Qarabağda keçirilən antiterror əməliyyatının bir ili tamam olmaq üzrədir.
Median.Az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi bu əməliyyatdan bəhs edən sənədli film hazırlayıb.
Filmdə antiterror əməliyyatından görüntülər yer alıb.//sfera.az
Həmin videonu təqdim edirik:
Category: Ordu
-
Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Məruzə edilib ki, bölmələrdə günün nizam qaydalarına uyğun sutkaboyu döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur və fasiləsiz xidmət aparılır.
Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri hərbi qulluqçuların döyüş və psixoloji hazırlığını yüksək qiymətləndirib.
General-polkovnik Z.Həsənov xidməti-döyüş fəaliyyətinin daha keyfiyyətli təşkili, eləcə də ayıq-sayıqlığın artırılmasına dair aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
-
Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürdü – FOTO
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Vəli Asəf oğlu Abbasov silahdan istifadə etməklə özünü öldürüb.
Bu barədə Respublika Hərbi Prokurorluğundan məlumat verilib.Bildirilib ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib:
“Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”.
-
Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu
Sentyabrın 5-i saat 09:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
-
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
-
Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv edilib
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir”.
Bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.“Bildiririk ki, döyüş sursatlarının məhv edilməsi prosesi 03.09.2024-cü il tarixdən 06.09.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək”, – məlumatda vurğulanıb.
-
Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqeləri yenidən atəşə tutulub
Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini yenidən atəşə tutub.
Median.Az-ın məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 28-i saat 18:30-da Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.Qeyd olunan istiqamətdə Azərbaycan ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.//report.az
-
Azərbaycan Ordusunun mühəndis bölmələrinə döyüş hazırlığının təkmilləşdirilməsi tapşırılıb – VİDEO
2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələrində sürücü-mexanik və sürücü heyətləri ilə toplanışlar keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, toplanışlar zamanı hərbi qulluqçular qarşıya qoyulan tapşırıqların icrasında peşəkarlıq nümayiş etdirirlər:
“Plana əsasən keçirilən toplanışlarda əsas diqqət şəxsi heyətin döyüş hazırlığının təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması, eləcə də praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib”.
-
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Avqustun 28-i saat 06:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.










