız Azərbaycan üçün deyil, Ermənistanın özünə də fayda gətirəcək, onun və regionun dinc gələcəyini təmin edəcək. İşğalçı qüvvələr geri çəkilməzsə atəşkəs dayanıqlı olmayacaqdır. 

    Müsahibənin tam versiyası ilə https://www.newsweek.com/exclusive-armenia-azerbaijan-speak-out-want-us-1535699?fbclid=IwAR32p79EM2ik3ZU2q8sCMPbWV1Qj72ADdgC7ryaCXv2R-9GrXAMplf8-Qg4 internet səhifəsindən tanış olmaq mümkündür.

  • General-mayor: “Hərbçilərimizin döyüş əzmi qələbəmizi təmin edəcək”

    “Hərbi birliyin şəxsi heyətinin amalı qələbəni təmin etmək naminə son damla qanımızadək vuruşmaq və düşməni darmadağın etməkdir”.

    Müdafiə Nazirliyinin məlumatına əsasən, bunu Hərbi birliyin komandiri, general-mayor Hikmət Həsənov deyib.

    “Bunun üçün əsgərlərimizin döyüş ruhu və qələbə əzmi kifayət qədər yüksəkdir”, o qeyd edib.

  • Düşmən qüvvə və vasitələrinin məhv edilməsinin görüntüləri – VİDEO

    Müdafiə Nazirliyi düşmən qüvvə və vasitələrinin məhv edilməsinin videogörüntülərini yayıb.

    Həmin görüntüləri təqdim edirik: