Category: Ordu

  • Cəbhədə əsgərimiz şəhid oldu

    Военнослужащий азербайджанской армии стал шехидом.

    Об этом сообщило Министерство обороны.

    Сообщается, что Вооруженные силы Армении вновь нарушили режим прекращения огня на линии соприкосновения.

    Солдат азербайджанской армии Омаров Агиль Акиф был убит в результате открытого армянским снайпером огня в направлении Агдамского района утром 30 мая, когда в нашей стране находились сопредседатели Минской группы ОБСЕ.

    Allah rəhmət eləsin!

  • Azərbaycan ordusu Türkiyədə təlimlərdə – VİDEO

    Türkiyədə “Erciyes-2019 Tatbikatı” təlimləri başlayıb.

    “İhlas” xəbər agentliyinin məlumatına görə, Kayseridə keçirilən təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri də iştirak edib.

    Təlimlərə Azərbaycanla yanaşı, Türkiyə, Pakistan və Gürcüstan HHQ də qatılıb.

  • Ərdoğan Azərbaycan ordusunun təlimini izləyəcək

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə “Anadolu Ankası – 2019” adı altında keçirilən təlimləri izləyəcək.

    Memleket.com.tr xəbər verir ki, Ərdoğan bu səbəbdən mayın 24-də Konyaya səfər edəcək.

    Təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri də iştirak edir.

    Azərbaycandan başqa, mayın 13-də 24-dək davam edəcək təlimlərə Qətər, Gürcüstan, İtaliya, Pakistan və Rumıniya HHQ də qatılıb.

  • Azərbaycan ordusunun genişmiqyaslı təlimləri başladı – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə bu gündən Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirilir.

    Müdafiə Nazirliyinin məlumatına əsasən, təlimin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsidir.

    Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunub.

    Çətin relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə tank, aviasiya, raket və artilleriya hissələri, eləcə də, digər döyüş elementləri arasında uzlaşmanın təşkili, düşmənin müdafiəsinin dərinliyində desant və xüsusi manevr qüvvələrinin tətbiqi, idarəetmə orqanlarının bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən, şəxsi heyətin mənəvi-psixoloji təminatı məsələləri üzrə tapşırıqlar yerinə yetiriləcək.

    Bütün fəaliyyətlər təlimlərdə iştirak edən qoşunların gecə və çətin iqlim şəraitində dəqiq qarşılıqlı əlaqəsinin təmin edilməsi ilə icra olunacaq.

    Təlimlər mayın 24-dək davam edəcək.

  • Azərbaycan əsgəri and içdi-VIDEO

    Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi hissələrdə təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət Himni ifa edilib və tədbir açıq elan olunub. Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.

    Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, şəhid ailələrinin üzvləri, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər.

    Rəsmi mərasim başa çatdıqdan sonra konsert proqramı təşkil olunub və valideynlərə hərbi hissələrdə yaradılmış şərait nümayiş etdirilib.//report.az

  • Zakir Həsənovdan ordunun döyüş hazırlığı ilə bağlı – GÖSTƏRİŞ

    Mayın 4-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusunun hərbi potensialının gücləndirilməsi ilə bağlı qarşıya qoyduğu konkret vəzifələri rəhbər heyətə çatdıran Müdafiə naziri əsas diqqətin bütün qoşun növ və qismlərinin, xüsusilə ön xətt bölmələrinin döyüş qabiliyyətinin yüksəldilməsinə yönəldilməsini tapşırıb.

    Müdafiə naziri döyüş hazırlığı planına uyğun olaraq gecə və gündüz vaxtı real döyüş şəraitinə və ərazisinə uyğun keçirilən təlim və məşqlərin intensivliyinin artırılması, gizli idarəetmə və maskalanmanın tələblərinə, ümumi təhlükəsizlik məsələlərinə, xüsusilə də yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməklə qoşunların operativliyinin, döyüş hazırlığının yüksəldilməsi, birlik və birləşmələrin silah, döyüş və xüsusi texnikasının yay mövsümündə istismar rejiminə keçidinin təşkili ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.

    Nazir döyüş hazırlığının daha keyfiyyətli təşkili, hərbi peşəkarlıq səviyyəsinin artırılması, şəxsi heyətin hərbi vətənpərvərlik və döyüş ruhunun yüksəldilməsi məqsədilə ideoloji işin və mənəvi-psixoloji təminatın gücləndirilməsi, habelə digər xidməti məsələlərin həlli ilə bağlı konkret göstərişlər verib.

  • Ordumuzun yeni dağıdıcı silahı – XÜSUSİYYƏTLƏRİ + FOTO

    Xəbər verdiyimiz kimi, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan “QFAB-250 LG” aviasiya bombasının inert nümunəsi İstanbulda keçirilən “IDEF-2019” sərgisində ilk dəfə nümayiş etdirilir.

    Lazer yönləndirməli aviasiya bombası sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

    Xüsusiyyətlərinə gəlincə, lazer güdümlü, 250 kiloqram çaplı qəlpəli-fuqaslı aviasiya bombası Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin “ASELSAN” şirkətinin birgə hazırladığı layihə əsasında yaradılıb.

    Uzunluğu 3300 mm, diametri 240 mm, kütləsi 270 kiloqram olan “QFAB-250 LG” aviasiya bombaları 12000 metrədək məsafədən hədəfi maksimum 10 metr sapma ilə vurmaq imkanı verəcək.

    “QFAB-250 LG” aviasiya bombası NATO standartlarına uyğun yaradılıb. Bu məmulat daxili təlabat və ixrac üçün nəzərdə tutulur.

    Aviasiya bombasının 3 ədəd inert nümunəsi artıq hazırdır, bu nümunələrin sınaqlarının keçirilməsi planlaşdırılır. İnert nümunlərin sınaqları yekunlaşdıqdan sonra döyüş nümunələrinin sınaqlarının həyata keçirilməsi nəzərdə tutulur.

  • Elçin Quliyev Ermənistanla sərhəddə – Atışmadan sonra

    Bu gün Dövlət sərhəd xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ermənistanla dövlət sərhə­dində “Qazax” sərhəd dəs­tə­sinin hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb, sərhəd döyüş mən­təqələrində şəxsi heyətlə görüşüb, xidməti və yaşayış şərait­lə­rinə baxış keçirib.

    Bu barədə DSX-nın mətbuat xidməti məlumat yayıb.

    E.Quliyev dövlət sərhədində zəruri müdafiə infra­struktu­runun yara­dıl­ması məqsədilə görü­lən işlərlə tanış olub.

    Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və “Qazax” sərhəd dəstəsinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

    Xatırladaq ki, 29-30 aprel tarixlərində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş məntəqələri Ermənistanın Silahlı Qüvvələrinin bölmələri tərəfindən bir neçə istiqamətdən günün müxtəlif vaxtlarında iri çaplı silah­lardan dəfələrlə intensiv atəşə tutulub.

  • Azərbaycanla Türkiyə birgə döyüş atışlı taktiki təlimlərdə – FOTO

    Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-də “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərinin və qarşılıqlı anlaşmasının yüksək səviyyədə saxlanılmasıdır.

    Birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb edilib.

    Təlim mayın 3-dək davam edəcək.









  • Zakir Həsənov cəbhəboyu zonadakı hərbi obyektlərdə – FOTO

    Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin xidmət, eləcə də, sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissələrdə inşaat və təmir-bərpa işləri intensiv şəkildə davam etdirilir.


    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikilməkdə olan bir neçə hərbi hissədə olublar.

    Müdafiə nazirinə məruzə edilib ki, ilin sonunadək istifadəyə veriləcək 10-a yaxın hərbi şəhərcikdə su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunan qərargahlar, əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğularla yanaşı, hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti göstərmələri üçün müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, camaşırxana və hamamxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektləri də nəzərdə tutulub.

    General-polkovnik Z.Həsənov yeni inşa edilən artilleriya hərbi hissəsi, hərbi hospitalda və digər obyektlərdə aparılan tikinti işlərinin gedişatını yoxladıqdan sonra inşaat işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.