Category: Ordu

  • Bəzi informasiya resurslarında paylaşılan görüntülər çaşqınlıq və təxribat üçündür – FOTO

    Məlum olduğu ki, düşmən Ermənistan qüvvələri öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərləri tirajlamaq üsuluna əl atıblar.

    Bu məqsədlə onlar sosial şəbəkələrdə müxtəlif saxta səhifələr, eləcə də saytlar yaradıb həmin platformalar vasitəsilə saxta xəbərlər ictimialəşdirib vətəndaşlarımızda çaşqınlıq yaratmağa cəhd edir.

    Belə səhifələrdən biri də “qarabağbizimdir” və “infoteka24” “Telegram” kanallarıdır.

    Sözügedən informasiya resurslarında yayılan və aşağıda nümunələr verdiyimiz məlumatlar tamamilə saxtadır və çaşqınlıq yaratmağ hesablanıb.

  • Ermənilər Horadizi yenidən atəşə tutublar – RƏSMİ

    Erməni silahlı qüvvələri mülki əhalini atəşə tutmaqda davam edir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, oktyabrın 1-də saat 17.50-də Ermənistan ordusunun bölmələri Füzuli rayonunun Horadiz şəhərinin mülki obyektlərini artilleriya atəşinə tutub.

  • Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi itkilər açıqlandı – RƏSMİ

    Düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 19 nəfər şəxs isə həlak olub.

    Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri – rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

    İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 169 yaşayış evinə, həmçinin, 40 mülki obyektə külli miqdarda ziyan vurulub, eləcə də, dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

  • 20 min erməni artıq Qarabağı tərk edib

    Azərbaycan Ordusunun 3 istiqamətdə apardığı şiddətli döyüşlər Ermənistanda və separatçıların nəzarətində olan ərazilərdə ciddi təşvişə səbəb olub. Ordumuzun əldə etdiyi uğurlu əməliyyatlarından sonra bu ərazilərdən kütləvi köç prosesinə başlanılıb.

    Artıq 5 gün ərzində Ermənistana köç edən əhalinin sayı 20 minə çatıb. Bundan təşvişə düşən Ermənistan hakimiyyəti qaçqınların yerləşdirilməsi üçün bir sıra beynəlxalq humanitar təşkilatlara, xüsusilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına yardım üçün müraciət etsələr də, gözlənilən cavabı almayıb. Rəsmi Yerevana donor təşkilatlara müraciət etmək tövsiyə olunub. Bütün bunlar cəmi 5 gün davam edən döyüşlərin nəticəsidir.

    Ermənistanın “4rd.am” saytı yazır ki, son döyüşlərdə erməni tərəfindən həm canlı, həm də hərbi texnika itkisi həddindən artıq böyük olub. Ermənistan ordusunun mindən çox əsgərinin öldürüldüyünü diqqətə çatdıran sayt işğal altındakı Şuşa hospitalına istinadən qeyd edir ki, bura yüzlərlə yaralı gətirilib. Öldürülənlər arasında əsgərlərlə yanaşı, kiçik və böyük rütbəli zabitlər də var. Avtomobillər, ağır zirehli texnika, artilleriya qurğuları məhv edilib.

    Digər erməni xəbər saytları və internet televiziyalarının Xankəndidən hazırladığı reportajda insanların vahimə içərisində olduğu qeyd olunur. Xankəndi sakinləri Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşdikdən sonra gecəni zirzəmilərdə keçirirlər.

    Son iki gündə vəziyyət daha da gərginləşib.

    “İravunk” qəzeti erməni əhalisinin təşviş içində olduğunu, evlərini kütləvi şəkildə tərk etdiyini diqqətə çatdırır. Xankəndidən böyük köç başlayıb. Qarabağdakı rejim əhalinin evlərini tərk etməsinə maneələr yaratmır. Gedənlər postlarda saxlanılmır. Əsgərlər fərarilik edirlər. Hakimiyyətin və Qarabağ müharibəsi veteranlarının çağırışına baxmayaraq, gənclər orduya getmək istəmirlər. Onlar müxtəlif bəhanələrlə döyüşməkdən imtina edirlər. Yeganə ümid Qarabağ müharibəsi veteranlarınadır. Amma son məlumatlar göstərir ki, heç Qarabağ müharibəsi veteranları da vuruşmaq niyyətində deyillər. Çünki budəfəki döyüşlər əvvəlkindən çox fərqlidir. Bunu itkilər barədə ermənilərin etirafı da təsdiq edir.

    Rusiyanın “İzvestiya” qəzetinin Xankəndidəki reportyoru isə yazır ki, buradan ermənilərin kütləvi və kortəbii şəkildə köçürülməsi baş verir, insanları kütləvi şəkildə Yerevana göndərirlər. “Onları elə birbaşa göndərirlər, heç bilmirlər ki, orada qohumları var, ya yox. Lakin deyirlər ki, onları hökmən orada kimsə qarşılayacaq. Polis yolüstü Yerevana gedən avtomobilləri saxlayır və onlar ailələri maşınlarına mindirib tamamilə pulsuz Yerevana aparırlar”.

    Bu arada Ermənistanda mövcud olan hərbi vəziyyətlə əlaqədar 18-55 yaş arasında kişilərin ölkədən çıxışına məhdudiyyət qoyulub. Ermənistan ordusunun bəzi hərbi qulluqçuları isə buna etiraz olaraq sosial şəbəkələrdə bildiriblər ki, onlar başqasının torpağı uğrunda ölmək istəmirlər”.

    Döyüşlərin geniş vüsət alması əhalinin köçü ilə yanaşı rejim ərazisində bütün həyatı da iflic edib. Ermənistanın “Joxovurd” qəzeti yazır ki, cəbhə zonasında davam edən döyüşlərdən qaçan ermənilər atəşin dayandırılmasından sonra da geri qayıtmaq istəmirlər. Bəzi saytlar isə qondarma qurumdakı mənbələrə istinadən bildirirlər ki, onların çox böyük itkiləri var. Hospitallar yaralılarla doludur. Azərbaycan tərəfinin kütləvi şəkildə aviasiya, artilleriya, raket silahları tətbiq etməsi işğal olunmuş ərazilərimizdəki rejimi ciddi şəkildə qorxuya salıb, zərbələrin səhərlə yanaşı axşam da davam etməsi onlar üçün kabusa çevrilib.

    Sözsüz, Qarabağdan böyük miqyasda köçün əsas səbəbi düşmənin öz ordusunun yenilməzliyi ilə bağlı apardığı təbliğatın puç olmasıdır. Göründüyü kimi, son hadisələr yerli əhali arasında ciddi ruh düşkünlüyü yaradıb. Azərbaycan ordusunun qələbə yürüşü ermənilərin bu köçünün daha da geniş vüsət alacağı şübhə doğurmur.

  • Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin köçürülməsi imkanları genişlənib

    “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu”na ediləcək ianələrin Mərkəzi Bankın operatoru olduğu “Hökumət Ödəniş Portalı” vasitəsilə də qəbulu imkanı yaradılıb.

    Mərkəzi Bankdan verilən məlumata əsasən, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (https://gpp.az/sqyf) və mobil tətbiqindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.

    Bildirilir ki, Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (https://mod.gov.az/az/silahli-quvvelere-yardim-fondunun-bank-rekvizitleri-253/) yerləşdirilib.

  • Ordumuzun işğaldan azad etdiyi torpaqlardan ilk görüntülər – VİDEO

    Xəbər verdiyimiz kimi, Azərbaycan ordusu bir sıra əraziləri işğaldan azad edib.

    Baku TV həmin ərazilərin görüntülərini təqdim edir:

  • Ermənilərin döyüş meydanında qoyub qaçdığı silah-sursat və texnikaların yeni – FOTOLARI

    Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib.

    Bununla yanaşı Ermənistan hərbçilərinin qoyub qaçdığı müxtəlif silah-sursat və texnikalar döyüş meydanında ələ keçirilib.









  • Azərbaycan Ordusunun bölmələri düşmənin daha bir neçə hərbi texnikasını məhv edib – VİDEO

    Müdafiə Nazirliyi Azərbaycan Ordusunun düşmənin daha bir hava hücumundan müdafiə vasitələri və yaylım atəşli reaktiv sistemlərinin məhv edilməsi ilə bağlı videogörüntülər yayıb:

    Həmin görüntüləri təqdim edirik:

  • Ağdama düşmən hücumu: Ata və oğlu həlak oldu – RƏSMİ

    İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində bu gün, saat 13 radələrində Ağdam rayonu, Hacıməmmədli kəndində yaşadıqları evə düşmüş top mərmisinin qəlpələrindən 1966-cı il təvəllüdlü Məmmədov Mürsəl Rəsul oğlu və onun 1996-cı il təvəllüdlü oğlu Samir Məmmədov həlak olub, yaşadıqları evə külli miqdarda ziyan dəyib.

    Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

    Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma),186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.

  • Azərbaycan ordusunun məhv etdiyi erməni hərbçilərin görüntüləri – FOTO

    Xəbər verdiyimiz kimi, sentyabrın 27-də, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

    Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

    Günlərdir davam edən döyüşlərdə Azərbaycan ordusu düşmənin xeyli sayda döyüş texnikası və canlı qüvvəsini məhv edib.

    “Caliber” “YouTube” kanalı məhv edilən erməni hərbçilərin görüntülərini yayımlayıb.

    Qeyd edək ki, “Caliber” “YouTube” kanalı həm Cənubi Qafqaz regionuna vurğu etməklə hərbi-siyasi və hərbi-texniki mövzularla maraqlanan geniş izləyici kütləsi, həm də bu sahədəki ekspert və mütəxəssislər üçün nəzərdə tutulub.